Əhval-ruhiyyə adamı 

 

Roberto Rossellini – «Romaaçıq şəhər», «Payza», «Stromboli, Tanrı torpağı», «Hindistan», «General Bella Rovere» s. filmlərin müəllifinin adı İtaliyada əfsanə kimi xatırlanır. O, dünya kinosunda neorealizmin əsasını qoyub. Rosselini 50-yə yaxın kino televiziya filmi çəksə , kinematoqrafiya tarixinə məşhur hərbi trilogiyanın müəllifi kimi düşüb.

 

Roberto Rossellini 1906-cı ildə Romada doğulub. O şəhərdə «Korso» «Barberini» kimi ilk kinoteatrların arxitektorunun oğlu idi. Ona görə Robertonu kinoteatrlara pulsuz buraxırdılar. Ali texniki məktəbi bitirəndən sonra Rossellini yerini tez-tez dəyişirdi. O, kinonu, avtomobil yarışlarını təyyarəni sevirdi. 20 yaşı olanda Roberto ürək xəstəliyindən xəstəxanaya düşdü. Bir çoxları onun əsəb sarsıntısından əzab çəkdiyini bildirirdi. Valideynləri isə bunu gənclik ehtirası ilə əlaqələndirirdilər. Bir ildən sonra o, Romaya qayıtdı kabaredə işləyən Liliyan Kostanola ilə qızğın macərası başlandı. 1931-ci ildə atasının ölümündən sonra o, gənc aktrisa Assa Nora ilə münasibət qurdu. Amma sonradan Liliyanın yanına qayıtdı. Ancaq onların məhəbbət macərası faciə ilə bitdi. Liliyan narkotik dozasının çoxluğu üzündən vəfat etdi.

Müharibə illərində Roberto Rossellini bir tərəfdən köhnə tanışı Vittorio Mussolinin layihəsində işləyir, digər tərəfdən kino sənayesində çalışır, əl kamerası ilə gizli antifaşist reportajları çəkirdi. 1938-ci ildə o, ilk sənədli, 1941-ci ildə ilk bədii filmini çəkdi. «Roma – açıq şəhər» filmi müharibədən sonrakı Avropa kinematoqrafiyasının yeni manifesti kimi 1945-ci ildə ekranlara çıxdı. Rossellini filmin ssenarisini Federiko Fellini Sercio Amide ilə birgə hələ İtaliyanın işğalı zamanı yazmışdı. Film İtaliya müqavimət hərəkatı iştirakçılarının faciəli taleyindən bəhs edirdi. Film Kannn kinofestivalının «Qızıl palma budağı» mükafatına layiq görüldü «Neorealizmin manifesti» kimi kino tarixinə düşdü. «Roma»nın ardınca hərbi mövzuda olan «General Dela Roveri», «Romada gecə idi» s. filmləri yarandı. 1940-cı illərdə Roberto Rossellini İtaliyanın ən məşhur rejissoru, o cümlədən Avropanın nüfuzlu rejissoru sayılırdı. Daha sonra filmin baş qəhrəmanı Anna Manyani ilə rejissorun qızğın macərası başlandı. Ancaq onların münasibəti gizli qalmadı. Buna baxmayaraq, Manyani ilə rejissor tezliklə ayrıldılar.

Məşhur Hollivud prodüsseri Devid Selznik onu Hollivud «fabrik»ində işləməyə dəvət etdi. 1948-ci ildə «Roma açıq şəhər» filmindən heyrətə gələn Hollivud aktrisası İnqrid Berqman Roberto Rosselliniyə məktub yazaraq filmlərindən birində ona hansısa rol verməsini xahiş etdi. Buna cavab olaraq Roberto aktrisaya «StromboliTanrı torpağı» filminin ssenarisini göndərdi. Onlar İtaliyada görüşdülər. Rossellininin istedadına heyran olan İnqrid filmdə çəkilməyə razılıq verdi.   Növbəti ilə Berqmanın baş rolda oynadığı «Stromboli»nin çəkilişləri başlandı. Bu, kino tarixində ən məşhur məhəbbət hadisələrindən biri idi. Roberto Rossellini ilə İnqrid Berqmanın münasibətləri ictimai qalmaqala səbəb oldu. Rossellini nikahda idi iki övladı var idi. Həmçinin Berqmanın əri vardı. O, Rossellini ilə münasibət qurmaq üçün əri Lindstromdan ayrıldı. Bu, bir çox amerikalıları şoka saldı. Ancaq onların da oğlu iki qızı doğuldu. Bu macəranın sonluğu bir neçə birgə «Avropa – 51», «Biz qadınlar», «İtaliyaya səyahət», «Qorxu» kino layihəsi 3 uşaq oldu. Berqmanla Rossellinin 1 qızıİzabella məşhur model aktrisa kimi tanındı. Ancaq onların birgə kino layihələri o zaman tənqidçilərin, publikanın uğurunu qazanmadı. 1950-ci ildə Rossellini ilə Berqmanın yolları ayrıldı.

Rejissorun 1959-cu ildə çəkdiyi baş rolda Vittorio De Sikanın oynadığı «General Dela Rovere» filmi Rossellinin sonuncu uğuru oldu. 1950-ci illərdə o Hindistan haqqında çoxseriyalı sənədli layihə həyata keçirdi. Çəkiliş meydanındaca onun yerli ssenarist Somali Daş Qupta ilə macərası başlandı. Sonradan həmin qadın Rossellinidən uşaq da dünyaya gətirdi. Ancaq onun filmi prokatda uğur qazanmadı.

1963-cü ildə Roberto Rossellini mətbuat konfransı keçirərək kinonun ölməsi ilə əlaqədar televiziyada işləməyə başlayacağını elan etdi. Bu barədə eşidən Hiç Kok «Kino ölməyib, rejissor Rossellini ölüb» - deyə hirslə bildirdi. Artıq hamı hesab edirdi ki, yaradıcı nöqteyi-nəzərdən Roberto Rossellininin yaxşı illəri arxada qalıb.

Roberto Rossellini kinoda 14-cü Lüdovik, Sokrat başqa dahi şəxsiyyətlərin film-bioqrafiyasını başqa tarixi layihələr həyata keçirdi. Onun stili fransız televiziyasında çox bəyənildi o janrda «14-cü Lüdovikin hakimiyyətə gəlişi» filmi çəkildi. Bu filmdə bədii neorealizm prinsiplərinə əməl olunurdu.

Dostları deyirdilər ki, Rossellini əhval-ruhiyyə adamıdır. O, gah hədsiz dərəcədə aktiv, gah da həvəssiz olur. Rossellininin yaratdığı kino incilərini isə onun aktiv fəaliyyəti ilə əlaqələndirirdilər.

Rossellini 1977-ci ildə 71 yaşında Romada ürək tutmasından vəfat edib.

 

 

Təranə 

 

Kaspi.- 2011.- 3 iyun. – S. 15.