Həyat, sən nə ŞİRİNsən… 

 

Bir gün harada olduğumu çətinliklə anlayacaq, anamı belə tanımayacaq halda xəstəxanada oyandım…

 

İnsan orqanizmində hər saniyə milyardlarca hüceyrə arasında sıx və səssiz əlaqə yaranır. Bu əlaqə sayəsində, hədsiz dərəcədə çox yesək belə, qanda şəkərimiz o qədər də yüksəlmir, yaxud uzun müddət ac qalmağımıza baxmayaraq, bədənimiz qlükoza tapır onu beyinə göndərir. Nəticədə, həyatımızı normal şəkildə davam etdiririk.

 

Amma bəzən heç bir səbəb olmadan həyatı hər zaman sevinclə keçmiş məsum bir uşağın mədəaltı vəzisi lazımi qədər insulin istehsal etmir. Bu zaman hüceyrələr arasındakı o səssiz əlaqə pozulur. Sakit işləyən orqanizmdə diabet adlı güclü fırtına qopur. İnsulin olmadıqda hüceyrələrin üzərindəki qlükoza qapıları açılmır, nəticədə ac qalan hüceyrələrin səs-küyündə yağ toxumaları şəkərə çevrilir. İstifadə edilməyən şəkər isə qan damarlarının içərisinə yığılır. Həqiqi bioloji faciə baş verir. Bədənin hər yeri şəkərlə dolu olsa da, hüceyrələri ac qalan daha bir gül üzlü uşaq iki qoluna sistem taxılmış vəziyyətdə xəstəxanaya gətirilir. Aynur kimi, Nigar, Tural kimi, Gülər kimi...

Adım Aynurdur. 13 yaşım var. Diabet xəstəsiyəm, ancaq mənə “diabetlideyəndə heç xoşum gəlmir. Mən şirin-şəkər qızam. Əslində, mən başqa uşaqlardan o qədər fərqlənmirəm. Məktəbə gedirəm, dostlarımla oynayıram, kitab oxuyuram, piano çalıram... Amma bir az da onlardan fərqliyəm. Bu fərqi daha çox yemək saatlarında hiss edirəm. Şəkər qız olduğum üçün istədiyim qədər tort, şokolad yeyə bilmirəm. Buna görə çox təəssüflənirəm.

Əvvəllər elə düşünürdüm ki, təkcə mən sevdiyim şirniyyatlardan imtina etmək məcburiyyətindəyəm. Ancaq zaman keçdikcə bunun belə olmadığını anladım. 15 yaşlı bacım da mənim sevdiyim şirniyyatlardan yemir. Hətta bir dənə şokolad belə ağzına qoymur. Çünki kökəlməmək üçün həmişə pəhriz saxlayır. 45 yaşlı bibimin isə miqreni var. Çox şiddətli uzun müddətli baş ağrılarından əziyyət çəkir. O da şokolad yemir. Bu sehirli dad baş ağrısının başlamasına artmasına səbəb olur. Hələ nənəmdən danışmıram. O daha uzun yaşamaq üçün son günlər pəhrizə başlayıb

Təəssüf ki, dünyada milyonlarla insanın, mənim kimi minlərlə oğlan, qız uşaqlarının əziyyət çəkdiyi şəkərli diabet xəstəliyi haqqında insanlar çox az məlumatlıdırlar. Bəzilərinin bildikləri isə yanlışdır. Bunu onlarla ünsiyyətdə olduqda daha çox anlayıram. İlk dəfə tanış olduğum uşaqlar mənə xəstəliyimlə bağlı suallar verirlər. Fürsətdən istifadə edib bu barədə o qədər danışıram ki, məndən bezirlər. Bəzən çox məlumatlı savadlı olduğumu göstərmək üçün həkimim kimi danışıram. Onda da heç anlamırlar uzaqlaşıb gedirlər. Ancaq məni tanımağa cəhd etsələr, çox sevərlər. Şəkər qız olmaq mənim seçimim deyil, axı.

Bir gün harada olduğumu çətinliklə anlayacaq, anamı belə tanımayacaq halda xəstəxanada oyandım. Bir müddətdən sonra I tip şəkər xəstəsi kimi evə qayıtdım. Qısa müddətdə alışdığım həyat tərzim dəyişdi artıqşəkərsözü mənə sevimli şirniyyatları, konfetləri deyil, xəstəliyimi xatırlatmağa başladı. Hər kəsin mənə körpəlikdən bəri qorxduğum iynə barədə maraqlı oyuncaqdan danışırmış kimi söz açmasından çox təəccüblənirdim. SonraArtıq şəkər qız qorxularına qalib gəlib, insulin iynəsinə alışıb. Qan şəkərini ölçməyi onu normada saxlamağı, özünü müalicə etməyi, müxtəlif vəziyyətlərdə insulinin dozasını nizamlamağı, diabetin səbəb olacağı problemlərdən qorunmağı, bir sözlə, diabetlə birlikdə müstəqil yaşamağı, ona qalib gəlməyi öyrənib.

Bu həyatın mənə sürprizi idi. Yaxşı, yoxsa pis sürpriz olması barədə hələ qərar verə bilməmişəm.

Şəkər qız olmazdan əvvəlki illərlə müqayisədə daha düzgün həyat tərzim var. Artıq özümü bədənimin detektivi kimi hiss edirəm. Orqanizmimdəkı dəyişiklikləri çox tez duyuram. Düzgün lazımi qədər qidalanıram, yuxu rejimimə diqqət edirəm, kədərli hadisələrdən uzaq olmağa çalışıram. Bunları nəzərə alsaq, şəkər yaxşı sürpriz sayıla bilər.

Amma hər gün insulin iynələrini vaxtında vurmaqdan sonra qan şəkərimin səviyyəsini yoxlamaqdan yoruluram. İynələr məni incidir, ancaq onları unutduğum zaman da bədənim təhlükədən xəbər verən siqnallar göndərir. Anam, atam daim məni izləyir. Bəzi şeyləri etməyə, məsələn, rəfiqəmgildə qalmağa icazə vermirlər. Kiçik qardaşım istədiyi hər şeyi yeyə bilir mənim yanımda yediyi üçün çox əsəbləşirəm. Qısqanclığımdan mən onun yediklərindən gizlin yeyirəm. Sonra isəOffffBunları düşünəndə isə şəkərin, əlbəttə ki, pis sürpriz olduğuna inanıram.

Əgər imkanım olsaydı, dünyadakı bütün şəkər uşaqlarla söhbət etmək, onların hiss etdiklərini, düşündüklərini bilmək istərdim. Çünki bəzən elə bilirəm ki, təkcə xəstə mənəm.

Görəsən, mən həqiqətən şəkər qızam, yoxsa yuxu görürəm? Bu bir yuxu olsaydı, Aya uçmaq istərdim. Mən çox kiçik yaşda olanda nənəm hər zaman Ayın pendirdən hazırlandığını içərisində Pendir Şahzadənin oturduğunu, onun hər il böyüklərini incitməyən uşaqlara hədiyyələr gətirdiyini deyirdi. Məncə isə, Ay şəkərdən düzəlib içərisində Pendir şahzadə deyil, Şəkər şahzadə oturub. Şəkər şahzadə hər il 14 noyabrda mənim kimi şəkər uşaqlara hədiyyələr gətirir. İlk hədiyyəni isə insulini kəşf edən həkim Frederik Bantinq verir. O olmasaydı, bu gün mən şəkər qız kimi yaşamazdım. Çünki onun tapdığı insulin iynəsi bir az tənbəlləşən mədəaltı vəzimin işini yerinə yetirir orqanizmim yaxşı çalışır. mən insulin səviyyəsini qoruyaraq dünyadakı ən böyük krallığayəni bədənimə həyat verirəm. Bildiyimə görə, bütün şəkər uşaqlar, təəssüf ki, bu şansa sahib deyillər. Ona görə bütün dünyaya qışqırmaq istəyirəm: Şəkər uşaqları yalnız qoymayın, qoy onlar xatırlanmaq üçün Şəkər şahzadənin gəlişini gözləməsinlər”.

Növbəti məktubu açıram, Gülərin məktubunu...

Şəkərli diabet olduğumu 7 yaşımda öyrənmişəm. İndi 14 yaşım var. Məndən necə olduğumu soruşanda hər zamanözümü əla hiss edirəmcavabını verirəm. Məni tanıyan insanlar deyir ki, bu yaşda şəkərli diabet kimi ciddi xəstəlikdən əziyyət çəkməyinə baxmayaraq, çox optimistsən, hər zaman gülər üzlüsən. Bunu necə bacardığımı soruşurlar.

Onlara çox qısa cavab vermək istəyirəm. Hər səhər oyananda, özümə “Gülər, bu gün iki seçimin var. Ya əhvalın çox pis, ya da çox yaxşı olacaqdeyirəm. Mən ikincini seçirəm. Əgər təsadüfən hansısa xoşagəlməz hadisə baş verirsə, yenə iki seçimim olur: depressiyaya düşmək, hadisədən müsbət nəticə çıxarmaq. Mən başıma gələn xoşagəlməz hadisələrdən nəticə çıxarmağı seçirəm. Kimsə mənə nədənsə şikayət edirsə, yenə iki seçimim var: ya şikayəti qəbul etmək, ya da ona həyatın müsbət tərəflərini göstərmək. Mən həyatın müsbət tərəflərini göstərməyi seçirəm. Həyat seçimlərdən ibarətdir. Hər birimizin həmişə ikincini seçməyə şansımız haqqımız var. Mən hər gün həyatı xoşbəxt yaşamağı seçirəm. Bütün insanların, xüsusən uşaqların xəstəliklərə, hər cür xoşagəlməz hadisələrə rəğmən, xoşbəxtliyi, gözəlliyi, müsbət əhval-ruhiyyəni, sevgini, sevinci seçməsini istəyirəm.

Fredrix NitsşeninMəni öldürməyən yara daha da gücləndiririfadəsini həyat devizimə çevirmişəm. Məni öldürməyən xəstəliyim mənə güclü olmağı, həyatı gözəl yaşamağı, onun qədrini bilməyi öyrədir. Həkimimin mənə verdiyi ilk dərman bir məsləhətdən ibarət idi: “Bundan sonra xəstəliyinlə dost olacaqsan”. Mən bu dostluğu bacardım. Düzdür, bəzən xəstəliyimi unutduğum anlar da olur. Həmin an şəkərli diabet xəbərdarlıq edir, “bu, dostluğa yaraşmazdeyir. Mən isə xəbərdarlıqdan nəticə çıxarıram. İllər xəstəliklə dost olduğum müddət ərzində onun düşmənə çevrilmədiyini öyrətdi.

Mən şəkərli diabetdən əziyyət çəkən bütün uşaqlara demək istəyirəm ki, dünya təkcə sağlam olan insanların deyil, hər birimizindir. Ona görə özünüzü çox sevin, yaşamaqdan həzz alın. Həyat şirindir, bizim həyatımız isə şipşirindir”.

 

 

Ülvinə Fərzəliyeva 

 

Kaspi. – 2011. -19 may. –S. 9.