PİANOÇU TƏLƏBƏLƏRİN UĞURLU SINAĞI

 

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində ənənəvi olaraq müxtəlif kafedraların hesabat konserti keçirilir. Bu günlərdə isə növbəti - УFortepianoФ kafedrasının hesabat konserti dinlənildi. Konsertdən öncə çıxış edən universitetin rektoru, akademik İsa Həbibbəyli belə konsertlərin kafedraların illik fəaliyyətlərinin yekunu olmaqla yanaşı, istedadlı gənclərin aşkara çıxarılması, onlarda peşəkarlıq, səhnə mədəniyyəti formalaşdırmaq baxımından əhəmiyyətindən danışdı. Kafedra müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, dosent Səidə Məmmədovanın məhsuldar yaradıcılığından, təşkilatçılıq səriştəsindən söz açan rektor, belə konsertlər zamanı tələbələrin seçilərək universitetdə keçirilən çoxsaylı mədəni-kütləvi tədbirlərə, daha böyük səhnələrə hazırlanmasını tövsiyə etdi.

Konsertdə Ü.Hacıbəyov, Fmirov, C.Hacıyev, Niyazi, A.Məlikov, T.Quliyev kimi məşhur Azərbaycan bəstəkarlarının, Fopen, İ.Brams, A.Rubinşteyn kimi dünya klassiklərinin əsərləri səsləndirildi. Tələbələrdən Günay Heydərovanın, Ülviyyə Kazımovanın, Nuray və Aynur Əliyevaların, Səriyyə Əhmədovanın professional ifaları maraqla qarşılandı.

Hesabat konsertinin müzakirəsi zamanı akademik İsa Həbibbəyli, Ərzurum Atatürk Universitetinin Baytarlıq fakültəsinin dekanı Mustafa Atasevər və digər müəllimlər milli və dünya musiqisinin müxtəlif janrlarda olan nümunələrinin məharətlə ifa olunmasının sənətkar tələbələrin geniş yaradıcılıq ampulasından xəbər verdiyini, bu istedadların daha da inkişaf etdiriləcəyini və layiqincə dəyərləndiriləcəyini qeyd etdilər. Tələbələr üzərində ciddi çalışan müəllimlərin - sənətşünaslıq namizədi Natəvan Qədimovanın, Nərminə Qədimovanın, Vidadi Heydərovun, Nazilə Qardaşbəyovanın əməyi yüksək qiymətləndirildi.

 

 

Mehriban SULTAN

 

İki sahil.- 2009.- 22 dekabr.- S. 8.