“Şuşanın bülbülləri təkrar ötməli!“ 

 

 Ozan Aşıq Səfai: "Mənim xəyalım Turan birliyinin, Türk birliyinin qurulması, Avropa birliyinin də qapımıza gəlib bizi də buraya alın deyə yalvarmasıdır".

"Səfaicə kimliksiz küləlikdir EŞQ!"

...Türkün kimliyi Ozanından, sazından bəlli olur. Yaradılışından dəli bir ruha sahib olan millətimin HAQQ səsini dünyaya çatdıran öncə sazı, bir də dəli aşıqları-aşiqləri olub. Ölkəni savaşda məğlubiyyətdən zəfərə götürən ozanlar omuzlarına tökülən dağınıq saçlarını sazlarına mizrab ediblər. Heç bir qanuna, heç bir çərçivəyə sığmayan bu azadəlik Tanrının ancaqancaq Türklərə, Türk millətinə lütfüdür. Kim bilir, bəlkə də bizə millət olmağı elə dəli ozanların mizrabından süzülüb gələn türkülər öyrətdi...

Bir "Ayişə" şeiri var onu bilənlərin yaddaşında. Bir rus qızına, bir ingilis ledisinə deyil, bir Türk qızına sevdalanmanın nə demək olduğunu elə gözəl dillə söyləyir ki...

Məndə isə yeri ayrıdır, "bir gözəlin yurdunda" türküsüylə sevdim onu, sevdalandım...

Müsahibim Aşıq Səfaidir. Dəli bir Türk ozanı, bir millət sevdalısı, bir EŞQ aşiqi və...

bir TÜRK kişisi!

Könlümüzə xoş gəldin, Dəli Ozan...

- Ozan, Azərbaycandan salamlarımızı, sevgilərimizi qəbul edin...

- Əleyküm salam, salamlarınız başım üstünə. Gətirən, göndərən sağ olsun.

-Nədən aşıq Səfai?

-Vallah mən aşıq Səfaiyəm deyə ortaya çıxmadım, bu millət bizi bu hala gətirdi.

-Bir türk olmasaydınız bu qədər sevgiylə oxuya bilərdinizmi?

-Türk olmasaydım aşıq Səfai olmazdım, aşıq Səfai olmaq üçün də TÜRK olmaq gərəkdi.

-Aşıq Səfai izin Türklük sevdası nə anlama gəlir?

-Əzəllə əbəd arasındakı böyük körpü, öz kimlik anlamına gəlir.

-Türk dünyası içərisində xüsusilə sevdiyiniz ölkələr...

-Mən Turan davasının adamıyam:

-Bu torpağa qan düşəndə igid bağrı səs verir,

Kür Şad, Yamtar, Dədəm Qorqud, Ulu Zağrı səs verir,

Zqanadan hayqıranda üzüm ağrı səs verir,

Göyə ucalan dağların düş başında qar olsun,

Çalxalansın Qara dəniz, Tanrı Türkə yar olsun...

Sinəsi Vətən deyənin ÖZü yara bağlamış,

Lazın, Xocalı, Şuşa, yadlar dara bağlamış,

Kür zayında gözyaşı var, Araz qara bağlamış,

Qızıl İrmaq, Yaşıl İrmaq, Sakaryaya ar olsun,

Çalxalansın Qara dəniz, Tanrı türkə yar olsun...

 

Basdığın torpağı tanı, tozun belə haqqı var,

Dağın-daşın, qurdun-quşun, yozun belə haqqı var.

Bu torpaqda yaşayandan duzun belə haqqı var,

Üzü namərd olanlara bu Yer üzü dar olsun,

Çalxalansın Qara dəniz, Tanrı Türkə yar olsun...

 

Qafqazlardan əsib gələn yellər bizim yelimiz,

Qırğız-qazax, özbək, azər, dillər bizim dilimiz,

Musul-Kərkük, can Qarabağ, ellər bizim elimiz,

Hayqır Səfaiyəm, hayqır, Turan ellər var olsun,

Çalxalansın Qara dəniz, Tanrı Türkə yar olsun...

 

Könlümüzdəki ifadə bu!

 

-Ürəyinizə sağlıq! Bəs Azərbaycan sizin üçün ifadə edir?

-Özümün-özüm üçün ifadə etdiyim dəyər nədirsə Azərbaycan türkləri mənim üçün eyni dəyəri daşıyır.

-Azərbaycan xalqına deyəcək bir sözünüz varmı bizim vasitəmizlə?

-Millətimə salam olsun. Əhdə vəfası olanlara, üz millətini sevənlərə, üz dilini sevənlərə, əmanətə xəyanət etməyənlərə, sadiqlərə salam olsun. Üz milləti TĞRK olanlara bizdən salam götürün.

-Aşıq Səfai üçün bir sevda necə anladılır?

 

-İqrar verdik, girdik eşqin yoluna,

Sənə gələcək sıra dedilər.

Ğz sürəndə şikrəti çuluna,

Səni çəkərik dara dedilər.

 

Fələk yağmur saldı gülün eşqinə,

Məcnun susuz yandı, gülün eşqinə,

Səhərdə açılan gülün eşqinə,

Bülbül olan düşər zara dedilər.

Kimisi saraya, köşkə divanə,

Kimisi muhabbət, məşqə divanə,

Kimi sirrdən gələn EŞQə divanə,

Düşənlərin bəxti qara dedilər.

 

Bu necə dövrandı, bu necə zaman,

EŞQ əhlinə gəlir sirr ilə fərman,

Dur, əlləmə təbib, əlləmə loğman,

Səfainin bağrı yara, dedilər.

Yar yarası yarda yara dedilər,

Canı qurban etmiş, yara dedilər,

Yar yarası yarda yara dedilər,

Səfai qurbandır yara, dedilər

 

-Saz demək?

-Millətim, ÖZüm, KİMLİYİM, TÜRƏM, inanclarım demək!

-Bir aşıq sazın mizrablarına toxunduğunda ilk harası göynər?

-Ürəyi!

-Ürəyi göynəməzsə aşıq olmazmı?

-Olmaz! ÖZü görünəcək! Ürəyi olmayanın, ÖZü olmayanın EŞQ-i olmaz. Cəlaləddin Rumidə AĞLA EŞQi anlatmaq yasaq qılındı. Günəşin dəngi Günəşdir. Eşq sadəcə özünü anladır. Anlatmaq ağıldır, eşq isə könüldür. Könül ağlın ütəsidir, könül ağlın boğulduğu yerdir, deyir Rumi, Məsnəvidə. EŞQ i ifadə etmək bizim işimiz deyil. Səfaicə kimliksiz köləlikdir EŞQ! odur sahib, gəl deyər gələrsən, get deyər gedərsən.

-Bəs ən böyük EŞQ kimə duyulur?

-EŞQin götürdüyü yeri eşq dili ilə söyləyim:

 

Eşiyində öldüm, səndə dirildim,

O qapıya satdı gözlərin var ya.

çeynədikcə yollarına sərildim

dağdan-dağa atdı gözlərin var ya,

 

yürü səkişinə qurban olduğum,

kəkik qoxusuna qurban olduğum,

kafir baxışına qurban olduğum,

məni dəli etdi gözlərin var ya.

 

birdə qüdrət gizli, mində görünən,

Səfaim səndədir məndə görünən,

ey gözəl, sənmisin səndə görünən,

mənim üçün bitdi gözlərin var ya.

 

Haqq qapısının açıldığı yer orası...

 

-"O gözəlin yurdunda" vardı bəs?

-Üst Xorasan təsəvvüründə sadəcə "O" vardı. Başqa kimsə yoxdu. Gözəlin gözəlliyi HAQQla əlaqəlidir, yaradılışla əlaqəlidir. Hər yerdə "O" var, gözəldə "O" var. Necə deyir?

 

-Məni belə dəli edən yarın acı sözüymüş,

Sırat Sırat dedikləri bir cüt əla gözüymüş,

Atəş saranda hər yanı, canana vermişim canı,

bu qəribin qəbristanı ayağının iziymiş...

 

Səfaiyəm bismillahım,

həm əzəlim, həm ərvahım,

qibləgahım, səcdəgahım,

nazlı yarın üzüymüş...

 

-Sizinlə həqiqətənmi həmsöhbətəm, buna hələ inana bilmirəm. Mənə bir az sevdanın dilsiz tərəfindən bəhs edərmisiniz?

-Dilsizlər nəsihəti qulaqsız dinliyəsi,

dilsiz-qulaqsız sözü can gərək anlayası...

"Niyazi Mısri"nin bir bölümündə böylə dər:

Ey səndə sənə sığmayan MƏN,

çəkilirsəm aradan MƏN qalır, SƏN...

Dilsiz söyləmirsə onu anlayacaq CAN gərək!

-O zaman o dilsizdən daha üstün olması gərək qarşıdakı canın...

-Zatən o söhbətlər danışmadan danışanlar arasında baş verər. Onlar danışmadan danışmağı bilirlər.

-Sizinlə söhbət mənə Millətçi Hərəkat Partiyasının böyüklüyündən xəbər verir. Dünyaya sığmayan bir ozanı bir partiya içinə ala bilirsə, demək ki, o partiya doğrudan da böyük bir yerdir...

-Təbii ki. Ülkücü cəmiyyət olmasaydı mən ateist bir adam olardım. ozan olardım, aşıq. Bu partiyanın prinsipləri arasında bizim bəsləndiyimiz damarlar var. Sözün özündən çox, ÖZün SÖZü önəmlidir. Fəqət anlayana. Əhdə vəfası olmayan adamlar təbii ki, rahatsız olacaqılar. Başı baş bilənə salam olsun.

-Necə düşünürsünüz, bir sənətçi üçün siyasi düşüncənin olmağı dərəcədə önəmlidir?

-Sənətçiləri sənətçi sənətkar olaraq düşünək. Bu istiqamətdən baxanda bizlər aşiqik, sənətçi deyilik. Sənətçilər yazılmışı, bəstələnmişi söyləyənlərdir. Sənətkarlar aşiqlər isə onları istehsal edənlər. İstehsal etdikləri nədir? Öz könül halları. ÜZlərini, fəlsəfələrini, dünyagörüşlərini, cəmiyyətdəki sosial mövqelərini da ortaya qoyub, öz inanclarında üz mənsubiyyətlərində yoğurub, bir növ xalqdan gələni xalqa verirlər. Belə halda öz inanclarını ifadələndirdikdə cəmiyyətin sosial toxunuşunun yansımalarını görürlər. Necə deyərlər, cəmiyyət səni alıb üz bildiyi bir yerə qoyar sən buranın adamısan deyər. O kimliyində sənin üz duruşun ortaya çıxar. Bizlərdə mənsubiyyət çox önəmlidir. Millətçi anlayışda olan insanlar üz milliyyətinin həssasiyyətini daşıyarlar. Əlbəttə ki, tərəf olmalıdırlar, amma ancaq üz millətindən, üz milliyyətindən yana.

Başqaları kimi düşünənlər başqaları kimi olur.

-Bir ozanın gördüyü yol daha uzundur. Sizə görə Turan sevdası nə qədər gerçəkdir?

-Min ildən əski, bir gündən yeni. Mən Turan sevdasına inananlardanam. Atası olmayanın ötəsi olmaz. Keçmişi olmayan bir millətin gələcəyi olmaz. Bu ideologiyanın başlanğıcını biz qoymadıq, bu sevdanın varoluş şəkli bizimlə başlamadı. Bu an bir gündən yenidir mənim üçün amma bu sevdaya inanmayanlar üçün min ildən köhnədir. Mənim xəyalım Turan birliyinin, Türk birliyinin qurulması Avropa birliyinin qapımıza gəlib bizi buraya alın deyə yalvarmasıdır. Dünya dövlətləri arasında təsir gücü olan bir birliyin qurulması, dünyada qədər Türk varsa hamısının acısıyla acı çəkmək, sevinciylə sevinməkdir istəyim. Bunu insan öz könlündə dərc etməlidir. Onsuz da vaxt çox azdır. Ömür dediyin yetmiş-səksən ildir. Bu ömrü öz millətinlə bərabər yaşamaq ürəyin arzusudur.

-Müsahibə üçün təşəkkür edirəm amma son olaraq Qarabağla bağlı diləklərinizi bilmək istərdim...

-Mən 1970-80-ci illərdə Qarabağ haqqında şeirlər yazdım. Orda belə bir beyt vardı:

Susuz qaldı Qarabağ, qərənfillər soluyor,

Türk milləti susduqca, rus qüvvətləniyor...

Azərbaycandakı bütün qardaşlarıma məndən salam götür, bunu yad bir adam olaraq deyil, EŞQlə, MƏHƏBBƏTlə götür. Allah onların başını dik etsin. Ermənistan işğal etdiyi torpaqlardan dəf olub getsin! Yaşasın Qarabağın azadlığı! Şuşanın bülbülləri təkrar ötməli!

 

 

Nigar İsfəndiyarqızı

Ankara

 

Kaspi.-2013.-8 yanvar.-S.15.