Facebook istifadəçilərinin sayı google-dan qat-qat çoxdur

 

Amerikanın HitWise analitik şirkətinin məlumatına görə ötən ayın göstəricilərinə əsasən, Facebook.com sosial şəbəkəsi Google.com axtarış sistemini qabaqlayaraq ABŞ-ın ən çox ziyarət olunan saytları siyahısında ön cərgələrdədir. Əgər Google.com-un öhdəsinə 7,03% amerikalı istifadəçilər düşürdüsə, Facebook.com-da bu göstərici 7,07% təşkil edib. Amerika İnterneti tarixində Facebook.com liderliyi birinci dəfə deyil ki, əldə edir. Yeni il Milad bayramı ərəfələrində sosial şəbəkə dəfələrcə istifadəçi çoxluğu ilə Google.com-u üstələyib.

Amerikanın analitik şirkətinin sənədləşmiş materiallarında göstərilən qrafikinə əsasən bu trend davamlı olacaq. Son bir il ərzində Facebook ziyarətçilərinin sayı 185% artıb, Google göstəricilərində isə bu rəqəm yalnız 9% təşkil edib.

 

 

Səbinə

 

İqtisadiyyat. -2010. – 23-29 aprel. – S.7.