M.Müşfiqin 100 illiyi NDU-da qeyd olunub

 

NDU -nun Tarix-filologiya fakültəsində "Mikayıl Müşfiq -100" mövzusunda elmi konfrans keçirilib. Tədbirdə universitetin rektoru, AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli Mikayil Müşfiq irsinə dövlət qayğısından bəhs edərək bildirib ki, bununla bağlı ölkə Prezidentinin xüsusi sərəncamı var. "Yeni dövr Azərbaycan ədəbiyyatında xüsusi rola malik olan Mikayıl Müşfiq ədəbiyyat tariximizdə otuz yaşlı çılğın, romantik, xəyallar dünyasında qanadlanan bir gənc kımi qalıb.” - deyə rektor vurğulayıb.

"Mikayıl Müşfiqin dövrü və həyatı" mövzusunda məruzə ilə çıxış edən filologiya elmləri namizədi Nadir İsmayılov şairin sovet imperiyasının represiyya siyasətinin qurbanlarından biri olduğunu qeyd edərək, onun faciəvi həyat yolundan bəhs etdi. Filologiya elmləri namizədi Əbülfəz Əzimli Mikayıl Müşfiqin yaradıcılığından danışaraq görkəmli şairin Azərbaycan poeziyasına verdiyi töhfələrdən söz açıb.

Filologiya elmləri namizədi Seyfəddin Eyvazov şairin poemaları haqqında geniş məlumat verib .

III kurs tələbəsi Günay Məmmədova "Müşfiq dünyası" mövzusunda çıxış edib.

Sonda tələbələr şairin şeirlərini oxuyublar.

 

Rahim Tariverdiyev

 

İki sahil.-2008.-22 noyabr.-S.8.