Təhsildə innovasiya imkanların sintezi

 

Əsas məqsədimiz təhsil iqtisadiyyat arasında inteqrasiyanın gücləndirilməsinə töhfə verməkdir

 

Azərbaycan Respublikasında təhsil sahəsinin davamlı inkişafı insan kapitalının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu strateji hədəflərin reallaşdırılmasında Təhsilin İnkişafı Fondu məqsədyönlü layihələri, institusional yanaşması nəticəyönümlü fəaliyyət mexanizmləri ilə mühüm rol oynayır. Fondun təşəbbüsləri təhsil müəssisələrinin maddi-texniki imkanlarının genişləndirilməsinə, gənclərin bilik bacarıqlarının müasir çağırışlara uyğunlaşdırılmasına, eyni zamanda, sosial rifahın yüksəldilməsinə xidmət edir.

Fondun mətbuat katibi Könül Abdulrəşidovaİki sahilqəzetinə müsahibəsində qeyd edib ki, qurumun fəaliyyəti yalnız proqramların icrası ilə yekunlaşmır. Hər təşəbbüs regionlarda gənclərin potensialını üzə çıxarır sosial ədalətin təmin olunmasına xidmət edir. Beləcə, Fond həm maddi-texniki dəstək, həm sosial innovativ yanaşmaların sintezini təqdim edir, Azərbaycan təhsilinin keyfiyyətini yüksəldir dayanıqlı inkişaf üçün möhkəm zəmin yaradır.

-Fond Azərbaycanda təhsil sahəsinin inkişafında hansı əsas rola malikdir təmsil etdiyiniz qurumun prioritet layihələri ilə uğurlu nümunələrini necə izah edə bilərsiniz?

 -Təhsilin İnkişafı Fondu Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönəlmiş proqram layihələri maliyyələşdirən, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına dəstək göstərən publik hüquqi şəxsdir. Əsas məqsədimiz təhsil iqtisadiyyat arasında inteqrasiyanın gücləndirilməsinə töhfə verməkdir.

Fondun prioritet fəaliyyət istiqamətləri çərçivəsində həyata keçirilən layihələr arasındaUniversitetlərin elmi-pedaqoji heyət üzvləri təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi”, tələbələrin sosial rifahının yaxşılaşdırılmasına yönəlmişTələbəPluslayihəsi, müxtəlif kateqoriyalar üzrə icra edilən təqaüd təcrübə proqramları, eləcə müəllim tələbələrin rəqəmsal bacarıqlarının artırılmasına yönəldilmiş “4Sİ Akademiyası-Milli Proqramuğurlu nümunələr kimi qeyd edilə bilər.

-Yerli beynəlxalq tərəfdaşlarla əməkdaşlıq Fond üçün qədər önəmlidir bunun təhsilin keyfiyyətinə təsiri necədir?

-Yerli beynəlxalq tərəfdaşlarla əməkdaşlıq Təhsilin İnkişafı Fondu üçün mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıqlar çərçivəsində tərəfdaşlar tərəfindən Fondun layihələrinə ianələr edilir, təqaüd proqramlarının maliyyələşdirilməsinə dəstək göstərilir təhsil təşəbbüslərinin əhatə dairəsi genişləndirilir. XüsusiləTələbəPluslayihəsi çərçivəsində tərəfdaş qurumların iştirakı ilə tələbələr üçün müxtəlif sahələr üzrə endirim güzəşt imkanları yaradılır. Bu yanaşma tələbələrin sosial rifahının yaxşılaşdırılmasına, təhsil xərclərinin azalmasına ümumi təhsil mühitinin dəstəklənməsinə töhfə verir. Nəticə etibarilə, tərəfdaşlıqlar Fondun layihələrinin davamlılığını təmin etməklə yanaşı, təhsilin keyfiyyətinin artırılmasına müsbət təsir göstərir.

-Fondun layihələrində inklüzivlik, regionlararası bərabərlik azsaylı qrupların təhsilə çıxışı necə təmin edilir?

 -Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilən layihələrdə inklüzivlik bərabər imkanların yaradılması əsas prinsiplərdən biri kimi müəyyən edilib. Fond proqramlarını ölkənin bütün regionlarını əhatə edəcək şəkildə qurur regionlarda yaşayan, eləcə sosial baxımdan həssas kateqoriyalara aid olan gənclərin təhsilə çıxışını xüsusi diqqətdə saxlayır. Bu çərçivədəQırmızı ÜrəklərTəhsil Təqaüd Proqramı, “Parlatəqaüd inkişaf proqramı, “Maya Hacıyeva adına İKT bacarıqlarıtəqaüd proqramı, “Zərif mühəndislərtəqaüd proqramı regionlarda yaşayan sosial baxımdan həssas qruplardan olan tələbələrə yönəlib. XüsusiləHənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstəktəqaüd proqramı regionlarda yaşayan, aztəminatlı ailələrdən olan təhsil imkanları məhdud olan qızların ali təhsilə çıxışını genişləndirməyə yönəlib. Təqaüd mexanizmi vasitəsilə bu kateqoriyadan olan tələbələrin təhsil xərclərinin qarşılanmasına dəstək göstərilir onların təhsil prosesində davamlı iştirakı təmin olunur.

-Fond gənclərin valideynlərin təhsilə marağını artırmaq üçün hansı təşəbbüsləri həyata keçirir?

-Təhsilin İnkişafı Fondu gənclərin valideynlərin təhsilə marağının artırılması məqsədilə maarifləndirici ictimai təsir yönümlü təşəbbüslər həyata keçirir. Bu istiqamətdə Fond tərəfindən müxtəlif mövzuları əhatə edən sosial çarxlar hazırlanaraq ictimaiyyətə təqdim edilib. Sosial çarxlarda qızların təhsilə cəlb olunmasının əhəmiyyəti, erkən evliliyin təhsilə fərdi inkişafa mənfi təsirləri, eləcə şagirdlər arasında sağlam münasibətlərin qarşılıqlı hörmətin təşviqi kimi mövzulara xüsusi diqqət yetirilib.

-Gələcəkdə Fondun strategiyasında hansı istiqamətlərə daha çox diqqət yetiriləcək?

-Gələcək dövrdə Təhsilin İnkişafı Fondunun strategiyasında təhsil müəssisələrinin fəaliyyətlərinin dəstəklənməsi əsas istiqamətlərdən biri olacaq. Bu çərçivədə təhsil sahəsində həyata keçirilən layihələrin Fond tərəfindən maliyyələşdirilməsinin davam etdirilməsi, eləcə mövcud mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur. Strategiyada dövlət özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi, bu çərçivədə yeni təşəbbüslərin təşviqi, təqaüd təcrübə proqramlarının əhatə dairəsinin artırılması da prioritet istiqamətlər sırasında yer alır. Bununla yanaşı, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə yönəlmiş infrastruktur layihələrinin dəstəklənməsi diqqət mərkəzində saxlanılacaq. Həmçinin təhsil sahəsində müasir çağırışlar nəzərə alınaraq süni intellekt üzrə tədqiqatların təşviqi yeni proqramların ölkə təhsil sistemində tətbiqi istiqamətində addımların atılması nəzərdən keçirilir.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2026.-  23 yanvar, ¹5.- S.11.