ABŞ-da Qarabağa həsr olunmuş poçt markaları çap edilib   

 

            Markaların üzərində Qarabağın tarixi abidələri, qədim Alban kilsələri, Şuşa qalası təsvir olunub

 

Qarabağ Fondu ABŞ tarixində ilk dəfə olaraq Qarabağa həsr olunmuş poçt markaları çap edib. Fonddan Trend-ə verilən məlumata görə, satış üçün nəzərdə tutulan bu poçt markaları "Qarabağ: Keçmişə Gələcəyə Baxış" layihəsinin bir hissəsidir.

 

 Markaların üzərində Qarabağın tarixi abidələri, qədim Alban kilsələri, Şuşa qalası təsvir olunub. Qarabağ Fondu bu markaları ABŞ-ın tanınmış marka kolleksionerlərinə hədiyyə olaraq təqdim edəcək. Markaları əldə etmək istəyən hər bir kəs Qarabağ Fondunun internet saytındakı onlayn mağazadan bu link - http://www.karabakhfoundation.org/pages/shop/karabakh-stamps/ vasitəsilə onu sifariş verə bilər. Markaların satışından əldə olunan gəlir Qarabağ Fondunun mədəni layihələrini həyata keçirmək üçün sərf olunacaq. Qarabağ Fondu ABŞ-da yaradılıb. Fond mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri-hökumət təşkilatıdır. Bu təşkilat ABŞ-da QHT-lərə verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti musiqisini Amerikada təbliğ etməkdir. Buna nail olmaq üçün Qarabağ Fondu ABŞ-da müxtəlif sərgi, ictimai proqram, forum mübadilə proqramları həyata keçirir. 

 

 

Kaspi.- 2011.- 1 iyul.- S.4.