Peşəkar jurnalist, dəyərli insan

 

İbrahim Məmmədov - 50

 

İyul ayının 16-da tanınmış teleaparıcı, siyasi şərhçi, AzərbaycanınƏməkdar jurnalisti”, ən əsası isə gözəl insan İbrahim Məmmədovun doğum günüdür. O, 1964-cü ilin bu günündə Zərdab rayonunda anadan olub, sonradan ailəsi ilə birlikdə Göyçay rayonuna köçüb. Göyçayda orta məktəbdə təhsil almağa başlayıb. Uşaqlığı yeniyetməliyi burada keçən İ.Məmmədov orta məktəbi müvəffəqiyyətlə bitirərək, ali təhsil almaq üçün sənədlərini N.Tusi adına Pedaqoji Universitetinə verib. İmtahanlardan uğurla keçərək tələbə adını qazanıb. Gənclik tələbəlik illərini oxumağa, öyrənməyə həsr edərək universitetin tarix-hüquq ixtisasını fərqlənmə diplomu ilə bitirib.

 

Müstəqil həyata vəsiqə qazanaraq əmək fəaliyyətinə başlayıb. Ölkəmizin müxtəlif media qurumlarında, o cümlədənAzadlıqqəzetində, “Space” ANS telekanallarında çalışıb. İ.Məmmədov ən böyük nailiyyətlərə televiziya sahəsində işləyərkən imza atıb. O, 2006-cı ildən indiyədək Azərbaycan Televiziya Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. Hal-hazırda Azərbaycan Televiziya Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində sədr müavini İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru vəzifəsində fəaliyyətini davam etdirir. Bu redaksiyada İ.Məmmədovun müəllifi aparıcısı olduğuHəftəanalitik informasiya proqramı hazırlanır. Proqram Azərbaycanın ictimai-siyası həyatında, eləcə dünyada baş verən ən mühüm hadisələrə həsr olunur. Bundan başqa, redaksiyadaGünün nəbzi”, “Əsas məsələ”, “Bizim planet”, “Kənd saatı”, “Keyfiyyət möhürüverilişləri hazırlanır.

 

İ.Məmmədov baş redaktor olmaqla yanaşı, öz ssenarisi əsasında müxtəlif sənədli filmlərə müəllifik edib. O, ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətindən bəhs edənLiderlik missiyasıadlı üçhissəli sənədli filmi ərsəyə gətirməklə, Azərbaycan teleməkanında yeniliyə imza atıb. Bu filmin çəkilişləri Azərbaycanla birlikdə Rusiya, ABŞ, Fransa digər ölkələrdə aparılıb. Filmdə tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyevin həyat fəaliyyəti, keçdiyi şərəfli ömür yolu dəyərli faktlarla tamaşaçılara çatdırılıb.

 

Onun redaktorluğu, ssenari müəllifliyi aparıcılığı ilə Azərbaycan Dövlət Televiziyasında ərsəyə gətirilənSovet imperiyasının gizlinlərı: Qriqoryanın işisənədli filmi isə erməni dezinformasiyanın qarşısının alınmasına, Sumqayıt hadisələrinin əsl mahiyyətinin açılmasına xidmət edən sanballı ekran əsəridir. 3 saat 15 dəqiqəlik bu filmdə 1988-ci ilin fevralında baş vermiş Sumqayıt hadisələri ətraflı araşdırılıb. Şahid zərərçəkmişlərin çıxışları ilə yanaşı, sənədli ekran əsərində istefada olan polkovnik leytenant, 1954-cü ildən DTK-da işləyən Yuri Stepanoviç Qalasilkin, 1988-1992-ci illərdə Sumqayıt şəhər icraiyyə komitəsi sədrinin birinci müavini işləmiş Əli Həsənov, istefada olan general, 1969-1991-ci illərdə SSRİ DTK-nın 5-ci idarəsinin, siyasi əks-kəşfiyyatın rəisi Filip Bobkov, DTK-nın Sumqayıt şöbəsinin keçmiş əməkdaşları Asif Cəbrayılov, Hacıəli Hacıəliyev, SSRİ Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi işləmiş Vladimir İvanoviç Kaliniçenko, 1988-ci ildə SSRİ Prokurorluğunun istintaq qrupunun üzvü olan Niyazi Vəlixanov, 1986-1990-ci illərdə Sov İKP MK-nın milli məsələlər üzrə katibi olan Aleksandr Yakovlev, 1988-ci ildə cinayətkar qrupun məhkəmə prosesinin hakimi Mənsur İbayev o zaman dövlət ittihamını müdafiə edən Aslan İsmayılovun fikirlərinə geniş yer verilib. Filmin hazırlanması prosesində 34 cilddən ibarət cinayət işi bütün xırdalıqlarına qədər öyrənilib təhlil edilib, AzTV-nin, MTN-in arxiv materiallarından istifadə olunub. Cinayət işləri arxiv sənədləri əsasında 1988-ci ildə Sumqayıt şəhərində baş vermiş talanların Ermənistanın millətçi dairələri, Mixail Qorbaçov yaxın ətrafı, sovet DTK- tərəfindən hazırlanmış təxribat olduğu tam sübuta yetirilib.

 

Məhz buna görə, Mədəniyyət və Turizm Nazirliyi, “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti, “HumayMilli Mükafatı Akademiyasının təşkilatçılığı ilə keçirilən mərasimdə televiziya nominasiyası üzrə AzTV-nin ictimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru İ.Məmmədov “Humay” mükafatına layiq görülüb. Azərbaycan TeleviziyaRadio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti isə xüsusi diplomla təltif edilib.

 

Bundan başqa İ.Məmmədov Prezident İlham Əliyevə həsr olunmuşBöyük yolun davamçısı”, qədim dövrlərdən bu günə kimi Azərbaycan bayraqlarının tarixindən bəhs edən “Yüksəlişə üçrəngli yol” sənədli ekran əsərlərinin müəllifidir. O, eyni zamanda AzTV-nin ictimai-siyasi proqramlar baş redaksiyasının hazırladığı “Birinci respublika” “Atatürk”, “Üç min illik təhsil”, “Döyüşlərdən doğulmuş şəhər” və digər sənədli filmlərin redaktorudur.

 

Bu gün ömrünün 50 ilini arxada qoyan İ.Məmmədovun adı çəkiləndə onun rəhbərlik etdiyi kollektivin gözləri önündə – “Biz öncə həmkar, yoldaşıyıq, sonra isə vəzifə bölgüsü gəlir”, “Mənim ən böyük statusum jurnalist olmağımdır” – deyən peşəkar jurnalist, həftənin 7 günü başında olan dəyərli ziyalı təsəvvürü canlanır. Onu daha yaxından tanıyanlar üçün isə İ.Məmmədov həm də sözün əsl mənasında Böyük İnsandır! O, statusundan asılı olmayaraq, İnsana, İnsanlığa dəyər verən, hamıya hörmətlə yanaşan, özünə inam yaradan, güvən verən, “sən bunu etməyə qadirsən, sən bunu bacaracaqsan” – deyən, Ədalətli, Vicdanlı, Xeyirxah, Doğru, Dürüst bir İnsandır! Onun qəbul günləri, filan yoxdur. Qapısı hər kəsin üzünə açıqdır.

 

«Kaspi» qəzetinin kollektivi əməkdar jurnalist İbrahim Məmmədovu 50 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, gələcək fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayır.

 

Rufik İsmayılov

Kaspi.-2014.-16 iyul.-S.7.