"Metsamor"la bağlı beynəlxalq təşkilatlarla anlaşma əldə edilib

 

Ekologiya təbii sərvətlər naziri Hüseynqulu Bağırov Azərbaycanda ilk platin yatağının aşkarlandığını açıqladı

 

«Keçən il ölkədə Ekologiya ili elan olunub. Ekologiya işçiləri üçün ötən il gərgin işlərlə yadda qaldı». Bu fikirlər mayın 27-də ekologiya təbii sərvətlər naziri Hüseynqulu Bağırovun Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi hesabat xarakterli mətbuat konfransında səslənib. Hüseynqulu Bağırov istiqamətlər üzrə görülən işlərdən danışaraq ətraf mühitin mühafizəsinə toxunub.

 

Nazir bildirib ki, ümumilikdə 5000-dən çox ekoloji hüquqpozma halı qeydə alınaraq aktlaşdırılıb cərimələr tətbiq olunub. 1000-dən çox hüquq-mühafizə orqanlarına göndərilib. H.Bağırov əlavə edib ki, nazirlik yaranandan sonra ətraf mühitin mühafizəsi fonduna köçürmələrin həcmi 6 dəfə artıb. 2010-cu ildə bu rəqəm 1 milyon 100 mini  ötüb. Tətbiq olunan ödəmə isə 6-7 milyona çatır.

Meşələrin mühafizəsindən danışan nazir bildirib ki, Azərbaycanda ümumilikdə meşə ilə örtülü ərazilər təbii bərpaya dəstəyin hesabına 0,4 faiz artaraq 11,8 faizə çatıb. Nazirin sözlərinə görə, 52 min hektardan çox meşə sahələri Dövlət Meşə Fonduna qəbul olunub. Belə ki, 2010-cu ildə 34 min kubmetr qanunsuz meşə qırılmalarının qarşısı alınıb. Hüquq-mühafizə orqanlarına ekoloji hüquqi pozmalarla bağlı göndərilən işlərin 30 faizi meşə qırılmaları ilə bağlıdır. Bu prosesdə dövlətə  248 min manat ziyan dəyib. Nazir çoxlu sayda ağacların yetişdirilməsinin təmin olunduğunu diqqətə çatdırıb. Belə ki, Abşeron yarımadasında «Azərlandşaft» cəmiyyətinə təhkim olunan ərazilərdə son 3 ildən çox müddət ərzində 13 milyondan çox ağac əkilib. H.Bağırov biomüxtəlifliyin qorunmasının əsas sahələrdən biri olduğunu diqqətə çatdıraraq bildirib ki, mühafizə olunan ərazilər 2 dəfə yarım artıb. “Şahdağ Milli Park layihəsi üzərində davam edir. Bu park 130 min hektardan çox ərazini əhatə edərək Cənubi Qafqazda ikinci böyük Milli Park olacaq”.

 

Azərbaycanda ilk platin yatağı

 

Nazir geologiya sahəsində aparılan işlərə toxunaraq bu  sahədə 66 çöl obyektində aparıldığını bildirib. Belə ki, Göygöl Şəmkirdə qızıl-polimetal yataqlarının tədqiqatı həyata keçirilib: “Aparılan tədqiqatlar, eyni zamanda, Moskva, Kanada başqa ölkələrin laboratoriyalarına göndərilən nümunələrin təhlilləri platin yatağının olduğunu təsdiqləyib. Hazırda geoloqlar yatağın miqyasının dəqiqləşdirilməsi üzərində aparır. Həmin yataqda 80-100 ton ehtiyatın olduğu ehtimal edilir”.

 

«Azərbaycan - yaşıl dünya naminə»

 

 Nazir qeyd edib ki, ətraf mühitin monitorinqi gücləndirilmiş rejimlə işləyir. Belə ki, ötən müddətdə laboratoriyalarda 94 min nümunə üzərində 107 min təhlil aparılıb. 315 sayda xüsusi bülleten buraxılaraq ictimaiyyətə çatdırılıb.

Nazir diqqətə çatdırıb ki, ötən il Azərbaycanda ilk dəfə olaraq «Azərbaycan - yaşıl dünya naminə» adlı beynəlxalq ekoloji sərgi təşkil olunub. Bu ilin sentyabr ayında isə ikinci ekoloji sərginin keçirilməsi nəzərdə tutulur.

 

«Azərbaycan-təbiət dünyası» layihəsi reallaşır

 

Bakının Qobu qəsəbəsində tikiləcək zooparkla bağlı həyata keçirilən layihədən danışan nazir bildirib ki, artıq  tikinti ilə bağlı ilkin layihə  hazırdır. Belə ki, layihə tenderdə qalib gələn alman-türk şirkəti tərəfindən hazırlanıb. Zoopark üçün  Qobuda 55 hektar sahə ayrılıb. "Zoopark üçün yer seçiləndə çox tərəddüd edirdik. Yer çox sərtdir, ətrafda çoxlu palçıq vulkanları var. Buna baxmayaraq, beynəlxalq ekspertlər həmin yeri münasib hesab ediblər. Onlar bu cür zooloji obyektin şəhər kənarında olmasını daha məqsədəuyğun hesab edirlər". Nazirin bildirdiyinə görə,  zooparkın tikintisi üçün dövlət tərəfindən 2,8 milyon manat maliyyə vəsaiti ayrılıb. H.Bağırov zooparkın dünyada azsaylı zooloji obyektlərdən biri olacağını da söyləyib: "Bakıda zoopark yox, heyvanxana var. Artıq dünya ölkələrində heyvanların bu cür saxlanma metodlarından imtina olunub. Bura isə böyük ixtisaslaşmış zooloji obyekt olacaq. Əsas konsepsiya yalnız insanların heyvanlara baxması deyil, bərpa, çoxaltma, vəhşi təbiəti peşəkarcasına müdafiə etmək, bəzi heyvanların nəslinin kəsilməsinin qarşısını almaqdır. Digər məqsəd isə burada yalnız heyvanlar deyil, bitkilər ağacların da olmasını təmin etməkdır”.

Nazir bildirib ki, layihələrin bitməsini gözləmədən inşaat işlərinə başlamaq olar bununla bağlı artıq hökumətə müraciət olunub. İşlərin həyata keçirilməsi üçün 70-ə yaxın ayrı-ayrı ölkələrdən mütəxəssislər cəlb olunub. Zoopark «Azərbaycan-təbiət dünyası» şərti adı ilə dünyada təqdim olunacaq.

 

Bircə siqaret kötüyü...

 

Meşə yanğınlarının yaranma təhlükəsindən danışan  nazir qeyd edib ki, Ekologiya Təbii Sərvətlər Nazirliyi yay mövsümündə meşələrdə baş verə biləcəyi ehtimal olunan yanğınların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyə başlayıb. Belə ki, hazırda əlaqədar işçilər üçün təlimlər keçirilir. "Azərbaycanda meşələrin xüsusiyyəti elədir ki, güclü yanğınlar baş vermir. Meşə yanğınlarının 95 faizini əhalinin münasibəti ilə bağlayırıq. İstirahətə gedən insanlar, cobanlar, meşəyə moruq yığmağa gedənlər ya meşə yolundan keçənlər bir az ehtiyatlı olmalıdırlar. Yanğın baş verməsi üçün bircə siqaret kötüyü kifayətdir".

 

Metsamortəhlükəsi

 

H.Bağırov işğal altında olan torpaqlarımızın təbii sərvətləri ilə bağlı mütəmadi olaraq beynəlxalq təşkilatlara məlumatlar göndərildiyini vurğulayıb. O cümlədən, Ermənistanda fəaliyyət göstərən "Metsamor" atom elektrik stansiyasının təhlükəsi ilə bağlı artıq Azərbaycanla beynəlxalq təşkilatlar arasında qarşılıqlı anlaşma əldə edilib. Nazir bildirib ki, "Metsamor" AES- bağlı mütəmadi aparılır. “Demək olar ki, hər ay müəyyən arayış hazırlanaraq Xarici İşlər Nazirliyinə Milli Məclisin deputat qrupuna göndərilir. Çox nadir haldır ki, beynəlxalq təşkilatlarla bu məsələ ilə bağlı az-çox anlaşma əldə edilib. Çünki "Metsamor" AES təkcə Azərbaycan üçün deyil, butun dünya üçün təhlükədir”.

 

 

10-12 illik moratorium

 

Xəzər dənizində nərə cinsli balıqların ovlanmasına münasibət bildirən H.Bağırov qeyd edib ki, bu balıqların ovlanmasına moratorium qoyulması təşəbbüskarlarından biri Azərbaycandır. Belə ki, Azərbaycan artıq bir necə ildir ki, bu təşəbbüslə çıxış edir. Nazir hesab edir ki, ən azı 10-12 il müddətində moratorium qoyulması vacibdir ki, yalnız bu müddətdə Xəzərdə nərəkimlərin ehtiyatı arta bilər. H.Bağırov Xəzərdə balıq ovu ilə bağlı brakonyerliyin olduğunu da istisna etməyib.

Gələcək planlardan danışan nazir yaşıllaşdırma ilə bağlı layihələrin həyata keçiriləcəyini bildirib. Belə ki, Lənkəran, Quba, Şamaxı, Ələt istiqamətində əlavə yaşıllıq zolaqları yaradılır. Nazir əlavə edib ki, Bakı ətrafında, aeroport yolunda, Binə bazarının tullantılarının yerində böyük yaşıl massiv yaradılıb. H.Bağırov yaşıllaşdırma ilə bağlı layihələrin bundan sonra da həyata keçiriləcəyini bildirib: «Düzdür, ideala çatmamışıq, ancaq bir prinsipə nail olmuşuq ki, bizim ağaclara yaxşı qulluq olunur».

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.- 2011.- 28-30 may.-S.3.