Tərbiyə adı ilə zorakılığa hüquqi məhdudiyyət

 

Sosioloq: Uzun illər formalaşmış ənənəvi tərbiyə modeli bəzi ailələrdə fiziki cəzanın hələ normal davranış kimi qəbul edilməsinə səbəb olur

 

Son illər uşaqların hüquqlarının qorunması onların təhlükəsiz mühitdə böyüməsinin təmin edilməsi məsələsi hüquqi ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə yeni təşəbbüslər irəli sürülür. Belə təşəbbüslərdən biri uşaqlara qarşı tərbiyə adı altında tətbiq edilən fiziki psixoloji zorakılığın qarşısının alınmasına yönəlir.

Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu, eləcə İnsan hüquqları komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, uşağın tərbiyəsi ya intizam tədbiri adı ilə ona qarşı fiziki ya psixoloji zorakılıq tətbiq edən şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur. Təklif edilən dəyişiklik valideynləri onları əvəz edən şəxslərlə yanaşı, uşaqlara nəzarət qayğı funksiyasını həyata keçirən müxtəlif müəssisələrin əməkdaşlarını da əhatə edir.

Sənədə görə, təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət istirahət müəssisələrinin, həmçinin penitensiar qurumların işçiləri tərəfindən uşağa qarşı cismani cəza tətbiq edildiyi halda həmin şəxslər iki yüz manat məbləğində cərimə ediləcək. Bu norma yalnız həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyəti yaratmadığı hallarda tətbiq ediləcək.

Təklif edilən dəyişiklik cəmiyyətdə uşaqlara münasibət, tərbiyə üsulları zorakılıq anlayışı ətrafında müzakirələri yenidən aktuallaşdırır.

 

Uşağı döyməsən tərbiyə olmaz

stereotipi haradan gəlir?

 

Cəmiyyətdə uşağın tərbiyəsi məqsədilə fiziki cəzanın tətbiqi hələ bəzi ailələrdə normal davranış kimi qəbul olunur. Bu yanaşmanın formalaşmasına təsir edən amillər barədə danışan sosioloq Rəvan Əliyev mövzu ilə bağlıİki sahil”ə açıqlamasında bildirdi ki, bu yanaşmanın kökündə əsasən ənənəvi tərbiyə modeli dayanır. Uzun illər bir çox ailələrdəuşağı döyməsən tərbiyə olmazkimi stereotiplər formalaşıb bu düşüncə nəsildən-nəslə ötürülüb. Digər tərəfdən, bəzi valideynlər öz uşaqlıq təcrübələrini model kimi qəbul edir eyni davranış formasını təkrarlayırlar. Sosial maarifləndirmənin zəif olması, uşaq psixologiyası barədə məlumatın azlığı emosional idarəetmə bacarıqlarının formalaşmaması da bu yanaşmanın davam etməsinə təsir edən mühüm amillərdəndir.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin valideynlərin tərbiyə üsullarına ümumilikdə ailə münasibətlərinə mümkün təsirindən danışan R. Əliyev qeyd etdi ki, belə hüquqi dəyişikliklər, ilk növbədə, cəmiyyətdə davranış normalarının dəyişməsinə stimul verir. Valideynlər anlayırlar ki, fiziki cəza artıq tərbiyə üsulu deyil, hüquqi məsuliyyət yarada bilən davranışdır. Bu isə ailələrdə daha çox dialoq, psixoloji yanaşma alternativ tərbiyə metodlarının tətbiqinə səbəb ola bilər. Uzunmüddətli perspektivdə bu dəyişikliklər valideyn-uşaq münasibətlərinin daha sağlam qarşılıqlı hörmət əsasında qurulmasına kömək edə bilər.

 

Uşağın psixoloji inkişafı üçün vacib mühit

 

Sosioloq fiziki cəzanın qadağan olunmasının uşaqların psixoloji inkişafı baxımından da mühüm əhəmiyyət daşıdığını vurğuladı. O bildirdi ki, araşdırmalar göstərir ki, fiziki cəza uşaqlarda qorxu, aqressiya özünə inamsızlıq kimi psixoloji problemlərin yaranmasına səbəb ola bilər. Onun qadağan olunması isə uşaqlarda təhlükəsizlik hissinin formalaşmasına, emosional sabitliyə sağlam sosial davranış modellərinin inkişafına şərait yaradır. Belə uşaqlar adətən öz fikirlərini daha rahat ifadə edir, konfliktləri zorakılıqla deyil, ünsiyyət kompromis yolu ilə həll etməyi öyrənirlər.

Həmsöhbətimiz hesab edir ki, maarifləndirmə ilk növbədə məktəblər, media sosial platformalar vasitəsilə həyata keçirilməlidir. İnsanlara izah olunmalıdır ki, uşağa qarşı təhqir, alçaltma, davamlı qışqırıq təzyiq zorakılığın bir formasıdır. Valideynlər üçün psixoloji maarifləndirici proqramlar, seminarlar sosial kampaniyalar təşkil edilməsi bu sahədə mühüm rol oynaya bilər. Məqsəd cəmiyyətə göstərməkdir ki, sağlam tərbiyə yalnız fiziki deyil, həm psixoloji təhlükəsizliyi təmin edən mühitdə mümkündür.

Uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün hüquqi mexanizmlərlə yanaşı, sosial tədbirlərin vacibliyinə toxunan R. Əliyev diqqətə çatdırdı ki, hüquqi mexanizmlər vacib olsa da, problemin həlli üçün sosial tədbirlər paralel aparılmalıdır. Bunlara valideynlik bacarıqları üzrə təlimlər, məktəblərdə psixoloq xidmətlərinin gücləndirilməsi, ailə məsləhət mərkəzlərinin yaradılması uşaqların müdafiəsi ilə bağlı sosial xidmətlərin inkişafı daxildir. Bundan əlavə, problemin həllində cəmiyyətdə sağlam ailə münasibətlərini təşviq edən sosial kampaniyalar da mühüm rol oynayır. Yalnız hüquqi tədbirlərlə deyil, maarifləndirmə sosial dəstək mexanizmləri ilə yanaşdıqda bu problem daha effektiv şəkildə azaldıla bilər.

 

Nigar Orucova

 

İki sahil.- 2026.- 18 mart, ¹20.- S.8.