Cümhuriyyətin nazirləri 

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xalq Maarif Nazirliyinə rəhbərlik etmiş şəxslər və həyata keçirilmiş tədbirlər barədə

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) hökumət böhranları ilə əlaqədar olaraq biri-digərini əvəz etmiş 5 hökumət kabinəsi təşkil edilmişdir.

 

²-²²² hökumət kabinələri Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərindən biri F.X.Xoyskinin sədrliyi ilə təşkil edilmiş və 28.05.1918-17.03.1919-müddətdə fəaliyyət göstərmişdir:

- ² müvəqqəti hökumət kabinəsində (28.05.1918.-17.06.1918.) Nəsib bəy Yusif oğlu Yusifbəyli maliyyə və maarif naziri vəzifəsini tutmuşdur. 

- ²² müvəqqəti  hökumət  kabinəsində (17.06.1918.--06.10.1918.)- Maarifdini etiqadlar naziri vəzifəsinə-N.Yusifbəyli; 1918-ci il oktyabrın 6-da ²² hökumət kabinəsində edilən kabinədaxili  dəyişikliklərdən sonra (06.10.1918.-07.12.1918.) xalq maarifi və ərzaq naziri-N.Yusifbəyli; sosial-təminat və dini etiqadlar naziri   vəzifəsinə  isə M.Rəfiyev təyin olunmuşdur .

- ²²² hökumət kabinəsində (26.12.18-17.03.19)- N.Yusifbəyli maarifdini etiqadlar naziri vəzifəsini  tutmuşdur .

Beləliklə, F.X.Xoyskinin təşkil etdiyi ²-²²² hökumət kabinələrində maarif nazirliyinə N.Yusifbəyli rəhbərlik etmiş və o, Azərbaycan Xalq Cümhuriyyətinin ilk maarif naziri olmuşdur. 

F.X.Xoyskinin başçılıq etdiyi I-III hökumət kabinələrində, 1918-ci il   mayın 28-dən   1919-cu il aprelin  14-dək  olan  müddətdə Nəsib bəy Yusif oğlu Yusifbəyli ardıcıl olaraq Maliyyə və xalq maarifi naziri (28.05.18-17.06.18.);  Maarifdini etiqadlar  naziri (17.06.1918.-06.10.1918.);.  Xalq maarifi və ərzaq naziri (06.10.1918.-07.12.1918); Maarifdini etiqadlar  naziri (26.12. 1918.-17.03.1919.) vəzifəsini tutmuşdur.

Həmin dövrlərdə təhsil sisteminin dağılmasının qarşısının alınmasına, təlim- tərbiyə  işlərinin kökündən dəyişdirilərək milli manefələrə uyğun şəkildə yenidən qurulmasına, məktəb islahatlarının aparılmasına   yönəldilmiş tədbirlərin həyata keçirilməsinə  dair Hökumət və  Parlament tərəfindən qanun və qərarlar qəbul edilmiş, Xalq  Maarifi  Nazirliyi  tərəfindən  müvafiq  tədbirlər  həyata  keçirilmişdir.

Xalq məktəbləri tədris dairələrinin direktoru vəzifələri ləğv edilmişrespublikada məktəb və maarif işinin idarə edilməsi Xalq Maarif nazirliyininxalq məktəbləri müfəttişlərinin ixtiyarına verilmişdir. Bundan  əlavə,  Tiflisdəki Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan bölməsinin Qazaxa  köçürülməsi  üçün  vəsaitin  ayrılması (22.06.18.); Azərbaycan dilinin dövlət dili  qəbul  edilməsi (27.06.18.); Xalq Maarif Nazirliyinin  dəftərxanasının ştatının  tərtib edilməsi(30.06.18.); Türkiyədən müəllimlərin dəvət olunması və dərsliklərin gətirilməsi(22.07.18.); Məktəblərin milliləşdirilməsi, tədris müəssisələrində dövlət dili olan Azərbaycan dilinin məcburi tədris olunması(28.08.18); Xalq məktəbləri müfəttişliyinin təsis edilməsi(24.08.18); Pedaqoji kursların təşkil edilməsinə vəsaitin ayrılması (24.08.18.); Dövlət və ictimai tipoqrafiyaların Xalq Maarif Nazirliyinin sərəncamına  verilməsi (18.09.18.); Bakıda olan kağız ehtiyatlarının Xalq Maarifi Naziri tərəfindən müsadirə edilməsi (18.09.18.); Gəncə sənət məktəbinin hərbi məktəbə  çevrilməsi  üçün  vəsaitin  ayrılması (01.10.18.); Zaqatala dairəsində 25 birsinfli məktəbin açılması üçün Xalq Maarif Nazirliyinin sərəncamına vəsaitin ayrılması(29.10.18.); Xalq məktəbləri və ali-ibtidai məktəb müfəttişlərinin və müəllim seminariyaları direktorlarının Bakı şəhərində qurultayının keçirilməsinə vəsaitin ayrılması (17.12.18.); Gəncə və Nuxadakı müqəddəs Nina qız tədris müəssisələrinin dövlət hesabına götürülməsi (18.12.18.); Yoxsul ailələrdən olan   uşaqlara birdəfəlik müavinətlərin verilməsi (12.02.19.); Türk şriflərinin alınmasına vəsaitin ayrılması (03.02.19.); Ərəb əlifbasının islahatı üzrə komissiyanın yaradılması (21.03.19.); Bakı şəhərində 1919/1920  tədris  ilində Universitetin açılmasının  Xalq  Maarif  Nazirinə  tapşırılması (08.04.19.); və maarif-təhsil  işinin  digər  məsələləri   üzrə   Hökumət qərarlar qəbul etmiş    həmin  qərarlar  əsasında N.Yusifbəylinin başçılığı altında Xalq maarifi Nazirliyi   müvafiq  tədbirləri  həyata keçirmişdir.

Sonrakı  dövrlərdə, Azərbaycan Xalq Cümhuriyyətinin IV-V hökumət kabinələri Azərbaycanın görkəmli dövlət və siyasi xadimi Nəsib bəy Yusifbəylinin başçılığı altında təşkil olunmuşdur.

- IV kökumət kabinəsində (14.04.19-22.12.19) - Xalq maarifi və dini etiqadlar nazirliyinə əvvəl Həmid bəy Şahtaxtinski (16.04.1919-16.05.1919-dək) rəhbərlik etmişdir.   Qeyd  edirik  ki, N.Yusifbəylinin  sədrliyi  ilə  yaradılmış   IV  hökumət  kabinəsində (14.04.1919.-22.12.1919.) Xalq Maarif Nazirliyinə  ilk  vaxtdan  R.Kaplanov  deyil, məhz  Həmid bəy Şahtaxtinski   rəhbərlik etmişdir. O, bu  barədə  1919-cu  il  aprelin  16-da  Xalq Maarif Nazirliyi üzrə 162 ¹ li  əmr də  imzalayaraq   elan etmişdir. H.Şahtaxtinskinin  imzaladığı  həmin  əmr  25  aprel  1919-cu  il  tarixli  “Azərbaycan”  qəzetində  dərc  edilmişdir.

 N.Yusifbəylinin  sədrliyi  altında  yaradılmış  IV hökumət kabinəsində  Xalq Maarif Nazirliyinə əvvəl  (16.04.18.-dən-16.05.18.-dək) H.Şahtaxtinskinin  rəhbərlik etdiyini təsdiq edən dəlillərdən   biri  Parlamentin 9 iyun 1919-cu il tarixli 46-cı iclasında Hökumət  başçısı  N.Yusifbəylinin çıxışıdır. Belə ki, o, öz çıxışında   qeyd  edirdi: “...Yeni hökumət təşkil olunandan sonra mən maarif nəzarəti başından çəkilməli oldum. Oraya Həmid bəyi maarif nəzarəti vəkili təyin etdik... maarif nəzarəti  Həmid  bəyin ixtiyarına keçəndən sonra məzbətə (protokol-qərarnamə-R.S.) və kağız işləri ilə bərabər ədyan (dini-etiqadlar-R.S.) nəzarəti də onun ixtiyarına  keçmiş  oldu... Bunun  üzərində  istefa  verdi... hökumət  bu istefanı qəbul etməmiş    başından  çəkildi”...

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 16 may 1919-cu il tarixli iclasında baş nazir N.Yusifbəylinin Maarif və dini etiqadlar nazirliyinin rəhbəri Hahtaxtinskinin istefası barədə məruzəsi dinlənilərək qərara alınmışdır ki, Hahtaxtinski tutduğu vəzifəsindən azad edilsin və həmin nazirliyin  müvəqqəti  olaraq  idarə olunması Poçt və teleqraf nazirinə həvalə edilsin.

Poçt və teleqraf naziri Camo Hacinski 1919-cu il mayın 16-dan iyunun 11-dək müvəqqəti olaraq Xalq maarifi və dini etiqadlar naziri vəzifəsini icra etmişdir. Xalq Maarif Nazirinin müavini Nahsuvarovun həmin nazirliyin rəhbəri  vəzifəsinin icrasına  başlaması  ilə  əlaqədar olaraq, C.Hacinski  1919-cu il iyunun 11-də əmr imzalayaraq Xalq maarifi və dini etiqadlar nazirliyinin idarə olunmasını həmin gündən etibarən Nahsuvarova təhvil verdiyini elan etmişdir. Həmin  əmr  15  iyun  1919-cu  il  tarixli  122¹li  Azərbaycan  qəzetində  dərc  edilmişdir.

Nahsuvarov,  N.Yusifbəylinin  sədrliyi  ilə  yaradılmış   IV  hökumət  kabinəsində 1919-cu il iyunun 11-dən-iyunun 22-dək, cəmi 11 gün  Xalq Maarifi və dini etiqadlar naziri vəzifəsini icra etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 19 iyun 1919-cu il tarixli qırx doqquzuncu iclasında Parlamentə sədrlik etmiş Həsən bəy Ağayev hökumətin təklifi ilə Dağıstan Cümhuriyyətində maarifdini etiqadlar naziri vəzifəsini tutmuş Rəşid bəy Kaplanovun kabinəyə dəvət edilərək qəbul edildiyi barədə məlumat vermişdir.   Rəşid bəy Kaplanov 22 iyun 1919-cu il tarixdən etibarən Maarifdini etiqadlar naziri vəzifəsini icra etməyə başlamışdır. O, 1919-cu il iyunun 22-də  193 ¹ li  əmr imzalayaraq bu barədə nazirliyə elan etmişdir .

R.Kaplanov, N.Yusifbəylinin başçılıq etdiyi IV  hökumət  kabinəsində 1919-cu il iyunun 22-dən dekabrın 22-dək Maarif və dini etiqadlar naziri vəzifəsini  icra  etmişdir. Beləliklə, IV  hökumət  kabinəsinin fəaliyyəti dövründə (14.04.19-22.12.19) Maarif və dini etiqadlar nazirliyinə qısa müddətlərlə də olsa, ardıcıl olaraq Hahtaxtinski (16.04.19-16.05.19); C.Hacinski ( 16.05.19-11.06.19); Nahsuvarov (11.06.19-22.06.19); daha sonra isə R.Kaplanov (22.06.19-22.12.19) rəhbərlik etmişdir. Xalq  Maarif  Nazirliyinə  ən  uzun  müddət  rəhbərlik  etmiş  şəxs   N.Yusifbəyli olmuşdur (təxminən  11ay ); daha  sonra  R.Kaplanov (6 ay);Hahtaxtiski  təxminən  3  ay  yarım; Nahsuvarov  1 ay 6 gün; C.Hacinski  təxminən 27 gün  Xalq  Maarif  Naziri  vəzifəsini  tutmuşdur.

Ölkədə yaranmış mürəkkəb iqtisadisiyasi vəziyyət 1919-cu ilin II yarısında bir qədər də gərginləşmişdi. Rusiya ilə iqtisadi-ticarət əlaqələrinin qırılması, neft ixracının dayandırılması, işsizliyin artması, neft sənayesində dərinləşən böhran, aqrar məsələnin həll edilməməsi hökumət böhranına gətirib  çıxarmışdı. 1919-cu  ilin  payızında   “Əhrar”, “İttihad” və sosialistləri təmsil edən fraksiyalar açıq-aşkar hökumətə etimad göstərmədiklərini bildirirdilər. Bu  səbəbdən  Parlamentdə hökumətə etimad məsələsi müzakirə edilmiş və səsvermənin nəticəsində hökumətə etimad göstərildiyi müəyyən edilmiş olsa da, həmin gündən bəlli olmuşdur ki, hökumət parlamentdə qeyri-şərtsiz və arxayınlıqla istinad edə biləcəyi mərkəzə malik deyildir və təsadüfü çoxluğa arxalanır.

Yaranmış vəziyyəti nəzərə alaraq  Nazirlər Şurasının sədri N.Yusifbəyli 18 sentyabr 1919-cu il tarixdə Parlamentə məktub göndərərək onun başçılıq etdiyi kabinənin istefasının qəbul etməsini xahiş etmişdir. 

Qeyd edirik ki, müxtəlif siyasi partiyalar arasındakı ziddiyyətlər və mövqe ayrılıqları koalision hökumət yaratmaq imkanını məhdudlaşdırdığı üçün bu böhran dekabrın sonunadək davam etmiş və nəhayət 1919-cu il dekabrın     22-də Parlamentin yüz doqquzuncu iclasında N.Yusifbəylinin sədrliyi ilə yeni sayca V hökumətin tərkibi təsdiq edilmişdir.

N.Yusifəylinin  sədrliyi  altında  yaradılmış  V hökumət kabinəsində (22.12.1919-30.03.1920)  Həmid bəy Şahtaxtinski  Maarif naziri vəzifəsinə təyin edilmişdir.

R.Kaplanov isə Ədyan (dini etiqadlar-R.S.) və maliyyə naziri vəzifəsinə  təyin edilmişdir.

Maarif naziri H.Şahtaxtinski 1920-cu il martın 5-də istefa vermiş  istefaya çıxmış H.Şahtaxtinskinin yerinə N.Şahsuvarov təyin edilmişdir. N.Şahsuvarov N.Yusifbəylinin  sədrliyi  ilə  yaradılmış  V  hökumət  kabinəsində  1920-ci il martın 5-dən 30-nadək (cəmi 25 gün) maarif naziri vəzifəsini icra etmişdir. O, martın 30-da bütün kabinə ilə birgə istefaya çıxmışdır.

Ölkədə yaşanan  gərginliklərə  baxmayaraq,  1919-cu ilin aprelindən 1920-ci ilin aprelinədək olan müddətlərdə də təhsil və  maarifin  inkişaf etdirilməsi  məsələlər daim  Parlament və Hökumətin diqqət mərkəzində olmuşdur. Kifayətdir  qeyd  edək  ki, Respublikanın 1919-cu  ilə  olan  büdcə  xərclərində  Xalq  Maarif  Nazirliyinə  ayrılan  xərclər  103.035.150  rubl  təşkil  etmişdir  ki, bu  da  öz  həcminə  görə  Hərbi  Nazirlik (399.454.242. rubl)    Dövlət  dəmir  yollarının  istismarına (394.914.590.rubl)  ayran  xərclərdən  sonra  üçüncü  pilləni  tuturdu.

Ölkədə  təhsil sisteminin böhranlı vəziyyətdən çıxarılması, məktəb islahatlarının aparılması, əmlakı  dağıdılmış    viran  edilmiş  məktəblərin  bərpa  edilməsi    yenilərinin   tikilməsi  üzrə  işlər  davam  etdirilmiş  bu  işdə  müəyyən  nəticələr  əldə  etmək  mümkün  olmuşdur. Məsələn, əgər  1918-ci  ildə  Şamaxı    Göyçay  qəza  müfəttişliyində  uçotda  olan  108  məktəbdən  yalnız  10-u  fəaliyyət  göstərirdisə,1919/1920  tədris  ilində  belə  məktəblərin  sayı  70-ə  çatdırılmışdır. Bundan  əlavə,  görülmüş işlərin nəticəsi idi ki, 1919-cu ildə Bakı orta texnikikommersiya məktəbləri, iki kişiüç qadın gimnaziyası istisna olmaqla, ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələri milliləşdirilmişdir. 1919/1920 tədris ilinin əvvəllərində Azərbaycanın 668  ibtidai və 23 ortaorta-ixtisas məktəbi (6 kişi və 4 qadın gimnaziyası; 5 realnı məktəb, 3 “Müqəddəs Nina” qız məktəbi,     3 müəllimlər seminariyası, 1 politexnik və 1 kommersiya məktəbi  fəaliyyət göstərirdi. 

 

 

R.B.Səfərov,

Azərbaycan Respublikasının Milli Arxiv  İdarəsinin əməkdaşı  

 

Material KİVDF-nin dəstəklədiyi layihə çərçivəsində hazırlanıb.

 

Kaspi.- 2010.- 26 noyabr.- S. 13.