Veteran metro işçisi: 20 Yanvar xalqımızın

bir-birinə olan inamını daha da möhkəmləndirdi

 

Həmsöhbət

 

20 Yanvar 1990-cı il Azərbaycan tarixində həm böyük faciə, həm milli iradənin sarsılmaz nümunəsi kimi əbədi iz buraxıb. Həmin gecə Sovet ordusunun ölümsaçan silahları dinc sakinlərin üzərinə yönəlmişdi. Lakin xalqımızın azadlıq ruhu heç bir təzyiq qarşısında sarsılmadı. Tankların güllələrin qarşısına əliyalın çıxan insanlar göstərdilər ki, Vətənin azadlığı uğrunda can verməkdən çəkinməzlər. O gecə qorxu ilə kədərin arasında xalqın milli birliyi azadlıq əzmi parlaq bir işıq kimi parladı. Bu tarix həm bizə ibrət dərsi verir ki, azadlıq milli qürur qarşısında heç bir zorakılıq dayana bilməz. 20 Yanvar faciəsi xalqımızın birliyinin, vətənpərvərlik ruhunun müstəqillik əzminin sarsılmazlığını simvolizə edir.

Həmin gecəni xatırlayarkən Bakı metrosu metropoliten işçiləri gözümüzün önəndə canlanır. Metropoliten işçiləri sübhə qədər faciənin daha böyük miqyas almaması üçün əsl fədakarlıq cəsarət nümayiş etdirdilər. Metro həmin gecə insanların sığınacağı, ümid, pənah yeri idi

Həmin gecə öz vəzifə borcunu vicdanla yerinə yetirən veteran metro işçisi, qanlı qırğının canlı şahidi İbrət Tahirovİki sahilqəzetinə müsahibəsində 36 il öncə yaşananlara qayıtdı. Onun xatirələri 20 Yanvarın Azərbaycan xalqının taleyində açdığı silinməz izləri, qəhrəmanlıq nümunələrini həmrəyliyin gücünü bir daha göstərir.

Həmsöhbətimiz həmin müdhiş gecəni belə xatırladı:” O vaxtlar mənim 35 yaşım var idi.  1977-ci ildən metroda təlimatçı- maşinist vəzifəsində çalışırdım. Həmin gün axşam növbəsində idim.  Axşam saat 8-də işə gəldim hər zamankı kimi vəzifəmi yerinə yetirməyə başladım. Sonra yoldaşım Rasim Musayev mənə bildirdi ki, bəlkə metro səhərə qədər işləsin. Dedim ki, işləmək lazımdırsa, işləyək. Ona söylədim ki, təkcə bizimlə olmaz əsas işi idarə edən dispetçerdir. Dispetçerimizlə  əlaqə saxlayaraq qərara aldıq ki, metronun səhərə kimi fasiləsiz işləməsi məqsədəuyğundur. Bizə heç kim müdiriyyət, rəhbərlik deməmişdi ki, həmin gecə səhərə kimi işləyin. Yanımda olan maşinistlərdən elələri var idi ki, saat 11-də  evə getməli idilər. Onlara dedim ki, qalın, getməyin. Onlar səhərə qədər vəzifə başında qaldılar, eyni zamanda, evdən  maşinistləri çağırdım. Saat 12-də qırğın başladı. Maşinstlər səhərə kimi cəsarətlə öz vəzifə borclarını yerinə yetirdilər. Evdə olan maşinistlər mənə zəng edirdilər ki, lazımdırsa biz işə çıxaq. Qatar az olduğundan dispetçerdən xahiş etdim ki, xəttə əlavə qatar buraxsın.  Həmin gecə biz təkcə vəzifə yox, həm Vətən qarşısında borcumuzu yerinə yetirdik…”

İbrət Tahirovun sözlərinə görə, həmin gecə metro işləməsəydi, faciə qurbanlarının sayı on dəfə çox olardı: “Bizim işləməyimiz bəlkə yüzlərlə  şəxsin həyatını xilas etdi.  O gecə baş verənləri sözlə ifadə etmək demək olar ki, mümkün deyil. 36 il keçməsinə baxmayaraq, həmin hadisələrin hər bir anı yaddaşımda canlanır. Camaatın qaçaraq təşviş içərisəndə vaqonlara minməsini, o təlaşı, həyəcanı unutmaq mümkün deyil”.

Faciə şahidi diqqətə çatdırdı ki, o zaman metronun təhlükəsizliyini polis qoruyurdu. Metro işçilərinin əsas vəzifəsi camaatı aparıb-gətirmək idi. Əgər əsgərlər metroya daxil olsaydılar faciə qurbanlarının sayını müəyyən etmək çətin olardı.

İbrət Tahirov qeyd etdi ki, həmin gecə əsas mərkəzimiz Nəriman Nərimanov metrostansiyasında yerləşirdi. Gecə saat 1-də yaralı gətirdilər. Bizim tibb otağında tibb bacısı var idi. Yaralını apardıq, orada ona tibbi yardlm  göstərildi. Daha sonra təcili yardıma təxliyə etdik.

Faciə şahidinin sözlərinə görə, 20 Yanvar hadisələri xalqımızın bir-birinə olan inamını möhkəmləndirdi milli həmrəyliyi daha da gücləndirdi. Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq,  qəhrəmanlıq vətənpərvərlik nümunəsini gələcək nəsillərə ibrət dərsi kimi çatdıracaq.

İbrət Tahirov bildirdi ki, o hadisədən sonra bir neçə gecə yatmaq bilmədim:”Həmin gecə qəhrəman fədakar maşinistlərimiz Ağadadaş İlham  səhərə qədər fasiləsiz şəkildə başında oldular. Onların göstərdikləri fədakarlıq məsuliyyət, o dəhşətli gecədə insanların təhlükəsizliyini təmin etmək üçün yorulmadan çalışmaları hər zaman yadda qalacaq. Bunlar onu göstərir ki, 20 Yanvar faciəsi xalqımızın, o cümlədən vəzifəsini vicdanla yerinə yetirən insanların qəhrəmanlıq tarixidir”.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2026.-  16 yanvar, ¹4.- S.3.