Beynəlxalq aləm Azərbaycandakı
antikorrupsiya tədbirlərini
dəstəkləyir
Beynəlxalq təşkilatlar
hökumətin son addımlarını alqışlayırlar
Azərbaycan hökuməti antikorrupsiya tədbirlərini
daha da genişləndirməkdədir. Hər keçən
gün bu prosesin yeni elementləri açıqlanır.
İşində qüsurlara yol verən dövlət məmurlarının
cəzalandırılması ilə yanaşı, korrupsiya
yaradan amillərin aradan qaldırılması üçün
də iş aparılır. Məsələn, yaxın
günlərdə ölkə qanunvericiliyinə korrupsiyaya
qarşı mübarizə tədbirləri çərçivəsində
dəyişikliklər ediləcək. Belə ki, ölkə
prezidenti tərəfindən antikorrupsiya tədbirləri
çərçivəsində qanunlara edilən əlavə
və dəyişikliklər bağlı qanun layihəsi
artıq parlamentə təqdim edilib. Gözlənilən dəyişikliklər
dövlət və inzibati orqanların fəaliyyətində
şəffaflığa xidmət edəcək, pozuntu
hallarının qarşısının alınmasına
yönələcək. Azərbaycanda korrupsiya qarşı
mübarizə tədbirləri beynəlxalq təşkilatlar tərəfindən
də dəstəklənməkdədir. Son günlər
müxtəlif beynəlxalq təşkilatların təmsilçiləri
hökumətin addımlarını təqdir edən
açıqlamalar verməkdədirlər.
Məsələn, daim Azərbaycandakı
prosesləri diqqətlə izləyən ATƏT artıq
hökumətin antikorrupsiya tədbirlərinə dəstəyini
ifadə edib. ATƏT-in Bakı Ofisinin rəhbəri Əli
Bilgə Cankorel təmsil etdiyi təşkilatın son vaxtlar Azərbaycanda
vüsət alan antikorrupsiya tədbirlərini diqqətlə
izlədiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanda
korrupsiyaya qarşı mübarizənin yeni bir mərhələsinin
başlaması sevindiricidir. Bu tədbirlər beynəlxalq
ictimaiyyət tərəfindən də diqqət mərkəzində
saxlanılır. Səfir həyata keçirilən tədbirlər
barədə beynəlxalq ictimaiyyətin də məlumatlandırılacağına
ümidvar olduğunu bildirib. «Ümidvaram ki, bu tədbirlər
davamlı olacaq» - deyə Ə.B.Cankorel vurğulayıb. ATƏT-in
Bakı ofisinin rəhbəri təmsil etdiyi təşkilatın
korrupsiyaya qarşı mübarizənin tərkib hissəsi
olan çirkli pulların yuyulmasına qarşı mübarizənin
də Azərbaycanda yüksək səviyyədə
qurulmasından razılığını ifadə edib. Onun
sözlərinə görə, ATƏT-in Bakı ofisi Azərbaycanda
bu işi həyata keçirən Maliyyə Monitorinqi Xidməti
ilə yaxından əməkdaşlıq edir. Bu əməkdaşlıq
çərçivəsində xidmətin praktiki və tənzimləyici
funksiyalarının reallaşdırılmasına texniki
yardım göstərilir.
Avropa Şurasının Korrupsiyaya
qarşı Dövlətlər Qrupu (GRECO) da Azərbaycanın
korrupsiyaya qarşı mübarizə tədbirlərini dəstəkləməkdədir.
Təşkilatın icraçı katibi Volfqanq Rau bildirib ki,
Azərbaycanda korrupsiya ilə mübarizə sahəsindəki
yeni təşəbbüsləri müsbət qiymətləndirir.
O, təmsil etdiyi qurumun bu səyləri yalnız
alqışladığını bildirib: “Korrupsiya ilə
mübarizəyə yönəlmiş istənilən təşəbbüsü
biz yalnız alqışlaya bilərik. GRECO öz
hesabatlarında dəfələrlə Azərbaycanın
“Şəffaflığın artırılması və
korrupsiyaya qarşı mübarizə” üzrə Milli
Strategiyanın (2007-2011-ci illər) qəbul olunmasını
müsbət qiymətləndirib və qurumun verdiyi tövsiyələrə
uyğun olaraq, həyata keçirilmiş bəzi konkret irəliləyişlərdən
məmnunluğunu bildirib. Bu, əsasən korrupsiya
hallarını araşdıran hökumət nümayəndələrinin
iş metodlarının və vasitələri, korrupsiyanın
qarşısının alınması sahəsində dövlət
qulluqçularının hüquq və vəzifələrini,
o cümlədən 2007-ci ilin may ayında qəbul edilən vəzifəli
şəxslərin etik qaydalarını nəzərdə
tutan xüsusi normativ əsaslar və çirkli pulların
yuyulmasına qarşı mübarizənin mexanizmləri kimi
vacib məsələlərdir. Eyni zamanda, GRECO-nun tərtib
etdiyi bir sıra tövsiyələri ilə bağlı bəzi
dəyişikliklərin edilməsi hələ də vacib
olaraq qalmaqdadır”.
ABŞ-ın Azərbaycana təyin
olunmuş yeni səfiri Metyu Brayza da antikorrupsiya tədbirlərini
dəstəklədiklərini bildirib. O, jurnalistlər
üçün keçirdiyi qəbulda bu məsələyə
münasibət bildirərək deyib ki, ABŞ Azərbaycanda
gedən antikorrupsiya tədbirlərini alqışlayır:
“Biz bu təşəbbüsün daha da davam etdirilməsi və
dərinləşdirilməsində öz dəstəyimizi
göstərməyə hazırıq. Bu, bizim ümidimizi əks
etdirəcək ki, Azərbaycan artıq nativ ölkə olaraq
özünü büruzə verməkdədir. Bu, çox
müsbət bir nativdir”.
Avropa Şurasının MONEYVAL Komitəsinin
icraçı katibi Con Ringgut təmsil etdiyi təşkilatın
Azərbaycanın çirkli pulların yuyulmasına
qarşı mübarizə tədbirlərini yaxından izlədiyini
bildirib. «Doğurdan da Azərbaycan bu sahədə çox
böyük uğurlara nail olub» - deyə icraçı katib
vurğulayıb.
İlham QULİYEV
Kaspi.- 2011.-
19-21 fevral.- S. 5.