Azadlığın yolu ədəbiyyatdan keçir

 

“Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim hissiyyatları oyatmağa çalışırlar, milli özünüdərki, milli oyanış, milli dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan gəlir”.

 

Təbii ki, ulu öndər Heydər Əliyevin dərin müşahidə və qənaətlərinin ümumiləşdirilmiş ifadəsi olan bu fikir əslində ədəbiyyatımızın yanında olan, bütün zamanlarda milli dəyərlərimizin, vətəndaşlıq duyğularımızın yaşadılması və inkişaf etdirilməsi çabası göstərmiş söz sənətimizin tarixi yerini düzgün dəyərləndirən Azərbaycan insanının mövqeyini ifadə edir. Deyək ki, insan üçün ana südü necə müqəddəs, əvəzolunmaz bir nemətdirsə, ədəbiyyat, söz sənəti üçün də azadlıq duyğuları, vətəndaşlıq qayəsi həmin dəyərdə olub. Ədəbiyyatımız bu sahədə heç vaxt seyrçi mövqe tutmayıb, milli dəyərlərə sədaqət, azadlıq, müstəqillik ideyalarına birmənalı mövqe sarıdan söz sənətimiz həmişə öndə gedib. Xalq şairi Səməd Vurğun

 

Kiçicik bir sudur yer üzündə Kür

Baxsan bu dünyanın xəritəsinə.

Bəs niyə qəlbimdə ümman döyünür

Mən qulaq asanda Kürün səsinə -

 

misraları ilə əslində bircə çayı ilə ölkəmizin dünyanın coğrafi xəritəsində tutduğu önəmli mövqeni ortaya qoyurdu. Şairin “niyə” sorğusunun cavabı, altında əslində bir ucu qardaş Türkiyədən başlayıb Xəzər doğmalığına can atan bir dünyanın, bar-bərəkət mənbəyinin bütöv obrazı göz önünə gətirilirdi. Eyni zamanda, vətənin kiçicik bir çayının belə hansı doğma, əbədi, əzəli doğmalıqdan keçib gəldiyinin sətiraltı anlamı diqqətə çatdırılırdı. Böyük şairin bu qürurlu misralarını məşhur “Azərbaycan” şeri daha da parlaq şəkildə irəli aparırdı. Elə bil ki, istiqlal şairi Əhməd Cavadın “Azərbaycan” şeirində ifadə edilən mətləbin davamı S.Vurğunun “Azərbaycan”ında bir az da cilalanır, bir az da tribun şəkildə ifadə etdirilirdi. Əhməd Cavad və Səməd Vurğundan başlayan bu tendensiya Məhəmməd Hüseyn Şəhriyarın “Azərbaycan”ında artıq öz mübarizə, siyasi yetkinlik iradəsini ortaya qoyur, azərbaycançılıq savaşının açıq-aşkar meydanından dünyaya səsləniş edirdi:

 

Könlüm quşu qanad çalmaz,

Sənsiz bir an, Azərbaycan.

Xoş günlərin getmir müdam

Xəyalımdan, Azərbaycan.

 

...Ya Rəbb, nədir bir bu qədər

Ürəkləri qan etməyin?

Qolubağlı qalacaqdır

vaxtacan, Azərbaycan?!

 

...Övladların vaxtacan

Tərki-vətən olacaqlar?

Ələ-ələ ver, üsyan elə,

Oyan, oyan, Azərbaycan!

 

...Şəhriyarın ürəyi

Səninkitək yaralıdır.

Azadlıqdır mənə məlhəm,

Sənə dərman, Azərbaycan!

 

Bu, təkcə doğma vətənimizin təbiət gözəlliklərini, bol sərvətini, iqlim özəlliklərini ortaya qoyan poetik tərənnüm, tablo yox, azadlıq savaşının yolunu açan, istiqlala, hürriyyətə səfərbər edən himn, hayqırtı idi.

 

Öz zamanında türkçülük, eyni fikir ucalığı ilə azərbaycançılıq düşüncəmizin formalaşması irəli aparılması yolunda M.Ə.Rəsulzadə, Əli bəy Hüseynzadə, Ə.Ağaoğlu, Ziya Göyalp başqaları hansı mücadiləni, hürriyyət savaşını aparıblarsa Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Şəhriyar, Söhrab Tahir, Balaş Azəroğlu, Əlu Tudə, Məmməd Araz, Nəriman Həsənzadə, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Şahmar Əkbərzadə, Rüstəm Behrudi başqaları da həmin fikir-düşüncə ucalığıyla yazıb-yaradıblar. Birmənalı demək olar ki, Azərbaycan milli düşüncəsinin totalitar sovet imperiya siyasətinə yenilməməsi yolunda şair yazıçılarımız əsl fədai kimi fəaliyyət göstərmiş, mədəniyyətimizixalqımızın milli sərvəti intellektual mülkiyyətinə çevirə bilmişdilər”. Onların, bütün basqı təzyiqlərinə baxmayaraq Azərbaycan insanınınyeni əsrə, yeni müstəqilliyə Qorqud irsinin bayrağı altında, Qorqud övladları, Qorqud mənəviyyatını yaşadan insanlar kimi qədəm qoymasında müstəsna xidmətləri olub.

 

Hələ vaxtilə xalq yazıçısı Mirzə İbrahimov böyük Azərbaycan şairi M.H.ŞəhriyarınHeydərbabaya salampoemasından bəhs edərkən bu gözəl əsərin tarixi yeri aşıladığı vətəndaşlıq duyğusundan bəhs edərkən dərin qədirbilənlik hissi ilə yazırdı: “Bu poema şairin vətənpərvərlik duyğularının, humanizminin parlaq ifadəsidir. Bütün bunların içində böyük bir ürəyin həsrəti duyulur, çox uca bir amalın işığı görünür, şairin yaxşılığa, milli oyanışa, birliyə çağıran rübabının səsi qulağımıza gəlib çatır”.

 

Ədəbiyyatımızda milli azadlıq mücadiləsinin Mirzə Cəlil, Əli bəy Hüseynzadə, H.Cavid, Ü.Hacıbəyli, Cəfər Cabbarlı, Əhməd Cavad örnəkləri var. Bu mücadilə Mirzə İbrahimov, Mir Cəlal, Bəxtiyar Vahabzadə, Balaş Azəroğlu, Söhrab Tahir, Məmməd Araz kimi yazıçı şairlərin timsalında zaman-zaman davam inkişaf etdirilib.

 

Görkəmli yazıçı Mir Cəlalın məşhurBir gəncin manifestiəsərinin qəhrəmanlarından ən unudulmazlarından biri olan Sona ana ehtiyac üzündən bazara çıxardığı cehizlik xalçasını daha çox pul təklif edən xarici, gəlmə adama satmayıb, “itə ataram, yada satmaram”-deyə onun təklif etdiyi puldan imtina etməsi əslində xalqımızın milli mücadiləsinin manifesti idi. Bu səhnə hər bir Azərbaycan insanının üzünə milli düşüncənin, özünüdərkin qapısını açırdı cəsarətlə demək olar ki, Mir Cəlalın Sona ana obrazına qədər heç bir sovet yazıçısı milli baxışın, düşüncənin açıq-aşkar savaşını bu qədər dolğunluğu qabarıqlığı ilə verə bilməmişdir. Bu obraz əslində ayrı-ayrı fərdin, mücadilə fədailərinin yox, bütöv xalqın, millətin ümumiləşdirilmiş obrazı olaraq hər kəs üçün başa düşülən, dərk olunan əziz idi. Sona xanımınitə ataram, yada satmaramkəlməsi əslində bu baxımdan mətnin ümumi tərkibindən alınaraq ayrıca aforizm şəklində işlənməyə başlanmışdı. Azərbaycan oxucusu bu aforizmin daşıdığı daxili mənaya hesablandıqca dönüb Sona ananın özü olur, onun əxlaqı düşüncəsinə hesablanırdı. Bu baxımdan, Mir Cəlalın Azərbaycan oxucusuna daha yaxın olan Sona ana obrazı xalqımızın mənəvi yaddaşında parlaq bir xalq qəhrəmanı simvolu olaraq həmişə yaşayır xatırlanır.

 

Nəsrdə Mirzə İbrahimovunGələcək gün”, Fərman KərimzadəninQarlı aşırım”, Mövlud SüleymanlınınKöç”, Sabir ƏhmədlininAranəsərlərinin ehtiva etdiyi azadlıq mücadiləsi poeziyadaHeydərbabaya salam” (Şəhriyar), “Gülüstan” (B.Vahabzadə), “Nəriman” (N.Həsənzadə) poemalarında, R.Rza S.Rüstəmxanlının şəhər sovetinin sədrinə ünvanladıqları şeirlərində öz parlaq tribun fəaliyyətini ortaya qoyur, yetişməkdə olan nəslin ideya-məfkurə gəlişmələrinə milli azadlıq mübarizəsi nöqteyi-nəzərindən istiqamətverici təsirini göstərirdi. Belə deyək ki, adlarını çəkdiyimiz əsərlərin hər biri öz dövrü üçünbütöv bir ordunun görə biləcəyi işi təkbaşına yerinə yetirə bilmiş”, tarixi vəzifələrini ləyaqətlə başa vurmuşlar.

 

Təəssüf hissi ilə qeyd olunmalıdır ki, bəzən bu böyük haqların üstünə kölgə salmaq çabaları olur. Milli düşüncəmizin formalaşmasında, azadlıq mücadiləmizin inkişafında, daha geniş şəkildə vüsət tapmasında xüsusi əməyi olan şair yazıçılarımızın parlaq yaradıcılığı üstünə kölgə salmaq cəhdləri olur. Unudulur ki, xalq şairi Süleyman Rüstəm məşhurZalım, sən mənim ana dilimə dəymə”, “Deyirəm ki, bu quruluş dağılacaqmisralarını, Şəhriyara məktublarını məhz o çətin illərdə yazıb. Rəsul Rza fil”, “Sarı dana”, “Qaz onun balalarıkimi şeirlərini o illərdə nəşr etdirib. Xəlil Rza UlutürkƏsl Azərbaycan oğullarını öz kişi bətnimdən doğacağam mənmisralarını o illərin senzura basqıları altında yazıb. Şahmar ƏkbərzadəMərkəzi poçtxanaşerini, Məmməd Araz, Məmməd İsmayıl, Söhrab Tahir Cənub həsrətli şeirlərini o illərdə oxucu diqqətinə təqdim ediblər.

 

Bu əsərlərin hər biri qaranlıqda parlayan, bir anda yüzilliklərin qatı dumanını yarıb keçə bilən nicat işığı kimi xalqın azadlıq yolunu işıqlandırıb, ona istiqamət, başlıca olaraq milli dirəniş gücü verib. Nüsrət KəsəmənlininQəhrəman şəhərlər cərgəsinə siz yazın, Bakımın da adını yazın!” səslənişi məhz bu düşüncələrdən, bu örnəkdən gəlirdi. Xəlil RzanınAzadlığı istəmirəm zərrə-zərrə, qram-qram, qolumdakı zəncirləri qıram gərək, qıram gərək!” dirənişi məhz bu mücadilə silsiləsindən qaynaqlanırdı. Rəsul Rza bu təməl üzərindən səslənirdi ki, mübarizə bu gün var, yarın damən onun ən ön sıralarında!

 

Filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın yazdığı kimi, Azərbaycançılıq ideologiyasının ardıcıl məqsədyönlü formalaşması yolunda ədəbiyyatımız həmişə böyük mücadilə aparıb bu örnəklər yetərincə öyrənilməli, tədqiq olunmalıdır.

 

Gülayə

Kaspi.-2014.-12-14 iyul.-S.15.