İqtisadi təhlükəsizliyin vacib amili barədə

 

Hal-hazırda Azərbaycan müstəqil dövlət kimi həm Şərq-Qərb, həm Şimal-Cənub dəhlizlərinin kəsişdiyi ərazi olmaqla coğrafi mövqedən olduqca əlverişli beynəlxalq geosiyasi əhəmiyyət kəsb edir. Azərbaycanın təbii sərvətlərinin zənginliyi coğrafi mövqeyinin əlverişli olması onu beynəlxalq dairələrdə hörmət sahibi edə bilir. Azərbaycanın dünya ölkələri ilə, xüsusən Avropa ölkələri ilə həm siyasi, həm iqtisadi əlaqələri getdikcə möhkəmlənir, genişlənir təkmilləşir. İndiki qloballaşma şəraitində bunun müstəsna əhəmiyyəti vardır.

Lakin Qərb ölkələri ilə müqayisədə iqtisadi mədəni inkişaf səviyyəsinin müxtəlifliyi baxımından Azərbaycan bəzi neqativ problemlərlə üzləşir. Burada Qərb Şərq mədəniyyətlərinin nümunələri toqquşur həm müsbət, həm mənfi meyillər üzə çıxır. Bu baxımdan, Azərbaycanın milli təhlükəsizliyinin, o cümlədən onun başlıca tərkib hissəsi olan iqtisadi təhlükəsizliyinin araşdırılması öyrənilməsi cox vacibdir.

Respublikamız dünya ölkələri içərisində fəlakətlərin geniş yayıldığı ondan daha çox ziyan çəkən regionlardan biri olduğundan Azərbaycanda sel daşqınları, Xəzərin səviyyəsinin qalxması, zəlzələ, sürüşmə, uçqun digər təbii fəlakətlər hər an gözlənilir.

Əlbəttə, təhlükəsizlik amillərini - milli, iqtisadi, hərbi, sosial s. kimi tərkib komponentlərinə bölmək mümkündür. Lakin bizi maraqlandıran haqqında fikir bildirmək istədiyimiz iqtisadi təhlükəsizlik amilinin əmək ehtiyatları məşğulluqla bağlı olan qarşılıqlı təsir münasibətləridir. Doğrudan da əmək ehtiyatlarının varlığı təbii olaraq əmək resurslarını yaradır bu resurslardan istifadə olunmaması isə işsizlik məşğulluq problemini ortaya çıxarır.

Azərbaycanda əmək ehtiyatlarından düzgün istifadə olunurmu? Bu sualın cavabı sözsüz ki, mənfidir digər bir sualla buna cavab vermək daha asandır. Əgər Azərbaycanda əmək resurslarından düzgün istifadə olunsaydı milyondan çox vətəndaşın ölkəni tərk etməsinə lüzum olardımı? Azərbaycanı tərk edərək xarici ölkələrə getmiş vətəndaşların hamısı - qeyri-rəsmi məlumatlara görə 2 milyon nəfərdən çox adam - demək olar ki, sağlam əmək qabiliyyətli insanlardır. Doğrudan da 2 milyonluq "əmək ordusunun" (K.Marks) xarici dövlətlər üçün işləməsi həmin ölkələrin Ümumi Milli Məhsulunun (ÜMM) artırılmasına xidmət etməsi, Azərbaycanın iqtisadi təhlükəsizliyi üçün mənfi amil deyildirmi? A.Ouken qanununa görə hər-hansı bir ölkədə işsizlik səviyyəsinin 1% azalması daxili milli məhsulun 2% artmasına səbəb olur. Azərbaycanda isə işsizliyin səviyyəsinin azaldılmasının əsas mənbəyi işçi qüvvəsinin işlə təmin olunması deyil, işçi qüvvəsinin immiqrasiyası hesabına olmuşdur. Əgər hal-hazırda xarici ölkələrdə çalışan "əmək ordusu" Azərbaycanda qalmış olsaydı, bu, mövcud olan əmək qabiliyyətli əhalinin təxminən yarısı demək olardı işsizlərin sayı təxminən 2 dəfə artmış olardı. Belə bir vəziyyətdə işsizliyin azaldılması imkan xaricində olan bir problemə çevrilərdi. Eyni zamanda, Dövlət Statistika komitəsinin rəsmi məlumatlarından görünür ki, ölkə Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)" "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-1010-cu illər)" çərçivəsində çox mühüm tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində "…2003-cü ilin oktyabrın 1-dən 2008-ci ilin yanvarın 1-i vəziyyətinə olan dövr ərzində cəmi 643353, o cümlədən 458016 daimi yerləri yaradılmışdır…" Bu isə mövcud vəziyyətdə işsizlik səviyyəsinin 10-15 % azaldılması hesab edilə bilər. Bu faktın özü məşğulluq səviyyəsinin çox ləng artdığını sübut edir. Doğrudan da ölkəmizin iqtisadi artım tempi ilə müqayisədə, işsizliyin azaldılması tempi arasında kəskin fərq vardır.

Rəsmi məlumatlara görə, son illər Azərbaycan xarici vətəndaşların işlə təmin olunması baxımından cəlbedici ölkəyə çevrilməkdədir. Bu hal iqtisadi baxımdan qədər fərəhli olsa da, işsizlik məşğulluq baxımından bir o qədər təhlükəlidir. Əgər bu tendensiya davam edərsə, yaxın gələcək üçün iqtisadi təhlükəsizlik amillərinə daha bir təsirli amil əlavə oluna bilər. Çünki belə halda A.Ouken qanununa görə daxili milli məhsulun artımından söz gedə bilməz. Bu baxımdan, ölkəmizə gələn xarici işci qüvvəsinin tərkibi dərindən təhlil edilməli yalnız bizim əmək bazarımızda olmayan mütəxəssislərin işə cəlb olunmasına icazə verilməlidir. Digər tərəfdən, xarici işçilərin məqsədlə ölkəmizə gəlmələrinin səbəbləri qeyri-müəyyəndir nəinki iqtisadi təhlükəsizlik, hətta Milli təhlükəsizlik üçün təhtid yaratmış olur.

Eyni zamanda, hal-hazırda xarici ölkələrdə çalışan işçi quvvəsini Azərbaycan iqtisadiyyatı üçün tamamilə faydasız hal kimi qəbul etmək düzgün deyildir. Xaricdə çalışan miqrantlarımız Azərbaycanda yaşayan ailələrinə (qohum-qardaşlarına) maddi (maliyyə) yardımı etməklə iqtisadiyyatda öz köməklərini göstərirlər. Lakin, Çin təcrübəsindən istifadə olunması daha faydalı olardı. Məlumdur ki, 1992-ci ildən başlayaraq Çində xüsusi dövlət təşkilatları yaradılmışdır ki, xarici ölkələrə getmək istəyən vətəndaşlarla müqavilə bağlayıb onlar üçün yerləri təşkil edir hər ay onların əmək haqqından vergilər dövlət büdcəsinə cəlb edilir. Burada iki məqama xüsusi diqqət yetirmək lazımdır. Əvvəla, xarici ölkədə yerinin tapılmasını ayrı-ayrı fərdlər yox, Çin dövləti öz üzərinə götürür (kimin harada işləməsini bilməklə, həm onun hüquqlarının təhlükəsizliyinin qorunması üçün zamin olur); ikinci isə, xaricdə çalışan hər bir işçi Çin dövlətinə aylıq vergi verməklə ölkə büdcəsini zənginləşdirir. Beləliklə, həm ölkədə işsizlik azalmış olur, həm ölkə büdcəsinə əhəmiyyətli dərəcədə vəsait daxil olur.

Əgər ölkə daxilində mövcud olan işsizlərin xarici ölkələrdə çalışanların istehsal edə biləcəkləri (xidmət göstərə biləcəkləri) ümumi məhsulu şərti olaraq toplasaq, bu, Azərbaycanda daxili milli məhsulun indiki həcminə bərabər bir rəqəmlə ifadə oluna bilər. Bu isə, hər il Azərbaycan üzrə daxili milli məhsulun 2 dəfə artması imkanı deməkdir, yaxud da real olaraq hər il iki dəfə az daxili milli məhsul istehsalı deməkdir. Bu faktın özü çox böyük təsir gücünə malik olan "örtülü" iqtisadi bir təhlükədən xəbər verir.

Araşdırmalar göstərir ki, xarici ölkələrdə, xüsusilə Rusiyada çalışan adamlarımızın əksəriyyəti kiçik bizneslə məşğul olan insanlardır. Əgər kiçik biznes müəssisələrində çalışanların orta sayını 5-10 nəfər qəbul etsək (bu, rəsmi qanunvericilikdə belədir) onların yarada biləcəkləri müəssisələrin sayı 400000 olardı. Halbuki hal-hazırda bütün respublika üzrə kiçik müəssisələrin sayı cəmisi 185000-dir. Bu isə əmək resurslarından səmərəsiz istifadə olunması baxımından ifrat həddir.

Müstəqilliyimizin ilk illərində (1991-1995) ölkəmizdə siyasi iqtisadi xaosun hökm sürməsi, ölkəmizin Ermənistanla müharibə şəraitində olması digər neqativ halların mövcudluğu bəlkə işçi qüvvəsinin geniş miqyaslı miqrasiyasına səbəb olmuşdur. Lakin ölkəmizin son illərdəki (2000-2009) iqtisadi inkişafı zəminində əks prosesin baş verməməsi bu sahədə hələ neqativ halların mövcudluğunu təsdiqləyir.

Xaricdə işləyənlərin Azərbaycanda yaşayan nümayəndələri (qohum-əqrabası) üçün sağlam iqtisadi hüquqi mühitin yaradılması olduqca vacib məsələdir. Əgər xaricdə işləyənlərin əldə etdikləri kapitaldan ölkəmizdə istifadə edilməsi imkanı yaradılarsa, yəni, onların vəsaitləri hesabına Azərbaycanda kiçik orta müəssisələr, biznes qurumları, xidmət sahələri yaradılmasına imkan şərait yaradılarsa, bu, məşğulluq səviyyəsinin artmasına, kiçik orta müəssisələrin sayının sürətlə çoxalmasına rəvac verər, onların artım sörətini iqtisadi artım sürətinə yaxınlaşdırar. Bu həm xaricdə işləyən vətəndaşlarımızın Vətən ilə bağlılıqlarını artırar gələcəkdə onların geriyə dönmələri üçün əvəzedilməz bir zəmin olar.

Belə bir yanaşma isə o deməkdir ki, ölkəmizdə yaranan əmək resursları ölkəmiz üçün daxili milli məhsul istehsalı ilə məşğul olmaqla dövlətimizin iqtisadi qüdrətinin artmasına yönələr daha səmərəli istifadə olunar. Bu, həm , iqtisadi təhlükəsizlik baxımından dövlətimizin xalqımızın rifahına xidmət edər.

 

 

Ağasəf  İmran

 

İqtisadiyyat. -2010. – 23 - 29 aprel. – S.6.