Medianın gələcəyi interneti cilovlamış qəzetlər olacaq 

 

 «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev hesab edir ki, qəzetlər internetin imkanlarından daha yaxşı istifadə etməlidirlər

 

Məlum olduğu kimi, sentyabrın 25-də Beynəlxalq Mətbuat MərkəzindəAzərbaycanda media mühiti: mövcud durum yeni çağırışlarmövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) “Etik Jurnalistika TəşəbbüsləriAzərbaycanlayihəsi çərçivəsində Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə təşkil olunan tədbirdə jurnalistikada etik prinsiplərin qorunması məsələsi diqqət mərkəzində olub. Bu məsələlərlə bağlı suallarımızı «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyevə ünvanladıq.

- Arif müəllim, son illər Azərbaycan mediasında etik prinsiplərə əməl olunması sahəsində irəliləyişlər varmı?

- Etik kodekslər qanunları əvəz etmək üçündür. Kodekslər yuxarıdan gələn göstərişləri əvəz etməlidir. Bu baxımdan yanaşsaq, son vaxtlar peşə etikası prinsiplərinə əməl etmək çətinləşib. Çünki bizdə medianın iqtisadi azadlığı yoxdur. Müstəqil KİV-lər özlərini maddi baxımdan təmin edə bilmirlər. Məcbur olurlar maddi ehtiyaclarını ödəmək üçün mənbə tapsınlar. Həmin mənbə lap ən yaxşı adam da olsa peşə fəaliyyəti ilə bağlı müəyyən məhdudiyyətlər yaranır. Belə olan halda etik kodeks ikinci plana keçir. Jurnalist üçün əsas kodeks yox, baş redaktorunun maliyyə verənin mövqeyi olur. Kodekslə maliyyə mənbəyinin istəkləri arasında ziddiyyət yarananda jurnalist ikincini seçmək məcburiyyətində qalır. Mənim fikrimcə, kodeksin işlək olması üçün şərait yoxdur. Amma buna baxmayaraq, biz mətbuatımızın etik kodeksə əməl etməsinə nail olmaq üçün səylərimizi davam etdirməliyik. Mətbuatın güclü iqtisadi dayaqları yaradılmalıdır. Qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. Bütün bunları etsək, peşə etikasına əməl olunması problem olmayacaq.

- Mətbuat Şurası ATƏT- birlikdə etik kodeksin yeni variantını hazırlayıb. Sizcə, kodeksdə ediləcək dəyişikliklər bu sahədə irəliləyişə səbəb olacaqmı?

- Mən bunu tamamilə mənasız hesab edirəm. ATƏT Avropa Şurası bu layihənin üzərində bir ildən artıq işlədilər. İki dəfə sənədi beynəlxalq ekspertizadan keçirdilər. Bu işə böyük maliyyə vəsaiti qüvvə sərf olundu. Əgər biz hazırda çox bəsit formada cəmi dörd prinsipdən ibarət olan indiki kodeksi yerinə yetirə bilmiriksə, daha geniş prinsipləri özündə əks etdirən yeni kodeksə necə əməl edəcəyik? Əlbəttə ki, bu sənəd birincidən daha təkmil olacaq, amma işləməyəcək. Biz ilk növbədə kodeksin işləməsi üçün şərait yaratmalıyıq. İndi kodeksə yalnız fərdi mənada ləyaqəti, özünə hörməti, işlədiyi KİV-ə hörməti olan jurnalistlər əməl edirlər.

- Diqqət yetirsək, son illərdə Azərbaycanın jurnalist kontingentinin müəyyən mənada yaşlanması prosesi gedir. Sizcə, mediada daha təcrübəli jurnalistlərin çalışması kodeksə əməl olunması imkanlarını genişləndirmirmi?

- Bəli, son illər mediaya axın azaldığından jurnalist kontingenti yaşlaşır. Amma kodeksə əməl etmək yaşla bağlı olan məsələ deyil. Biz bu yaxınlarda regionlarda hansı media qurumlarının fəal olması ilə bağlı bir monitorinq apardıq çox maraqlı bir fakta rast gəldik. Məlum oldu ki, regionlarda xeyli sayda özünü jurnalist hesab edən var. Elə müəssisə olur ki, bir gündə ora 10 jurnalist gəlir. Amma onların arasında bu gün bizim aparıcı adlandırdığımız KİV-lərin bir nəfər olsun nümayəndəsi yoxdur. Ciddi KİV-lər lazım olanda ya informasiya sorğusu göndərirlər, ya da telefonla zəng edirlər. Yəni, etik kodeksə əməl etmək yaşdan çox mühitlə bağlı məsələdir. Amma ümumi yanaşsaq, sizin fikrinizdə həqiqət var. Təcrübə, müəyyən bir həyat yolunun keçilməsi əlbəttə ki, təsiredici faktordur. İndi jurnalistikadakı orta nəsil vaxtilə 90-cı illərin sonunda romantik dalğada bu peşəyə gələnlərdi. Müəyyən sınmalar olsa da o nəsil öz təmizliyini, romantizmini qoruyub saxlaya bilib. Yəqin ki, buna görə bu nəslin təmsilçiləri arasında da etik prinsipləri qorumağa çalışanlar çoxdur.

- Son vaxtlar yeni mediada etik prinsiplərin pozulması halları daha çox müşahidə olunur. Sizcə, internet jurnalistikasında bu cür halların tənzimlənməsi üçün hansı addımlar atılmalıdır?

- Prinsipcə, üzdə olan saytlarımızda peşə etikası prinsiplərinin pozulması üzdə olan qəzetlərdəkindən ciddi şəkildə fərqlənmir. Bu geniş internet məkanında ola bilər. Amma bu da ilkin təəssüratdır. Çünki biz adətən 10-dan artıq qəzet oxumuruq. Qəzetlərin peşə etikası prinsiplərinə necə əməl etməsini bu qəzetlərin timsalında qiymətləndiririk. Amma rayonlara bayaq dediyim müxbirlər yollayan qəzetləri bura əlavə etsək, mənzərə dəyişər.

Ümumilikdə biz gərək yeni medianın təmsilçilərini ehtiyatlı davranmağa öyrədək. İnternetdə məktublaşma media ola bilər. Amma bu, hələ jurnalistika demək deyil. Jurnalistika peşədir, media vasitə. İnternetin jurnalistika olmayan hissəsini nəzarətdə saxlamaq çox çətindir. Əgər bunların qarşısının alınması metodologiyasından danışırıqsa, bu, yazılı mediadan fərqlənməməlidir. Onlar yazılı mediadan ancaq texnoloji üstünlüklərinə görə fərqlənirlər. Mənim fikrimcə, medianın gələcəyi interneti cilovlamış qəzetlər olacaq. Elə şey yoxdur ki, internet gəldi qəzetlər fəaliyyətini dayandıracaq.

- Bu fikrinizi bir qədər açıqlamanız yaxşı olardı.

- Yəni, mediamızın gələcəyi internetin verdiyi üstünlükləri əxz etmiş, onu başa düşmüş, imkanlarını qəbul edib ondan istifadə edən qəzetlər olacaq. Vaxtilə internet meydana gələndə Avropa jurnalistikası özünü itirdi, böhran keçirdi. Amma bu gün Avropa jurnalistikasının gəlirləri böhrandan əvvəlki dövrlə müqayisədə 25 faiz artıb. Avropa qəzetləri buna internetin imkanlarından faydalanmaqla nail olublar. Bu gün Amerikanın aparıcı qəzetlərinin internet abunəçilərinin sayı da real abunəçilərinin sayından çoxdur.

- Bunu bizdə reallaşdırmaq mümkündürmü?

- Əlbəttə ki, mümkündür. Biz bir layihə çərçivəsində bununla bağlı bir sayt hazırlamışıq. İnşallah, iki jurnalist təşkilatının birləşərək yaratdığı bu saytın oktyabrda təqdimatını sınağını keçirəcəyik. Siz «Kaspi» qəzeti olaraq öz PDF formatınızı orada sata biləcəksiniz.

- Son illər jurnalistikamızda peşəkarlığın artmasını hiss edirsinizmi?

- Peşəkarlıq etik prinsiplərdə birbaşa bağlı olan məsələdir. Düzdür, şeytan peşəkarlığı da var. Mən bunu nəzərdə tutmuram. Biz peşəkarlığa bir əmtəə kimi yanaşmalıyıq. Bir jurnalist ona görə peşəkar olmağa çalışmalıdır ki, özünə ad qazansın, pul qazansın, mövqeyini yaxşılaşdırsın. Əgər peşəkarlığa qiymət verilmirsə, jurnalist niyə gedib həftələrlə treninqlərdə oturmalıdır, təhsilini artırmalıdır, işini yarımçıq qoyub harasa gedib əlavə təhsil almalıdır. Bizdə isə hazırda buna tələbat yoxdur.

- İcazə verin, bu fikirlərinizlə razılaşmayım. Diqqət yetirsək, bu gün media bazarında peşəkar jurnalistlərə böyük ehtiyac var.

- Jurnalistikanın araşdırmalı olduğu əsas mövzulardan biri korrupsiya olmalıdır. Bizdə, xüsusilə orta aşağı səviyyədə korrupsiya probleminin olduğunu hamımız etiraf edirik. Amma bizim apardığımız monitorinqlər nəticəsində müəyyən olunub ki, medianın korrupsiya probleminə diqqəti bir faizdən aşağıdır. Deməli, jurnalistlərimiz hələ peşəkar amilləri deyil, digər prinsipləri əsas tuturlar. Amma mən demək istəmirəm ki, Azərbaycan jurnalistikasında peşəkarlıq yoxdur. Azərbaycan jurnalistikasında heç bir stimul olmadan, peşəkarlıqları stimullaşdırılmadan abırlarına sığınıb işlərini davam etdirən jurnalistlər var. Açığı mən onlara qibtə edirəm.

- Son vaxtlar media bazarında köşə yazarlarının dəyəri artıb. Buna münasibətiniz necədir?

- Mən köşə yazılarını sırf jurnalistika hesab etmirəm. Köşə yazarlığı publisistikaya daha yaxındı. Köşələrin 90 faizi divanın üstündə televiziyanın qarşısında yazılır. Əlbəttə ki, köşə yazarlarının əksəriyyəti istedadlıdırlar. Bu, bizə Şərq jurnalistikasından, Türkiyədən gələn bir ənənədir. Artıq oxucularımızı da buna öyrətmişik. Mənim üçün jurnalistikanın şah janrları xəbər, reportaj jurnalist araşdırmalarıdır.

 

 

İlham QULİYEV 

 

Kaspi.- 2012.- 27 sentyabr.- S.6.