Dövrləri birləşdirən məkan 

 

Böyük Britaniyanın və dünyanın ən möhtəşəm muzeyindən reportaj

 

Britaniya Muzeyitarixi kolleksiyalarla zəngin olan məkan.  Böyük Britaniyanın dünyanın ən möhtəşəm muzeylərindən biri. İngilislər belə bir muzeylərinin olması ilə fəxr edirlər. Gələn qonaqlara da ilk növbədə bu muzeyi ziyarət etməyi tövsiyə edirlər. Britaniya Muzeyi ziyarətçilərinə Luvr zənginliyi nümayiş etdirməsi ilə fəxr edir. Ona görə dünyanın hər yerindən gələn insanlar muzeyin ziyarətçisinə çevrilir. Təkcə keçən il muzeyi 5 milyon nəfər ziyarət edib.

Muzey Londonun mərkəzi küçələrindən birində - Holbornda yerləşir. Muzeyə ekskurs edərkən mənim üçün ən maraqlısı möhtəşəm muzeyin tarixini vərəqləmək oldu.

Unikallığı ilə diqqəti cəlb edən muzey binasının sahəsi 6 hektardan çoxdur. Möhtəşəm bina 1723 - 47-ci illərdə tikilib. Eksponatların binaya köçürülməsi, tərtibatın hazırlanması üçün xeyli illər lazım olub. İlk muzey təsis edildiyi dövrdə bina Montaqyo (Montagu House ) adlandırılıb. Əvvəlcə Qədim Misir, Qədim Yunanıstan, Assuriya bir çox digər ölkələrin müzakirə zalı kimi fəaliyyət göstərib. Muzey fəaliyyətə başlayandan  İngiltərənin ən mühüm mədəni mərkəzlərindən birinə çevrilib.

1881- 1883-cü illərdə muzeyin kolleksiyalarına flora fauna, geoloji paleontoloji kolleksiyalar da daxil olub. Eksponatların get-gedə zənginləşməsini nəzərə alaraq  Təbiət Tarixi Muzeyi adlandırılan yeni spesifik bina da ucaldılıb.

Muzey həmçinin fəaliyyəti dövründə hücumlara məruz qalıb. Belə ki,  II Dünya müharibəsi illərində muzeyin bütün eksponatları ərazidən evakuasiya edilib. Muzey binası hava uçuşlarından çoxsaylı ziyan görüb. Bir neçə zal, həmçinin oxu zalının da hissələri dağıdılıb. Uzun illər müddətində muzey özünün tikintisini ekspozisiyalarını bərpa etməyi bacarıb.

 

Ziyarətiniz burdan başlanır

 

Muzeyin həyətində böyüklü-kiçikli yüzlərlə insan toplanıb. Bu qələbəliyin iştirakçıları sırasında daxil olarkən muzeyin həyətinin böyüklüyünə tərtibatına heyran qalmamaq olmur. Yamyaşıl, tarixi abidələrlə zəngin həyətdəZiyarətiniz burdan başlanıradı ilə bələdçi kitablar, xəritələr təqdim olunur. Bir az aralıda isə multmedia bələdçi xidməti fəaliyyət göstərir. Muzeyə daxil olana qədər bu xidmətlərdən yararlanıb artıq ilkin əhəmiyyətli informasiyalar qazanmaq mümkündür. 

Muzeydə 94 qalereya müxtəlif dövrləri birləşdirən 7 milyondan artıq eksponatla tanış olmaq mümkündür.   Muzey özündə 10 bölməni birləşdirir   bizim eradan əvvəl, Misir, yunan, Roma, Britaniya, orta əsrlər, İntibah, şərq, numizmatika Britaniya kitabxanasından təşkil edilib. Muzeydə müxtəlif dövrlərə aid edilən mədəniyyət nümunələri, antik abidələr, orta əsr dövrlərini əhatə edən, hətta İntibah dövrünün nümunələrinə rast gəlmək mümkündür.

Ekspozisiyalarda fransız ingilis krallarının əşyaları, Yapon qılıncı, Çin sikkələri, Babil çapı, İslam keramika nümunələri saxlanır.

Qədim Misir kolleksiyası isə muzeyin nadir nümunələrindəndir. Misir ümumiyyətlə, dünyada ən nəhəng kolleksiyaya malik ölkələrdən hesab edilir. 66 mindən artıq eksponatı var. Ən mühüm sayılan nümunə yeni çarlığın (bizim eradan əvvəl XVI – XII əsr) monumental heykəlidir. III Tutmesə aid edilən qranit baş, III Amenxotə aid edilən iki qara rəngli qranitdən olan fiqur, onun heykəlinin nəhəng başı (təxminən bizim eradan əvvəl 1400- ildə), II Ramzesə aid edilən heykəl, daşdan tabut, yonulmuş allahlar s kimi əhəmiyyətli, qədim mədəniyyətə aid edilən parçalar maraqla seyr edilir.

Zallardan birinin girişində Rozetta daşı qoyulub. Həmçinin V Ptolemeyin şərəfinə mətn yazılıb. Qara rəngdə bazaltdan ibarət olan pilitə 1799-cü ildə fransız əsgəri Rozetta tərəfindən tapılıb. Əlyazmaların sayəsində iki dəfə başqa sistemlə yazılan Misir mətninin yunan dilinə tərcüməsi mümkün olub. Jan Fransua Şampalyon 1822-ci ildə Misir heroqliflərinin mənasını aydınlaşdırıb.

Misir kolleksiyasında 800 sənəddən ibarət olan papiruslar saxlanılır. Burada bütün dünyanı ədəbiyyatın yaradıcıları ilə tanış edən yazılar vardır. Xüsusi dini ayinlər, himnlər, miflər, təbii traktatlar, tarixi faktlarla əlaqədar əlyazmalar, həmçinin işgüzar şəxsi əhəmiyyət daşıyan yazılar, hüquqi dəyərə malik sənədlər olduqca çoxdur. Muzeydə Ölülər kitabı adlandırılan magiya kimi vurğulanılan kitab da nümayiş etdirilir. Həmin kitabda 180-dən artıq baş qeydə alınıb. Ən yaxşı obrazlar miniatür, hadisə şəkillərlə göstərilib.

 

Yaxın Şərqin qədimliyi

 

Növbəti zal Yaxın Şərq sivilizasiyalarının qədimliyini əks etdirir.  Xüsusən Şumer, Akkad, Vavilonya, Assuriya, Urartu, Fələstin, Finikya, Qədim İran s. kimi yerlərin bizim eradan əvvəl V-VII əsrinə aid edilən nümunələri ziyarətçiləri ayaq saxlamağa məcbur edir.

Assuriyanın özünəməxsus olan monumental relyefləri ən gözəl mədəniyyət nümunələri sayılır. Daşdan olan panellər Assuriya çar sarayının bəzək nümunəsi kimi interyerdə mühüm rol oynayır. Süjetlərdə çoxsaylı döyüşlər hərəkət səhnələri yer alıb. Allahların şərəfinə olan ritual səhnələr yetərincədir. Bu bölmə dünyada ən çox mətnlərdən ibarət olan kolleksiyanı özündə birləşdirir. Hətta eramızdan əvvəl III – I minilliyə aid olan Mesopotamiyanın bütün həqiqətləri bu muzeydə əks olunub.

Egey xalqına məxsus olan bizim aradan əvvəl III – II minilliyə aid edilən abidələrə muzeydə rast gəlmək mümkündür. Həmçinin Roma xalqının da müxtəlif nümunələri muzeydə sərgilənir. Yunan klassikası xüsusi maraq doğurur. Muzeydə ziyan çəkən 17 heykəl var.  Muzeyin numizmatika bölməsi müxtəlif ölkələrin epoxaların qəpik medallarından ibarətdir. Qədim Yunan, qədim Roma, qədim Fars s. mədəniyyətlərin kolleksiyasına burada rast gəlmək mümkündür. Hətta kral IV Georginin kolleksiyası burada nümayiş etdirilir.

Muzeydə zooloji, botanika, coğrafiya minerallaşma haqqında  məlumatlara etnoqrafik kolleksiyaya rast gəlmək olur.

Britaniya Muzeyinin kitabxanası da çox məşhurdur. Həmişə kitab oxumaq üçün müraciət edənlərin sayından asılı olaraq 1854 – 1857-cü illərdə böyük həə dairəvi formaya malik olan oxu zalı tikilib. Bu kitabxana dünyanın 15 ən gözəl kitabxanası arasında yer alıb. Qiraət zalı muzeyin həyətində oxucuların ixtiyarına verilib.

 

Həcc: İslamın ürəyinə səyahət

 

Britaniya muzeyi təkcə qədim sərgilərlə məhdudlaşmır. Muzey mütəmadi olaraq müxtəlif mövzularda tədbir sərgilər təşkil edir. Londonda olduğum günlərdə metro stansiyalarda Britaniya Muzeyində  açılışı keçirilənHəcc: İslamın ürəyinə səyahətsərgisi barədə reklamlara da rast gəldim. Həmin sərgi ilə muzeydə tanış oldum. Fotosərgi müxtəlif ölkələrdən dini borclarını yerinə yetirmək üçün yola düşən zəvvarlara həsr olunmuşdu. Sərgidə Həccin əsrlər boyu necə dəyişdiyini izləmək maraq doğururdu. İnformasiyalarda qeyd olunmuşdu ki,  bu sərgi bütün dünyadan olan ziyarətçilərə Həccin tarixini əhəmiyyətini daha dərindən başa düşməyə imkan yaradacaq”. Sərginin keçirildiyi zalda isə ardı-arası kəsilməyən ziyarətçilər İslamın ürəyinə səyahətdən imtina etnmirdilər.

 

Niyə məhz London?

 

Muzeydə müşahidə etdiyim maraqlı məqamlardan biri məktəblilərin ekspozisiyalara marağı oldu. Azyaşlı məktəblilər  muzeyin daş döşəməsi üzərində oturaraq ziyan dəyən heykəllərin rəsmini çəkirdilər. Müəllimlərinə yaxınlaşıb bu marağın səbəbini soruşanda izah etdi ki, muzeydə dərs keçmək məktəblərdə proqramın əsas hissəsidir.  Şagirdlər, tələbələr Londonun bütün muzeylərində dərs keçir, tarixlərinə yaxından əyani bələd olurlar. Bu dərslər onların yaddaşına yazılır. 

Muzeyi ziyarət edərkən ayrı-ayrı xalqlara məxsus sənət əsərlərinin niyə məhz London muzeylərində toplanmasını da düşündüm. Yazılanlara görə, təkcə Britaniya muzeyinin deyil, ümumiyyətlə Birləşmiş Krallığın bütün muzeylərinin eksponatları müəyyən dövrlərdə mübahisə tənqid obyektinə çevrilib. Bu tənqidlər bu gün davam edir. Bu, ilk növbədə kökü digər xalqlara uzanan incəsənət nümunələrinə aiddir.

Məsələn, Misirə aid “Rozetta daşı”nı, Nigeriyaya aid bürüncü, Yunanıstana aid Parfenonun mərmər heykəli buna misaldır. Adı çəkilən ölkələr müəyyən müddətdən bir Britaniya muzeyindən oğurlanmış incəsənət nümunələrinin onlara qaytarılmasını tələb edirlər. İş ondadır ki, bütün bu mübahisələr heç bir halda  London muzeylərinin nüfuzuna təsir etmir. Mən Britaniya Muzeyində bunun bir daha şahidi oldum.

 

 

 Təranə Məhərrəmova

Bakı-London-Bakı 

 

Kaspi.-2012.-3 may.-S.11.