90 illik parlaq ömür 

 

Görkəmli rəssam Oqtay Sadıqzadənin 90 illik həyat və yaradıcılıq yolu haqqında

 

1936-cı ildə xalqın qabaqcıl ziyalıları “xalq düşməni” adı ilə damğalanaraq həbs olunmağa başlandı… Əhməd Cavad, Hüseyn Cavid, Tağı Şahbazi kimi yüzlərlə ziyalılar bu dəhşətin qurbanı oldular. Repressiya illərinin amansız küləyi Seyid Hüseynin ailəsindənyan keçmədi. 1941-ci ildə 20 yaşlı Oqtay həbs edilərək sürgünə göndərdilər. «Təsəvvür edin, 20 il ailə qayğısı görmüş gənc bir adam necə bir şəraitə düşdüdeyə Oqtay Sadıqzadə xatırlayır:

 

- “Altay ölkəsində soyuqlar 50 dərəcəyə çatırdı. Yeri qazaraq üstünü örtüb orda yaşayırdıq. Səhər yuxudan duranda divarlar elə bil ki ağappaq don geyindiyini görürdük. Bir qazmada 250 adam yaşayırdı. Düz 5 il belə şəraitdə yaşadım. Ancaq sen demə buna da alışmaq olarmış, insan deyilən varlıq necə mürəkkəbdir. O şərait hər kəs üçün əsil imtahandır, elə dəhşətlərdə insanın daxili, onun özü görsənir. Cəbhədə qalmaq, belə natəmiz yerdə qalmaqdan daha yaxşıdır deyə fikirləşdim və könüllü olaraq müharibəyə getmək üçün ərizə yazdım. Ancaq mənə xalq düşməni adı verildiyinə görə komissar getməyimə icazə vermədi. Sonradan məni rəssamlıq sənəti xilas etdi. Rəssamlıq ittifaqının sədri Mürsəl Nəcəfov sürgündə olduğum şəhərə məktub yazaraq qayıtmağım haqqında xahiş etdi “O bizə lazımdır”-deyə Mürsəl Nəcəfov yazmışdı. O məktubun mənə böyük köməyi oldu, 1946-cı ildə sürgündən azad olaraq Bakıya qayıtdım. Anamdan məktublar alırdım, atamdan isə heç bir xəbər yox idi. Sadəcə müxtəlif versiyalar söylənilirdi. Moskvadan alınan rəsmi məlumata görə 1939-cu ildə güllələnməsi haqqında fərman verilib. Ancaq anası Umgülsümü görmək O Sadıqzadəyə nəsib olmur çünki, anası qayıdıb gələndən üç ay sonra vəfat etmişdideyə XX əsrin ikincin yarısında yaşayanyaradan Azərbaycan təsviri incəsənətinin  ən maraqlı nümayəndələrindən biri olan Oqtay Sadıqzadə həyatının acı anlarını bizimlə paylaşdı.

O, məşhur ədəbiyyatçıyazıçı Seyid Hüseynin  və şairə Ümgülsüm xanımın ailəsində, poetik ruhda böyümüşdür. Təbiidir ki, incəsənətdə öz yolunu ədəbi obrazlarla tapmaq istəyirdi. Rəssam olmağı Oqtay uşaq illərindən arzulayırdı. “Gözəllik axtarmaq üçün bütün dünyanı gəzsək də, bunu birinci növbədə özümüzdə daşımalıyıq, yoxsa onu heç yerdə tapa bilmərikdeyən Amerika idealisti  Emersonun  bu sözlərini Oqtay Sadıqzadənin yaradıcılığı da təsdiq edir . O, rəssamlığa meyl göstərməklə bərabər, şeir yazmağı da xoşlayırdı. Fizuliyə, Natəvana aşiq olan anası Ümgülsüm xanım oğlunu seir yazmağa həvəsləndirir, onu poeziya aləminə bağlamağa cəhd edirdi.  Bəlkə sürgünü xatırladan o əsgərlik illərinə, dəhşətlərə o kitabların  köməyi ilə dözə bilmişdi. Lakin O, atasının da razılığını aldıqdan sonra rəssamlıq sənətini  seçərək 1935-ci ildə Rəssamlıq texnikumuna daxil oldu. Rəssam o vaxtkı müəllimlərindən  rəssam Piralovu minnətdarlıqla xatırlayır. Yüksək savada malik olan bu rəngkar eyni zamanda musiqiçi riyaziyyatçı idi, Fransa İtaliyada təhsil almış, çox ziyalı bır adam idi. O, özü daxil  olmaqla Azərbaycan rəngkarlığının indiki korifeyləri sayılan Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Əbdülxaliqlə bir yerdə oxuyurdular. Onlar müəllimin rəhbərliyi altında rəsmin proporsiyasını, perspektivin incəliklərini öyrənirdilər. 1939-cu ildə Oqtay Sadıqzadə Rəssamlıq məktəbini bitirir. Moskvada təhsilini davam etdirmək arzusunda olsa da, öhdəsinə düşən məsuliyyət   maddi  çətinliyə görə təhsilini davam etdirə bilmədi.

O, respublika sərgilərində iştirak edir, onun əsərləri sərgi komitəsi tərəfindən yüksək qiymətləndirilirdi. 1940-cı ildə Moskvadan gələn Tretyakov qalereyası açılacaq Ümumittifaq sərgisi üçün iki əsər seçilmişdir, onlardan biri  19 yaşlı Oqtay SadıqzadəninÇağırışçılartablosu   Sadiq ŞərifzadəninKəndlietüdü idi. Rəssam  1941-ci ildə bu münasibətlə Moskvada oxuyan dostu Mikayıl Abdullayevdən təbrik məktubu almışdı. Lakin onun sevinci çox çəkmədi. 1941-ci ildə onuxalq düşməniadı ilə  Altay dağlarına sürgünə göndərdilər. O vaxt onun 20 yaşı var idi. O, Romen Rollarının Qolfridin prinsipi ilə ancaq bugünkü günlə yaşamağa çalışırdı.  O, həm dostlarının, həm düşmənlərinin arasında qəddarlığa, nifrətə qarşı mübarizə aparır insanın içində gizlənən o yaxşı sifətləri üzə çıxartmağa  çalışırdı. Mən də özlüyümdə düşünürəm ki, elə bir şəraitdə də gözəllik , insanlarda yaxşı sifətlər axtarmaq üçün gərək ki səndə əsil rəssam ruhu olsun o da məncə Oqtay Sadıqzadə də var.                                

 Elə həmin vaxtdan rəssamda hər şeydə - həyatda, insanlarda, rəngkarlıqda, musiqidə, kinoda sevinci, nikbinliyi, harmoniyanı qiymətləndirməyə başladı  və 1946-cı ildə rəssam sürgündən qayıdır.

1955-ci ildə Oqtay SadıqzadəniAzərnəşr”ə baş bədii redaktor  vəzifəsinə dəvət etdilər. O, nəşriyyatda işlədiyi illərdə poliqrafiya sənətini yüksək səviyyəyə qaldırmağa çalışmışdı, özü   kitablara illüstrasiyalar çəkməyə başlayır. Birinci işləri  N.Ostrovskinin  pyeslərinə, ”Əlibaba qırx quldurnağıl kitabına, Nizami Gəncəvinin süjeti əsasında yazılmış “Fitnə” uşaq kitabına çəkdiyi şəkillərdi. Bu illərdə Azərbaycan oxucuları onun BalzakınQorio ata”, V.Hüqonun “Səfillər”, Turgenevin “Atalar oğullar”, M.QorkininArtomonovların işiəsərlərinə çəkilmiş qəhrəmanların obrazını yaratmışdı.

Oqtay Sadıqzadə  Hüseyn Cavidin demək olar ki, bütün pyeslərinə,  Cəlil Məmmədquluzadənin, S.Hüseynin, C.Cabbarlının bir çox əsərinə, M.F.AxundovunAldanmış kəvakib”, həmçinin Rəşad Nuri GüntəkininÇalı quşuromanına illüstrasiyalar çəkmişdir. 1956-cı ildə Elmira Şaxtaxtinskaya nəşriyyatda çalışmağa başladı və o gündən nəşriyyatda canlanma başladı. E.Şaxtaxtinskaya plakat peyzaj janrında  get-gedə fəaliyyət çərçivəsini genişləndirərək Azərbaycan mədəniyyətinin geniş təsviri ensiklopediyasını yaratmaq fikrinə düşür, Oqtay Sadıqzadə isə yazıçı və şairlərin obrazlarını yaratmağa qrafika sahəsində püxtələşir. Bir müddət sonra hər ikisi  azad yaradıcılığa başlayır.

Bu  illərdə rəssamın  xəyalını Xəqaninin, Qətran Təbrizinin, Natəvanın, Nəsiminin, Heyran xanımın  poeziyası, müğənnilərin, bəstəkarların, pambıqçı qızların obrazı məşğul edir. Nəticədə çox gözəl əsərlər yaranır. Kənd əməkçiləri Rəhimova və Bayramovanın portreti  rəssamın yaradıcı uğurudur. Burada təsvir olunan qadınların məlahəti, ləyaqəti, daxili aləmi, hiss  və həyəcanları qabarıq şəkildə təsvir olunur. 1965-ci ildə Moskva Dövlət Tretyakov qalereyası həmin əsəri alır.

Portret janrı barədə Van Qoqun sözlərini Oqtay Sadıqzadəyə aid etmək olar: ”Mən portret janrı  üzərində işləyərkən özümə inanıram, bilirəm ki, bu məndə olan ən yaxşı   cəhətləri inkişaf etdirən çox ciddi bir işdirRəssam çəkdiyi şəxsin portretində həm təsvir olunan insanın aləmini, həm onu təsvir edənin aləmini açıb göstərir. 1980-90-cı illərdə Oqtay Sadıqzadə koloritinə, kompozisiyanın, obraza münasibətinə görə  müxtəlif növ portretlər yaratmışdı.  2000-ci ildə  rəssam  incəsənət həvəskarı  və rəngkarlıq kolleksiyasının sahibəsi, Drezdendə yaşayan tibb elmlər doktoru professor frau Mario Marrenin portretini çəkmişdi. Rəssamın yüksək ustalığı barədə  professorun məktubunda yazılır ”...Sizin əsərinizə baxanda mən heyran oldum. Şəklə baxan kimi hiss etdim ki, bu, həqiqətən mənəm. Mən sadəcə olaraq öz portretimə baxıram, mən burada daxilimi, ruhumu görürəm

Hüseyn Cavidin ev muzeyi üçün işə Oqtay Sadıqzadə mürəkkəb hisslərlə başlamışdı. Bir tərəfdən mövzu onu cəlb edir, digər tərəfdən köhnə yaraların közünü qopartmaq çətin gəlirdi. O, H.Cavidin, arvadı Müşkünaz xanımın portretlərini, ”1937-ci il repressiya qurbanlarıadlı tablo, həmçininHüseyn Cavidin aləmitriptixini yaradır.

Təxminən həmin vaxtlarda rəssamNizami Gəncəvi Dünya mədəniyyətiadlı monumental silsilə əsərlər üçün material axtarışına başlayır. Bir müddət düşündükdən sonra  beş böyük tablo yaratmaq qərarına gəlir.  Ekspozisiyanın mərkəzində “Nizami Gəncəvi dünya mədəniyyətionun yanında “Antik filosoflar”, ”Nizaminin sələfləri”, ”Nizaminin xələfləriNizami Avropa mədəniyyəti”. Oqtay Sadıqzadə bu məsuliyyətli işə 6 ildən artıq vaxt sərf edib, nəhayət, 1999-cu ildə əsərlərin təqdimatı keçirilmişdi. O, 1977-ci ildə “Azərbaycan Əməkdar İncəsənət xadimi”, 1992 ci ildə “Azərbaycan Xalq Rəssamı  adına layıq görülmüşdür. 1999-cu ildə prezident Heydər Əliyev də rəssamı 60 illiyi ad günü münasibətilə təbrik etmişdir.  Bu ilmart ayının ikisində rəssamın 90 illiyinə həsr olunmuş konfrans keçiriləcək.

 

 

P.S. Yazı çapa hazırlanarkən məlumat aldıq ki, Azərbaycan Prezidenti Xalq rəssamı Oqtay Sadıqzadəni "Şərəf" ordeni ilə təltif edib. O, "Şərəf" ordeninə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb. 

 

 

Nərgiz Tağıyeva

 

Kaspi.- 2011.- 25 fevral.-  S. 11.