Fotokamera ilə yatıb-duran sənətkar 

 

Tahir Cəfərov: “Sənət əsl sənətkarın əlində daha maraqlı, daha cəlbedici görünə bilər”

 

“Sənət mənim üçün fotoqrafiyadır. Bəlkə də səhvim buradadır ki, mən bu sənətin gözəlliyinə vurulub ailəmi də bəzən yaddan çıxarmışam”. Bu sözləri bizimlə söhbətində tanınmış rəssam-fotoqraf  Tahir Cəfərov dedi. Onu qiyabi tanısam da, ötən ay bir layihə çərçivəsində bölgələrimizin birində əyani olaraq tanıdım. Vəziyyət elə gətirdi ki, üç gün onunla bir oteldə qaldıq. Maraqlı yol yoldaşı və peşəsini sevən biri olduğundan, dedik “Sadə peşə adamı” rubrikamızı bu dəfə Tahir müəllimə həsr edək.

Tahir Cəfərovu şəxsən tanımasanız da, onun şəkillərini çox görümsünüz. Xatırlatma üçün deyək ki, 20 yanvar və Xocalı faciələrini əks etdirən bir çox fotoları məhz onun gözləri ilə görmüşük. Bu barədə onunla bir azdan söhbət edəcəyik, amma əvvəlcə sənətkarın bioqrafiyasını tanıyaq. O,  1948-ci ildə fevralın 15-də Bakıda doğulub. 50 ildən çoxdur bu sənətlə məşğuldur. Fotoqrafiyaya onu incəsənətin tamam başqa bir sahəsinə olan sevgimaraq gətirib. 12 yaşında ikən məşhur cazmen Yuli Amstronqun fanatı kimi, onun vallarını dinlədikcə fotoşəkillərini əldə etmək istəyi Tahir müəllimin fotoya ilk marağını yaradıb. Şəkilləri əldə etmək çətin, satış qiymətlərisə baha olduğundan, Tahir bəy qərara gəlir ki, Yuli Amstronqbaşqa sevdiyi caz sənətçilərinin fotolarına sahib olmaq üçün mütləq özü onları çəkməlidir. Bu istək onu o vaxtkı Yuri Qaqarin adına Pionerlər Evinə gətirib çıxarır. Beləcə, sənətin vurğununa çevrilir yavaş-yavaş.

 

Fotokamerası daim üzərindədir

 

Sənətkarla bir yerdə keçirdiyimiz üç gündə o, fotoaparatı özündən kənar saxlamır. Yemək yeyəndə belə, özünü fotoaparatsız təsəvvür edə bilmir: “Ailəmdə də həmişə sənətimdən razı qalıblar. Sovetlər dönəmində sənətkarlar indikinə nisbətən yaxşı yaşayırdılar. O vaxtlar mən evdə tapılmırdım, ezamiyyətlərdə olurdum. Fotoqrafiya elədir ki, nə qədər çox gəzsən, o qədər gözəl kadrlar çəkərsən. Uşaqlıqdan çalışmışam ki, jurnalistikanın fotoqrafiya bölməsini həmişə mütaliə edim. Qarşımdakı məqsəd bu olub ki, ali bir sənətə yiyələnim. Sənət əsl sənətkarın əlində daha maraqlı, daha cəlbedici görünə bilər. Həyatın bütün gözəlliklərini müxtəlif sənətlərdə, müxtəlif çalarlarda, müxtəlif rənglərdə görmək mümkündür. Ancaq o gözəllikləri insan qəlbinin duyğulandırana qədər, harmoniyalı, canlı əks etdirməksə, professional sənətkar əlində mümkündür”.

Qeyri-adi şəkillərlə artıq dünyada tanındığını deyən fotoqraf, dünya fotoqraflarının ona müsbət qiymət verdiyinibildirdibunu özü üçün böyük uğur saydığını dedi: “Fotoqrafiya yeni sənət sahəsidir, 1836-cı ildə yaranıb, 1839-cu ildə elm kimi təsdiq olunub. Bu üç ildə akademiyada təsdiq olunmamağını isə rəssamlar qoymayıblar. Akademiyanın qarşısında nümayiş və mitinqlər ediblər ki, yeni bir sənət gəlir, əllərindən çörəklərini alacaqs. Amma sonralar rəssamlar başa düşdülər ki, fotoqrafiya ilə rəssamlıq ayrı-ayrı sahələrdir. Hətta özləri də fotoqrafiya ilə məşğul olmağa başladırlar. O zaman fotoqraflar  heç onlara etiraz etmədilər, Fransanın küçələrində şüşələri dağıtmadılar.

Ancaq indi hər iki sənət uyğunlaşıb bir-birinə, rəssamlarımız fotoqraf olub, mənim kimi fotoqraflar da rəssam olub. Bu o deməkdir ki, mən hər bir işə rəssam gözü ilə baxıram”. Tahir müəllim fotoqraf ola-ola operatorluğa da həsədlə baxır. Amma hazırkı operatorlardan narazılığını bildirir: “Fotoqrafiyanın özülünü bilməsən, peşəkar operator ola bilməzsən. Fotoqrafiyanın da özülü hədsiz dərəcədə maraqlıdır. Operator olmaq fotoqraflıqdan da gözəldir. Çünki, operator fotoqrafiyanın yüksək səviyyəsidir. Bəzi operatorlar heç fotoaparatı bilmirlər, kameraya girişirlər. Amma belə düzgün deyil. Peşəkar fotoqraf sonradan operator ola bilər, amma operator fotoqraf ola bilməz”.

Azərbaycanda foto-jurnalistikanın vəziyyəti çox acınacaqlıdır deyir Tahir bəy: “Çox az fotoqraf var ki, foto-jurnalistikanı yola verir. Amma foto-jurnalistikanın öz qanunları var. Biz hər hansı bir məqalə ilə heç nəyi sübut edə bilmərik. Amma bir foto ilə Haaqa məhkəməsinə qədər gedib erməniləri onlara kömək olanları mühakimə eləmək olar”. Sənətkarın sözlərinə görə o, uzun illər universitetlərdə dərs deyib, öz havayı. Hazırda isə müstəqil olaraq fəaliyyət göstərir öz tələbələri var. 

 

Prezident üçün sənətkara təşəkkür göndərib?

 

T.Cəfərov vaxtilə bir neçə qəzet jurnalda foto-müxbir kimi fəaliyyət göstərib. OnlardanBakı” “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri”, “Vışkaqəzetlərində, eyni zamanda Moskva qəzet jurnallarında, “Zdorovye”, “Sovetskaya kultura”, “Sovetskiy ekran”. Sovetskoye foto”, “Novly film” kimi mətbu orqanlarında öz fotoları ilə çıxış edib. Fotoqraf  Bakıqəzetindəki bir günü belə xatırlayır: redaktor ona sual verir – “Belə kiçik yaşda gözəl çəkməyi sənə kim öyrədib?” Hazırcavab fooqraf  kitabxanada olan onlarla müəllimimdən öyrənmişəm” -deyir o, özmüəllimlərini” - kitabları maraqlananlara təqdim edir. Həmin vaxtlardan maraqlı bir hadisəni danışdı: “1967-68 ci illər idi. “Zdorovyejurnalından mənə zəng etdilər ki, Mustafa topçubaşovaSosialist Əməyi Qəhrəmanıadı verilməlidir, bu münasibətlə bir neçə gün ərzində onun şəkilini bizə çatdırmalısan. Mən dedim ki, həmin şəkli bir günə sizə çatdıraram. Tez gedib topçubaşovun şəklini çəkdim. Qonşum Elxan Quliyev təyyarəçi idi təsadüfən həmin axşam Moskvaya uçurdu. Şəkili bir gün ərzində onunla Moskvaya göndərdim. Oradakı erməni lobbisi topçubaşova ad verməyə maneçilik törədirdilər. Bu şəkillə topçubaşovun jurnalda tanıtımı bu maneəni aradan qaldırmağa çox kömək etdi. Çünki artıq hər kəs topçubaşovun bu fəxri adı alacağını jurnaldan oxumuşdu. Şəkil bir-iki gün geciksəydi, yəqin ki, mərdimazarlar öz niyyətlərini həyata keçirə bilərdilər. Bu işə görə şəxsən Heydər Əliyev mənə təşəkkür göndərmişdi. Eyni zamanda, sovet dövrünün pulu ilə həmin jurnal mənə 1200 rubl pul Rusiyada dincəlmək üçün tur-paket verdi”.

Tahir müəllimlə yoldaşlıq edərkən, elə hey qarşısına keçən gülü-çiçəyi, bilim, özü üçün maraqlı hesab etdiyi hər şeyi çəkdi. Çəkə-çəkə söhbət elədi. Dediyinə görə, zəngin foto arxivində, Azərbaycan tarixini, siyasi hadisələri heç vaxt nəzərdən qaçırmayıb.

 

20 yanvarda 200-dən çox şəkil çəkib

 

Gələk 90-cı ilin 20 yanvarına. Çünki hər birimiz fotoqraf Tahiri məhz o gün çəkdiyi şəkillərlə tanıyırıq. Həmin günün foto çəkilişlərini özü belə izah etdi: “200-dən çox şəklim var. Səhər saat 6-dan başlamışam çəkməyə, gecəyə qədər çəkmişəm. 3-4 kadr çəkib qaçmışam. Çünki güllə atırdılar. Şəxsən mənim çəkdiyim şəkilləri Mixail Qorbaçovun stolunun üstünə qoyurdular albom şəklində. Xarici ölkələrə də göndərdilər o albomları. Hamı bilir ki, Azərbaycanda bu mövzuda ən çox şəkil məndədir. Amma sərgi salonlarının hamısı deyir ki, çap elə, gətir. Mən o qədər pulu haradan alım? Mən yenə də, 20 yanvarla bağlı hər şey etməyə hazıram. İstərdim ki, bu sərgilər həm Vətəndə, həm də xarici dövlətlərdə göstərilsin. Onsuz da hamımız o qara günləri görmüşük. Amma biz o günlərlə fəxr etməliyik. Çünki 19-20 yanvar Sovet hökumətini dağıtdı. Biz öz vətənimizi, öz azadlığımızı qoruduq. Tankın qabağında dayanmışdıq. Nəyə görə? Azadlıq yolunda!”

Həmin gün baxmayaraq ki, Bakıda komendant saatı elan olunan zaman Tahir bəy fotokamerası ilə küçələrdə çəkilişlər aparırmış: “Şəhərdə patrullar gəzirdilər. Çalışırdım ki, onlar kameranı görməsinlər. Bakıda ən dəhşətli mənzərələrdən biri indiki “20 yanvarmetrosu yaxınlığında baş verdi. Orada meyitləri çəkəndə keçirdiyim hissləri heç sözlə də deyə bilmirəm. Çəkiliş apardığım zaman güllələr yanımdan vıyıldayıb keçirdi. O zaman qorxu hiss keçirtmirdim. Orada bir şəkil çəkmişdim, bu heç vaxt yadımdan çıxmayacaq. Əvvəlcə iki insan meyiti sandığım cənazələrin sonradan bir neçə insana məxsus olduğunu gördüm”.

Yazını qəmgin notlarla bitirsək də, Tahir müəllimə və oxucularımıza daim sevincli anlar arzulayırıq.

 

 

Elgün Mənsimov,

AFB-nin üzvü,

AzPress.az-ın müxbiridir 

 

Kaspi.- 2012.- 11 sentyabr.- S.8.