Biz hələ belə festivalların yaxınına da düşə bilmirik 

 

 Azərbaycan kino mütəxəssisləri Oskar qazanan filmlərin buna layiq olduğunu deyirlər

 

Bazar günü gecə təqdim edilən Oskar mükafatları kəskin süjetli “Arqo əməliyyatı” filminin “Ən yaxşı film” seçilməsi ilə yadda qalıb. Ümumiyyətlə, mükafatlandırma gecəsində nəticələr kino mütəxəssislərini təəccübləndirmədi. İlin ən yaxşıları hesab edilən iştirakçıların səhnədə çıxışları isə daha çox diqqət çəkdi. Filmin adının Mişel Obamanın dilindən səslənməsi dünya mediasında yayımlanmaqdadır. Bir sıra Türkiyə saytları mükafatın siyasi nöqteyi-nəzərdə tərəfkeşliklə verildiyini vurğulasa da, filmin bu nominasiyaya layiq olduğunu söyləyən kino mütəxəssisləri də az olmadı.

Yerli kino mütəxəssisləri arasında da Oskar qazanan filmlərlə bağlı fikirlər fərqlidir. Kinoşünas Aygün Aslanlının fikrincə, Oskar mükafatlarının kimlərə təqdim olunacağı bütün dünyada olduğu kimi, Azərbaycanda çox həyəcanla gözlənilib və müzakirələrə səbəb olub: “Builki Oskar mükafatlandırılması heç də əvvəlkilərdən seçilmədi. Mərasim heç də ötən ilkilərdən seçilmədi. “Amor” filmində sevgiyə başqa yöndən yanaşılıb. Düşünürəm ki, mükafata layiq görülən filmlərin hamısı o nominasiyalara layiq idilər. Daniel Dey Levisin “Nyu York bandaları”, “Varlığın dözülməz yüngüllüyü” filmindəki ifalarını görmüşəm. Mən onu güclü aktyor hesab edirəm, bu, onun birinci mükafatı idi. Kristop Voltsun isə bu, ikinci Oskarıdır. Düşünürəm ki, o, Tarantinonun tapıntısıdır. Oskara təqdim olunan filmlərin öz standartları var”.

Kinoşünas Oskara təqdim olunan filmlərin Amerikada və dünyada da uğur qazanan filmlər olduğunu, əks halda həmin filmlərin Oskara təqdim olunmadığını qeyd etdi. Onun sözlərinə görə, oradakı filmlər təzə filmlər olduğuna görə onların hamısını izləmək imkanı olmur: “Həmin filmlərin televiziyalara çıxması üçün müəyyən zaman tələb olunur. Bizdə Oskarın standartlarına cavab verən film oralara gedib çıxa bilmir. Filmlərimizə birmənalı qiymət vermək lazım deyil. Hələ ki filmlərimizi istədiyimiz səviyyədə görə bilmirik”.

Kinorejissor Rövşən İsax Oskar mükafatları verilərkən siyasi məsələlərin nəzərə alındığını, ümumiyyətlə, bütün kino festivallarında siyasi məsələlərin rol oynadığını qeyd etdi: “Ən yaxşı film nominasiyasına layiq görülən “Argo əməliyyatıİran-Amerika münasibətləri zəminində roluna görə verildi. Digər tərəfdən isə, onun çox zəif bir film olduğunu da deyə bilmərəm. Oskar Akademiyası siyasi məqamları da nəzərə alır. Oskar yeganə kino mükafatıdır ki, orada tamaşaçı rəyi əsas götürülür. Adları ən yaxşıları siyahısına çıxanlar bu adlara layiqdirlər. Düzdür, bir çox filmlər var ki, onlar da birinciliyə layiq ola bilərdi. Bazar günü yayımlanan həmin mükafatlandırmaya baxdıqda, heyran oldum. Mükafatlandırmadan öncə rejissorlarla söhbət əsnasında qeyd etmişdik ki, böyük ehtimalla ən yaxşı film adına “Argo” layiq görüləcək. Ehtimalımız doğru çıxdı. Amerikada hər hansı bir film Oskara nominant olmaqdan ötrü onu bəlli sayda tamaşaçı izləməlidir. Müəllif filmləri Oskar Akademiyasında mükafat almağa şanslı deyil. Bəzən bu mükafatlandırmada hər şey gözlənilməz olur. Berlin festivalında yer almış hər hansı film Oskarın nominantı da ola bilər. Oskar mükafatına təqdim olunan filmlərin heç biri baxımlılıq cəhətdən darıxdırıcı, cansıxıcı deyil. Hər halda bu günə qədər izlədiklərimdən belə görmüşəm”.

Kinorejissor bizim rejissorların Oskar mərasimindəki kimi öz ailə üzvlərinə minnətdarlığını bildirmək imkanı olmadığını qeyd etdi: “Bizim bir kinorejissorumuz öz filminin təqdimatında atasına təşəkkür etmişdi. Rejissor təqdimat zamanı zaldakı tamaşaçılardan atasının ad günü olduğu üçün alqış istəmişdi. Təqdimatdan sonra hamı kinodan deyil, rejissorun atasını tərifləməsindən danışdı. Ancaq bu mükafatlandırma gecəsində ən yaxşılara layiq görülən nominantlar həyat yoldaşlarına təşəkkür etdi, valideynlərindən danışdı. Məni təəccübləndirən o hal oldu ki, “Amerika xalqını salamlayıram!”, “Filankəslərə təşəkkürümü bildirirəmkimi cümlələr bu gecədə olmadı”.

Bizdə zaman Oskara layiq filmlər çəkiləcəksualımıza cavab olaraq rejissor öz fikirlərini səsləndirməkdən çəkindi: “Öz fikirlərimi söyləyə bilmərəm. Çünki söyləsəm, sabahhərşeyşünaslarmənim arxamca hay-küy qoparacaqlar. Əgər o fikirlərdən birini səsləndirsəm, sabah hansısa film çəkən, ya da bu işlə məşğul olan biri cavab qaytaracaq məsələ daha da qızışacaq. Əgər bu yazılanlardan kimsə nəsə ibrət götürən olsa, bəlkə bunun səbəbini açıqlayardım. Çox istərdim ki, Azərbaycanda da dünyaca məşhur film festivalları keçirilsin onlar da filmlərini nümayiş etdirmək üçün vətənimizə gəlməyə can atsınlar”.

Kinorejissor-prodüser Fehruz ŞamıyevArqofilminin ən yaxşı film mükafatı almasını Amerika Kino Akademiyasının öz prinsiplərinə sadiq qalması kimi dəyərləndirdi: “Məlumdur ki, bu filmdə hadisələr İran hökuməti ilə bağlıdır hazırda İran-Amerika münasibətləri dünya siyasi hadisələri arasında önəmli yer tutur. Bəyəndiyim nəticələrdən biri isə Daniel Dey LevisinƏn yaxşı kişi aktyornominasiyasında qalib olması idi. Linkolnfilmini kinoteatrda izlədim, bu film haqqında tənqidçilər çox geniş yazıb. Baş rolun ifaçısının ən yaxşı aktyor nominasiyasında qalib gələcəyi gözlənilən idi. Daniel Dey Levis “Linkolnfilmində öz rolunun öhdəsindən yüksək səviyyədə gəlib. Filmdə daha çox pafosun olacağını gözləyirdim. Tarixi materiallarda Linkolnun natiqlik bacarığının yüksək olduğu göstərilir. Buna görə düşünürdüm ki, aktyor bu rolu müəyyən qədər enerjili bir az da pafos üzərində oynayacaq. Amma gözlənilənlərin əksinə olaraq aktyor oyunu məni heyran etdi. Builki Oskar mükafatlandırmasında “Azad CanqoLinkolnfilmləri seçilmiş filmlərin sırasında idi. Həmin filmlərin mövzusuna baxsaq, birində qaradərili Canqonun öz xanımını azad insana çevirməyindən söhbət gedir, digər filmdə isə Amerika tarixində quldarlığı ləğv edən Linkolnun həyatı həmin qanunun qəbul olunması haqqında gedən proseslər göstərilir. Hazırda Amerikanın prezidenti qaradərilidir həmin iki filmdə söhbət qaradərili insanların azadlığından gedir. Mixael Hanekenin çəkdiyi “Amour” filminə gəldikdə isə, bu filmin nominasiyaya layiq görülməsi gözlənilirdi. Bundan əvvəl həmin film Kann festivalında baş mükafata layiq görülmüşdü. Bundan əlavə, sözügedən film başqa mükafatlar da almışdı”.

Kinorejissor filmlərimizin beynəlxalq festivallarda iştirak etməsinə çalışmaq, “A” və “B” kateqoriyalı festivalların proqramına düşmək lazım olduğunu vurğuladı. Onun sözlərinə görə, ancaq bu mərhələləri keçdikdən sonra belə mükafatlar haqqında danışmaq lazımdır: “Biz hələ belə festivalların yaxınına belə, düşə bilmirik”.

Kinorejissor Elşən Zeynallı son beş ildə Oskar mükafatlarının verilməsini böyük siyasətin tərkib hissəsi adlandırdı: “Vaxtilə Nikita Mixalkovun “Günəşdən usanmışlar”, Amerika standartlarına uyğun “Sibir bərbəri” filmi Oskara layiq olan filmlər idi. Ancaq Amerika hökuməti tərəfindən heç bir mükafata layiq görülmədi. Festivalların içərisində tərəfkeşlik etməyən Venesiya festivalıdır”.

Qeyd edək ki, Dolby Teatrında hazırlanan mükafatlandırma gecəsi və bütün dünyanın canlı izlədiyi Oskar mükafatlandırma mərasimi Tvitterdə izlənmə rekordu qırıb.

 

 

Xəyalə Rəis

 

Kaspi.-2013.-28 fevral.-S.13.