KaspiTəhsil Mərkəzi jurnalistlərə sertifikatlar verdi 

 

Sona Vəliyeva: “Biz dövlət, xalq qarşısında vətəndaş olaraq öz istəyimizi həyata keçiririk. Bundan yüksək sevinc ola bilməz

 

“Bu gün beynəlxalq aləmə inteqrasiya üçün iqtisadiyyat, siyasət, təhsillə yanaşı, xarici dil böyük önəm daşıyır”. Bu fikirlər noyabrın 1-də Beynəlxalq Mətbuat MərkəzindəAzercell Telekom” MMC iləKaspiTəhsil Mərkəzinin jurnalistlər üçün keçirdiyi ingilis dili kursunun yekununa həsr olunan mərasimdə səslənib.

Azercell”MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə jurnalistlərə təmsilçisi olduğu şirkətin kurslarında iştirak etdiklərinə görə təşəkkürünü bildirib: «Biz kursa 30 nəfərlə başladıq, 25 nəfərlə bitirdik. Bu, bizim indiyə qədər keçirdiyimiz kurslardan daha çətini idi. Böyük bir nəticə əldə olundu. Sizin iştirakınız haqqında məlumatlar da kurslarda çox aktiv iştirak etdiyinizdən xəbər verir».

«Kaspi» Təhsil Şurasının sədri Sona Vəliyeva «Kaspi» Təhsil Mərkəzinin keçirdiyi layihələr haqqında məlumat verərək, ümumiyyətlə, mərkəzin mütərəqqi layihələrə imza atdığını bildirib. “4 il bundan öncə «Kaspi» Təhsil Mərkəzinin təsis konfransında bütün layihələrimizlə sizi tanış edəcəyimizə söz vermişdik. Biz bu sözə sadiq qalmışıq». S.Vəliyeva «Kaspi» Təhsil Mərkəzinin yaranma tarixinə ekskurs edərək xatırladıb ki, kiçik bir məkanda, az bir müəllim kollektivi iki şöbə ilə fəaliyyətə başlayan mərkəzə 2-3 aydan sonra müraciət edən yüzlərlə gəncin arzusu nəzərə alınaraq Xaricdə Təhsil Şöbəsi açılıb. “Bu bölmə bizə xaricdə yerləşən ən nüfuzlu universitetlərlə tərəfdaşlıq etməyə imkan yaratdı. Çox sevindirici haldır ki, bizim kollektiv böyük nailiyyətlər əldə etdi. Bu gün 90-na yaxın xarici universitetlə tərəfdaşlıq əlaqələri qurmuşuq. Biz Qafqaz Universiteti Xarici Dillər Universitetindən sonra 3-cü, ancaq özəl təhsil məkanında ilk təhsil mərkəziyik ki, TOEFL imtahan mərkəzi açdıq. Bu, hazırladığımız uşaqların öz mərkəzimizdə imtahan vermələrinə, ürəyində, qəlbində xaricdə təhsil almaq arzusu olan gəncləri özümüzün xaricə göndərməyimizə imkan yaratdı. Mən statistikaya nəzər salanda gördüm ki, 85 faizə yaxın uşaqların xaricdə təhsil almasına nail olmuşuq. Əgər onların oxuduqları məkanda səhhətləri ilə bağlı problemləri, iqlimə dözümsüzlükləri yaranırsa, biz onların başqa universitetlərə transfer olmasını da həyata keçiririk».

S.Vəliyevanın sözlərinə görə, təhsil mərkəzinin ABŞ, Böyük Britaniya, Kanada, Türkiyə, Kipr, İsveçrə, İspaniya başqa ölkələrin nüfuzlu universitetləri ilə tərəfdaşlıq əlaqələri var: «Bu bizim nailiyyətimizdir. Bəlkə bu nailiyyətin nəticəsidir ki, «Azercell» şirkəti bu layihəni bizimlə həyata keçirməyə üstünlük verdi». S.Vəliyeva eyni zamanda qazanılan nailiyyətlərlə kifayətlənmədiklərini, ayrı-ayrı ölkələrin universitetləri ilə əlaqələrin daha da genişləndiyini diqqətə çatdırıb. Sona xanımın sözlərinə görə, mərkəzin artıq 4 ildir fəaliyyət göstərən Abituriyent şöbəsi yüzlərlə şagirdin yüksək bal toplayaraq ölkənin müxtəlif dövlət universitetlərinə daxil olmasına nail olub. Bundan əlavə, Azərbaycan məkanında özəl tədris mərkəzi olaraq ilk dəfə Abituriyent şöbəsində abituriyentlərə təqaüdlər təsis edilib. Belə ki, 600 balı keçən abituriyent təqaüd almaq hüququ əldə edib. Təqaüd alan uşaqlar, həmçinin təhsil haqqından azad edilir. S.Vəliyeva Təhsil Mərkəzinin bundan sonra da yeni layihələrlə Azərbaycan gənclərinin inkişafına, təhsilinə kömək edəcəyini vurğulayıb: «”KaspiTəhsil Mərkəzinin xaricdə təhsil bölməsi Azərbaycan dövlətininTəhsil haqqında qanun”una dəstək məqsədi daşıyır. Bizim qazancımız çox kiçik məbləğdir. Əksinə, aldığımız mənəvi zövq isə çox yüksəkdir. Biz həmçinin dövlət, xalq qarşısında vətəndaş olaraq öz istəyimizi həyata keçiririk. Bundan da yüksək sevinc ola bilməz».

S.Vəliyeva, həmçinin təhsil mərkəzinin bu il uşaqlar üçün «Kaspi Kids» layihəsinə start verdiyini diqqətə çatdırıb. Belə ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən proqram əsasında 4-6 yaş arası uşaqlar təhsil ala bilirlər: «Bu proqram dünyada ən mütərəqqi üsulların toplumu olan bir layihədir. Hazırda həmin proqram əsasında 5 filialda fəaliyyət göstəririk». S.Vəliyeva gələcəkdə bu tip layihələrin davamlı olacağını da bildirib.

 

Xarici dilin önəmi

 

S.Vəliyeva daha sonra jurnalistlər üçün həyata keçirilən layihəyə görə «Azercell” MMC-nin prezidenti Alı Ağana təşəkkürünü bildirib: «Keçən 6 ay ərzində çalışdıq ki, Azərbaycan jurnalistlərinin inkişafına, onların dil öyrənməsinə mümkün qədər nail olaq. Proqrama dəstək olduğunuz bizə üstünlük verdiyiniz üçün təşəkkürümü bildirirəm. 25 jurnalist ingilis dilinin müxtəlif pillələri üzrə proqramı uğurla başa vurub. Həmçinin layihənin yekunu olaraq 2 nəfər xaricə göndərilir. İstərdik ki, bu cür layihələr davamlı olsun». S.Vəliyeva ümumiyyətlə, «Azercell» şirkətinə Azərbaycanda keçirilən sosial layihələrə yüksək şəkildə təşkilatçılıq etdiyinə dəstək olduğuna görə minnətdarlığını bildirib.

«Azercell»MMC şirkətinin prezidenti Alı Ağan yaşadığımız  yüzildə ingilis dilinin qlobal olduğunu dili mənimsəməyin vacibliyini vurğulayıb: “Dil öyrənmək xüsusən jurnalistlər üçün çox əhəmiyyətlidir. Siz insanların baxışının inkişaf etdirilməsinə vasitəçilik edirsiniz».

A.Ağan layihənin həyata keçirilməsinə görə «Kaspi» Təhsil Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirib. Əslində bu, sosial problemə istiqamətlənmiş layihədir. Biz buna ticari layihə kimi yanaşmadığımız üçün toplum olaraq burdayıq”.

 

6 ayın nəticəsi

 

«Kaspi» Təhsil Mərkəzinin direktoru Elnur Əliyev jurnalistlər üçün keçirilən 6 aylıq təlim kursunun uğurla başa çatmasından məmnunluğunu bildirib: «Xarici dili öyrənmək jurnalistlər üçün çox vacibdir. Jurnalistlər bunu bilərək kurslarda iştirak etdilər. Biz hər ay “Azercell”ə kursun gedişatı haqqında məlumat verirdik. Çünki şirkət davamiyyətlə maraqlanırdı”. Belə ki, birinci pillənin sonunda jurnalistlər imtahan verərək digər pilləyə adlayıblar. 6 ayın sonunda isə onların arasından bəlli kateqoriyalar üzrə 7 nəfər müəyyənləşib.

Onların davamiyyəti, gündəlik ev tapşırıqlarını necə yerinə yetirmələri imtahanın nəticələri əsas götürülüb. Daha sonra müsahibə əsasında onların arasından iki jurnalist Londona getmək üçün seçilib. Şirkət həm aylıq hesabatlar əsasında, həm müsahibənin nəticələrinə uyğun olaraq həmin jurnalistləri müəyyənləşdirib».

E.Əliyevin sözlərinə görə, Londona səyahət edəcək jurnalistlər iki həftəlik dil kursu keçməklə yanaşı, ölkə həyatı ilə tanış olmaq imkanı da qazanacaqlar.

Tədbirin sonunda kursu bitirən jurnalistlərə sertifikatlar təqdim olunub. Həmçinin  Kaspiqəzetindən Təranə Məhərrəmova Azadlıqqəzetindən Xəyal Babayevin 2 həftəlik kurs üçün Londona göndəriləcəyi elan edilib.

 

 

F.Abbasoğlu 

 

Kaspi.-2011.-2 noyabr.-S.9.