“Azərbaycan turizm potensialından artıqlaması ilə istifadə edə biləcək”

 

Zəfər Atakan: “Azərbaycanın Antalyanın 30 ilə etdiyini 10-15 ilə edə biləcəyinə inanıram”

 

Turizmhotelçilik sahəsində 30 illik təcrübəyə malik olan türkiyəli mütəxəssis Zəfər Atakanın “Azadinforma müsahibəsi

 

- Zəfər bəy, bu günlərdə açılışı olan “Palmalife Lenkaran Resort” hotelinin baş direktorluğu sizə həvalə edilib. Necə gedir işlər?

- Cənub regionunda belə bir hotel açmaqla burda turizmin inkişafı istiqamətində böyük bir addım atmış olduq. Xüsusilə qeyd etməliyəm ki, Lənkəranda iqtisadi gəlirliliyinə çox da aludə olmadan investisiyalar qoyan, bölgənin inkişafında dəstəyini əsirgəməyən “Palmali” Şirkətlər Qrupu bu dəfə də turizmin inkişafına dəstək olaraq bu hoteli qurdu. Palmalife Lenkaran Resort” həqiqətən cənub mirvarisi sayıla biləcək bir gözəllikdə, səviyyədə təqdim olundu sizlərə. Hələlik xidmət səviyyəsində problemlər var, hamımız bilirik ki, bu, tək burda deyil, bütövlükdə ölkə miqyasında rast gəlinən başlıca problemdir. Biz hazırda xidmət personalının peşəkarlığını artırmağa çalışırıq. Amma Lənkəranda bu cürə şəraitə malik hotel ilk dəfə açılır. Turizmin inkişafı istiqamətində çox yaxşı bir addım atdığımıza inanıram.

- Hotelə nə qədər yatırım qoyulubqoyulan vəsaitin təxminən neçə ilə qaytarılması proqnozlaşdırılır?

- 2,5-3 milyon manat civarında vəsait xərcləndi. Sərmayəçi gözü ilə baxsaq, sözün düzü, bu qədər vəsaitin ayrılması bu bölgə üçün asan veriləcək bir qərar deyildi. Çünki investisiyanın geri dönüşü zamanı çox uzundur təkrar qazanılması çox çətindir. Amma burada əsas məqsəd yatırdığımı investisiyanın geri qaytarılması yox, turizmin inkişafına dəstək, insanların sosial durumunun yaxşılaşdırılmasına yardım etmək, əcnəbi qonaqları ölkəyə gətirmək, mədəniyyətlərin mübadiləsinə nail olmaqdır. Mən konkret olaraq bu hotellə bağlı yox, uzun illər bu işdə çalışan bir adam kimi, ümumiyyətlə, hotelçilikdə yatırılan investisiyanın qədər vaxta qaytarılması haqda danışmaq istərdim. Digər ölkələr böyük hotellər daxil olmaqla təcrübə hotelə yatırılan investisiyanın 15-20 ilə qayıtdığını göstərir. Burada isə biz bir qədər tez gözləyirik, çünki ümumilikdə Azərbaycanda turizm inkişaf etməkdə olan sahədir.

- Hotelin qiymətləri bölgədəki digər hotellərdən fərqlənirmi?

- Digərlərindən fərqli heç yoxdur. Bölgədəki rəqiblərimizlə özümüzü müqayisə etdik qərara aldıq ki, onlardan daha yaxşı xidmətlər göstəririk. Amma daha yüksək qiymət tətbiq etmədik, istədik ki, ziyarətçilər gəlib bizi tanısınlar. Qiymətlərimiz baha deyil, bir günü 50 manatdır. Bu qiymətə səhər yeməyi, hovuzdan, sahildəki çimərliyimizdən istifadə, trenajor, uşaq otağı, uşaq oyun meydançası daxildir. İki nəfər eyni otaqda 80 manatdır. Qrup şəklində qonaqlarımız olanda qiymət endirimi ediləcək.

- Əcnəbi qonaqları cəlb etmək üçün kimi tədbirlər, kampaniyalar reallaşdıracaqsınız?

- Bu barədə bir qədər geniş danışmaq istərdim. Ümumiyyətlə, hotelçilikdə qurmağa başlayanda ilk növbədə ən yaxın ölkələrdən qonaq cəlb etmək məsləhətdir. Tutaq ki, Azərbaycanda hotel açan adam üçün Almaniyaya gedib oradan təyyarə ilə adam gətirmək daha çətindir, nəinki 40 kilometrlik məsafədə olan iranlıları gətirmək. Mən bir müddət Naxçıvanda da çalışmışam bu problemi yaşamışam. Naxçıvanda İranla viza problemi var. Əgər bu olmasaydı, əminəm ki, bura bir günlük olsa əylənməyə, yeməyə gələn iranlılarla dolu olar. Eşitmişəm ki, İranla viza məsələlərinin həlli nəzərdə tutulur. Bu olarsa, çox yaxşı nəticələr verər turizm hotelçilik sahəsində. Çünki İranda böyük turist potensialı var. Xaricdən Azərbaycana gələn turistlərə gəlincə, Koreyadan, Almaniyadan, Fransadan ölkənizə gələnlərin sayı ildən-ilə artır. Ötən ilə nisbətən bu il iki dəfə artım var bu istiqamətdə. Mən uzun illər Almaniyada yaşamışam deyə bilərəm ki, Azərbaycanda bu ölkənin turistləri üçün böyük potensial var. İstər mədəniyyət, istər təbiət, istərsə tarixi sərvətlər var. Təkcə Nobel qardaşlarının uğura burda başlamış olmaları çox önəmli bir məsələdir. Naftalanın 1861-ci ildə çıxan neftinin Almaniyada dərman kimi satılması faktı çox cəlbedicidir. Bütün bunlar Almaniyada təbliğ olunarsa, ordan çox adamın bura ilə maraqlanacağına gələcəyinə inanıram. Bu, uzun zaman tələb edən bir işdir. Bəzi əngəllər var, düşünürəm ki, vaxt keçdikcə onlar da aradan qalxacaq.

- Adətən deyilir ki, 25-30 il əvvəl Türkiyədə turizm inkişaf etməyə başlayanda orada Azərbaycandakı indiki vəziyyət idi. Necə düşünürsünüz, 25-30 ildən sonra Azərbaycanda turizm Antalya səviyyəsinə çata biləcəkmi?

- Turistlərin diqqətini cəlb etməyə başlayanda Antalyanın indiki səviyyəyə çatacağını düşünən belə yox idi. Biz orda hoteldə işçi almaq üçün qışda heyvandarlıqla məşğul olanı yayda ofisiant olaraq çalışdırmaq məcburiyyətində idik. Yol yox idi, kanalizasiya, telefon, internet yox idi, hava nəqliyyatı yox idi. İndi Antalyanın 3 dənə hava limanı var, infrastruktur problemi yoxdur, 30 ilin içərisində hər şeyə nail oldu. Azərbaycan da bacaracaqmı sualına cavab olaraq deyə bilərəm ki, mütləq. Hətta Azərbaycanın Antalyanın 30 ilə etdiyini 10-15 ilə edə biləcəyinə inanıram. Çünki 30 il əvvəl olan inkişaf imkanları ilə bugünkü imkanlar çox fərqlidir. Digər tərəfdən, ölkə rəhbərliyi bu istiqamətə xüsusi diqqət dəstək verir, bu da işi asanlaşdırır. Bir-iki əngəl var, məsələn, turizmdə çatdırılma çox önəmli məsələdir. Bəzən narazılıq edilir ki, Türkiyədə 500 manata 7 gün qalırıq, burda niyə mümkün deyil? Bura 500 manata gəlmək mümkün deyil, 500 manatın 400 manatı nəqliyyat xərclərinə gedir, yerdə qalan 100 manata heç bir hotel 7 gün qonaq saxlaya bilməz. Digər bir problem kadr çatışmazlığıdır. Almaniya Türkiyədə turizm təhsili alan tələbələr yay aylarında turizm müəssisələrində məcburi təcrübəyə göndərilirlər. Kim getmirsə, o ilki təhsilləri sayılmır. Bunun nəticəsi isə ondan ibarətdir ki, əvvəla, təcrübə toplayırlar, ikincisi, kiməsə turizm, hotelçilik çətin gəlirsə, bəribaşdan qərarını verməli olur, yəni seçim fürsəti qazanır. Daha bir fürsət xarici ölkələrdə təcrübə qazanmaqdır. O fürsət verilir tələbələrə. Bildiyim qədər Azərbaycanda Turizm İnstitutunun belə əlaqələri var tələbələrini göndərir. Mən inanıram ki, zaman keçdikcə, turizmin əhəmiyyəti bütün səviyyələrdə qəbul olunduqca, əngəllər aradan qalxacaq Azərbaycan öz potensialından artıqlaması ilə istifadə edə biləcək.

 

 

Həbibə ABDULLA 

 

Kaspi.- 2011.- 20 iyul.- S.8.