Daxili Qoşunların döyüş hazırlığı yüksək səviyyədədir 

 

General-leytenant Zakir Həsənov: “Cinayətkarlığa qarşı mübarizədə şəxsi heyət müsbət nəticələr əldə edir

 

Daxili Qoşunların yaradılmasının 19-cu ildönümü ərəfəsində qoşunlardakı inkişaf, şəxsi heyətin döyüş hazırlığı digər məsələlərlə bağlı daxili işlər nazirinin müavini-Daxili Qoşunlar Komandanı general-leytenant Zakir Həsənovun Trend-ə müsahibəsini ixtisarla təqdim edirik.

 

- Daxili Qoşunların xidməti döyüş hazırlığı, maddi-texniki vəziyyəti, silah-sursat təminatı barədə nə deyə bilərsiniz?

- Mən tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycanın Daxili Qoşunları döyüş hazırlığına, maddi-texniki bazasına, silah-sursatına görə MDB-də nümunə olmaqla yanaşı, Avropanın bir çox müvafiq qurumları ilə də müqayisə edilə bilər. Bizə tez-tez Avropa dövlətlərindən, o cümlədən qardaş Türkiyə Jandarmasından nümayəndələr gəlir və onlar əhatəli tanışlıqdan sonra Daxili Qoşunlar haqda müsbət fikirlər söyləyirlər. Bu gün Daxili Qoşunların silahı, texnikası, xüsusi vasitələri Avropada istehsal olunan son modellər, ən müasir texnika avadanlıqlardır. Bütün bu işlərin görülməsində dövlətimizin başçısı maliyyə dəstəyi göstərir. Elə buna görə Daxili Qoşunların hər bir sahədə təminatında heç bir problem yoxdur. Döyüş hazırlığının yüksək səviyyədə saxlanması daima Daxili İşlər Nazirinin, eləcə komandanlığın nəzarətindədir. İstər cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində, istərsə də xüsusi əməliyyatlarda şəxsi heyət müsbət nəticələr əldə edir. Əlbəttə ki, bu uğurların arxasında böyük zəhmət, təlimlər, səhra çıxışları dayanır. Komandir heyətinin bilik və bacarığının təkmilləşdirilməsi məqsədilə qoşunların yeni silahlarından istifadə qaydalarının daha yaxşı mənimsənilməsi üçün metodiki təlim toplantıları, döyüş atışlı taktiki təlimlər də müntəzəm olaraq keçirilir. Müdafiə Nazirliyi, Dövlət Sərhəd xidməti və Daxili Qoşunların helekopter, zirehli nəqliyyat, artilleriya qurğuları, müasir silah texnikadan istifadə etməklə Bakıda və Naxçıvanda keçirilən birgə taktiki təlimdə qoşunların şəxsi heyəti yüksək peşəkarlıq nümayiş etdirmişdir. Təlimlərdə yüksək nəticələr əldə etmiş hərbi qulluqçularımız Silahlı Qüvvələrin Ali Baş KomandanıDaxili İşlər Naziri tərəfindən mükafatlandırılmışlar. Eyni zamanda il ərzində müntəzəm olaraq səhra çıxışları zamanı bütün növ silahlardan, müasir rabitə qurğularından, gecəgörmə cihazlarından istifadə qaydaları daha da təkmilləşdirilir. Bütün nəzəri praktiki təlimlər yalnız bir məqsədə - Daxili Qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanmasına xidmət edir.

- Cənab Komandan, Daxili Qoşunların funksional vəzifələrindən biri ictimai asayişin qorunmasıdır. Bu sahədə hazırlıq vəziyyətdədir?

- Daxili Qoşunlar onlara həvalə edilmiş vəzifələri yerinə yetirməklə şəxsiyyətin, cəmiyyətin dövlətin mənafeyini, vətəndaşların konstitusiya hüquqlarının azadlıqlarının cinayətkar hüquqazidd qəsdlərdən qoruyur. Daxili Qoşunların Statusu haqqında qanunun 4-cü bəndində göstərildiyi kimi, Daxili Qoşunlar şəhərlərdə və digər yaşayış məntəqələrində ictimai asayişin qorunmasında, habelə kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunmasında iştirak edirlər. Bütün demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da insan hüquq azadlıqlarına böyük hörmətlə yanaşılır. Daxili Qoşunların müvafiq bölmələri də mövcud qanun prinsiplərə əməl edərək öz vəzifələrini yerinə yetirirlər. Bu bölmələr Avropada istehsal olunmuş ən müasir avadanlıqlarla təmin olunublar. Xüsusi qeyd etmək istəyirəm ki, biz həm beynəlxalq qanunlara ciddi əməl edirik, həm ölkə daxili ictimai-asayişin, sabitliyin tam təmin olunması vəzifəsini yerinə yetiririk.

- Cənab general, Daxili Qoşunların tərkibində münaqişə zonalarında polis əməliyyatlarının keçirilməsinə yardım göstərilməsi üçün xüsusi bölmələrin yaradılması nəzərdə tutulmuşdur. Bununla bağlı deyə bilərsiniz?

- NATO-nun Fərdi tərəfdaşlıq üzrə Əməliyyat Planına əsasən sülhməramlı əməliyyatlarda iştirak etmək məqsədilə Daxili Qoşunların nəzdində 2008-ci ilin sonunda bir polisə dəstək bölüyünün, 2015-ci ildə isə Əməliyyat imkanları Konsepsiyası çərçivəsində bir taborun yaradılması planlaşdırılmışdır. Bu məqsədlə Daxili Qoşunların ölkədən kənarda beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını təmin etmək üçün qanunvericilikdə müvafiq dəyişiklərin edilməsi barədə müvafiq qanun qəbul edilmişdir. Polisə dəstək bölüyünün hazırlıqlı şəxsi heyətlə komplektləşdirilməsi, lazımi maddi-texniki vasitələrlə təchiz olunması üçün bir çox işlər həyata keçirilmiş, NATO standartlarına uyğun təlim-tədris proqramları tərtib olunmuşdur. Təlimlər zamanı əsas diqqət silahlı cinayətkarların axtarılması və tutulması, ictimai asayişin qorunması, kütləvi iğtişaşların qarşısının alınması, terroristlərin zərərsizləşdirilməsi kimi istiqamətlərin öyrənilməsinə yönəldilir. Polisə dəstək bölüyünün şəxsi heyətinin xarici dilləri bilməsi böyük əhəmiyyət daşıyır. Qoşunların 15 nəfər hərbi qulluqçusu Türkiyə Sloveniyada ingilis dili kurslarına göndərilmişdir. Sülhməramlı polisə dəstək bölüyü Türkiyə, İsrail, ABŞ, Almaniya Rusiyada istehsal olunmuş müasir silah, sursat, texnika ilə təmin olunmuşdur. Onların istismar qaydalarının öyrənilməsi üzrə praktiki təlimlər keçirilir. Bütün bu fəaliyyətlərlə yanaşı “Şimali Atlantika Şurası + Azərbaycan” formatında Brusseldə-NATO-da keçirilən iclaslarda Qoşunların yüksək rütbəli hərbi qulluqçuları mütəmadi iştirak edirlər.

- Cənab komandan, son vaxtlar orduya ictimai nəzarət məsələsi çox aktual bir mövzuya çevrilib. Sizin buna münasibətiniz necədir?

- Mən indi yox, çox illər əvvəl də orduya ictimai nəzarətin tərəfdarı olduğumu demişəm. Bu gün münasibətim dəyişməz qalır. Daxili Qoşunlar daima xalqın içərisindədir. Dövlət və dövlətçilik uğrunda gedən mübarizələrdə, asayişin, sabitliyin qorunmasında daima birgə addımlayır. Son 8-10 il ərzində qoşunların ictimaiyyətlə əlaqələrində çox isti, doğma bir münasibət formalaşıb. Müntəzəm olaraq hərbi hissələrimizdə gənclər, Ali məktəb tələbələri, əsgər valideynləri, millət vəkilləri, incəsənət xadimləri olurlar. Onlar hərbi hissə ilə, əsgər yataqxanaları, yeməkxana, hamam-camaşırxana kompleksləri, ümumiyyətlə, əsgərlərin bütün yaşayış tərzinə baxırlar. Bu çox vacib bir məsələdir. Ola bilər ki, bizim görə bilmədiyimiz hər hansı bir neqativ hadisəni onlar görə bilərbu operativ surətdə aradan qaldırılar. Ona görə də mən belə görüşlərin tərəfdarıyam və əminliklə deyirəm ki, ordu ilə xalqın, ictimaiyyətin əlaqəsi çox vacib gərəklidir.

- Hərbi qulluqçuların sosial vəziyyəti, digər təminat məsələləri necədir?

- Mən xüsusi qeyd etmək istəyirəm ki, hərbi qulluqçuların sosial bazasını da cənab Ali Baş Komandan daima diqqətdə saxlayır. Bu sahə ilə bağlı cənab prezident davamlı olaraq sərəncamlar imzalayır. Yenicə ayrıldığımız 2010-cu ildə hərbi qulluqçuların əmək haqqı artırıldı. Bu gün Daxili Qoşunların hərbi şəhərcikləri, əsgər yataqxanaları, hamam-camaşırxana kompleksləri, təlim mərkəzləri, geniş, işıqlı, mərkəzləşdirilmiş istilik sistemi olan xidməti mənzillər hərbi qulluqçuların ixtiyarındadır. Artıq Daxili Qoşunların demək olar ki, 80%-dən çox hissəsi xidməti mənzillərlə təmin olunublar. Bu il daha bir 12 mərtəbəli binanın mənzillərinin orderləri hərbi qulluqçulara təqdim ediləcək. Binada uşaq bağçası, musiqi məktəbi, dil kursları və digər vacib sahələr fəaliyyət göstərəcək.

Daxili Qoşunların Nabranda yerləşən istirahət mərkəzində hərbçi ailələri çox cüzi məbləğdə ödənişlə istirahət edirlər. Eyni zamanda Daxili Qoşunların ən müasir tibbi avadanlıqlarla təmin olunmuş hərbi hospitalı da əsgər zabitlərə, onların ailələrinə yüksək səviyyədə xidmət edir. Bu belə də olmalıdır. Mən tam cəsarət qətiyyətlə deyirəm ki, Daxili Qoşunlarda ən hörmətli şəxs əsgərdir. 30 ildən çoxdur ki, hərbi qulluqdayam. Azərbaycan əsgərinə çox yüksək qiymət verirəm. Azərbaycan əsgəri dünyanın ən yaxşı əsgərlərindəndir. O, düzgün təlimatlandırılsa, təminatı düzgün qurulsa, onunla qanun çərçivəsində münasibət formalaşsa, əsgər qarşısında qoyulan bütün vəzifələri keyfiyyətlə yerinə yetirər. Ümumiyyətlə, gənc çağırışçılar Daxili Qoşunlara qəbul olunduğu gündən xüsusi diqqət və nəzarət əhatəsində olurlar. Təbii ki, əsgərlər müxtəlif düşüncə tərzinə, fərqli əqidəyə və fiziki göstəricilərə malik olur. Ona görə də hər bir əsgərlə fərdi tərbiyə işi aparılır. Bu sahədə görülən bütün fəaliyyət yalnız dövlətə, xalqa sədaqət, vətənpərvərlik hissinin aşılanması çərçivəsində görülür.

Fiziki cəhətdən zəif, çəkisi az olan əsgərlər xüsusi menyu ilə qidalanırlar. Əsgərləri istədiyimiz çəkiyə çatdırmağa müvəffəq oluruq. Zəif, xəstə, cılız əsgər Vətənə layiqincə xidmət edə bilməz. Ona görə əsgərlərin qidalanması xüsusi əhəmiyyət kəsb edir bu sahə Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun da diqqətindədir. Cənab nazir tez-tez hərbi hissələrə səfər edir, əsgərlərin şəraiti ilə tanış olur, əsgər yeməkxanasında onlarla birgə nahar edir. Cənab nazir təkcə hərbi hissələrdə olmaqla kifayətlənmir. Mütəmadi olaraq hərbi hissələrə müxtəlif ərzaq payı göndərir. Əsgərlər bu diqqət qayğını daim hiss edir. Daxili Qoşunların yardımçı təsərrüfatının məhsulları da əsgərlərin qida rasionuna daxil edilir. Bütün bunların sayəsində əsgərlərin yemək kalorisini 4500-ə qaldırmışıq. Bu, aparıcı dövlətlərin ordusunun müvafiq göstəriciləri ilə də müqayisə oluna bilər, hətta bir çoxundan üstün sayılır.

Daxili Qoşunlarda xidmət edən əsgərlər arasında sosial bərabərlik hökm sürür. Yəni xidmət bütün əsgərlər arasında eyni qaydada bölünür. Hətta əsgərlər hansı tarixdə məzuniyyətə gedəcəklərini də əvvəlcədən bölükdə asılan tərtib olunmuş qrafikdə görürlər. Dəfələrlə sübut olunmuşdur ki, bütün problemlər əsgərlər arasında bərabərliyin pozulması səbəbindən yaranır. Bu, Daxili Qoşunlarda daima nəzarətdə saxlanılan bir sahədir.

Silahlı Qüvvələrin Ali Baş Komandanı da bizdən tələb edir ki, əsgərə yüksək diqqət və qayğı göstərək. Azərbaycan əsgəri ölkə prezidentinin diqqət qayğısını hər an hiss edir və yüksək qiymətləndirir, cənab Ali Baş Komandanın etimadına ləyaqətli, fədakar xidmətləri ilə cavab verirlər. Daxili Qoşunların şəxsi heyəti dövlətimiz və dövlətçiliyimiz naminə Ali Baş Komandanın əmr və göstərişlərini yerinə yetirməyə qadirdir hazırdır. 

 

 

Kaspi.- 2011.- 11 mart.- S. 6.