Bakıya gedən qayıtmaq istəmir

 

Mahmud və Məryəmin Mahmudu: Bu filmə baxan hər bir insan orada öz həyatından bir hissə tapacaq

Ötən həftə paytaxtımızda böyük bir film bayramı keçirildi. Bayrama bayram qatan ikinci bir sevindirici hadisə isə uzun müddətidir ki, çəkilişləri aparılan yarı türk, yarı azərbaycanlı aktyorların iştirak etdiyi Mahmud və Məryəm filminin ictimaiyyətə təqdim edilməsi olundu. Dünyanın bir çox ölkələrində nümayiş olunacağı planlaşdırılan filmin aktyorları xarici saytlara və mətbuata müsahibələr verməyə başlayıb.

Filmdə baş rolu canlandıran türk aktyor Aras Bulut İynemli 3 həftə idi ki, filmin təqdimatı üçün Azərbaycana qonaq gəlmişdi. Aktyor vətəninə geri döndükdən sonra türk mətbuatlarına Azərbaycanın gözəlliyindən və vətənimizdə onu necə qarşılamalarından danışıb: Azəri qardaşlarımıza bizə göstərdikləri diqqətə görə minnətdarlığımızı bildiririkonlardan çox razı qaldığımızı söyləmək istəyirəm. Mən orada özümü evimdəki kimi hiss etdim, sağ olsunlar ki, mənimlə əcnəbi insan kimi davranmadılar. Bundan əlavə, çəkildiyimiz filmi çox bəyəndilər ki, bu da hər bir aktyoru həvəsləndirərək ona güc verir. Minnətdaram.

Beləliklə, Öyle bir geçer zaman ki serialındakı Mete obrazı ilə məşhurlaşan və yaradıcılığına Mühteşem yüzyıl serialı ilə davam edən Mahmud və Məryəmin Mahmudu Aras Bulut İynemlinin Türkiyə mətbuatına Azərbaycanla bağlı verdiyi müsahibəsini təqdim edirik.

Mahmud və Məryəm yol hekayəsidir

- Öyle bir geçer zaman ki serialına başlamadan əvvəl necə bir həyat tərziniz vardı?

- Beşiktaş Anadolu məktəbindən məzun oldum və İstanbul Texnik Universitetində təyyarə mühəndisliyinə qəbul olundum. Riyaziyyatfizika fənlərinə həddindən artıq marağım var. Futbol, voleybolsuz yaşaya bilmərəm deyə düşünürəm. 1-ci kursda oxuyanda seriala çəkildim, ona görə təhsilimi dondurmaq məcburiyyətində qaldım. Serialdan əvvəl teatrlarda dublyor aktyor kimi çalışırdım. Teatrda, səhnəyə çıxmaqdan çox həzz alırdım.

- Universitet həyatınız bitibmi?

- Hələ ki oxuyub bitirməmişəm (gülür). Universiteti 2 il dondurdum. Bir müddət yenə getdim, amma davamlı olaraq gedə bilmədim. Universiteti əvvəl-axır bitirəcəm, hələ ki tələsmirəm. Anama söz vermişəm. O mənim bu universiteti necə qazandığımı bilir mənim ali təhsilli olmağımı istəyir.

Belə filmlərə çox ehtiyacımız var

- Mahmud Məryəm sizin ekrandakı ilk tammetrajlı filminizdir. Filmə çəkilmək üçün təklif aldıqda ilk olaraq nələr düşündünüz?

- Öncə onu qeyd edim ki, Mahmud xarakteri məni çox həyəcanlandırdı. Dastin Hofman ssenarini 150 dəfə oxuyurmuş, onun dediyinə görə, hər dəfə oxuyanda orada başqa şeyləri görürmüş. Mən 150 dəfə olmasa da, həmin ssenarini 8 dəfə oxudum. Hər oxuduğumda yeni şeylər kəşf etdim. Hekayə fəlsəfi ruhdadır. Ssenaridəki hər söz üçün düşündüm ki, bu hissədə demək istəyiblər. Elçin Əfəndiyev bu romanı 31 il bundan öncə yazıb, bu gün isə həmin əsər ekran həllini tapıb. Roman öz aktuallığını bu gün qoruyub saxlamağı bacarıb.

- Sizə görə, Mahmud Məryəm eşq hekayəsidirmi?

- Mənim düşüncəmə görə, Mahmud Məryəm bir yol hekayəsidir. Mahmud eşqi üçün yollara düşür həmin yolda həyatın gerçəkliklərini görür. Rejissorla əsərin təhlilinə dair uzunuzadı söhbət etdik özlüyümdə yaranan suallara haradasa bir cavab tapdım. Bir həftə mətnləri əzbərlədim. Mahmud daima özünü axtaran, tapmaqda çətinlik çəkən bir obrazdır. O öz halından məmnun deyil, xan olmaq istəmir. Mahmud qılınc istifadə etməyi bilir, ancaq istifadə etmir. O, xarakterinin tamlığını yolboyu kəşf etmək imkanı qazanır. Məryəmi axtararkən çıxdığı yolda insanları görür, onların dünyasının şahidi olur. O, gördü ki, real həyatda qan, vəhşət var. Bundan qaçmaq qeyri-mümkündür. Nəticədə xan olaraq həyatına davam etdi. Bundan sonra qılıncını ancaq ədalət yolunda istifadə etməyə qərar verdi. Filmin əvvəlində göstərilir ki, Mahmud cadu yolu ilə dünyaya gəlir. El arasında bir misal var, deyirlər ki, Hər tilsimin ödədiyi bir əvəzi var. Mahmud da sanki acılar çəkərək onu ödəyir. Hər tamaşaçının öz baxış obyekti var. Filmə hər kəs birlikdə baxır, ancaq film insanlar tərəfindən fərqli qəbul edilir. Belə filmlərə çox ehtiyacımız var.

- Sizə ssenari gəldikdə ilk olaraq kimdən fikir aldınız?

- Anamdan. Onun nəsihətlərinə hər zaman ehtiyacım var. Ancaq düşüncələrimi öncədən heç kimə söyləməyi sevmirəm. İstəmirəm ki, kimlərinsə fikirləri mənim beynimi qarışdırsın. Filmi ətrafımdakılarla deyil, həmin filmin rejissoru ilə müzakirə etməyə daha çox üstünlük verən bir insanam.

Bakı teatral bir şəhərdir

- Filmə çəkilməmişdən öncə Azərbaycan mədəniyyəti ilə tanışlığınız var idimi?

- Bu filmə çəkilərkən Azərbaycan haqqında çox az bilgiyə sahib idim. Təkcə onu bilirdim ki, sənətə, sənətkara böyük hörmət qoyan bir xalqdır. Bakı teatral bir şəhərdir, ora gedən qayıtmaq istəmir. Bakı məni heyran etdiyindən çox təəccübləndirdi. Dillərimiz çox yaxındır, ancaq bir çox fərqliliyimizin olması maraqlı dialoqların yaranmasına səbəb oldu. Azərbaycanlılar çox səmimi mehriban insanlardır. Bakını gəzdim, çox gözəl idi. Hələ sizə gecələr Bakının işıqlandırılmasından danışmıram. Bir sözlə, mükəmməl idi. Azərbaycan tarixi məmləkətdir. Çəkilişlərimiz Şəkidə, Karvansarada baş tutdu. Mən Bakıda olanda hiss etdim ki, Öyle bir geçer zaman ki serialını sevərək izləyiblər. Azərbaycanda özümə qarşı gözləmədiyim şəkildə münasibət gördüm.

- Mahmud çox sakit xarakterə sahibdir, Türkiyədə məşhur olan Mete isə çox çılğındır. Bəs siz özünüzü yaratdığınız bu obrazlardan hansına daha yaxın hiss edirsiniz?

- Hər ikisində Aras var (gülür). Obrazların xarakterlərində mənim ruhumu görə bilərsiniz. Obrazlarıma bir az da özümdən nələrsə qatmağa çalışıram. Məktəb illərindəki Arasla indi işləyən, ailəsinə kömək etməyə çalışan Aras arasında çox fərq var. Böyüdükcə xarakterimin dəyişdiyini hiss edirəm.

Hər kəs həyatı bir cür öyrənir

- Mahmud ilk görüşdə eşqə inanır. Siz necə?

- İlk görüşdə sevgiyə inanıram. Mahmudun yerində olsaydım, mən də öz sevgimin arxasınca gedərdim.

- Rolunuza görə fiziki cəhətdən dəyişmisiniz...

- Bəli. Saçlarımı uzatdım, yerişimi, davranışımı dəyişməyə çalışdım. Ata minmək və qılınc oynatmaq üçün professionallardan dərs aldım. Dublyor istifadə etmək istəmədim. Ata minmək üçün bir neçə dəfə yıxıldım. Qılınc istifadə etmək də çətin imiş. Qılıncı əlimdə tutmaq üçün əziyyət çəkməli oldum.

- Özünüzü gələcəkdə necə görürsünüz?

- Teatrda obrazlar canlandırmaq istəyirəm. Teatrın aktyorun həyatındakı rolunu bilirəm. İndi isə serialların və filmlərin nə demək olduğunu gördümuğura doğru irəlilədiyimi düşünürəm. Bu üç işi bir yerdə davam etdirməyi çox istəyirəm.

- Mahmud obrazını bizə necə xarakterizə edərdiniz?

- Bir gəncin həyatda yetişməsi, hər şeyi görərək həyatdan dərs almasını göstərən bir filmdir. Mahmud xarakterli bir obrazdır. Mahmud qılınc istifadə etməyən, bunlara önəm verməyən, öz dünyası olan bir gəncdir. Kitab oxumaq, aydınlanmaq, təbiətə sevgi kimi xasiyyətə malikdir. Yola çıxdıqdan sonra həyatın sadəcə kitablarda davam etdiyini deyil, real həyatın daha çox fərqli olduğunu anlayan bir insandır. Mahmud obrazı mənə çox təsir etdi. Hər kəs həyatı bir cür öyrənir. Ona görə də mən bu obrazı çox həzz alaraq oynadım. Əsəri də çox bəyəndim. Belə ki, dinə görə sevgindən dönməyi sosialciddi bir problem hesab edirəm. Düşünürəm ki, mən də onun yerində olsaydım imkansız bir sevdanın arxasınca qaçardım. Bu filmdə oynadığım üçün qürur duyuram. Çəkiliş zamanı çox şey öyrəndim. Biz Mahmudun həyatını iki hissəyə ayırdıq. Yola çıxmamışdan öncə və yola çıxandan sonra. Filmə baxsanız, bu dəyişikliyi özünüz görəcəksiniz. Yaxşı ki, belə bir filmdə rol aldım. Mahmud və Məryəm bir çox fərqli ölkələrdə yayımlanacaq. Bir aktyor üçün onun yaratdığı obrazın dünyada yayımlanması qürur mənbəyidir. Mənə görə bu film gəncləri yetişdirmək üçündür. Hesab edirəm ki, filmə baxan hər bir insan bu filmdə öz həyatından bir hissə tapacaq.

 

Xəyalə Rəis

Kaspi.-2013.-11 oktyabr.-S.13.