Orta məktəbdən ali məktəbə doğru 

 

105160-dan artıq abituriyent qəbul imtahanlarında biliyini sınayacaq

 

Artıq geridə qalan daha bir tədris ilində respublikanın ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 101521 şagird bitirib. Bu göstərici əvvəlki ildə 98800 nəfər təşkil edib. Qiyabi axşam ümumi təhsil məktəblərinin XII sinfini başa vuran şagirdlərin sayı 2010-cu ildə 473 nəfər olduğu halda, bu il onların sayı 710 nəfərdir. Bakı şəhərindəki 342 (o cümlədən 330 dövlət və 12 qeyri-dövlət) əyani ümumi təhsil məktəblərinin XI sinfini 25800-ə, IX sinfini isə 35300-ə yaxın şagird bitirib. Təhsil Nazirliyinin məlumatına görə, 2010-2011-ci dərs ilində birinci sinif şagirdlərinin sayı 120420 nəfər olub.

 

Bu göstərici 2009-2010-cu tədris ilində 118947 nəfər təşkil edib. 2011-2012-ci tədris ilində isə ümumi təhsil məktəblərinin I sinfinə 124274  şagirdin qəbul olunacağı proqnozlaşdırılır, o cümlədən Bakı məktəblərinin I siniflərinə 30 minə yaxın uşağın qəbulu gözlənilir. Dərs ilinin yenicə yekunlaşmasına baxmayaraq, 2011-2012-ci tədris ilində ümumi təhsil müəssisələrinin I siniflərində dərs deyəcək ibtidai sinif müəllimləri ilə bağlı işlərə də start verilib. Belə ki, müəllimlərin fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkili ilə əlaqədar müvafiq müqavilələr imzalanıb. Nazirlikdən qeyd edilir ki, ibtidai təhsilin keyfiyyətini yüksəltmək üçün ilk növbədə fənn kurikulumu, təlim strategiyalarıyeni qiymətləndirmə mexanizmlərinin tətbiqini həyata keçirəcək müəllimlərinin pedaqoji-metodiki bacarıqlarını, fənn üzrə biliklərini artırmaq, yeniləşdirmək lazımdır. Son üç il ərzində bu istiqamətdə müəyyən qədər təcrübə əldə edildiyini demək olar. Ötən ildən etibarən isə ibtidai sinif müəllimləri üçün təlimlərin Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) çərçivəsində yeni ixtisasartırma modeli əsasında aparılır. İbtidai sinif müəllimləri üçün təlim kurslarını aparacaq qeyri-hökumət təşkilatlarına gəlincə, onlar tender vasitəsi ilə müəyyənləşdirilir. Beləliklə, Müasir Təhsil Tədrisə Yardım Mərkəzi, “İnkişafelmi mərkəzi, Azad Müəllimlər Birliyi, “Yaşlıların təhsili assosiasiyası” İctimai Birliyi, “Təhsilin humanistləşdirilməsi” İctimai Birliyi arasında yeni tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarının təşkili üzrə müqavilələr imzalanıb. Bu il 9 iqtisadi zona üzrə 86 təlim mərkəzində 164 təlimçi tərəfindən 9670 ibtidai sinif müəlliminə təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlim kurslarının yekununda ibtidai sinif müəllimlərinin qiymətləndirilməsi aparılacaq ki, buraya da Təhsil Nazirliyinin müvafiq sahə üzrə çalışan mütəxəssisləri cəlb olunacaq. Nazirlik 2011-2012-ci tədris ilində yeni işə qəbul olunacaq ibtidai sinif müəllimlərinin də müvafiq təlimlərdən keçməsini nəzərdə tutur. Cari ilin iyun-avqust aylarında keçiriləcək 10 günlük təlim kurslarının artıq tədris planı və proqramı da təsdiqlənib. Nazirlik növbəti illərdə müvafiq kurslara cəlb olunacaq müəllimlərin sayının və əhatə dairəsinin genişləndirilməsini də planlaşdırır.

Ali təhsil müəssisələrinə gəlincə, Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 98113 tələbə oxuyur. Onlardan 90360 nəfəri bakalavriat, 7753 nəfəri isə magistratura səviyyəsi üzrə təhsil alır. Nazirliyin tabeliyindəki ali məktəblərin son kurslarında 24088 nəfər tələbə təhsil alır ki, onların da 20683 nəfərini bakalavrlar, 3405 nəfərini isə magistrlər təşkil edir. Özəl ali təhsil müəssisələrində bakalavriat səviyyəsi üzrə 18980, magistratura səviyyəsində isə 773 nəfər olmaqla, cəmi 19753 tələbə təhsil alır. Hazırda isə orta ümumtəhsil müəssisələrini bitirən və bu tələbələrin sırasına qoşulmaq istəyən abituriyentlər üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən cari tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir. Təxminən 105160-dan artıq abituriyent qəbul imtahanlarında iştirak etmək üçün internetlə “Elektron ərizədoldurub. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin sözlərinə görə, ərizə doldurmuş 4500-dən artıq abituriyent öz ərizəsini hələ də Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməyib. Bunu nəzərə alaraq, TQDK ərizələrin təsdiqi müddətinin 1 iyun 2011-ci il saat 17:00-dək uzadılması barədə qərar qəbul edib. Qəbul aparılan ixtisaslara gəlincə, onların siyahısı “Abituriyentjurnalının 3-cü sayında dərc olunacaq. Jurnal 2011-ci il iyunun 1-dən etibarən abituriyentlərin istifadəsinə veriləcək. Burada 2011-2012-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elan, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün ödənişli təhsil forması üzrə müsabiqə şərtləri, qəbul aparılan ixtisasların siyahısı, ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozu, ali təhsil müəssisəsi ilə dövlət sifarişi əsasında təhsil alacaq şəxs (təhsilalan) arasında nümunəvi fərdi müqavilə və s. kimi materiallar əksini tapacaq. İxtisas seçimi isə abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələblər isə qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra müəyyən ediləcək. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin eyni ixtisas qrupuna aid olan 15-ə qədər ixtisas kodunu qeyd edə biləcək. TQDK-nın araşdırmaları göstərir ki, abituriyent ali təhsil alacağı təhsil ocağını seçməzdən əvvəl valideynləri, dostları, tanışları ilə məsləhətləşir, maraq göstərdiyi ixtisasların hansı təhsil müəssisələrində olması, həmin təhsil müəssisələrində təhsilin səviyyəsi, biliyin qiymətləndirilməsi meyarları, ali təhsil müəssisəsini bitirdikdən sonra yeri tapmaq imkanları, əldə edəcəyi diplomun ölkə daxilində və xaricdə dəyərləndirilməsi ilə maraqlanır. Bütün bunları nəzərə alaraq, abituriyent meyl göstərdiyi ixtisasların aid olduğu ali təhsil müəssisələri arasında seçim aparır üstünlük verdiyi ali təhsil müəssisəsinin ixtisaslarını ərizəsində müxtəlif  mövqelərdə qeyd edir. Abituriyentlərin böyük bir kütləsinin ixtisas seçimi əsasında isə ali təhsil müəssisələrinin reytinqi formalaşır: Bu, öz əksini hər bir ali təhsil müəssisəsinin digər ali təhsil müəssisələri ilə rəqabətdə dövlət büdcəsi vəsaiti hesabına təhsil almaq hüququ qazanmış abituriyentləri özünə cəlb etməsində, ali təhsil müəssisələrinin ixtisas kodlarının abituriyentlərin ərizələrində neçənci yerdə göstərilməsində, qəbul olan abituriyentlərin topladıqları balların miqdarında və ali təhsil müəssisəsinə sənəd verən abituriyentlərin ümumi bilik səviyyəsində tapır. Bunlar nəzərə alınaraq, qabiliyyət imtahanı tələb etməyən ixtisaslar üzrə hər bir ali təhsil müəssisəsinin qəbul kampaniyasındakı reytinqi müəyyənləşdirilib”.

 

 

Həqiqət İSABALAYEVA 

 

Kaspi.- 2011.- 1 iyun.- S.6.