Serial rejissorlarının 95%-i qeyri-peşəkardır

 

 Rejissor Elşən Zeynallı: “Necə olur ki, titrlərdədövlətin vəsaiti hesabına istehsal olunubyazırlar, sonda isə sponsorların isimləri sadalanır?”

Qayınana”, “Məhkumlar”, “Həkimlər”, “Həyat varsa bu kimi serilların keyfiyyətindən danışmaq dərəcədə doğrudur? Hələ Anton Pavloviç Çexovun sanballı əsəri hesab olunanQağayı” demirəm...

Bu gün Azərbaycan tamaşaçılarının böyük bir qisminin xarici teleseriallara, xüsusilə qonşu ölkələrin seriallarına üz tutması yerli seriallarımızda böyük problemlər olduğundan xəbər verir. Respublika “Gənclər Mükafatı” laureatı, 50-yə yaxın bədii, sənədli televiziya filminin rejissoru Elşən Zeynallı bizimlə söhbətində yerli serillarımızın ssenari cəhətdən problem yaşadığını bildirdi. Onun sözlərinə görə, serial çəkərkən bizim mühiti bilmək, ona uyğun ssenari təklif etmək önəmlidir.

 

Dəhşətli bir məntiqsizlik

 

- Bu gün telekanallarımızda yer alan serialların ümumi mənzərəsini necə xarakterizə edərdiniz?

-Yerli filmlərin çəkilməsi bizə böyük sevinc gətirdi, çünki serialların hazırlanması xeyli sayda insanın işə cəlb olunması deməkdir. Yəni aktyorlarımız, rejissorlarımız artıq boş qalmayacaqlar. Serial fəaliyyəti yaradıcı insanları həm heyrətləndirdi, həm də sevindirdi. Onlara öz yaradıcılıqlarını realizə etmək üçün dövlət tərəfindən böyük şans yaradıldı. Qeyd edim ki, bu təşəbbüs biz yaradıcı insanlara dövlət tərəfindən göstərilən ən böyük etimaddır. Əsas məsələ odur ki, dövlət tərəfindən ayrılan maliyyənin nəyə sərf olunacağı məsuliyyətlə dəqiqləşdirilsin.

Məhsullar istehsal olunaraq efirdə göründükdən sonra problemlərin nədən ibarət olduğu aydın şəkildə göründü. Problem ondan ibarətdir ki, çəkilən filmlərin hansı fikrə və ideyaya qulluq etdiyi tamaşaçıya aydın olmadı. Yaradıcılıq nöqteyi-nəzərindən yanaşdıqda, filmlərin ssenariləri heç bir dramaturji qanunauyğunluğu özündə əks etdirmir. Çəkilən filmlərdə kinematoqrafiq qanunlara riayət olunmur. Bunun əziyyətini isə aktyorlar, operatorlar və filmdə çalışan digər yaradıcı insanlar çəkir. Obrazla desək, başda duran komandana döyüş mövqeyi məlum deyil. Yerli seriallarda tariximiz, milli dəyərlərimiz, mədəniyyətimiz özünü göstərmədi. Ayrılan maliyyənin müqabilində isə ucuz, keyfiyyətsiz, ideyasız, zövqsüz məişəti əks etdirən filmlərin şahidi olduq. Sonucda isə itirən Azərbaycan tamaşaçısı oldu. Bu yaxınlarda eşitdim ki, İctimai Televiziyanın bazasında “Qarabağnamələr” adlı çoxseriyalı televiziya filmi çəkilir. Azərbaycanın tarixindən bəhs edən filmin çəkilməsi sevindirici haldır. Filmin hansı səviyyədə alınması müzakirə obyekti olmasa da, təkcə nəyə xidmət edəcəyi, fikir yükü və ideoloji məqsədi bəllidir. Mən demirəm ki, bütün çəkilən seriallarımız tariximizdən bəhs etsin. Əsas odur ki, filmi izləyib bitirdikdən sonra “hə nə olsun?” sualı yaranmasın. Bu gün istehsal olunan seriallardan çox narazıyam.

– Narazılığınız nədəndir?

– Çəkilən serialların rejissorları peşəkarlıq nöqteyi-nəzərindən heç bir tələbə cavab vermir. Serial çəkənlərin demək olar ki, heç biri kinorejissor deyil. Filmi çəkən rejissor peşəkar kino industriyasından anlayışı olsaydı, bu filmlərin keyfiyyətinə də zəmanət olardı. Sözümə görə məni heç kim qınamasın. Rejissurada kinorejissor, teatr rejissoru, televiziya rejissoru məfhumu var. Bunlar hər bir sənət növünə uyğun estetik düşüncə tərzini özündə əks etdirir. Kino nə deməkdir? Kino hərəkət edən şəkildir. Filimdəki hadisələrdə rejissor fikri tamaşaçıya kino dili ilə çatdırılmalıdır. Gəlin görək, bu gün çəkilən seriallarımızın rejissorları bu dildə danışmağı bacarırlarmı? Onların 95%-i qeyri-peşəkar, özünü bu sahədə təsdiq edə bilməyənlərdir. Axı dövlətin ayırdığı maliyyəni sınaqlara sərf etmək ciddi məsuliyyətdir. Nədənsə bizdə bu, ilkin olaraq belə baş verdi. Mən inanıram ki, zaman gələcək, dövlət peşəkarlara daha çox etimad göstərəcək və onlar diqqət mərkəzinə gətiriləcək. O zaman milli teleseriallarımızın intibahı baş verəcək. Filmlər efirdə yayımlanan zaman titrlərdə təxminən belə bir mətn yazılır: “Azərbaycan dövlətinin ayırdığı vəsait hesabına istehsal olunmuşdur”. Sonda isə filmin istehsalına yardım göstərmiş sponsorların isimləri sadalanır. Bunu necə başa düşək? Bu filmlər dövlətin, yoxsa sponsorların maliyyəsilə çəkilib? Burada dəhşətli bir məntiqsizlik var. Onu da qeyd edim ki, Azərbaycan televiziya məkanında nümayiş olunan filmlərin sırasında nisbətən səmimi, tamaşaçının diqqətini özünə cəlb edən film rejissor Rövşən İsaxın çəkdiyi “Pərvanələrin rəqsi” serialıdır. Amma onun da bir neçə seriyası yayımlandıqdan sonra izləyən tamaşaçılarda ruh düşkünlüyü yarandı. Serialın davamı maraqsızlaşmağa başladı.

– Sizcə, buna səbəb nə oldu?

– Tamaşaçı serialı izləyir, ancaq serialda heç bir nəticə əldə olunmur. Hadisələr uzandıqca uzanır. Rejissorun burada nə demək istədiyi başa düşülmür.

– Komediya janrında çəkilən seriallar haqqında da eyni sözləri deyərdiniz? “Bacanaqlar”, “Bir kəndin sevinci”, “Üç bacı”, “Qayınana” və s. nəzərdə tuturam.

- Bizdə komediya janrında serial filmləri çəkilmir. Adlarını sadaladıqlarınıza film demək böyük qəbahətdir. Ardıcıllıqla davam edən sitqomların sırasında nisbətən, öz rəngarəngliyi, şaqrarlığı ən əsas peşəkar aktyor ansamblına görə diqqətə layiq olan “Space” televizyasında yayımlananÜç bacısitqomudur. Bu serialda televiziya estetikasına əməl olunur tamaşaçı bundan sadəcə, boş zamanını doldurmaq üçün istifadə edir. Onu bu tip tamaşaçılar üçün maraqlı edən, gözəl aktyor ansamblı peşəkar istehsalçı komandasının olmasıdır.

 

Çexovun sadəcə adı qalıb

 

Yerli seriallarımız niyə uğursuz alınır?

Hansı sahədəsə kompromisə getmək olar, anacaq bu sənət kompromisi sevmir. Kinoda gərək düşüncəni olduğu kimi həyata keçirməyi bacarasan. Bu gün dövlətin ayırdığı vəsaiti televiziyaların arasında bölmək, düşünürəm ki, məqsədəuyğun deyil. Çünki bu sahədə televiziyalar istehsalçı deyil, məhz yayımçı rolunda çıxış etməlidirlər. Televiziyalarda yayımlanan yerli seriallarımızdan danışmaq bir az gülüncdür. “Qayınana”, “Məhkumlar”, “Həkimlər”, “Həyat varsa bu kimi serilların keyfiyyətindən danışmaq dərəcədə doğrudur? Hələ Anton Pavloviç Çexovun sanballı əsəri hesab olunanQağayı demirəm.

– Bu filmlə bağlı bir çox iradlar tutulub, ancaq yenə çəkilişlər davam edir...

Sizə deyim ki, “Qağayıserialının rejissoru çox istedadlı teatr rejissordur. Onun iki tamaşasını izləmişəm çox da bəyənmişəm. Bu onun ifasında çox uğurlu alınıb. Bax görürsünüz ki, rejissura sahəsində hər sahənin peşəkarlıq bölümü var. Teatrda uğur qazanan rejissor ona aidiyyəti olmayan bir sahədə rejissor kimi fiaskoya uğrayır. Bu hal hər bir peşəkar insan üçün qəbuledilməzdir. Eləcə , A.P.Çexovun əsərindən əsər-əlamət belə saxlanılmadan bizim olmayaraq, bizim həyatımız kimi tamaşaçıya qəbul etdirmək, kinematoqrafiq baxımından qəbuledilməzdir. Həmin serialda Çexovun sadəcə adı qalıb. Bu dözülməz hadisədir. Mən Rusiya səfirliyinin yerinə olsaydım, bu filmin yayımlanmasına rəsmi olaraq etiraz edərdim. Qağayıserialından A.P.Çexovun adının çıxarılmasına cəhd edərdim. Şəxsən mən bir azərbaycanlı olaraq görsəydim ki, hansısa bir əcnəbi ölkədə Mirzə Fətəli Axundovun, Üzeyir Hacıbəyovun, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin əsərlərini bu halda təqdim edirlər, onun nümayiş olunmaması üçün əlimdən gələni edərdim.

- Prodakşnların hazırkı səviyyəsi barədə deyə bilərsiniz?

Azərbaycanda yeni nəsil prodüserlər yaranmaqdadır. Onları zaman yetişdirir. İndi prodakşınların heç bir dəstəkləri yoxdur. Prodüser filmin tək maliyyə tərəfini həll etmir. Prodüser generatordur, enerjiverici bir mənbədir. İstərdim ki, peşəkar insanları bir masa ətrafına dəvət edib, bu mövzunu yenidən müzakirə edək. Prodakşnların yaşam həyatı demək olar ki, yox səviyyəsindədir. Bəzi prodakşnlar var ki, film yox, filmdən pul çəkənlərdir. Bu gün dövlətimiz filmlərə maliyyə ayıranda kino çəkilir, ayırmayanda isə çəkilmir. Bu isə bütün bu sahənin inkişafı üçün kiçicik hərəkətverici stimuldur. Bu sahəyə xüsusi diqqət ayrılmalıdır.

Zibilcızma-qaralara necə maliyyə tapılır?

- Sizə maliyyə dəstəyi olsaydı, haqda film çəkərdiniz?

- Hazırda Mikayıl Müşfiqin həyatından bəhs edən psixoloji-triller janrında 45 seriyadan ibarət çoxseriyalı bədii televiziya filminin layihəsi üzərində işləyirəm. Bu alınsa, böyük ictimai rezonansa səbəb olacaq. Çünki burada zaman, tarix, məkan keşməkeşli insan taleyinin təzadları tamaşaçını ekran başında saxlayacaq. Tamaşaçı arxivlərdən qaldırılmış, damarlarda qanı donduracaq faktlar əsasında danışılan bir hekayətin şahidinə çevriləcək. Gərək bununla əlaqədar hər yerəxahişnamələryazım ki, bu filmi ekranlaşdıra bilim. Dövlətimizin ayırdığı maliyyə dəstəyini belə mövzulara yönəltmək lazımdır.

- Çox zaman yerli seriallarda ideyalar da türk rus seriallarından götürülür...

- Serial çəkərkən bizim mühiti bilmək, ona uyğun ssenari təklif etmək önəmlidir. Çox zaman rejissorlar Türkiyədən gələn hadisələri bizə adaptasiya edirlər. Misal üçün, “Xəzərteleviziyasında yayımlananHəyat varsaserialı qısa filmlərdən ibarətdir. Dramaturji hadisələrin Türkiyədən gətirilərək Azərbaycan həyatına mümkün olmasa belə, adaptasiya etdirilməyinə ehtiyac varmı? Əli Əmirli, Elçin Hüseynbəyli, Fehruz Mustafa, Kamal Abdulla kimi peşəkar dramaturqlarımızdan lazımınca istifadə olunmalıdır. Ssenari kino istehsalının bir hissəsi, etapıdır. Ona görə bu sahəyə peşəkar dramaturq ssenaristlərin cəlb olunması vacibdir. Dramaturgiya özü bir peşədir. Bu, kinonun bir hissəsidir. Ədəbiyyatı yaxşı bilən gənc nəslimiz yetişir. Onlarla çox işlər görmək olar. Onlar ssenarist kimi formalaşsalar, uğurlu işlərin öhdəsindən gəlməyi bacararıq. Amma bu sahəyə aidiyyəti olmayan, işi bacarmayan, ssenari dramaturgiya sözünün mənasını anlamayan insanlar bu gün bu işlə məşğuldurlar. Ola bilər, desinlər ki, Elşən Zeynallı özü serial çəkmir deyə belə sərt danışır. Əslində bu belə deyil, yaxşı, mən çəkmirəm. Siz çəkirsiniz, ancaq ortalıqda gözə dəyə biləcək elə bir nümunə yoxdur. Mən çox şeylər iddia edə bilərəm. Gərək hər kəs öz işi ilə məşğul olsun. Klipmeykerlər indi film çəkməyə meyillənib. Necə ola bilər ki, beləzibilcızma-qaralara maliyyə tapılır. Bu gün Elçin Musaoğlu, Vasif Məmmədzadə, Əli İsa Cabbarov, Tahir Əliyev, Vüqar Həmidov, Emin kinorejissor nəslinin bir çox nümayəndələri istehsal olunan çoxseriyalı filmlərdə rejissor deyillər.

 

 

Xəyal Rəis

 

Kaspi.-2013.-16 yanvar.-S.15.