Sadəcə Müsyo Jordan 

 

 Sergey Yurski: “Rahatlıq incəsənətdə insan üçün ən ziyanlı şeydir”

 

O, Sankt-Peterburqda doğulsa da, şöhrətinin və ona olan sevginin hüdudları çoxdan Rusiyanın sərhədlərini aşıb. Ssenarist, rejissor və aktyor kimi məşhur olan Sergey Yurskinin filmoqrafiyasında 1976-cı ildə Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli Şah" komediyasının motivləri əsasında çəkilən “Dərviş Parisi partladır” filmi də var. Filmdən söz düşəndə isə, ekran əsərinin məşhur qəhrəmanları ilə birgə göz önünə Müsyo Jordan rolu da gəlir.

- Sergey Yuriyeviç, siz özünüzü 20-ci əsrin adamı və 21-ci əsrin qonağı adlandırırsınız. Bu gün əvvəlki illərdə olduğu kimi mübahisələrin kəskinliyi səngimir: Sovet İttifaqı – azadlığı olmayan, amma insanların daha çox tox olduğu ölkə yaxşı idi, yoxsa bugünkü sistem – azadlıq var, amma küçələrdə ac insanlar çoxdur.

- Məgər o zaman yox idi? Düz deyil ki, sovet dövründə bütün insanlar tox qarınla gəzirdilər. Ac adamlar həmişə hər yerdə var. Sosializm? Bu başqa həyat idi. Mən keçmişə qayıtmaq istərdimmi? Tamamilə boş söhbətdir. Sosializm qurtarıb. Bizdə kapitalizm var onu müzakirə etmək lazımdır. Biz elə bil ki, həmişə keçid dövründə yaşayırıq. Siz məndən soruşa bilərsiniz ki, mən vaxt daha rahat yaşamışam? Rahatlıq incəsənətdə insan üçün ən ziyanlı şeydir. Rahatlıqbu o deməkdir ki, sən incəsənətlə yox, alverlə məşğulsan. Məsələn, sözün daha dəqiq mənasında özünlə alverlə. Necə etmək lazımdır ki, daha çox az qüvvə sərf etməklə görəsən? İncəsənət hazırda həqiqətin axtarışı adlanır. Ancaq indi ticarət münasibətləri incəsənətə gəlib. Bu gün zalları fasiləsiz doldurmağa ehtiyac var.

- İnsanlar sizi asılı olmayan adam kimi tanıyırlar. Siz ölkəyə aid həqiqətləri deməkdən çəkinmirsiniz. Bu, sizin həyatınıza mane olmur?

- Televizorda bəzən dəhşətli şeylər göstərirlər: ac ailələr, insanlıqdan uzaq şəraitdə yaşayan adamlar. Hələ üstəlik müzakirələr gedir ki, onlara kömək etmək lazımdır, yoxsa yox? Müəllimlərin maaşına 15 faiz əlavə etmək lazımdır, yoxsa yox? İnsanlar həmişə alçalma şəraitində yaşayırlar. Analıq kapitalı - bu yalan söhbətdir: «Pulu filan şeyə xərcləməyin, boş yerə məsrəf etməyin». Kömək etmək istəyirsinizsə, bu pulu verin, qurtarsın getsin. Mənim ailəmdə ikinci uşaq var. Biz analıq kapitalı olmadan da bütün zəhmətkeş insanlar kimi yaşaya bilirik. Amma təhqiredici odur ki, kapital var, sənsə ona çata bilmirsən. Bax bu, pulunqələbəsi”dir. Biri az pul ödəmək üçün özünə çoxlu kölə istəyir. Amma digəri isə özünün qalan həyatını sığorta etməyə çalışır. Bunlar həqiqətdir. Mən bunları deməkdən çəkinmirəm. Nədən qorxacağam? Məni həbsxanaya salacaqlar?

- Teatr sferasından tanınmış insanların prezident seçkiləri zamanı Vladimir Putininə dəstək olmasına necə baxırsınız?

- SakitMənə elə gəlir ki, bu, hakimiyyətin ədəbsiz jestidirməşhur adamlardan etibarlı simalar toplamaq. Əgər sənin inam faizin belədirsə, onda arı-ayrı təbəqələr arasında sorğuların nəticələri haqqında sizə necə məlumat verirlər? üçün sənə mədəniyyət xadimlərinin dəstəyi lazımdır? Bu, belə bir məntiqdir: «Bax bunlar mənim xoşuma gəlir, mən bunları qeyd edirəm. Qoy o zaman bunlar da məni sevsinlər”. Bu əlaqəsizlikdir.

- Bəs müxalifət liderlərinə münasibətiniz necədir?

- Ən yaxşı halda mən onları seçirəm, ancaq onların müdafiəçisi deyiləm. Biz vaxt kiçox qarışıq zamanda yaşayırıqdeyirik - bu zəif deyilmiş sözlərdir. Biz fırtınalar dövründə yaşayırıq. Mən işləyən adamam. Neçə onilliklər ərzində fasiləsiz işləyən adam. Mənim əhatə dairəm həmçinin zəhmətkeş insanlardır. Mənim hər şeyi şərh etməyə, hər şeydə iştirak etməyə vaxtım yoxdur. Bununla belə, məndə sual yaranır: bu qədər nəhəng insan kütləsi - dünyada bu qədər etiraz edən insanlar hardandır? Bu həm eqoizmin sonudur. Bu gün artıq təkcə nümayişlərdən danışmaq olmaz, həmçinin düşərgə yaratmağa cəhdlərdən danışmaq lazımdır. Hətta dünyanın müxtəlif ölkələrində baş verən mitinqləri təyin olunmuş insan qrupları ilə eyniləşdirmək olmaz. Yenə zaman, maliyyələşmə, dünya pərdəsi yaratmaq ideyası gündəmə gəlir. Kimsə deyir: mən sizə pul verirəm, çünki bu mənə lazımdır. Tamamilə eqoist olan kütləvi əhval-ruhiyyə öz məqsədləri olan qrupu idarə edir. Bu, çox təhlükəlidir.

- Sizcə, incəsənətdə ləngimə gedir, yoxsa sürətli inkişaf?

- İnsanlar, ideyalar yaranır. Biz onları qiymətləndirməyə çatmamış onlar artıq ortadan yox olurlar. Zaman dayanmağa, düşünməyə imkan vermir. Kim incəsənətdə iş görür, kim onu qəbul edir? Ancaq mən fikirləşmirəm ki, hər şey uğurdan asılıdır, bu, çox təhlükəlidir. Bu həmişə mənə çox- çox illər bundan əvvəl yenidənqurmadan sonra eşitdiyim bir cümləni xatırladır. Mən böyük bir şəhərə – çoxdandır ki, ədəbi konsertlərin keçirilmədiyi bir yerə gəldim. O zaman artıq ədəbi konsertlər demək olar ki, ölmüşdü. Mən birdən insanlarla dolu nəhəng zal görürəm. Səhər tezdən isə mən gördüm ki, şəhərdə orkestrlər çalır, marş səsi eşidilir. Məlum oldu ki, bu, mobil əlaqə ilə məşğul olan nəhəng şirkətlərdən birinin konsertidir. Məlum oldu ki, onlar bütün tamaşaçıların pulunu da ödəyiblər. Konsern rəhbərlərindən biri «Sizi təbrik edirəm, bizim satış həcmimiz genişlənib» - deyə bildirdi. Fikirləşdim ki, bu, gözəl formuladır. Amma o zaman keçdi. İndi hər şey daha zərif, daha gurultulu, daha fərqlidir. Hətta indi sizinlə danışdığım anda belə hansısa dəyişikliklər baş verir. Bir yerdən qovurlar, başqa bir yerdə əmələ gəlir.

- Siz 55 ildir səhnədəsiniz. Teatr sizin üçün zal və səhnənin aldanışı deyil ki?

- Mən bu yaxınlarda doğma Piter teatrının Moskvada qastrol tamaşasına baxdım. Köhnə dostlarım Oleq Basilaşvilini və Alisa Frendlixi gördüm. Mənim düşüncəmdə əsil teatr bu idi. Ancaq bu, elə Piter teatrının özündə də çox nadir hallarda baş verir. Bu cür hərəkətlər insanı ovsunlayır. Mən yalnız belə teatrla yaşayıram, yalnız belə teatrla məşğul oluram və yalnız belə teatrı qiymətləndirirəm.

 

 

Tərcümə etdi

Təranə Məhərrəmova

 

Kaspi.-2013.-23-25 fevral.-S.12.