Azərbaycan sənətçisi xarici mətbuatda

 

Adanada bir bahar: Cahangir Novruz

Bu gün sizlərə Çukurova Universitetində dərs deyən, dünyaca məşhur bir müəllimdən bəhs etmək istəyirəm. Teatr səhnələrində nəfəs alan, bir növ, sənətin içində doğulan, böyüyən, Çukurova Universiteti Dövlət Kanservatoriyası Səhnə Sənətləri bölməsində dərs deyən bu müəllim Cahangir Novruzdur, yəni məşhur aktyorlar ailəsindən olan Cahangir Novruzov.

Deyə bilərəm ki, Cahangir Novruzun müvəffəqiyyətinin ən ümdə səbəbi ailəsində gördüyü sevgi, sayğı və əsl insan təməli dünyagörüşüdür. Atası Mütəllim Novruzov kamança ustası, anası Nəsibə Zeynalova isə Azərbaycanın ən məşhur teatr aktrisasıdır. Həyatlarını sənətə həsr etmiş iki gözəl insanın gözünün ağı-qarası olan tək övladının fərqli sənət sahəsi seçməsi də, əlbəttə, gözlənilməzdir.

Cahangirin ata babası riyaziyyat və fizika üzrə professor olan Nəsrullah Novruzovdur. Ana babası isə Bakının mərkəzindəki evini üç yüz nəfərlik teatr salonuna çevirib Azərbaycanda teatr sənətinin əsasını qoyan aydınlardan olan Cahangir Zeynalovdur. Beləcə, bu qədər sənətkarlardan ibarət bir ailədə 1954-cü ildə daha bir sənətkar dünyaya göz açır.

Mənim yerim oradır...

Teatrın kulisində böyüyür. İlk dəfə salonda oturacaqda əyləşib izlədiyi At sineyi tamaşası həyatını bütünlüklə dəyişdirir. Çünki kulisdə görməyə adət etdiyi və əmi-xala deyə müraciət etdiyi bu insanlar tamaşaçı salonundan fərqi bir biçimdə görünmüşdü gözlərinə. Balaca Cahangir o an səhnə sehrinin fərqinə varır və qərar verir: mənim yerim oradır.

1971-ci ildə İncəsənət İnstitutunun Teatr rejissorluğu fakultəsinə daxil olur. Onun üçün teatr rejissorluğu bu an deməkdir.

Teatrın vəzifəsi milli, əxlaqi, insani dəyərləri rəhbər tutaraq, bu mənəvi mirası cəmiyyətə doğru şəkildə təqdim etmək, onu aydınlatmaq, irəliyə aparmaqda yardımçı olmaqdır. Bu səbəbdən də teatr rejissoru toplumun, cəmiyyətin dünyagörüşünü, dünyaya baxım bucağını dəyişdirə biləcək fövqəladə istedada sahib olmalı və mükəmməl bir təhsilə yiyələnməlidir. Bu məqam olduqca vacibdir. Çünki teatr rejissoru dünyanın baxım bucağını yaxşı tərəfə də, pis tərəfə doğru da dəyişdirə bilər. Dünyanın öz oxu və günəş ətrafında fırlandığını bizə isbat edən də insandır, bunu qəbul etməyib, onu yandıran da insandır. Biz oxuduğumuz, bildiyimiz mövqedən, idrak etdiyimiz nöqtədən baxırıq.

Türkiyəyə gəlişi

Cahangir Novruz 1995-ci ilin dekabrında Kayseri Universitetində açılacaq olan Gözəl Sənətlər fakültəsində dərs demək üçün Türkiyəyə dəvət olunur. Amma müxtəli səbəblərdən fakültə açılmır. Cahangir Novruz isə sadəcə maaş aldığına görə narahtlıq keçirir. Buna görə də 1997-ci ildə Çukurova Universitetində yeni açılmış bölümə ezam olunur. Universitetin rektoru Yalçın Kekeçdən bölüm üçün özəl bina və dərslik sözü alır. Qarşılığında isə bölümün binası üçün lazım olan çertyojları Bakıdan gətirəcəyinə və bina hazır olana qədər inşaatın başında duracağına söz verir. Hər ikisi sözünün üstündə durur. Səhnənin Afile Jale adlandırılması ideysının müəllifi də Cahangir müəllim olur.

Artıq yeni binada dərsə başlayacaq olan Cahangir müəllim tələbələrinə belə deyəcək: Xəyal qurmağı öyrənin. Çünki ətrafda gördüyünüz hər şey bir zamanlar xəyal olub.

 

Cahangir Novruz bu günə qədər 60-dan çox tamaşaya quruluş vermiş, 11 filmdə, 50-dən çox teatrteleviziya tamaşalarında oynamaqla, müxtəlif festivallarda da jüri qismində çıxış etmişdir. 2011-ci ildə Azərbaycanın Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür.

Ona yüzlərcə tələbə ilə yanaşı, yüzlərcə də övlad verdiyi üçün Adananı çox sevir. Doya-doya yaşamış, tələbələri və çevrəsi tərəfində sayğı və segiylə qorunan bir dəyərdir Cahangir müəllim.

O bir bahardır. Kökünün gücünü öncə ailəsindən alan, sonra çalışmağın sonu yoxdur, tənbəlliyin də oxuyanoxudan, öncə insan deyib tələbələrini ürəkləri ilə dəyərləndirən, sonra isə səhnəyə gətirən bir teatr müəllimi, bir aktyor, bir rejissor, bir təlimçi və qocaman dünyasıyla bir bahardır Cahangir Novruz.

 

Yazının müəllifi: Nazan Gökkaya

Türkiyənin Milliyyət Güney qəzetindən

çevirəni: Könül Əliyeva

Kaspi.-2013.-19-21 oktyabr.-S.12.