Yenədəmi hədəfdə "Molla Nəsrəddin"di?.. 

 

XX əsrin İndi də özlərini "Molla Nəsrəddin"in simasında görənlər öz eyiblərini düzəltmək əvəzinə ona hücuma keçirlər

 

"Molla Nəsrəddin" jurnalı XX əsrin əvvəllərində Azərbaycançılıq ideologiyasının qorunması və inkişafında, xalqın milli yaddaşının üsyançı tribunası idi. Azərbaycanın vətəndaş ziyalılarını, mütərəqqi fikirli söz və ideya məsləkdaşlarını birləşdirən jurnal əvvəllərində Azərbaycan ədəbiyyatına yeni nəsr üslubu və dil, ictimai-siyasi, ədəbi-mədəni yüksəlişə öz gəlişi ilə yeni bir intibah bəxş etmişdi.

 

"Molla Nəsrəddin"i azadlıq, demokratiya, tərəqqi uğrunda mübarizənin bariz nümunəsi idi. Mirzə Cəlilin bu kəşfi elə ilk addım və sözündən xalqının, millətinin dərdini dərindən başa düşən və ona cəhalətdən tərəqqiyə gedən çətin yolun yolçusuna çevrilir. Bu jurnalın nəşri ilə Azərbaycan ədəbiyyatı, milli mətbuatımız tarixində jurnalistikamızın kəsərli, sadə və operativ janrı hesab olunan satirik janrı tarixə vəsiqə aldı. Xalqına, dilinə və torpağına bağlı, içində hüdudsuz sevgilər çulğalanan Mirzə Cəlilin ictimai-siyasi dövlətçilik görüşləri milli dövlət quruluşunun da mütərəqqi, sivil yolunu müəyyənləşdirirdi.

 

Ey müsəlman qardaşlarım!”

 

"Molla Nəsrəddin"in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə çapdan çıxıb. "Molla Nəsrəddin" öz vətəndaşlarına doğma dildə bu müraciətlə başladı: "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım. O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb bəzi bəhanələrlə məndən qaçıb gedirlər məsələn fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, qeyri vacib əməllərə..."

Mirzə Cəlil "Ey müsəlman qardaşlarım" ifadəsi ilə çox məhrəm isti bir müraciətin arxasında böyük Azərbaycançılıq, dilinə, adət-ənənəsinə, milli məişət əxlaqına əsil ziyalı münasibətini ortaya qoydu.

Molla Nəsrəddinjurnalının ilk sayının üz səhifəsində verilən şəkildə yuxuya getmiş bir dəstə müsəlman təsvir olunur. Şərqin müdrik ağsaqqallarından hesab olunan Molla Nəsrəddin onları oyatmağa çalışır. “Molla Nəsrəddinxurafatı tənqid edirdi. Ümumilikdə Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddinjurnalı müasir dünyada olan sağlam düşüncələri xurafata çevirməyi tənqid edirdi. Bu jurnal xalq üçün dünənin, bu günün, sabahın tarixini yaradırdı. “Molla NəsrəddinAzərbaycan xalqının əsil milli sərvəti kimi Azərbaycan xalqına mövcud həyat tərzi, dərdləri, qayğıları, milli anlayışları - elmə, maarifə, tibbə, təsərrüfata, ailə münasibətlərinə, etik estetik normalara azərbaycanlı ziyalı mövqeyindən qiymət vermək idi.

 

Qeyrətli ziyalılar ordusu

 

"Molla Nəsrəddin" yarandığı gündən Azərbaycanın mütərəqqi dövlətçilik prinsiplərinin, Azərbaycanın zəngin milli əxlaqi dəyərlərinin nəinki təbliğatçısı, həm müdafiəçisi kimi böyük ziyalı ordusunu öz ətrafında birləşdirirdi.

Mirzə Cəlil özü bu haqda deyirdi: "Molla Nəsrəddin mənim əziz yoldaşlarımın əsərlərinin məcmuəsidir ki, mən onların ağsaqqalıyam". "Molla Nəsrəddin" jurnalı - onun dünyaya gəlməsində böyük maddi rolu olan, sözün əsl mənasında azərbaycanlı, vətəndaş, maarifsevər, jurnalın bütün xərcini öz üzərinə götürən Məşədi Ələsgərdən başlayaraq, Ö.F.Nemanzadə, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar, M.S.Ordubadi, S.Mümtaz, M.Sabir, M.Sidqi, O.Şmerlinq, Y.Potter, Ə.Əzimzadə və başqa qeyrətli ziyalılar ordusunu öz ətrafında birləşdirmişdi. Heç şübhəsiz, bu ziyalıların fəaliyyətləri Azərbaycan xalqı, dövlətçiliyi və mədəniyyəti yaşadıqca hər birimiz üçün örnək, öyüd güvənc yeri olaraq yaşayacaq. M.Cəlil ucalığına nəzər salmağı bacararaq, maarifə, mətbuatın inkişafına yatırım qoyaraq əvəzində özünün yox, xalqının bu yatırımdan mənfəət götürməsini ümid edirdi. O, hətta ilk aylarda "Molla Nəsrəddin"in bütöv nəşrinin xərcini öz üzərinə götürməyi özünə mənəvi borc bilirdi. Mirzə Cəlil onu hədələyən qoçular və imkanlılardan da çəkinmirdi. Özlərini "Molla Nəsrəddin" simasında görənlər öz eyiblərini düzəltmək əvəzinə dəfələrlə "Molla Nəsrəddin" redaksiyasına hücumlar edirdilər.

Jurnalın nəşrində qeyri-azərbaycanlı millətindən olan O.Şmerlinq, Y.Potter və başqalarının Azərbaycan maarifi mədəniyyətinin inkişafında olan xidmətləri ölçüyəgəlməzdir. M.Cəlilin dərin vətəndaşlıq, ziyalı idrakı Sabirin milli qeyrət dühası ilə birləşərək Ə.Əzimzadə və ya O.Şmerlinq fırçasından həyata atılaraq milli unutqanlığa, biganəliyə, laqeydliyə üsyan kimi hayqırırdı.

"Molla Nəsrəddin" jurnalı bu gün Azərbaycançılığın təbliğində örnək olası tarixi abidəmiz hesab olunur. Çünki, hələ əsrin əvvəlində bütövlük, ideya birliyi, milli həmrəylik prinsiplərinə xidmət edən molla nəsrəddinçilər - Ordubadi, Qəmküsar, C.Məmmədquluzadə və s. onlarla bu əqidənin daşıyıcıları 1905-11-ci il milli azadlıq hərəkatlarına qoşularaq ümum Azərbaycan mənafeyinə xidmət edirdilər. Onlar çar Rusiyasının Qafqaz Azərbaycanın etdiyini elə İranın Cənubi Azərbaycana etdikləri ilə eyniləşdirərək bütün Azərbaycan ziyalılarını həmrəylik göstərməyə çağırırdılar. Bir tərəfdən diqqət yayındırmaq üçün 1905-ci il Əsgəran hadisələri, erməni-müsəlman münasibətlərinin tüğyanına dürüst qiymət vermək, səfərbər olmaq, köməyə çatmaq, ideyasında Azərbaycan mollanəsrəddinçiləri xalqı oraya üz tutmağa çağırırdı. Bütün bu ictimai proseslərdən mollanəsrəddinçilər tarixdə örnək olası nəsihətlər və ideyalar sisteminin müəllifləri kimi yaşayacaqlar. Molla Nəsrəddin millətin tərəqqisi, maarif problemini millətlər arasında ucada dayanmaq, söz, mənsəb sahibi olmaq əqidəsi və qeyrəti ilə fəaliyyət göstərirdi. Jurnal İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrə yayılaraq orada yaşayan xalqların sosial-mədəni tərəqqisinə müsbət təsir göstərib.

 

 Molla Nəsrəddindünyanı dolaşır

 

Dünyanın ən sanballı jurnallarından olan «The New Yorker»Molla Nəsrəddinjurnalına həsr olunan «Demək olar dünyanı dəyişmiş jurnal» adlı məqalə çap olunub. Məqalə müəllifi Elizabeth Minkel «Molla Nəsrəddin» jurnallarından ibarət kitabın necə böyük təsir gücünə malik olduğunu göstərmək üçün yazır:  «Evimə gələnlərin hamısı kitabın parlaq narıncı cildini görən kimi götürüb baxır və təxminən 20 dəqiqəliyinə kitab «yoxa çıxırdı». Həmin adamların hamısı kitabı gözdən keçirəndən sonra ev yiyəsindən «Kitabı oxumaq üçün apara bilərəmmi?» – deyə soruşub.

Müəllif «Molla Nəsrəddin» karikaturalarından ibarət olan ingiliscə buraxılan kitabı haqda daha sonra yazır: «Kitabı mənə verəndə bilmədim ki, harasından başlayım. Bu, 200 nəhəng, parıltılı səhifədən ibarət kitabda gözəl, amma mənim üçün tamamilə yad olan, dərhal müəyyənləşdirə bilmədiyim yer  dövrün kişi qadınlarının əks olunduğu illüstrasiyalar vardı”. Minkel qeyd edir ki, kitabla ilk tanışlığı Bakıda – Qız qalasına yaxın bukinistdə başlayıb. «Molla Nəsrəddin» jurnallarının toplandığı kitab öz ölçüsü, çəkisi, çap keyfiyyəti parlaq rəngləri ilə sovet dövrünün boz kitab yığını arasında seçilirmiş.

«Molla Nəsrəddin»in 20-ci yüzilliyin ilk 30 ilində çap edilmiş satirik jurnal olduğunu, «Mərkeşdən İrana qədər oxunduğunu», Mərkəzi Asiyanın müştərək obrazı olan Molla Nəsrəddin obrazının jurnal üçün ümumiləşdirilmiş surətə çevrildiyini yazan müəllif jurnaldakı karikatura məlumatların bölgənin həyatı və ənənələri haqda dolğun təsəvvür yaratdığını qeyd edir.  Məqalə müəllifinin fikrincə, «Molla Nəsrəddin»in fəaliyyəti bir sıra mənalarda inqilabi idi. Regionda söz azadlığına xüsusi bir hörmətin nümayiş etdirilmədiyi dövrdə jurnalın yazarları cəsarətlə siyasəti, dini mövzularda satirik yazılar yazır, müstəmləkəçiliyi, cəhaləti, qadın hüquqsuzluğunu hədəfə alırdılar.

Elizabeth Minkel bölgədə əhalinin çox hissəsinin savadsız olduğu bir dövrdə jurnalın karikatura şəkilaltı sözlərdən istifadə etmək seçimini «diqqətli ağıllı addım» adlandırır. Müəllif məqalələrin jurnalın ən maraqlı hissələri olduğunu da qeyd edib.

Məqalədə xüsusi olaraq qeyd olunub ki, jurnal «Slavs and tatars» adlanan beynəlxalq müzakirə qrupunun da diqqətini cəlb edib. Bu qrupun keçirdiyi diskussiyalarda məqsəd kiçik xalqların baxış bucağını da dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Belə ki, dünyanın bir sıra media orqanları mədəniyyət qurumlarını əhatə edən həmin diskussiya qrupu «Molla Nəsrəddin»i  növbəti müzakirə obyekti olaraq seçib. Artıq Dubaydakı kitab yarmarkasında başqa yerlərdə kitabın təqdimatı keçirilib, onun yazdığı problemlər haqda insanlara məlumat verilib. Molla Nəsrəddin” bəlkə də təkcə Şərqdə deyil bütün dünyada yeganə jurnaldır ki, onun səhifələrində qoyulan mövzular özünün aktuallığını, müasirliyini bu günqoruyub saxlayır. Əsrlər keçsə də “Molla Nəsrəddinin dini xurafata, mövhumata qarşı, xalqın maariflənməsi uğrunda  mübarizəsi öz əhəmiyyətini itirməyəcək və jurnaldakı mövzular həmişə müzakirə mövzusu olacaq.

 

 

Təranə Məhərrəmova

 

Kaspi. – 2011.- 4-6 iyun.- S. 8.