Yalçın Rzazadədən unikal bir layihə 

 

Azərbaycan estradasının görkəmli nümayəndəsi, xalq artisti Yalçın Rzazadə yeni mahnılar yazdırır

 

Sənətçinin Lent.az-a verdiyi məlumata görə, yeni mahnılar arasındaYox deyəndə mənmahnısı var. Bundan başqa o, daha bir neçə mahnını da lentə yazdırmaq niyyətindədir.

Yalçın Rzazadə yaradıcılığı ilə bağlı daha bir yenilik barədə danışıb. Bildirib ki, sənətdə olduğu illər ərzində ifa etdiyi mahnılar toplu şəklində buraxılacaq. Lakin bu toplu tamamilə fərqli şəkildə olacaq: “Bu, dövlət səviyyəsində hazırlanan bir layihədir. Bildiyimə görə, kitab şəklində olmalıdır. Orada sənətə gəldiyim gündən indiyədək oxuduğum mahnılar, onlar barədə məlumat foto şəkillərim yer alacaq. Unikal indiyədək görülməyən bir layihə olmalıdır. Artıq işlər gedir. Fotolarımı, mahnılarımı toplayıb təqdim etmişəm. Amma hazırlanma prosesi uzun çəkəcək. Yəqin ki, bir ilə hazır olacaq. Onu da deyim ki, bu toplu satışa çıxarılmayacaq. Xüsusi adamlar xarici qonaqlar üçün nəzərdə tutulub”.

 

 

Xəyalə 

 

Kaspi. -2010. -8 iyul. – S.16.