Körpə üçün ideal qida - ana südü
Ana südünün
yetərli olmadığı
hallarda isə valideynlər süni uşaq qidalardan istifadə zamanı nəyi bilməlidirlər?
Ana südünün
əhəmiyyəti ilə
bağlı aparılan
haqlı təbliğatlara
baxmayaraq, bəzi hallarda körpələrin
əlavə qidalandırılması
zərurəti, onlara süni qida verilməsi məcburiyyəti
də yaranır. Bu zaman həkim
tövsiyəsi əsasında
seçilən qidalara
qarşı başqa tələblər də
var. Belə ki, uşaq qidaları ilk növbədə xüsusi
mağazalarda və ya mağazalarda təşkil olunan xüsusi şöbələrdə
satılmalıdır. Amma uşaq qidalarının keyfiyyətli olmasına dəlalət edən amil yalnız bununla yekunlaşmır.
“5 ay əvvəlcədən
belə məhsulları
satışdan çıxarırıq”
Bu gün ölkədə
uşaq qidalarının
satıldığı çoxsaylı
mağazalara təsadüf
etmək mümkündür. Amma sağlamlıq
məhsullarının satışı
sahəsində fəaliyyət
göstərən AVİS Tibbi
Marketlər şəbəkəsi
Azərbaycanda ilk və
tək tibbi market olaraq tanınıb. Uşaq qidalarının satışı ilə bağlı kifayət qədər təcrübə
qazanan AVİS Tibbi Marketin işçisi Aynur Kərimovanın sözlərinə görə,
bu qidalar quru, sərin yerdə saxlanmalı, istifadə müddətinə
diqqət edilməlidir:
”Müddəti keçdikdən
sonra sərin yerdə qalıb-qalmamağından
asılı olmayaraq, uşaq qidalarının istifadəsi yolverilməzdir.
Biz 5 ay əvvəlcədən
bu müddətə diqqət edib belə məhsulları satışdan çıxarırıq”.
AVİS ilk tibbi market olsa
da, A.Kərimova da hazırda uşaq qidalarının satışı ilə məşğul olan mağazaların sayının
artdığını deyir: ”Amma bizim
müştərilərimiz məhz saxlanma qaydalarına düzgün
riayət olunduğu üçün şirkətin
xidmətindən istifadə
edirlər və onların sayı getdikcə artır. Uşaq qidası üçün
müraciət edənlərə
özümüz də
qidalarla bağlı tövsiyələrimizi veririk.
Marketimizdə yerli məhsullar
üstünlük təşkil
edir. Amma marketimizə xarici
ölkələrdən, ilk növbədə Türkiyədən
də uşaq qidaları idxal olunur. Bütün mallarımızın da müvafiq sertifikatları var”.
Valideynlər tərəddüd edirlər
Uşaq
qidalarına qarşı
tələblərlə bağlı
İqtisadi İnkişaf
Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi
Dövlət Xidmətinin
də öz tövsiyələri var. Qurumdan
bildirilir ki, erkən yaşlı uşaqlar fiziki və əqli cəhətdən tez böyüyür və inkişaf edirlər. Bu prosesdə qidalanmanın böyük əhəmiyyəti
var: ”Ona
görə də valideynlər uşaq qidası kimi hansı məhsullardan istifadə etməsi və onların keyfiyyətinin qiymətləndirilməsi
ilə bağlı tərəddüd edirlər.
Bununla bağlı istehlakçılar
bəzi zəruri məlumatları bilməlidirlər.
Körpə üçün ideal qida ana südüdür.
Çünki ana südü
körpəni onun böyüməsi və maddələr mübadiləsi
üçün zəruri
qida maddələri ilə təmin etməklə yanaşı,
həm də immun sisteminin qoruyucu zülalları olan immunoqlobulinlərin əsas mənbəyidir.
Amma ana südünün körpənin qidası üçün yetərli
miqdarda olmadığı
hallarda süni uşaq qidalarından istifadəyə zərurət
yaranır”. Bu zaman bir qayda
olaraq vitaminli, yüngül və tez həzm olunan
qidalara üstünlük
verilir.
Süni boya və sintetik aromatlaşdırıcı
maddələrə qadağa
Ümumiyyətlə, uşaqların qidalandırılmasında
uşaq yeməklərinin
müəyyən növlərindən
istifadə olunur. Buraya əsasən meyvə və giləmeyvə konservləri, quru məhsullar (sıyıqlar);
tərəvəzli, tərəvəzli-meyvəli,
tərəvəzli-ətli konservlər, un, quş əti konservləri, duru və pasta şəkilli süd məhsulları, quru süd məhsulları
və s. daxildir. Uşaq qidası kimi istifadə olunan müxtəlif növ konservlərə süni boyalar və sintetik aromatlaşdırıcı
maddələrin əlavə
edilməsi yol verilməzdir. Konservlərin tərkibində kənar iy və dad olmamalı və rəngi tərkibində olan meyvənin rənginə uyğun olmalıdır. Uşaqlar
üçün nəzərdə
tutulan süni qida məhsullarının
keyfiyyəti və təhlükəsizliyi standartların,
sanitar-gigiyenik norma və qaydaların tələblərinə
cavab verməlidir. Bundan başqa, qidanın düzgün hazırlanması və saxlanması, yararlılıq
müddəti, mənşəyi,
istehsalçısının adı və ünvanı, enerji dəyəri, tərkibində
əsas inqrediyentlərin
heyvan və ya bitki mənşəli
olması, kimyəvi tərkibi, hazırlanmasında
istinad olunan normativ-texniki sənəd və sertifikatlaşdırma
barədə qeyd və s. məlumatlar da orada yer
almalıdır.
Qruplara daxil olan məhsulların rasional şəkildə istifadə
şərti
Xidmətdən bildirilir ki,
normal qidalanma üçün
bütün bu qruplara daxil olan məhsulların rasional şəkildə istifadə olunması gərəkdir: ”Uşaq qidasının düzgün seçilməsi
ilə yanaşı, düzgün istifadəsi də sağlamlıq və təhlükəsizlik
baxımından böyük
əhəmiyyətə malikdir.
Uşaq qidasını alarkən onun yararlılıq müddəti və keyfiyyət sertifikatı və qablaşmanın bütövlüyünə, onun
hansı yaş qrupu üçün nəzərdə tutulduğunu
diqqət yetirməli,
qidanın təlimatı
ilə tanış olmaq lazımdır”.
Uşaqlar üçün nəzərdə
tutulan süni qida məhsullarının
keyfiyyəti və təhlükəsizliyi standartların,
sanitar-gigiyenik norma və qaydaların, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının
bu sahədə olan qaydalarına cavab verməlidir. Bu qidalar təmiz,
quru, yaxşı ventilyasiya olunan yerdə müvafiq temperatur rejimində və müddətlərdə
saxlanılmalıdır. Quru uşaq qidalarını soyuducuda, xüsusən açıq halda saxlamaq olmaz. Belə ki, quru toz
halında olan uşaq qidaları nəm çəkir ki, bu da
sonradan onun yararlığına mənfi
təsir göstərir.
Uşaq qidası kimi istifadə olunan meyvə və giləmeyvə konservlərini 0°-25°C temperaturda
2 il, tərəvəzli,
meyvəli və ətli konservləri şüşə qablarda
2 il, dəmir qablarda 1 il, konservlərə vitamin, süd,
qaymaq, xama əlavə edildiyi təqdirdə 1 il, quru məhsulları (sıyıqlar) və quş əti konservlərini 0°-20°C temperaturda
istehsalçı tərəfindən
müəyyən edilən
və qutunun üzərində göstərilən
müddətdə, duru
və quru süd məhsulları, o cümlədən
erkən yaşda
olan uşaq qidası üçün
konservləşdirilmiş ət
məhsulları hər
bir növ məhsulun müvafiq normativ sənədinə uyğun olaraq konkret görünüşünə
əsasən istehsalçı
tərəfindən müəyyən
olunan müddətdə
saxlanılmalıdır.
”Əgər qabın qapağı azacıq batıqdırsa...”
Ev şəraitində
duru süd tərkibli uşaq qidalarını 4 ± 2°S temperaturda
24-78 saat müddətində
saxlamaq olar. Uşaq
qidası alarkən qablaşdırmanın tamlığına,
hazırlanma tarixi və yararlılıq müddətinə fikir verilməlidir: ”Əgər qabın qapağı azacıq batıqdırsa, bu həmin məhsulun təzə olmasına dəlalət edir. Qabı zədələnmiş uşaq
qidalarını almayın.
Uşaq qidasını
alarkən onun üzərində “uşaq
qidası” və “6, 8,
10 və 12 aylıq uşaqlar üçün”
kimi qeydlərin olmasına diqqət yetirin. Bundan əlavə, uşaq
qidası kimi istifadə olunan konservlərin tərkibində
duz və şəkər qarışığının
olmamasına və ekoloji təmiz məhsuldan hazırlandığına
xüsusi diqqət edin”. Xidmətdən deyilir ki, istehlakçı olaraq hər kəs idxal edilən və ya respublikada
istehsal olunan uşaq qida məhsullarının üzərindəki
informasiyaya diqqət etməlidir. Bu informasiya digər dillərlə yanaşı
Azərbaycan dilində
olmalı, ana südünün üstünlüyü
qeyd olunmalı, “ana südünə oxşar” və ya “ana südünün
əvəzedicisi” ifadələrindən
istifadə edilməməlidir.
Həqiqət İSABALAYEVA
Kaspi.- 2011.- 21 iyul.- S.8.