Bir kitab haqqında düşüncələr 

 

Yoxsulluq və diktaturadan fərqli olaraq, inqilabları zəruriləşdirən ən mühüm amil ədalətsizlikdir

 

Bu yaxınlarda «Trafford» beynəlxalq nəşriyyat evində fəlsəfə elmləri doktoru, professor Rafiq Yəhya oğlu Əliyevin daha bir kitabı İngilis dilində çapdan çıxıb. Bu, «Poverty, Dictatorship, Injustice» (“Yoxsulluq, diktatura, ədalətsizlik” 198 səh.) adlı kitabdır. Təsadüfi deyil ki, dünyada ən məşhur amerikalı nəşriyyatçılar məhz bu işlə maraqlanıblar. Qərb aləmində bir qayda olaraq, öz ölkələrinin problemlərini deyil, digərlərinin siyasi-iqtisadi vəziyyətini təhlil edirlər. Məsələn: Cənubi Qafqazdakı vəziyyət necədir? Bu strateji cəhətdən mühüm regionda hakimiyyətlə ictimaiyyət arasındakı əlaqələr necə formalaşır? Əlbəttə, Qərb analitik tədqiqatçılar ordusuna dinin siyasətə ümumi vəziyyətə təsiri s. kimi qeyri-münasib sayılan bir çox suallar da verilə bilər. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, professor R. Əliyevin kitabı həmin tədqiqatçılara təhlilçilərə öz düşüncələri ilə meydan oxuyur.

Bu kitab barədədir? Bu suala cavab vermək asan deyil. Burada müəllif biz yaşadığımız hər an itirə bildiyimiz dünya barədə fikirlərini bölüşür. Bu, artıq onun təhlükəsizliyini rifahını təmin edilə bilməyəcəyini anlayan, lakin yenə köhnə qaydalara bağlı olan bir insan barədə ünvanlı deyimlərdir. Bu, filosofun çağdaş dünyaya yeni, çox ciddi şəkildə dəyişmiş tarixi dövr prizmasından baxmaq cəhdidir. Kitab hər bir insana gələcək dünyanın ümumi mənzərəsini görmək imkanı vermək niyyəti ilə qələmə alınmışdır, əlbəttə, əgər müasir insanın ümumiyyətlə xoş gələcəyi varsa.

Kitab çox asan dillə yazılıb. Bir çox vacib fəlsəfi sosial məsələlərə toxunaraq, müəllif onların mahiyyətini, məğzini ayırır onu oxuyucuya asan, başa düşülən formada çatdırır. Yəqin, müəllif üslubunun ən vacib üstünlüklərindən biri aydın ifadə tərzidir. Müəllif bacarıqlı natiq kimi oxuyucuya imkan verir ki, o özü müasir siyasi sosial reallıqlarını düzgün anlaya bilsin.

İdealist əqidəli romantik ruhlu professor Rafiq Əliyev Qərb demokratiyasının «yayıcılarının» dağıdıcı hərəkətlərinə bəraət qazandıranazadlıq, insan haqlarıadı altında cəmlənən fəlsəfəsini qəti qəbul etmir. O, onsuz da həssas olan dünya təhlükəsizliyini pozan oyunçuların ikiüzlüyünü yalanlarını ifşa edir. O, alternativ inkişaf modellərinin mövcudluğunu belə qəbul etməyənlərin dillərindən tolerantlığa, insan hüquqlarının müdafiəsinə çağırışı səmimiyyət rəmzi kimi qəbul etmir əvvəlcədən iflasa məhkum olan qlobal təhlükəsizliyə həsr olunmuş beynəlxalq konfrans simpoziumların təmtərahını pafosunu dəstəkləmir. Müəllif bu mürəkkəb ziddiyyətlərlə dolu dünyadan qaçmır. Əksinə, cəmiyyətin yaşama yenidənqurması strategiyasını təklif edir. İnsan humanizm dəyərləri ətrafında qurulmuş strategiya kitabda geniş təhlil edilib oxucuya təqdim olunur.

Professor R.Y. Əliyevin fikrinə əsasən, bəşəriyyət dünya sivilizasiyasının gələcəyini müəyyənləşdirəcək yeni təşəkkür növünün meydana çıxmasının ərəfəsindədir. Bəs insanların şüurunu davranışını hansı dəyərlər müəyyənləşdirəcəkdir? İnsanda «heyvani» başlanğıcı ram etmək onu ümumi evimizin saxlanılması naminə məsuliyyət hissini qaytarmaq üçün hansı qurbanı vermək lazım olacaq? Avropa ölkələrindəki iqtisadi böhran, kasıbçılıqla var-dövlət arasındakı uçurumun böyüməsi, «narıncı inqilablar», «ərəb baharı», - mozaikanın kiçik böyük fraqmentlərini toplamaqla müəllif dünyanın müasir durumunu gördüyü kimi əks etdirmişdir.

Müəllif yazır ki, «demokratiya özünə başını daim yüksək tutub təkəbbürlə gülümsəyən kübar qadın statusunu götürsə , elə onlara xas olan incəliklərlə digərlərinə tor tikməyini davam etdirir. Lakin etiketin sərt qaydalara yalnız qəbullarda, yüksək məclislərdə riayət edib, insanlar, cəmiyyət dövləti idarə etmək çətindir indi bu qadının kübar xanım imici gözə çarpacaq qədər korlanıb. Demokratlar artıq öz ideallarının üstünlüyünü sübut etməyi mövqelərini demokratik yolla qorumağıbacarmırlar”.

Qərb demokratiyanın qurbanları olmuş ölkələrin timsalında o, demokratiya ilə diktatura arasında olan sərhədlərin daha dumanlı olduğu haqqında mövqeyini irəli sürür. Müəllifin fikrinə görə, bu şərtlərdə üstünlüyü yalnız əminamanlıq sabitlik üçün məsuliyyət daşıyanlar tərəfindən söylənilən həqiqətə tab gətirə bilən cəmiyyətlər alır.

Hərdən insana elə gəlir ki, professor R. Əliyevin idealizmi onun dünyagörüşündəki zəif bənddir. Ola bilsin, belə bir təsəvvür var-dövlətin daha ədalətli bölüşdürülməsi barədə düşüncələrini oxuyan bir çox insanlarda yaranıb. Yəqin ki, artıq hazırkı kitabın nəşrindən sonra Kiprdə baş vermiş maliyyə böhranı bu təsəvvürün aldadıcı olduğunu sübut etdi. Bütün bu dəyişikliklər müəllif tərəfindən hələ üç il əvvəl onun məqalələrində proqnozlaşdırılmışdır. Kiprdə baş vermiş hadisələr bizi bir daha sosial bərabərsizlik barədə düşünməyə müəllifin qədər haqlı olduğunu etiraf etməyi vadar edir. Problem ondadır ki, müasir insan hər şeyi sadələşdirməyə o qədər alışıb ki, özünü çətin düşüncələrlə yormaqdansa bəzən yanlış çirkin olanı qəbul etməyə razı olur. Lakin məişətimizin ayrı-ayrı tərəflərinin sadələşdirilməsi insanlar, dövlətlər, dinlər dünya xalqları mədəniyyətləri arasındakı əlaqələri asanlaşdırmır. Müəllif düşünür ki, bunların hamısının aralarında bağlılıq var. Ona görə xalqların taleyinə cavabdeh məsul olan insanlar çətin suallardan qorxmamalı, məsuliyyətdən qaçmamalı həqiqətdən üz döndərməməlidirlər. Həmin səbəbdən bu kimi fəlsəfi yazıların nəşr olunması müxtəlif dillərə tərcümə edilməsi çox vacibdir. Bu, hazırkı kitabın müəllifinin mülahizəsinin davamı olaraq, yeni diskussiyalar ideyaların yaranmasına səbəb ola bilər. Bu isə hamı üçün çox vacibdir. Müəllifin ən ciddi məntiqi əsası olan fikriyalnız ədalətsizlik insan şüurunu dəyişə bilir onu dağıdıcılığa yönəldir. Belə insanların qarşısında bütün, hətta silahlı müqavimətlər belə tab gətirmir”, əsərin mahiyyətini vacibliyini göstərən ən mühüm amildir. Yoxsulluq diktatura yox, məhz ədalətsizlik inqilabların yaranmasına səbəb olurdeyən professor R. Əliyev bu prinsipə diqqəti yönəldir vəziyyətdən çıxış yolunu ədalətə qayıtmaqda gördüyünü iddia edir.

Biz isə professor Rafiq Əliyevə arzu edirik ki, insanlara çatdırdığı humanistik ideyalar, müasir dünyamızın reallıqları o cümlədən dövlətimizin də qarşısında duran siyasi, sosial və iqtisadi məsələlərin həllində, dövlət quruculuğu və idarəetməsində, insanların hərəkətlərində əksini tapsın.

 

 

Elmir Quliyev,

fəlsəfə elmləri üzrə fəlsəfə doktoru

 

Kaspi.-2013.-24 fevral.-S.9.