Sosial qəfəsdəki uşaqlar
İnternetə aludəçilik
yeniyetmələri təkcə dərsdən
yayındırmır, eyni zamanda psixikasına mənfi təsir
göstərərək aqressiya yaradır
Amerikalı pediatrlar internetin uşaqlar
arasında zorakılıq hallarının yayılmasına səbəb
olması fikirlər irəli sürüblər. Onların
fikrincə, sosial şəbəkələrdə
yayımlanan zorakı videoçarxlar uşaqların psixikasına mənfi
təsir göstərir. Belə ki,
internetdə bu cür
kadrları izləyən yeniyetmələrin
davranışı vebsaytlardan istifadəyə
lazımsız yerə üstünlük
verməyən həmyaşıdlarından kəskin fərqlənir.
Nümunə kimi 1999-cu ildə
ABŞ-ın Kolorado ştatının Litlton şəhərində iki
məktəblinin 12 sinif
yoldaşını vəhşicəsinə öldürməsi,
23 məktəblini isə yaralaması faktı göstərilir.
Cəmiyyətdə şok yaradan olayı tədqiq edən
hüquq-mühafizə orqanları sonradan
araşdırıblar ki, yeniyetmələrin
törətdiyi ağlasığmaz cinayət məşhur kompyuter oyunu “DOOM” un süjeti ilə eynidir. Sinif
yoldaşları isə hələ münasibətləri
mürəkkəbləşməyənə qədər
onları monstr adlandırıblar. Belə
ki, kompyuter oyunun süjetinə görə qəhrəman
insanlarla monstr kimi döyüşür.
Hadisəyə münasibət bildirən ekspertlər də qeyd ediblər ki, oxşar hadisələr 21-ci əsrdə çox baş versə də
onlar yeganə
cinayətkardırlar ki, fərqlənirlər.
Sosial zombilər
Britaniyalı
alim və yazıçı Syuzan Qrinfild sübut edib ki, sosial
şəbəkələrdə tərbiyə olunan uşaqlar
ilk növbədə hiss və duyğularını itirirlər.
“Facebook-dan asılı qalan uşaqlar utanmaq hissini itirir,
müsahibi ilə real dialoq qurmaqdan qaçırlar.
Rusiya
Elmlər Akademiyasının psixoloqları da deyirlər ki,
sosial şəbəkələr canlı ünsiyyət vasitəsi
deyil. Belə ki, bu normal ünsiyyətin əhəmiyyətini
itirir. “Burada insan öz hisslərini asanlıqla gizlədə
və nümayiş etdirə bilir. Yaş, sosial status, zahiri
cazibədarlıq, ünsiyyət bacarığı əhəmiyyətsiz
amilə çevrilir. Sosial şəbəkələrə
aludə olanların beyinləri inkişafdan dayanır. Onlar
düşünmədən hər kəslə ünsiyyət
qururlar. İstifadəçi təklif olunan dostluqlardan imtina
etməyərək “dost” siyahısını genişləndirir
və özünə qarşı da daimi diqqət tələb
edir”. Britaniyalı alimin fikrincə, əksər istifadəçilər
başqalarının
marağına səbəb olmayan xəbərləri
bir-birinə ötürməyə başlayırlar. “Bununla
sadəcə belə bir imkanları olduğunu bildirməyə
çalışırlar. Bu uşaq davranışını
xatırladır. İstifadəçi bununla özünə
diqqəti yönəltməyə çalışır.
Sonra isə bu davranış modeli
onun real həyatına sirayət edir. Hətta sosial şəbəkələrdə
gün keçirənlər bəzən 24 saat kompyuterin
qarşısından qalxmırlar, Bu isə az ala faciədir”.
Symantec-in
OnlineFamily adlı xidməti də uşaqların internetdə
nə axtardığını araşdırıb. Keçən
ilin Yanvar və İyul ayları arasında 3.5 milyon
axtarışın nəticəsinə görə, YouTube
birinci sıradadır. Uşaqların ən çox müraciət
etdiyi sözlər arasında “porno” sözləri ilk
sıralardadır.
Narahatlıq
Mütəxəssislər
hesab edirlər ki, sosial şəbəkələr
iştirakçıların yaydıqları hər xırda detala belə nəzarət
etməli, xüsusən uşaqlara diqqət
ayırmalıdır. Amma hələlik bu istiqamətdə
heç kəs məsuliyyət daşımır. Belə ki,
istifadəçi sosial şəbəkədə istənilən
qrup yaratmağa, istədiyi informasiyanı yaymağa, istədiyi
fikri bölüşməyə, o cümlədən, hər
hansı zorakı süjetli videoçarxları izləməkdə
azaddır.
“Kasperski
lobarotoriyası” kompaniyasının yaradıcısı Yevgeni
Kasperski “Mən onGuard Onlaynın məlimatlarından heyrətə
gəlmişəm. Sosial şəbəkədə 16
yaşdan 22 yaşa qədər,
22 faiz iştirakçı “dostluq” etdikləri
adamları ümumiyyətlə, tanımırlar. Profildən
hər hansı xüsusi informasiyanın istəmədiyiniz ələ
düşməsinə heç bir təminat yoxdur. Və yadda
saxlayın, manyaklar aysberqin görünməyən tərəfləridir”
deyə narahatlıqla bildirib.
Nə etməli?
Demək
olmaz ki, bizim ölkəmizdə hər şey fərqlidir. İnternetə
maraq bizdə heç də
dünya ölkələrindən geri qalmır. Ekspertlər
bildirirlər ki, dövlət, vətəndaş cəmiyyəti
və özəl sektorun bu istiqamətdə birgə fəaliyyət
göstərməsi vacibdir.
Belə
ki, son illər ölkədə internet xeyli inkişaf etdiyindən zərərli
informasiyalardan uşaqların qorunması ciddi problemə
çevrilib.
«Gənc
Liderlər» Uşaq Təşkilatının uşaqların
asudə vaxtının necə təşkil olunması,
onların yay tətilində fəaliyyətlərini müəyyənləşdirmək
məqsədilə uşaqlar və valideynlər arasında
keçirdiyi sorğu yaxşı heç nə vəd etmir.
Belə ki, 200 uşaq arasında keçirilən sorğu
zamanı respondentlərdən 100 nəfəri «yay tətilinizi
necə keçirəcəksiniz?» sualına «kompüter
arxasında»- deyə cavab verib. Həyatlarını
kompütersiz təsəvvür etmədiklərini deyən
uşaqların «kompüterdən hansı məqsədlərdən
istifadə edirsiniz?» sualına cavabı gözlənilməz
olub. 98 nəfərin cavabından belə məlum olub ki, onlar
internetdən əxlaqsız portallardan və vəhşiliyi
aşılayan oyunlardan istifadə etmək üçün
yararlanırlar.
Valideynlər
arasında keçirilən sorğular zamanı 100 valideynin 47
nəfəri övladlarının hətta dərs ilində də
internetdən qeyri-normal məqsədlər üçün
istifadə etdiyini bildirib, eyni zamanda, uşaqlara bu sahədə
artıq qadağa qoya bilmədiklərini deyiblər.
Azərbaycan
İnternet Forumun prezidenti, Multimedia Mərkəzinin direktoru
Osman Gündüz hesab edir ki, məktəblərdə
uşaqların internetdə təhlükəsizliyini təmin
edəcək mexanizmlər var. Bununla belə, onlar əsasən
ictimai yerlərdə, evdə, internet klublarda zərərli məlumatların
təsiri altına düşürlər. Söhbət
pornoqrafik saytlardan və terrorizmi, nifrəti, qumar
oyunlarını təbliğ edən resurslardan gedir.
Belə
ki, təklikdə heç bir nazirlik, təşkilat, internet
ötürücüsü, məktəb və valideyn bu
problemi həll edə bilməz. Buna görə də
uşaqların internetdə təhlükəsizliyi sahəsində
təşkilati və texniki – texnoloji addımların
atılması vacibdir. Təşkilati tədbirlər isə məktəb,
valideyn, ictimai qurumların və özəl sektorların birgə
fəaliyyəti ilə həyata keçirilməlidir. Texnoloji
addımlar milli süzgəcdən keçirmə
proqramlarının yaradılması, çeşidlənməsi,
uşaqların internetdə fəaliyyətinin monitorinqinin
aparılması və s. nəzərdə tutur.
Limit olmalıdır
Bəzi
psixoloqlar bu fikirdədir ki, sosial şəbəkələr
müasir gənc nəslə özlərini tənha hiss etməmək,
depressiyaya qapılmamaq üçün kömək edir. Amma
real həyatda hər şey əksinədir: uşaq internetə
nə qədər çox meyl
edirsə, sonradan real həyatda ona çətin olduğunun fərqinə
varır. Ya onda depressiya başlayır, ya da o
bütünlüklə virtual aləmə çəkilir,
real dünya ilə arasında hasar yaradır. Kiberuşaqlar hətta
psixoloji cəhətdən həyata hazır olmurlar.
Psixoloqların rəyi belədir: “Uşaqlar məsuliyyət
hissini itirirlər. Onlar özlərini sosial şəbəkədə
necə arzulayırlarsa, özlərini gerçəkdən elə hiss edir, yalnız müsbət
keyfiyyətlərini göstərməyə
çalışırlar. Orada
başqasını təhqir etmək də, alçaltmaq da
asandır. Bir halda ki qarşındakının göz
yaşını və iztirablarını görmürsən”.
Psixoloqlar xüsusən yeniyetmələrin
davranışının qoşulduqları qrupların təsiri
ilə dəyişməsinin mümkünlüyünü qeyd
edirlər. Həm də həmişə yaxşı mənada
yox. Yeniyetməlik yaşında qrupda təmsil olunmaq arzusu isə
hər bir yeniyetmənin ürəyindən keçir.
Psixoloq
Dəyanət Rzayev hesab edir ki, sosial şəbəkələri
ləğv etmək mümkün deyil. Belə ki, hər bir
şeyin mənfi və müsbət tərəfi var. “Necə
ki, maşınların, mobil telefonların mənfi tərəfi
var, internetin də eləcə. Səhv etmirəmsə, Azərbaycanda
bir il ərzində 5 min adam avtomobil qəzasında həlak
olur. Ancaq bu qəzalara görə maşınları ləğv
etmirlər. Sosial şəbəkələr də elədir.
Ancaq düşünmürəm ki, sosial şəbəkələr
maşınlar qədər daimi təhlükəli xarakter
daşısın». D.Rzayevin fikrincə, sosial şəbəkələrdə
ünsiyyət nəinki böyüklər üçün,
uşaqlar üçün də canlı ünsiyyəti əvəz
edə bilməz. “İnsan nə qədər virtual ünsiyyətdə
çox olursa onun üçün canlı ünsiyyət
qurmaq vərdişi azalır”. Psixoloqun fikrincə, sosial şəbəkədə
konfliktə girmək ehtimalı da çoxdur. D.Rzayev internetə
aludəçiliyin yeniyetmələr üçün mənfi
tərəfini həm də onların dərsdən
yayınmasında görür. «Uşaqlar internetə çox
vaxt ayıranda bu, onları dərsdən yayındırır.
Sovet dövründə ona görə çoxlu alimlər
yetişib ki, onlar müxtəlif dərnəklərdə məşğul
olublar. İndi də uşaqlar dərnəklərə, idman
klublarına getməlidirlər. Uşaqlar bəzən internetdən
lazım olmayan informasiyaları da ala bilirlər. Bəzən
başqa ölkələr digər ölkələrin vətəndaşlarına
öz maraqlarını saytlar vasitəsilə yayırlar. Bu
baxımdan uşaqlar internet təhlükəsizliyi ilə təmin
olunmalıdırlar. Bu gün bizə vətənpərvərlik,
güclü ordu lazımdır. Ancaq mən sosial şəbəkələrdə
bu cür şeylərə az rast gəlirəm”. Psixoloqun
fikrincə, uşaqların internetdən istifadəsi valideyn nəzarəti
altında həyata keçməlidir. Belə ki, uşaqlara
internetdən istifadə üçün limit
qoyulmalıdır. “Hər şeydə ifrata varanda onun mənfi
nəticələri üzə çıxır».
Psixoloqlar
da, ekspertlər də ümumiyyətlə,
valideynlərin uşaq üzərində nəzarəti itirməməyi
tövsiyə edirlər. O cümlədən, məktəb də, cəmiyyət
də öz növbəsində nəzarəti itirməməlidir
ki, gələcəkdə elə birinci zərbənin
acısını hiss etməsin.
Təranə Məhərrəmova
Kaspi.-2012.-7 fevral.-S.9.