İlahi həqiqətlər
üzə çıxır
Naxçıvanda
"Ziil arxı" ziyarətgahının sirli məqamları
(əvvəli
ötən sayımızda)
Ziyarətgahda 7-ci imam Museyi-Kazımın (ə) nəslindən bir neçə imamzadənin məzarı var. Onun nəticəsi 87 yaşlı Seyid Əbdül Əzım ağaya iki qat seyyidlər ağası deyirdilər. O imam Museyi-Kazımın (ə) aşiqi və şəriətini yayan olmuşdu,yanında yeddinci imamin başqa nəticəsi, 58 yaşlı Seyıd Musa ağa dəfn olunub. Həmin nəsildən olan Seyyid Ağa Nuhulla oğlunun da məzarı buradadır. O böyük müctəid olaraq kitab yazıb: birincisi “Fərzi bilgiləri”. İkincisi – “Son peyğəmbərə qarşı çıxanların aqibəti”.
Seyid Nuhulla oğlunun yanında bacısının məzarı var. Ancaq onun haqqında məlumat hələ verilməyib. Bundan başqa Seyid Nuhulla ağanın övladı Seyid Məhəmməd İbn İsmayılın məzarı Şərur rayonunun Tənənəm kəndində ziyarət pirinə çevrilib.
Yazıya görə Həzrəti Museyi Kazımın (ə) nəslindən olan Seyid Bahəddin Xeyrulla oğlunun məzarı çox əziz və mötəbər sayılır. Onun atası Seyid Xeyrulla Əli oğlu, bibisi Zibeydə Səkinə Əli qızı da bu ziyarətgahda dəfn olunublar. Seyid Bahəddinin oğlu Seyid Şahzadə İbrahimin məzarı isə Naxçıvanın Şərur rayonunun Xanlıqlar - Parçı kəndindədir. Deməli bir qəbildən olan 4 (dörd) imamzadənin pak ruhu Naxçıvanı qoruyub.
Bildiyimiz kimi, 7-ci imam Museyi-Kazımın (ə) övladlarının əksəriyyəti (18 qızı, 19 oğlu) İslamı yaymaq məqsədi ilə Iranda, Türkiyədə, Azərbaycanın tarixi ərazilərində məskunlaşmışlar. Onun övladları qızlardan Seyyidə Məsumə xanım İranın Qum şəhərində, Seyyidə Hakumə xanım, Seyyidə Leyla xanım, Seyyidə Rəhimə xanım Bakıda dəfn olunublar. Müqəddəs məzarlar ziyarətgahında Seyyid Nuhullahdan başqa bir sıra şəxslərin məzarlarında kitabları, yazıları qeyd olunur.
Seyyid Məhəmməd Cəfər oğlu 80 yaş yaşamış "İzzətullah" kimi tanınmışdı. O böyük alim olaraq Naxçıvan möminləri üçün risalə yazmışdı. Bundan başqa Məkkə ziyarətinə küllü miqdarda zəvvar aparmışdı.
Seyyidə Səkinə binti İsmayıl - doqquzuncu əsrdə tanınmış övliya idi. Onun böyük möcüzələri olmuşdu. Səkinə xanımın bir duasında Naxçıvan haqqında belə deyilir: "Allahım, bizə olunan hörmət xatirinə bu torpağı qoru!".
Elm və irfan sahiblərindən biri də İmam övladı Ovni ibn İsmayıldır. Ancaq onun haqqında məlumat çox azdır.
Seyyid Fəddah ibn Əli oğlu - böyük dua sahibi olmuşdu. O həzrəti imam Hüseyinə (ə) çox bənzəyirdi. Seyyid ağanın övladları Naxçıvan diyarında İslam dininin təbliği ilə məşğul olmuşlar.
Həzrəti Naim Muqim oğlu Naxçıvanın böyük şəriət alimi idi. Onun kitabları Naxçıvanın şəriət elmlərini açıqlayır.
Seyyid Cəfər Taib ağa - böyük alim, müctəid olubdur. Müqəddəs məzarlıqda onun babası Məhəmməd və Fəttah oğlunun atası Fəttah Əli oğlunun də qəbirləri var.
Seyyid Cəfər Əli oğlu böyük kəramət sahibi islam fədaisi idi. İnsanlar arasında o iki ləqəblə tanınıb. Səhabi Qədir və zəlalətdə olanların pənahı.
Seyyid Hüseyn İsmayıl oğlu - Həzrəti İmam Hüseyinin (ə) kötücəsidir. Yəni o İmam Zeynalabdinin (ə) oğlu Seyyid Hüseynin nəvəsi Seyyid İsmayılın oğludur.
Seyyid Hüseyn İsmayıl oğlu Həzrəti İmam Hüseynə çox bənzəyirdi. Məzarında tarixi sənədlər və özü haqqında məlumatlar var.
"Ziil arxı" ziyarətgahında imam övladlarından başqa bir sıra mömin insanların da məzarı var.
Seyyidə Suqra binti Hüseyn - Bu qadın böyük məqam sahibidir. O çox varlı olduğu üçün hər gün evində yüzlərlə insan ehsan ye- yərdi. O yoxsullara çox yardımlar göstərmişdi.Məlumata görə onun məzarında olan zinət əşyaları bütün ziyarətgahın düzəldilməsinə sərf olunmalıdır.
Ziyarətgahda Həzrəti Nun və Həzrəti İakinin ayaqları altında iki qadın məzarı var. Seyyidəxanım və Seyyidə Ayşa xanım. Onlar bacıdırlar və Seyyid Əhədin qızlarıdırlar. Bundan başqa burada iki ana-bala Şahbəyimxatun və qızı Səkinəxanım imam övladlarına çox sadiq və yaxın insanlar olmuşlar.
Müqəddəs ziyarətgahda dəfn olunanların içində şəhid olan şəxslər də var.
Seyyid Cəfər Hüseyn oğlu - Məhəmmədəli ibn Cəfərlə və atası Hüseyn ibn Əli ilə cihadda şəhid olmuşlar. Seyyidlər məzarının sırasında iki ata-balanın məzarı var-Seyyid Muhəmməd Fəddah oğlu və Seyyid Əli Muhəmməd oğlu. Bundan başqa məzarlıqda iki adı hələ bəlli olmayan bacı - qardaşın qəbirləri var. Bu iki imam övladlarının ruhları Məkkədədir. Gələcəkdə böyük elm zəka sahibi olmaq ehtimalı olan bu gənclər 20 yaş civarında dünyalarını dəyişmişlər.
IV.
KEÇMİŞDƏN GƏLƏCƏYƏ GEDƏN ZAMAN
YOLU
İnsanın yaradılışı və ölümü sanki əbədi olan kainatın eyni nöqtəsindən başlayır. Bir damla torpaq və sudan əmələ gələn insan torpaq və sudan ibarət olan Yer kürəsinə gedir. Bu yolun başlanğıcı və sonu İlahi qüvvə tərəfindən idarə olunduğundan insanlar nə qədər çalışsalar da bu yolçuluğu dayandıra bilməzlər.
İnsanın yaradılışı və inkişafı prosesinə nəzər salsaq görərik ki, onu da dünyaya yolçu edən Uca Allah ona təkrar-təkrar düzgün yolu göstərmişdi.
Məsələn, Allahın ilk qanunları olan "10 əmr" Həzrəti Musa əleyhissəlama gələrkən, peyğəmbərin əzabla firon zülmündən qurtardığı xalq ondan üz döndərdi, sapqınlaşdı. Peyğəmbər isə onları lənətlədi.
Yazının III bölməsində təqdim olunan məlumatda iki zamana aid insan məzarları var. Bizim eramızın 10-11 yüzilliyində yaşamış Əhli-beytin imamzadələridir. Yəni çox böyük zaman keçdikcə möminlər bir ərazidə dəfn olunurlar. Bu təsadüfdürmü? Bizcə yox. Belə ki, əgər birinci zamanda möminlər Allahın ilk əmrlərini yayırdılarsa, ikinci zamanda möminlər Allahın son kitabını təbliğ edirdilər. Bəs nə üçün bu insanlar Naxçıvan torpağında əbədiyyata qovuşmuşlar? Məhz bu sualı cavablandırmağa cəhd göstərəcəyik.
Qeyd etdiyimiz kimi Naxçıvanın "Ziil
arxı" adlı ziyarətgahında məzarları olan
peyğəmbərlər Həzrəti Musa peyğəmbərin
nəslindəndirlər. Musa əleyhissəlamın Anadolu məkanı,
yəni türk aləmi ilə bağlılığı
haqqında Qurani-Kərimdə, həm də Həzrəti Muhəmməd
(s.ə.s) peyğəmbərimizin hədisində tutarlı məlumat
var. Həzrəti Musa (ə) bir gün öz qövmi olan
İsrail oğullarına nəsihət edirdi. İnsanlardan birisi ondan soruşur: "Ya Musa! Səndən daha
biliklisi varmı?" O isə: "Bilmirəm"
cavabını verir. O "Allah bilir" - demədiyi
üçün Allah-təala razı qalmamış və belə
söyləmişdir: "Ya Musa! İki dənizin
birləşdiyi yerdə qullarımdan biri var ki səndən
daha bilgilidir". Musa peyğəmbər
isə, "Ya Rəbb! Ona necə yol tapım?"
sormuşdu. Allahdan ona nida gəldi: "Zəmbilin
içinə bir balıq qoy. Onu harda itirsən,
qulum ordadır".
Qurani-Kərimin "Kəhf' surəsinin 60-cıdan 80-ci
ayəsinə qədər Həzrəti Musa ilə Yuşa
peyğəmbərin Xızır (Xıdır) peyğəmbərlə
görüşü anlatılır. Bu yolçuluğun və
görüşmənin əsas mənası budur: "Bəndələrimizdən
birinə (Xıdıra) rast gəldilər. Ona dərgahımızdan
rəhmət bəxş eləmişdik, elm öyrətmişdik
(66)". "Sənə tabe olma haqqı tapmağım
üçün mənə də öyrədəsən sənə
öyrədiləndən" dedi Musa Xıdıra (67). "Sən
dözə bilməzsən mənim elədiklərimə"
dedi o (68). "Bilmədiyin bir şeyə necə
dözə bilərsən? (69)". "Allah
qoysa görərsən mən necə səbirliyəm. Əmrindən
çıxan deyiləm" dedi Musa(70). (66 ayədən 70 ayəyədək).
Bu kəlimələrdən
belə aydın olur ki, firon sarayında böyümüş
və Allahın 10 əmrini almış Həzrəti Musa
peyğəmbər hikmət almaq üçün
özündən bilimli və hikmətli insanın
axtarişına düşür. Həzrəti
Xıdır peyğəmbər əməlləri ilə Musa əleyhıssəlamın
öz nəfsini göstərmiş, ancaq Musa peyğəmbər
onu anlamır. Əgər anlasaydı
Xıdır əleyhissəlamın etdiyi hadisələrdə
öz əməllərini görüb, ona etiraz etməzdi.
Musa peyğəmbərlə birlikdə Yuşa peyğəmbər
də yola çıxmışdı. Yuşa həzrətləri
gözəl simali çox vuruşqan və cəsarətli
insan idi. Qurani - Kərimdə Kəhf surəsinin 18-ci ayəsində
belə deyilir: Gənc dostuna bir zaman Musa demişdi:
"İki dənizin qovuşduğuna yetişməyincə əl
çəkən deyiləm bu səfərimdən, illərlə
yol gedərəm mən".
Cənnət
qadınlarının dördündən biri olan firon
arvadı Asya xanımın Musa peyğəmbəri sudan tapdığı üçün ona
"Musa" adını vermişdi. Yuşa
peyğəmbərin Nun sözü ərəbcə balıq,
qələm deməkdir. Belə ki, iki dost balıq kimi
suda üzüb dənizlərin birləşdiyi məkana gəldilər.
Həzrəti Xızır (Xıdır) peyğəmbər
haqqında daha aydın məlumat vermək istərdim.
Böyük ruzi sahibi olan Xıdır (Xızır)
peyğəmbər insanların ən çətin
dözülməz vəziyyətlərində onları xilas
edir. Anadoluda yaşayanların bir çox hekayətləri
onunla bağlıdır. Bu gün
"Saman yolu" televiziya kanalında nümayiş olunan
"Böyük buluşma" filmində onun surəti
verilir.
Azərbaycanın başqa bölgələrindən fərqli
olaraq, Naxçıvanda Xıdır-Nəbi bayramı
keçirilir.
Fevral ayının 2-ci cümə axşamı
mütləq bütün evlərdə buğda qovrulur.
Qapıları gəzən uşaqlar
"Xıdıra-xıdır deyərlər,
Xıdırın payın verərlər" sözləri
söyləyərək qovurqa, şirniyyat payı alırlar.
Xıdır peyğəmbər kimya elmini yaxşı
bilirdi. O, bir
çox təsəvvürlərə görə elm sahiblərinə
yardım etmiş, onları yetişdirmişdi. Onun
ən tanınmış yetişdirməsi Əbdül Xalid
Gücdivanidir.
Bildiyimiz kimi, Naxçıvanda tarixi bəlli olmayan
dövrlərdən qalan "Əshabu-Kəhf'
mağarası, Köhnə qala (yəni
dağıdılmış qədim şəhər), Gəmi
qaya panteonu yerləşir.
Artıq Naxçıvanın Həzrəti Nuh peyğəmbərin
(ə) nəslinin yurdu olması versiyası dünyada təsdiqlənib. Ancaq bu faktı
təsdiqləyən atributlar tək onun üzərində
olan cansız izlər deyil. Bu, Gəmi qaya daşları
üzərində olan yazılardır.;
Ola bilər ki, belə izləri Azərbaycana ayaq açan
türk düşmənlər; qarış-qarış gəzmiş
və onlara "əl: gəzdirmişlər". Hətta bu
gün də onlar yenidən Azərbaycanın tarixi abidələrini
"bərpa" etməyə can atırlar. Naxçıvan
əhalisi Nuh peyğəmbəri və ona iman gətirənlər
nəslindən olduqları üçün öz təfəkkürlərində
bu izləri saxlamış və elmə böyük maraq
göstərmişlər. Buna görə
də onlarda vətənpərvərlik hissi yüksək
olmuş və dinə qarşı elmi tarixi münasibət
olmuşdur. Təsadüfi deyil ki, Naxcivanin
sənət emblemi olan yalli keçmis tarixi dovrlərdə Ya
Allah adli ayin idi. Butun zamanlarda Ya Allah adli
ayinlər də, yallilar da ərazidə insanlarin Allaha və
torpağa olan məhəbbətini, sadiqliyini tərənnüm
etmislər. Bu münasibət isə
insanlarda yüksək əxlaq formalaşdıraraq uzun illər
buradakı nurlu huzur içində yaşatmışdır.
Eyni zamanda Naxçıvanda iz qoymuş böyük
imperiyalar əhalinin təfəkküründə iz qoyaraq mədəniyyətinə,
məişətinə təsir etmişlər.
Deməli, bütün faktlar onu göstərir ki,
dünyanın ilk elmi mənəvi dəyəri olan Həzrəti
Musa əleyhissəlama göndərilən 10 əmrin (yəni
İlahi qanunların) Naxçıvanda təşəkkül
tapmasına münbit şərait yaranmışdır.
Yuxarıda
qeyd olunduğu kimi, Naxçıvanda eramızdan
çox-çox əvvəl təkallahlılıq məbədlərinin
fəaliyyəti
güclü idi. Müasir dövrdə
bu həqiqəti
təsdiqləyən bir çox faktlar var. Məsələn
Azərbaycanda ( həmçinin Türkiyədə) məlum
olan bütün peyğəmbərlərin adları geniş
istifadə olunur. Hədislərin birində
yazılır ki, Məhəmməd peyğəmbər (s.a.s)
özü və Həzrət Əlini Musa peyğəmbər
və Harun peyğəmbərlə müqayisə edirdi.
İllər, əsrlər keçdikcə İslam dini
yayıldıqca məlum olur ki, Azərbaycana gələn
"Əhli Beyt" nümayəndələri əsasən
7-ci imam Museyi-Kazımın (ə) nəslindəndirlər. Bu təsadüfdürmü?
Təbiidir ki yox. Ona görə
ki, ilahi əmrləri yerinə yetirən şəxslərin
(peyğəmbərlərin, imamların)
yaşayışı, ölümü insanlıq
üçün məqsəd daşıyır. Bəlkə də bir elmi-genetik soy göstərsəm
bu fakt daha aydın olar.
1. Həzrəti
Mövlana Cəmaləddin Rumi-ustadı Şəmsi Təbrizi
2. Şəmsi-Təbrizi
- ustadı İmadəddin Nəsimi
1.
İmadəddin Nəsimi - ustadı Fəzlullah Nəimi
2. Fəzlullah
Nəimi - ustadı Seyid Nuhulla olmuşdu.
(Onun məzarı Naxçıvanda Ziil arxı məzarındadır.)
3. Seyyid Nuhulla imam Museyi-Kazımın nəticəsidir.
4. Fəzlullah
Nəimi, İmadəddin Nəsimi, Əbubəkr Əcəmi
Bizansda, Ərəbistanda Həsən adı ilə tanınan
Harun peyğəmbərin lövhələrindən və cədvəllərindən
istifadə etmişlər. Məzarı
Naxçıvanda olan bu peyğəmbərin türk dilində
yazılan ilk müqəddəs mətnləri var. Sanki bu məlumat
Naxçıvanın müqəddəs aurasını
tamamlayır.
Belə
bir faktı da ortaya qoymaq lazımdır ki, əgər XX əsrin
əvvəllərində ƏLİ
RZA oğlu Mustafa Kamal Atatürk və MUSA KAZIM QARABƏKİR
Naxçıvanı kafir ermənilərdən
qurtarmışdılarsa, XX əsrin sonlarında adında üç Əli
nişanəsi olan ƏLİ RZA oglu Heydər Əliyev bu
missiyanı davam etdirə
bilmişdir. Bu
isimlərə diqqət yetirsək, görərik ki,
Naxçıvanın qorunması bu gün də davam edir.
Əqidə Ələkbərova,
Əməkdar İncəsənət
Xadimi,
dosent
Kaspi.- 2012.- 2
fevral.- S. 12.