Ölkənin turizm xəritəsi yenidən formalaşır

 

Samir Dübəndi: Azərbaycan turizmi bu gün inkişafın yeni mərhələsinə daxil olub

 

Azərbaycan son illərdə turizm sahəsində təkcə regional deyil, beynəlxalq miqyasda da diqqət çəkən inkişaf mərhələsinə qədəm qoyub. Təhlükəsizlik sabitliyin təmin olunması, zəngin təbiət mədəni irsin müasir infrastruktur qlobal tədbirlərlə uzlaşdırılması ölkəni müxtəlif turizm seqmentləri üzrə rəqabətqabiliyyətli destinasiyaya çevirir. Beynəlxalq tədbirlər, iri musiqi mədəni festivallar - Azərbaycanın həm maraqlı turizm istiqaməti, həm yüksək səviyyəli qlobal tədbirləri qəbul edə bilən etibarlı platforma kimi tanınmasına xidmət edir.

Paytaxt Bakı ilə yanaşı, regionlar azad edilmiş ərazilər yeni turizm xəritəsinin əsas dayaqlarına çevrilir; qış, yay, ekoloji, sağlamlıq biznes turizmi üzrə potensial isə ardıcıl şəkildə genişlənir. Rəqəmlər həyata keçirilən iri layihələr göstərir ki, Azərbaycan turizmi artıq təsadüfi təşəbbüslər mərhələsini geridə qoyaraq planlı, strateji dayanıqlı inkişaf modelinə doğru irəliləyir.

Azərbaycan turizminin beynəlxalq arenada vahid güclü brend kimi möhkəmlənməsi üçün hansı strateji prioritetlər önə çəkilməlidir?

Azərbaycan Hotellər Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi  mövzu ilə bağlıİki sahil”ə açıqlamasında diqqətə çatdırdı ki, Azərbaycan turizmi bu gün inkişafın yeni mərhələsinə daxil olub: ”Təhlükəsizlik sabitlik fonunda beynəlxalq tədbirlər, iri miqyaslı layihələr azad edilmiş ərazilərdə aparılan sistemli quruculuq işləri ölkənin turizm xəritəsini faktiki olaraq yenidən formalaşdırır”.

Əsas məsələ bu imkanları vahid aydın qlobal brend strategiyası çərçivəsində təqdim etməkdir

S.Dübəndinin sözlərinə görə, əsas məsələ bu imkanları ayrı-ayrı təşəbbüslər kimi deyil, vahid aydın qlobal brend strategiyası çərçivəsində təqdim etməkdir: “Son illər Formula 1 kimi digər idman tədbirləri, böyük konsert festivallar göstərdi ki, Azərbaycan təkcə maraqlı istiqamət deyil, həm beynəlxalq səviyyəli tədbirləri qəbul edə bilən etibarlı plaatforma yaradan destinasiyadır. Bu, xüsusilə MICE – biznes tədbir turizmi üçün ciddi üstünlükdür. Konqreslər, forumlar, korporativ tədbirlər turizmdə mövsüm asılılığını azaldır yüksək xərcləmə edən auditoriyanı cəlb edir.Bakı ilə yanaşı regionlarda da bu potensial mərhələli şəkildə formalaşdırılmalıdır.

Həmsöhbətimiz bildirdi ki, yaşıl ekoloji yönümlü turizm artıq alternativ deyil, qlobal trenddir: “Milli parklar, kənd aqroturizm marşrutları, ekoloji standartlara cavab verən hotellər, alternativ enerji ilə işləyən komplekslər Azərbaycanın beynəlxalq imicinə əlavə dəyər qatır. Bu yanaşma həm təbiətin qorunmasına, həm yerli icmaların iqtisadi fəallaşmasına xidmət edir”.

Turist bu gün yalnız istirahət yox...

Samir Dübəndi vurğuladı ki, turist bu gün yalnız istirahət yox, məsuliyyətli mənalı təcrübə axtarır: “Bu kontekstdə Naxçıvan Muxtar Respublikası xüsusi yer tutur. Naxçıvanın dağ iqlim resursları, sağlamlıq mədəni turizm imkanları, kənd turizmi üçün əlverişli mühiti onu gələcəkdə Azərbaycanın fərqləndirici istiqamətlərindən birinə çevirə bilər. Eyni yanaşma Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran Gəncə-Göygöl bölgələrinə aiddir. Regionların hər biri özunikal hekayəsiilə qlobal bazara çıxa bilər. Azad edilmiş ərazilərdə turizmin inkişafı isə təkcə iqtisadi deyil, strateji simvolik əhəmiyyət daşıyır. Burada məqsəd kütləvi turizm yox, planlı, təhlükəsiz ekoloji balansı qoruyan model qurmaqdır. Qış turizmi üzrə Şahdağ Tufandağ təcrübəsi göstərir ki, düzgün planlama ilə dağ turizmi beynəlxalq bazarda rəqabətqabiliyyətli ola bilər.

Nəticə olaraq, Azərbaycan turizminin qlobal brend kimi güclənməsi üçün əsas prioritetlər aydındır: məhsulların düzgün paketlənməsi, yaşıl dayanıqlı yanaşma, MICE turizminin genişləndirilməsi, regionların aktiv inteqrasiyası keyfiyyət standartlarının yüksəldilməsi. Bu istiqamətlər paralel ardıcıl icra olunduqda, Azərbaycan yaxın illərdə regionun deyil, daha geniş coğrafiyanın turizm mərkəzlərindən birinə çevrilə bilər”.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2026.-  16 yanvar, ¹4.- S.4.