Alimin 60 illik yubileyi qeyd olunub

 

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya Arxeologiya İnstitutunun direktoru, t.e.d., prof. Hacıfəxrəddin Səfərlinin anadan olmasının 60 illik yubileyi münasibətilə AMEA Naxçıvan Bölməsində tədbir keçirilib.

Tədbiri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq bütün həyatını iki istiqamətə, elmi-tədqiqat müəllimlik sahələrinə yönəldən, respublikada epiqrafiya üzrə tanınmış alimlərdən biri olan Hacıfəxrəddin Səfərlinin elmi-pedaqoji fəaliyyətinin üstün cəhətlərindən danışıb.

Hacıfəxrəddin Səfərlinin qısa müddətdə rəhbərlik etdiyi AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya Arxeologiya İnstitutunun əldə etdiyi nailiyyətlərindən bəhs edən akademik yubilyarın institutun həm planda olan, həm plandan kənar işlərdə yaxından iştirak etdiyini yüksək uğurların əldə olunmasında onun böyük əməyi olduğunu bildirib. Natiq öz işinin öhdəsindən ləyaqətlə gələn, elmi-pedaqoji fəaliyyəti bugünkü gənclər üçün örnək olan alimin tədqiqat əsərləri haqqında yüksək fikirlər söyləyib.

Daha sonra İsmayıl Hacıyev bölmənin əməkdaşları adından 60 yaşlı yubliyarı təbrik etmiş, ona uzun ömür, cansağlığı, elmi fəaliyyətində şəxsi həyatında uğurlar arzulayaraq elmin inkişafındakı xidmətlərinə görə AMEA-nın Rəyasət Heyətinin hazırladığı fəxri fərmanla təltif edib.

Sonra Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli yubilyar haqqında, onun elmi müəllimlik fəaliyyəti haqqında geniş danışıb.

Hacıfəxrəddin Səfərlinin həyat yolu elmi-pedaqoji fəaliyyətimövzusunda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, t.e.d. Hacı Qadir Qədirzadə çıxış edib.

Tədbirdə Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, b.e.d., prof. Tariyel Talıbov, Naxçıvan Dövlət Universitetinin Magistatura fakültəsinin dekanı, t.e.n. Elburus İsayev başqaları çıxış edərək görkəmli elm adamına öz ürək sözlərini, arzularını bildirmiş, alimlə bağlı unudulmaz xatirələrini tədbir iştirakçıları ilə bölüşərək hədiyyələrini yubilyara təqdim edib.

Yubilyar da çıxış edərək ona göstərilən diqqətə görə tədbirin təşkilatçılarına öz dərin minnətdarlığını bildirib.

 

 

Türkanə BƏYLƏRLİ

 

İki sahil.- 2009.- 25 dekabr.- S. 7.