Bəxtiyar Musayev: “2025 Mərkəzi Gömrük
Hospitalı üçün uğurlu
illərdən biri olub”
Təqvimdən qopan sonunci vərəqlər
2025-ci ili tarixə qovuşdurur. Hər dəfə il başa çatanda istər-istəməz ötən
ilin uğurları, il ərzində görülən işlər,
həyata keçən
layihələr, yadda qalan hadisələr, xoş anlar yada düşür, üzümüzə gələn
illə bağlı planlar götür-qoy edilir. Başa çatmaqda olan ilin son günlərində
Dövlət Gömrük
Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının
rəisi-Baş həkim,
tibb xidməti polkovniki, tibb elmləri doktoru Bəxtiyar Musayevlə söhbət də bu məqsədə xidmət edir.
- 2025-ci il Sizin üçün, rəhbərlik etdiyiniz Mərkəzi Gömrük
Hospitalının həyatında
hansı əlamətdar
hadisələrlə yadda
qaldı?
- Şübhəsiz ki, bu il
təkcə Mərkəzi
Gömrük Hospitalı
deyil, ümumiyyətlə,
respublikamız üçün
uğurlu il oldu. İlk növbədə Azərbaycan
tarixinə “Konstitusiya
və Suverenlik İli” kimi düşdü. İlin “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycan dövlətçiliyinin
əsaslarını daha
dərindən dərk
etmək və gələcək nəsillərə
ötürmək üçün
əhəmiyyətli addım
oldu. Bu il həm də
müstəqil və müasir Azərbaycanın
tarixinə unudulmaz hadisə kimi daxil olan Zəfər
bayramının 5 illiyini
qeyd etdik. Düz 5 il əvvəl
Azərbaycan xalqının
yazdığı Zəfər
dastanı yaddaşlarda
hünər, qeyrət,
igidlik və ədalət nümunəsi
kimi qaldı.
Ölkəmizin əldə etdiyi ən mühüm siyasi və diplomatik uğurlardan biri də 2025-ci ilin Vaşinqton razılaşması oldu.
ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda uzunmüddətli sülh gündəliyinin formalaşmasına
təkan verdi.
Hazırda işğaldan
azad olan ərazilərdə böyük
layihələrin həyata
keçirilməsi ilə
yenidənqurma və bərpa işləri geniş vüsət alıb. Qarabağa “Böyük Qayıdış”
davam edir, köç karvanları işğaldan azad edilmiş torpaqlarımıza
üz tutur, sakinlər uzun illər həsrətində
olduqları doğma yurdlarına dönürlər.
Cəsarətlə deyə bilərəm ki, 2025-ci il Mərkəzi Gömrük
Hospitalı üçün
də uğurlu oldu. 2008-ci ildə Prezident İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə
başlayan Mərkəzi
Gömrük Hospitalı
dekabrın 25-də 17 illiyini
qeyd etdi. Bu il hospital
çox gərgin iş rejimi ilə seçildi. İldən-ilə uğurlu
addımlar atan Mərkəzi Gömrük
Hospitalı davamlı
inkişaf yolu keçərək, maddi-texniki
bazasını və kadr potensialını gücləndirərək ölkənin
qabaqcıl tibb müəssisələrindən birinə çevrildi. Bu il nəinki
ölkəmizdə, Cənubi
Qafqazda ilk dəfə olaraq meyit donordan qaraciyər və böyrək transplantasiyası
əməliyyatları uğurla
həyata keçirildi.
- Bəxtiyar həkim, yeri gəlmişkən, hazırda
dünya tibbinin gündəmində olan ən aktual məsələlərdən biri
orqan transplantasiyası
əməliyyatıdır. Bəzən həmin əməliyyat xəstənin
həyatda qalması üçün yeganə
çıxış yolu
olur. Günlərlə,
aylarla donor gözləyənlər də
olur, donor çatışmazlığı nəticəsində həyatını
itirənlər də.
Son vaxtlar tibbdə buna da çarə tapılıb – meyit donordan orqan transplantasiyası neçə-neçə
xəstənin həyatını
xilas edir. Bu barədə nə deyə bilərsiniz?
– Hazırda ölkəmizdə
orqan transplantasiyasının
ən vacib sahələrindən biri
– meyit donordan qaraciyər, böyrək və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının
inkişaf etdirilməsidir.
Az vaxt ərzində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi və digər aidiyyəti dövlət və ictimai qurumların, din xadimlərinin və sıravi vətəndaşların aktiv
təşviqi, iştirakçılığı
və dəstəyi sayəsində meyit donordan orqan transplantasiyası işi uğurla həyata keçirildi. Bizim hospitalda canlı donordan böyrək və qaraciyər transplantasiyası əməliyyatları
icra edilirdi. Həmin prosesin psixoloji və emosional tərəfindən
tutmuş inzibati, tibbi, hüquqi və sosial aspektlərini təkmilləşdirməyə
nail olmuşuq. Lakin meyit donordan
orqan köçürülməsində
ölkədə və
regionda birinci olmaq həm şərəfli, həm də təşkilati baxımdan olduqca yeni və mürəkkəb
idi. Meyit donorların olması orqan qıtlığının
azaldılmasına mühüm
töhfədir. Koordinasiya
Şurası ilə sıx əməkdaşlıqda
bu ilin fevralında
Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında
Orqan Transplantasiyası
şöbəsinin transplantoloqu,
Səhiyyə əlaçısı,
tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi, transplantoloq Kamran Beydullayev və peşəkar komanda tərəfindən qaraciyər
sirrozundan əziyyət
çəkən xəstəyə
meyit donordan qaraciyər və böyrək köçürülməsi
əməliyyatı uğurla
yerinə yetirilib. Fevral ayından başladığımız orqan
köçürülməsi əməliyyatları uğurla
nəticələndikcə, bu iş sürətlənməyə
başladı. Noyabr ayında həmin əməliyyat dörd xəstə üzərində
aparıldı. Bütünlüklə
il ərzində hospitalda meyit donordan istifadə edilərək, 9 qaraciyər
və 12 böyrək
transplantasiyası əməliyyatı
icra edilib və qürur hissi ilə deyə bilərəm ki, həmin əməliyyatların hamısı
uğurla nəticələnib.
Oktyabr ayında meyit donordan orqan nəqli ilə bağlı ilk təcrübəmizi Sumqayıtda bölüşdük.
“Regionda İlk:
Meyitdən Orqan Nəqli – Uğurlu Təcrübədən Gələcəyə
Doğru” mövzusunda
keçirilən Beynəlxalq
Elmi Konfransda Azərbaycandan və Türkiyədən dəvət
olunmuş həkimlər
iştirak etdilər. Onlar ölkəmizdə meyitdən orqan nəqlinin həyata keçirilməsinin milli səhiyyə tarixində mühüm mərhələ
olduğunu qeyd etdilər. Şübhəsiz
ki, bu uğur
Azərbaycan həkimlərinin
yüksək peşəkarlığının
növbəti təsdiqidir
və bu iş dövlətin diqqət və qayğısı sayəsində
həyata keçirilir.
Təbabətin bu sahəsində atılan addımlar tezliklə ölkəmizdə transplantologiyanın
inkişafına böyük
töhfə verəcək.
Onu da deyim ki, beyin
ölümünün diaqnostikası
və meyitin orqan donoru kimi
istifadəsində ilk
konfransların təşəbbüsçüsü
bizim hospital olub. Bütün bu işlərdə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi əvəzolunmaz
dəstək göstərib.
- Son vaxtlar Mərkəzi Gömrük Hospitalda başqa hansı yeniliklər olub?
- Yüksək rahatlıq və müasir tibbi avadanlıqla təmin edilmiş Mərkəzi Gömrük
Hospitalında texniki baxımdan ən mürəkkəb olan və cərrahiyyənin zirvəsi sayılan ürək-damar və orqan transplantasiyası əməliyyatları, xəstələrdə
ürəkdə aorto-koronar
şuntlama və digər açıq ürək əməliyyatları,
TAVİ, EVAR kimi invaziv
müdaxilələr, uroloji
rekonstruktiv əməliyyatlar,
travmatoloji əməliyyatlar
və digər əməliyyatlar icra olunur, yüksək keyfiyyət standartlarına
cavab verən diaqnostika, terapevtik və cərrahi mualicə xidmətləri
göstərilir.
Davamı gələn sayımızda
Dilarə Zamanova,
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi
İqtisadiyyat.- 2026.- 8-21 yanvar,
¹1/2.- S.6.