Bakı əsassız terror aktı ilə,
təcavüzlə barışmayacaq
Naxçıvana
namərdcə, nakişi kimi zərbə endirmək ləkəsi
çirkin və eybəcər simalardan heç vaxt silinməyəcək
Hazırda
İranla baş verənlər hamını
düşündürür. Yaxın Şərqdə, Suriya,
Livan, İraq, Yəmən kimi ölkələrin qan
çanağına dönməsində Tehranın izi təkzibolunmaz
faktlarla sübut olunub. Livanda “Hizbullah”, İraqda hökumətə
və orduya təsir edə biləcək “el- Haşdi
eş-Şabi”, Suriyada iranlı generalların rəhbərlik
etdikləri Fatimi alayları, Yəməndə vətəndaş
müharibəsinin əsas aktorları olan Husilər, Fələstində
“Əl Fəth”, “İslami Cihad”, “Qüds” qüvvələri
kimi İrana bağlı hərbi-siyasi təşkilatlar məhz
Yaxın Şərqdə davamlı sülhə, sabitliyə
ağır zərbələr vurub. 30 illik Qarabağ
münaqişəsi dövründə İran
işğalçı, təcavüzkar Ermənistanı dəstəklədi.
Qırx dörd günlük Vətən müharibəsində
müsəlman Azərbaycana deyil, işğalçı Ermənistana
hər cür dəstək verdi.
Bütün bunları bir kənara qoyaq. İranın Azərbaycanı-Naxçıvanı hədəf alması bir daha göstərir ki, Tehran rejimi öz xislətindən hələ də əl çəkməyib. Belə ki, martın 4-də Prezident İlham Əliyev İranın Bakıdakı səfirliyində olub. Başsağlığı verib. Azərbaycanın dəstəyini ifadə edib. 24 saat sonra Naxçıvana dron hücumu olub. İran ordusuna məxsus dronlarla Naxçıvan ərazisinə hücum həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının, digəri isə Şəkərabad kənd məktəbinin ya xınlığına düşüb. Nəticədə 4 nəfər xəsarət alıb, itki yoxdur.
Martın 5-də günorta radələrində Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub ki, 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pislənilib.
Martın 5-də Prezident İlham Əliyevin sədrliyi
ilə Təhlükəsizlik Şurasının iclası
keçirilib. Tədbirdə çıxış edən
dövlətimizin başçısı bildirib ki, İran tərəfindən
Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə
qarşı terror aktı törədilmişdir. Ölkə
başçısı qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının
ərazisini İran dövləti pilotsuz uçuş
aparatları ilə atəş altına salmışdır.
Atəşin hədəfləri mülki obyektlər idi.
Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal
binası, məktəb və digər istiqamətlər
İran tərəfindən namərd atəşə məruz
qalmışdır. Azərbaycan dövləti bu çirkin
terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər
dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan
tərəfinə İran rəsmiləri tərəfindən
izahat verilməlidir, üzr istənilməlidir və bu terror
aktını törədənlər cinayət məsuliyyətinə
cəlb edilməlidir: “Onu da bildirməliyəm, bu gün səhər
mənə məlumat verildi ki, İranın xarici işlər
nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki,
İran səfirliyinin Livanda qalmış əməkdaşlarının
təxliyəsinə Azərbaycan kömək etsin.
Çünki onların imkanı yoxdur. Mənə məruzə
edildi. Mən dərhal göstəriş verdim ki, kömək
göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun
pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi
dar gündə biz kömək göstərməsək, bəs
nə vaxt kömək göstərməliyik? Bütün bunların
müqabilində çirkincə, namərdcə, nakişi
kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə
onların çirkin və eybəcər simasından heç
vaxt silinməyəcək. Ona görə diplomatik yollarla
bütün lazımi tədbirlər görüləcək.
Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi,
Dövlət Sərhəd Xidməti, digər bütün
Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik
vəziyyətinə gətirilib və istənilən əməliyyatı
keçirməyə hazır olmalıdırlar. Hələlik
bu qədər. Biz Azərbaycan xalqını proseslərin
gedişatı ilə əlaqədar məlumatlandıracağıq.
Müdafiə Nazirliyinin açıqlaması artıq mətbuatda
dərc edilib. Azərbaycan xalqı əmin olmalıdır ki,
istənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir
yumruğ”umuzu görəcək”. Biz Azərbaycana qarşı
törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə
barışmayacağıq”.
Yeri gəlmişkən,
Prezident İlham Əliyevdən başqa heç bir dövlət
başçısı İranın heç bir səfirliyinə
getməyib. Bu barədə öləkəmizin
başçısı bildirib: “Yəni bunu qiymətləndirməmək,
bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq
heç kimə şərəf gətirmir. Bu şərəfsizlər,
bizə qarşı bu terror aktını törədənlər
peşman olacaqlar. Bizim gücümüzü
sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin
başı “Dəmir yumruq” vasitəsilə yarıldı.
Bugünkü hadisə də eyni nəticəni hasil edəcək.
Ona görə bu məsələ ilə bağlı tədbirlər
planı hazırlanmalıdır. Bütün göstərişlər
verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici
İşlər Nazirliyinə çağırıldı,
etiraz notası veriləcək, digər diplomatik addımlar
atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər
verildi”.
Birmənalı
demək olar ki, Azərbaycan ərazisinə bu hücum beynəlxalq
hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin
artmasına xidmət edir. İran İslam Respublikası tərəfindən
qısa müddət ərzində qeyd olunan məsələyə
aydınlıq gətirilməsi, buna izahat verməsi və bu
kimi halların gələcəkdə təkrarlanmaması
üçün zəruri təxirəsalınmaz tədbirlər
görülməlidir.
Onu da qeyd
edək ki, İranın Azərbaycandakı səfiri Xarici
İşlər Nazirliyinə çağırılıb və
ona etiraz notasının təqdim ediləcəyi bildirilib.
Küveyt Xarici İşlər Nazirliyi (XİN) İranın
bu gün Azərbaycana pilotsuz uçuş aparatları (PUA) ilə
endirdiyi zərbələri, eləcə də Türkiyə səmasında
İran PUA-sının vurulması ilə bağlı dünənki
insidenti pisləyib. Küveyt XİN İranın Türkiyə
və Azərbaycanı hədəf almaq cəhdini qətiyyətlə
pisləyir və bildirir ki, bu, beynəlxalq hüququn və BMT
Nizamnaməsinin açıq şəkildə
pozulmasıdır. Nazirlik Küveytin Türkiyə və Azərbaycanla
həmrəyliyini təsdiqləyir, onların öz
suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq
üçün gördükləri bütün tədbirləri
dəstəkləyir. Səudiyyə Ərəbistanının
Xarici İşlər Nazirliyi bəyanat yayıb Səudiyyə
Ərəbistanı İranın Azərbaycana dron
hücumlarını qınayıb: “ Səudiyyə Ərəbistanı
Krallığının Xarici İşlər Nazirliyi
İranın Türkiyə Respublikası və Azərbaycan
Respublikasının hədəfə almaq cəhdini ən
şiddətli şəkildə qınayır”.
Məsələ ilə bağlı
Yeni Azərbaycan Partiyasın bəyanatında bildirilib ki,
martın 5-də İran İslam Respublikasının
silahlı qüvvələri tərəfindən pilotsuz
uçuş aparatları vasitəsilə Naxçıvan
Muxtar Respublikasının beynəlxalq hava limanına və digər
mülki infrastruktura hücum aktlarının həyata
keçirilməsi bütün Azərbaycan ictimaiyyəti kimi,
Yeni Azərbaycan Partiyasının üzvlərinin də ciddi
narahatlığına və böyük hiddətinə səbəb
olub. Qeyd edilib ki, Azərbaycan-İran dövlətlərarası
münasibətlərinin ruhuna və beynəlxalq hüquq
normalarına zidd olan bu xain təxribat cəhdi regionda hərbi-siyasi
gərginliyin artmasına xidmət göstərir: “Ərazi
bütövlüyü və mütləq suverenliyini bərpa
etməklə yeni reallıqlar yaradan müstəqil Azərbaycan
dövləti hər zaman mehriban qonşuluq prinsipinə sadiq
olub. Ölkəmizin bu gün milli maraqlar və qlobal
çağırışları nəzərə almaqla həyata
keçirdiyi konstruktiv siyasət və sülh diplomatiyası
regionda etibarlı təhlükəsizlik və çoxşaxəli
əməkdaşlıq kontekstində etimad quruculuğuna hədəflənib.
Eyni zamanda, Cənubi Qafqazın lider dövləti kimi hərbi-strateji
potensialını daha da gücləndirən Azərbaycan milli
və regional təhlükəsizliyə yönəlmiş istənilən
təhdidin qarşısını almağa qadirdir. Qonşu
İran dövlətinin bu hücum aktını qətiyyətlə
pisləyir, Azərbaycan xalqından üzr istəyərək,
ölkəmizə qarşı qərəzli təbliğata və
bütün təxribat cəhdlərinə birmənalı
şəkildə son qoyulmasını tələb edirik!”.
Zahid Rza
İki sahil.- 2026.- 6 mart, ¹17.- S.6.