Yeni media yeni jurnalist tipi tələb edir 

 

Qulu Məhərrəmli: “Bu gün əksər xəbər saytlarında sarı mətbuatın nəfəsini jurnalist məsuliyyətinin aşağı səviyyədə olmağını hiss edirəm

 

Jurnalistika yarandığı gündən müxtəlif inkişaf mərhələləri keçib. Bu gün artıq medianın inkişafındayenipilləsindən danışılır. Bu pillə isə adından da göründüyü kimi, özü ilə yeniliklər gətirib. Lakin bununla belə, bu sahənin problemləri çatışmayan cəhətləri kifayət qədərdir. Mövzu ətrafında tanınmış media mütəxəssisi Qulu Məhərrəmli ilə olan söhbətimiz maraqlıdır.

Qulu müəllim, yeni medianın inkişafındakı mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

Yeni media yeni texnologiyaların meydana çıxmasıdır. İnformasiyanın ötürülməsinin təkmilləşməsi, həm informasiyanın yaranmasında yeni texnoloji prosseslərin meydana çıxması təbii ki, yeni medianının inkişafını sürətləndirir. Bu gün faktiki olaraq, ənənəvi jurnalistika ilə yeni media arasında rəqabət gedir. Virtual aləmdəki xəbərləmə işi ənənəvi mediadan çox fərqlidir. Ona görə ki, orada operativlik var, onlayndır, yəni hadisələrin davamlı izlənməsi var. Bu mənada yeni medianın çox böyük üstünlükləri var. Amma bu, birbaşa internetin inkişafı ilə bağlı olduğu üçün təbii ki, bu sahədə müəyyən problemlər var. Lakin prinsip etibarı ilə yeni medianın yaranması mediamızın inkişaf tarixinin xüsusi bir mərhələsidir. Ona görə ki, burda alətlər, vasitələr, təqdimat üsulları, informasiyanın yaranma yayılma üsulları dəyişir.

Yeni media daim inkişafda olan bir sahədir. Əslində, yeni media ilə ənənəvi media arasındakı münasibətləri yaşlı jurnalistlərlə gənc, cavan düşünə bilən jurnalistlər arasındakı fərqə bənzədirəm. Baxın, yaşlı adamlar telefonla mesaj da yaza bilmirlər, yaxud nömrəni qeyd edə bilmirlər. Amma bu gün yeni medianın alətlərinə yiyələnmiş yeni jurnalist nəsli yetişməkdədir. Bütövlükdə yeni medianın bir sistem kimi formalaşması prosesi gedir. Çünki bu gün bizdə qəzetlərin elektron versiyası yaranıb, artıq internet televiziyalarımız var, həmçinin səsli görüntülü informasiya almaq imkanlarımız var s. Bunların hamısı yeni texnoloji imkanlardan bəhrələnib.

Yeni medianın inkişafında hansı problemləri görürsünüz?

Yeni medianın inkişafı ilə bağlı üç problemi göstərmək olar. Birinci, internetin kifayət qədər sürətli olmaması, ikincisi yeni media yaradıcılarının ənənəvi jurnalistikanın lazım olan prinsiplərinə, etik qaydalarına yiyələnməməsidir. Üçüncüsü isə peşəkarlığın lazımi səviyyədə olmamağıdır. Bunları yeni media üçün ciddi problem hesab edirəm. Bu sahədə başqa bir məsələ bölgələrimizlə bağlıdır. Tutaq ki, yeni media barədə paytaxtda yüksək nikbinliklə danışırıqsa, bu sahədə regionlarda çox ciddi problemlər olduğunu görürük. Çünki bölgələrə lazım olan texnoloji vasitələr gedib çatmayıb, internet zəifdir s. Ümumiyyətlə, ənənəvi media da bölgələrimizdə zəif inkişaf etdiyinə buna paralel rəqabət mühitinin olmadığına görə yeni media sahəsində problemlər ortaya çıxır.

Problemlər sırasında peşəkarlıq kadr məsələsindən danışdınız...

Şübhəsiz ki, yeni imkanlar yarandıqca, o imkanları əxz eləyə bilən kadrlara ehtiyac var. Yeni medianın imkanları isə bu kadrlardan operativlik, ekstremal şəraitdə xəbəri anında almaq yaymaq s. kimi bacarıqlar tələb edir. Hələlik bu hal bizdə kütləviləşməyib. Kadr məsələsinə gəldikdə isə, şübhəsiz ki, biz jurnalistika məsələsinə yenidən baxmalıyıq. Misal üçün, bildiyimə görə artıq Slavyan Universitetində yeni media kafedrası yaranıb, bu, təqdirəlayiq bir hadisədir. Bu o deməkdir ki, biz yeni media ilə ənənəvi media arasındakı sərhədləri müəyyənləşdirə bilirik bu sahə üçün kadrları necə hazırlayacağıq, xarici təcrübədən necə bəhrələnəciyik kimi sualları dəqiqləşdiririk. Yəni reallıq, gerçəklik özü bu sahədə həyəcan siqnalı çalır, özünün mesajlarını verir, həm bu prosesləri sürətləndirir.

Önəmli olan budur ki, yeni media yeni jurnalist tipi tələb eləyir. Bu tip birinci növbədə yüksək peşəkar xəbər dəyərlərini mənimsəmiş jurnalistdir, ikincisi isə yüksək texnoloji vərdişlərə yiyələnmiş bir tipdir. Yəni, bu şəxs həm mətni özü yaza bilir, həm  radionun imkanlarına yiyələnir eyni zamanda, kamerayla, fotoaparatla çəkir, informasiyanın qrafikasını, görüntüsünü özü həll edə bilir.

Bəs, ali təhsil müəssisələrində yeni medianın tədrisini necə qiymətləndirirsiniz?

Hesab edirəm ki, hazırda gənc jurnalistlər ayrı-ayrı jurnalistika məktəblərindəBakı Jurnalistika Məktəbi, İrəli Akademiya, Açıq Fikir Universiteti s. – yeni texnologiyaların sirlərini öyrənir bunu tətbiq edirlər. Onlar bu yerlərdə həm yeni medianın nəzəriyyəsini öyrənir, həm bunu praktik olaraq tətbiq edirlər. Bundan başqa, bayaq dediyim kimi, Slavyan Universitetində digər universitetlərdə bu sahədə addımlar atılır.

Ümumiyyətlə, yeni media təkcə jurnalistika həyatını canlandırmır, o, həm təhsil sisteminə çox ciddi təsir  göstərir. Yəni, artıq ehtiyaclar ortaya çıxıb. Bu ehtiyacı ödəmək isə təkcə media qurumlarını deyil, həm təhsil müəssisələrini xeyli dərəcədə qayğılandırır indi bunlara adekvat reaksiyalar verilməkdədir. Mən demirəm ki, bu ehtiyaclar yüz faiz ödənilir, amma  bu istiqamətdə təhsil müəssisələrinin silkələnməsi müsbət hadisədir.

– Bu sahədə tədris proqramları, ədəbyyat, elektron resursları praktik işlər üçün vəziyyəti necə qiymətləndirirsiz?

Təbii ki, bu sahədə hər şey qaydasında deyil. Əvvəla, yeni media sahəsində əlimizdə əlavə dərsliklər yoxdur. Amma onu da deyim ki, hələlik bu işin əsası qoyulur, yəni təəssüf ki, biz  mövcud təcrübəni ümumiləşdirə bilməmişik. Hesab edirəm ki, bu sahədə çox ciddi işlər görülməlidir. Biz 10 il əvvəlkindən fərqli olaraq, bu gün tələbələrə qəzet, jurnal dizaynının proqramlarını öyrətməliyik. Bu o deməkdir ki, biz bu sahədə yeni tədris proqramı qurmalıyıq. Ancaq çox yaxşı haldır ki, bu məsələ donuq nöqtədən tərpənib irəliyə doğru gedir. Mən bir çox universitetlərdə oluram hiss edirəm ki, təhsil müəssisələrində yeni medianı görüb dərk eləyirlər buna adekvat reaksiya verirlər. Buna təkan verən məsələlərdən biri universitetlərdə bu sahədə rəqabətin olmasıdır.

Qulu müəllim, necə fikirləşirsiniz, yeni mediaya verilən sərbəstlik jurnalist məsuliyyətinin azalmasına dəlalət etmir ki?

– Bu mövzunun özü jurnalistikamız üçün çox aktual məsələdir. Ümumiyyətlə, ənənəvi media ilə yeni mediada imkanlar fərqlidir. Yəni yeni mediada xəbərin təqdimatı xeyli cazibədar olub. Ona görə ki, onun xəbəri səsli görüntülü vermək s. kimi imkanları var. Eyni zamanda, virtual aləmdə ifadə imkanları genişləndikcə, həm məsuliyyətlə bağlı məsələlər ortaya çıxır. Bu gün çox təəssüf ki, yeni mediada peşəkarlıq çox aşağı səviyyədədir. O sərbəstliyin dadını bilməyən gənc jurnalistlər xəbər dəyərlərini, xəbəri cazibədar şəkildə təqdim etməyi bacarmırlar. Mən yeni mediada sensasiyalılıq sarı mətbuatın nəfəsini jurnalist məsuliyyətinin aşağı səviyyədə olmasını hiss edirəm. Bu gün əksər xəbər saytları üçün xarakterik cəhət bulvar–sarı mətbuatının üslubunun genişlənməsidir. Bütövlükdə, hesab edirəm ki, yeni ənənəvi medianın nümayəndələri yığışıb bu sahədəki problemləri müzakirə eləməliyik. Çünki mediadakı bu yenilik bir seldir, yeni imkanlarla yanaşı, özü ilə müəyyən çör-çöplər gətirir. Çoxları da bunu söz-mətbuat azadlığının, internetdəki azadlığın acı meyvəsi kimi cəmiyyətə sırıyırlar. Ona görə istifadəçilərin marağına xidmət edən onu təmin edə biləcək yeni qaydalar hazırlamalıyıq.

 

 

Elgün Mənsimov 

 

Kaspi.-2011.-29 noyabr.- S.6.