İslam Həsənov: “Tamaşalarımız da göz qabağındadır” 

 

Müsahibimiz Lənkəran Dövlət Dram Teatrının direktoru İslam Həsənovdur

 

Qısa arayış: İslam Həsənov bir müddət “Meydan” teatrında, daha sonra Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. 1991-93-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində aparıcı, sonralar isə aparıcı-redaktor vəzifəsində çalışıb. 1993-2007-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqında mətbuat xidmətinin rəhbəri, Teatr Xadimləri İttifaqı Prezidentinin müşaviri vəzifəsində işləyib. 2007-ci il yanvar ayının 29-dan N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının direktorudur.

- Son illər ölkəmizdə bir sıra teatr islahatları aparılır. Bu baxımdan Lənkəran Teatrı bölgə teatrı olaraq özünü necə hiss edirprosesdən kənarda, ya onun içində?

- Respublikamızda gedən iqtisadiyyatın, mədəniyyətin inkişafı bizə öz təsirini göstərir. Biz çalışırıq ki, işimizi yüksək səviyyədə quraq. Buraya direktor təyin olunan zaman teatr təmirə dayanmışdı. Demək olar ki, yaradıcılıq arxa plana keçmişdi. Mənim təyinatımdan sonra biz çalışdıq ki, teatrın konkret olaraq yaradıcılıq imkanlarını genişləndirək. Repertuarın yenidən müəyyən olunmasından başlamış, qastrol səfərlərinə qədər bütün işlərə nəzarət etməyə başladıq. Bu müddətdə biz çalışmışıq ki, maksimum imkanlarımızı səfərbər edək işimizi düzgün quraq.

- Artıq altı ildir ki, Lənkəran Teatrına direktor təyin olunmusunuz. Bu illərdə teatrda kimi işlər görülüb?

- Lənkəran Teatrına direktor təyin olunanda teatrın yaradıcılıq imkanları zəifləmişdi, amma bazamız var idi. Biz bu baza əsasında vacib olan işlərimizi qurduq. Teatrda hər il eyni rejissorun tamaşa qoyması, bir növ tamaşaçılarda yorğunluq eyni tamaşanı seyr etməsi kimi vəziyyətə gətirib çıxartmışdı. Teatra rəhbər təyin olunarkən qarşıma qoyduğum əsas məqsədlərdən biri kənardan teatra rejissorlar dəvət etmək idi. Bu illər ərzində yeni üslubda tamaşalar hazırladıq, bölgələrimizdən rejissorlar dəvət etdik. Məsələn, Sumqayıt Teatrının baş rejissoru Firudin Məhərrəmovu, Naxçıvan teatrının bədii rəhbəri direktoru Kamran Quliyevi teatrımıza dəvət etdik. Nəinki regionlarımızdan, hətta vətəndən kənardan belə rejissorları Lənkərana dəvət edib, yeni üslubda tamaşalar hazırladıq. İlk dəfə olaraq Antalya Teatrını Lənkərana dəvət etdik onlar burada Turqut LakmanınOcaqtamaşasını bizim tamaşaçılara təqdim etdilər. Bizim Antalyaya səfərimiz baş tutdu orada iki tamaşa ilə çıxış etdik. Festivallarımız davamlı xarakter almağa başladı. Belə ki, İstanbulda, Ankarada, Dənizlidə, Koniyada festivallarda iştirak etdik. Bircə onu demək kifayətdir ki, qısa müddət ərzində 25-dən artıq festivalda iştirak etmişik. Bu gün bizə xarici ölkələrdən dəvətlər gəlir, biz artıq seçim edirik. Seçilmirik, özümüz seçirik. Ötən il Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr olunmuşSərgüzəşti vəziri xani Lənkərantamaşasını hazırlamışdıq. Bu tamaşa artıq 3 ölkədən dəvət alıb - Bolqarıstan, Gürcüstan, Türkiyədən bu tamaşaların nümayiş olunması üçün dəvətlər gəlib. Teatrımızda hazırlanan tamaşalar nəinki paytaxt, deyərdim ki, heç xarici ölkələrin tamaşalarından səviyyəcə geri qalmır. Bolqarstandan tamaşa qoymaq üçün rejissor dəvət elədik. Bolqarıstanlı rejissor Xrista Stoyçiyev gəlib bizim teatrın səhnəsində Molyerin «Mizantrop» əsəri əsasında özünün versiyasını - «Mizantrop 21-ci əsr» tamaşasını səhnələşdirdi.

- Cari il üçün teatrın repertuarı necə qurulub? Seyirçiləri hansı tamaşalar gözləyir?

- Repertuar siyasəti teatrın yaradıcılığının özəyini təşkil edir. Teatrımıza Ukraynadan rejissor dəvət etmişik. Mədəniyyət Turizm Nazirliyi bu təklifi artıq təsdiqləyib. Nikolay Vasilyeviç QoqolunÖlü canlarəsəri əsasında may ayında tamaşa hazırlanacaq. Hazırda teatrda Maarif MəmmədovunƏcnəbi kürəkənpyesi əsasında hazırlanan tamaşa üzərində gedir. Novruz bayramı ilə əlaqədar uşaqlar üçün «Ələddinin sehirli çırağı» tamaşası hazırlanır. Hər iki tamaşanın rejissoru Adil Zeynalovdur. Slovamir Mrojekin «Mühacirlər» əsəri üzərində işləyirik. Bu tamaşaya Andrey Neptalyuk quruluş verəcək. Sözügeən tamaşa YUNESKO xəttı ilə hazırlanır. Bu tamaşanı 4 dövlətin teatrları müxtəlif dillərdə oynayacağıq. Tamaşının quruluşuna yeni bir forma seçmişik. Tamaşanın məşqləri SKYPE-la aparılır. SKYPE vasitəsilə rejissorlar qarşılıqlı fikirlərini deyir. İnternet yolu ilə maraqlı məşqlər gedir. Bundan əlavə, yerli dramaturqlar teatrımıza maraqlı pyeslər təqdim edirlərMaarif Məmmədov, Arif Mədətov, Kamran Nəzirli, Rafiq Rəhimli. Biz onların əsərlərini tamaşaya qoymuşuq.

- Teatrın saytı aktiv şəkildə fəaliyyət göstərir. Bunun sizin işinizdə kimi xeyri olur?

- Ümumiyyətlə, biz tamaşalarımızın hamısını saytda yerləşdiririk. Tamaşalarımızı saytda yerləşdiririksə bu o demək deyil ki, teatra tamaşaçı gəlməyəcək hər kəs tamaşaya evindən oturub baxacaq. Əksinə, təsəvvür edinLənkəran xanın vəziritamaşasına saytımızda baxan insanlar telefon açıb xahiş edirlər ki, biz o tamaşaya canlı baxmaq istəyirik. Təsəvvür edinEzoptamaşasını nümayiş etdirmək üçün tamaşaçılar hər il bizə müraciət edirlər. Saytda mənim elektron poçtum da yerləşdirilib, ünvanıma hər gün tamaşaların nümayişi ilə bağlı müraciətlər gəlir. Saytı açarkən düşünürdüm ki, bunun bizə elə təsiri olmayacaq, tamaşalara yalnız xaricilər baxacaq onlarla müəyyən məsələləri bölüşəcəyik. Amma gördüm ki, saytımızın olması bizə çox gözəl effekt verdi. Saytın fəaliyyətini davam etdirəcəyik bundan sonrakı tamaşaların da hamısını sayta qoyacağıq.

- Lənkəran tamaşaçılarının teatra marağı hansı səviyyədədir?

- Lənkəranlılar teatrsevərdirlər. Hər ay respublikanın müxtəlif teatrları bura gəlir, burada tamaşa göstərirlər. Lənkəran tamaşaçıları da bu tamaşaları sevə-sevə izləyirlər. Əlavə olaraq müxtəlif teatr konsert müəssisələri gəlirlər. Biz öz tamaşalarımızı tamaşaçılara təqdim edirik. Çalışırıq ki, öz yaradıcılığımızla həm Lənkəran tamaşaçısı tərəfindən, həm rəhbərliklər tərəfindən bizə göstərilən etimadı doğruldaq. Tamaşalarımız da göz qabağındadır. Çalışırıq ki, maddi-texniki imkanları, ələlxüsus da yaradıcılıq imkanlarını maksimuma çatdıraq.

- Ötən ay Qabil Quliyevlə müsahibəmdə söyləmişdi ki, siz bu ay Gürcüstana gedib orada gürcü dilində tamaşa hazırlayacaqsınız

- Bəli. Artıq planımızın birinci mərhələsi başa çatıb. Mən orada gürcü dilində M.F.AxundzadəninLənkəran xanın vəziritamaşasını hazırlayıram. Novruz bayramından sonra sonuncu məşqləri edib tamaşanı təhvil verəcəyəm. Bu tamaşanı biz Gürcüstanda Tiflisdə, Kutaisidə, Rustavidə gürcü Azərbaycan aktyorlarının ifasında nümayiş etdirəcəyik.

-Gənc aktyor rejissorlar adətən rayon teatrlarında işləmək istəmirlər. Bu mənada Lənkəran teatrında nəsildəyişmə prosesi necə gedir?

- Teatra yeni rəhbər təyin olunarkən Bakı digər teatrlardan bizim tamaşalarda iştirak etmək üçün aktyorlar dəvət etdim. Mədəniyyət Turizm Nazirliyinin qərarı ilə teatrımızdaÜmidTeatr studiyası yaratdıq. Bu teatr studiyasının dinləyiciləri həm gələcəyin aktyoru kimi potensial imkanlarını genişləndirir, həm teatrımızda aktyor bazası yaradır. Yeni nəsilləri əvəz edən aktyorlar yetişir. Biz o gənclərə təhsil veririk.

- Təhsilinizin məğzi nədən ibarətdir?

- Onlara səhnə danışığı, aktyor sənəti, teatr tarixi, ritmika kimi dərslər keçirik. Həmin o dinləyicilərimiz tamaşalarımızda demək olar ki, əsas rolları oynayırlar. Teatrın daxilində gedən prosesin içərisində olduqları üçün teatrdan xəbərdar olurlar. Onların teatra böyük marağı var. Onu da qeyd edim ki, bizim dinləyicilər Respublika üzrə keçirilən müsabiqələrdə birinci, ikinci yerləri tutublar. Lənkəranın istedadlı gəncləri var.

- Bu il martda Azərbaycan teatrının 140, dekabrda isə Lənkəran Teatrının 40 yaşı tamam olur. Siz bu tədbirlərə necə hazırlaşırsınız?

- İki il bundan əvvəl Mədəniyyət və Turizm Nazirliyi Lənkəranda teatrın fəaliyyətinin 1891-ci il yanvarın 18-dən qeydə alınmasını təsdiq etdi. Ondan sonrakı dövrlərdə teatr neçə dəfələrlə bağlanılıb və sonra yenidən fəaliyyətə başlayıb. Xalq teatrın kimi fəaliyyət göstərib, sonda isə 1973-cü il dekabrın 6-da pərdələrini açan Lənkəran Teatrı bu günə kimi fəaliyyətini davam etdirir. Ancaq teatrımızın tarixi 1891-ci ildən hesab olunur. Teatrın daxilində teatrımızın 140 illik yubileyi ilə bağlı tədbirlər keçirəcəyik. Respublika səviyyəsində keçirilən bayrama bizim teatr da qatılacaq. Lənkəran Teatrı bu iş prinsipi ilə fəaliyyətini davam etdirəcək.

 

 

Xəyalə Rəis

 

Kaspi.-2013.-16-18 fevral.-S.11.