Yeni mövsümə yeni filmlərlə

 

Bakı kinoteatrları tamaşaçılara ən son çəkilmiş xarici filmləri təqdim edəcək

 

Qəzetimizin ötən saylarında mədəniyyət evlərinin, teatrların və eləcə də mədəniyyət mərkəzlərinin yeni mövsümə hazırlıqları barədə sizi agah etmişdik. Bu dəfə isə kinoteatrların yeni mövsümdəki repertuarına nəzər yetirdik.

Öncə onu qeyd edim ki, paytaxtımızda yerləşən bəzi kinoteatrlar əyləncə mərkəzlərinin tərkibində yerləşər ki, burada insanlara əylənmək və zamanlarını asudə keçirmək üçün hər bir imkan yaradılıb. Həmin məkanlara bircə dəfə getmək kifayət edər ki, Avropa standartlarına uyğun tikilmiş möhtəşəm əyləncə dünyasının şahidi olasınız.

Biz də paytaxtımızda yerləşən cinema mərkəzləri ilə əlaqə saxlamağayeni mövsümdəki yenilikləri ilə tanış olmağa çalışdıq. Cinema mərkəzlərinin mətbuat nümayəndələri ilə nə qədər əlaqə saxlamaq istəsək də, cəhdimiz boşa çıxdı. Bir neçə dəfə cəhd etdikdən sonra “28 cinemadan bəzi məlumatları əldə edə bildik. Digər cinema mərkəzləri ilə saytlarda verilən nömrələrlə əlaqə saxlamağa çalşsaq da, cəhdlərimiz bəhrəsiz oldu. Həmin əyləncə mərkəzlərinin işlək olan saytlarından yalnız yeni mövsümdə nümayiş olunacaq filmlərin adlarını öyrənə bildik.

Neftçilər prospekti 1-də yerləşən “Park Bulvar” əyləncə mərkəzi və Nərimanov rayonu ərazisində yerləşən “Metro Park” ticarət və əyləncə mərkəzi ilə əlaqə saxladıq. Demək olar ki, hər iki məkanda seanslar bəzi vaxtlarda eynilik təşkil edir. Əyləncə mərkəzlərində yerləşən Park Cinemanın film siyahısına nəzər yetirdik. Öyrəndik ki, bu mövsümdə də kinoteatrın repertuarı ötən ilki kimi rəngarəng olacaq. Belə ki, kinoteatrların repertuarında dünyanın müxtəlif ölkələrində yeni çəkilən və nümayişi yalnız kinoteatrlarda nəzərdə tutulmuş filmlər tamaşaçılara təqdim olunacaq.

 

Dünyada ən son çəkilən filmlər

 

Qarşımıza ilk olaraq Fransa istehsalı olan Lyuk Bessonun rejissorluğu ilə hazırlanmış “Lyusifilmi çıxdı. Skarlett Yohanssonun, Morqan Frimanın, Anali Tiptonun, Yohan Filip Asbekin iştirak etdiyi bu film fantastik janrdadır. 12 yaşından yuxarı uşaqların izləyə biləcəyi film sentyabrın 11-dən tamaşaçıların ixtiyarına buraxılacaq.

Sentyabrın 11-dən etibarən sözügedən kinoteatrlarda “Ədviyyələr və ehtiraslar” adlı növbəti filmin nümayişi də nəzərdə tutulub. Amerika istehsalı olan filmin rejissoru Lasse Hallstryomdur. Baş rollarda isə Helen Mirren, Şarlotta Le Bon, Maniş Dayal, Roen Çand, Cuxi Çavla iştirak edəcəklər. Film dram janrında lentə alınıb. 16 yaşından yuxarı uşaqlar üçün nəzərdə tutulmuş filmdə Fransaya köçüb, orada fransız restoranı ilə üzbəüz yeməkxana açan bir Hindistan ailəsinin başına gələn əhvalatlardan bəhs edilir.

Sentyabrın 18-də isə həmin kinoteatrlarda “Yaşıl əjdahaların qisası” filminin nümayişi nəzərdə tutulub. Amerika istehsalı olan filmin rejissorları Vey Keunq Lau, Endryu Ludur. Əsas obrazları isə Castin Çon, Kevin Vu, Qarri Şam-kiç, Rey Liotta, Cin Onq, Syuya Çanq canlandırır. Film dram janrındadır. Əsasən savaş kriminala həsr olunub. Film XX əsrin 80-90-cı illərində Nyu-Yorkda mühacirlərin tarixçəsindən bəhs edir.

Paytaxt sakinləri oktyabrın 23-də ailəvi komediyaya həsr olunmuşQəhrəmanlar şəhəriadlı animasiya filminə baxa biləcəklər. ABŞ istehsalı olan filmin rejissorları Don Holl, Kris Uilyamsdur. Rollarda TiCey Miller, Ceymi Çunq, Maya Rudolf iştirak edirlər. Gənc Xiro Xamada anadangəlmə ixtiraçı robotlar yaradılmasının dahisidir. O, böyük qardaşı Tadaşi ilə birlikdə gələcəyin şəhəri San-Fransokioda Texniki universitetdə ən qabaqcıl ideyaları həyata keçirirlər. Bir sıra müəmmalı hadisələrdən sonra dostlar hiyləgər sui-qəsdin mərkəzinə düşürlər. Ümidini itirən Xiro şən mehriban eksperimental robot Beymaksı möhkəm döyüş maşınına çevirməyi bacarır.

Kinoteatrların repertuarındakı növbəti yeni film isə yenə Amerika istehsalı olanİstəyirəm. Bacarmıramfilmidir. Filmin rejissoru Den Birsdir. Rollarda isə Alan Tyudik, Kreyq Roberts, Keti Findley, Otem Dial, Karlson Yanq çəkiliblər. Komediya janrında lentə alınan film 16 yaşından yuxarı olanlar üçün nəzərdə tutulub. Filmin mövzusu yuxarı sinif məzununun həm şəxsi həyatında, həm təhsilində ən vacib gündən bəhs edir. Filmdə hər şey finala çatmamış dağılır. O, növbəti gün oyanaraq anlayır ki, “Marmot Günü”nə düşüb. indi o, həmin vacib günün hadisələrini hər şey qaydasına düşməyincə yenidən yenidən yaşayacaq. Bəs o, zaman ilgəyindən çıxıb öz yeniyetmə xəyallarını reallaşdıra biləcəkmi?

Sentyabrın 15-də kinoteatrlardaBədheybətlər ailəsinümayiş olunacaq. Qrehem Enneybl, Entoni Stakkinin rejissorluğu ilə çəkilən filmdə El Fanninq, Saymon Peqq, Toni Kollett, Ayzek Hempsted-Rayt, Ben Kinqsli, Treysi Morqan rol alıblar.

Oktyabrın 9-da isə kinoteatrlardaDrakulafilmi təqdim olunacaq. Qari Şorun rejissorluğu ilə çəkilən filmdə Lyuk Evans, Sara Qadon, Samanta Barks, Çarlz Dens, Dominik Kuper, Zek MakQoun iştirak edirlər. Film dəhşət, fentezi, savaş dram janrındadır. 12 yaşından yuxarı uşaqlar üçün nəzərdə tutulmuş filmin mövzusuna görə, Vlad Drakula böyük hökmdar, şanlı döyüşçü ehtiraslı bir kişi idi. Lakin tale onu hiyləgərliyi sərhəd bilməyən düşmən ilə görüşdürür. onda Drakula inanılmaz gücü əbədi cana dəyişmək üçün saziş bağlayır.

Sentyabrın 25-də tamaşaçılar Rusiya istehsalı olanDüzəliş sinifi”ni izləyə biləcəklər. Filmin rejissoru İvan İ.Tverdovskidir. Filmdə Mariya Poyezjayeva, Nikita Kukuşkin, Filipp Avdeyev, Olqa Lapşina, Natalya Pavlenkova, Yuliya Serina rol alıblar. 16 yaşından yuxarı olanların izləməli olduğu filmdə ilk sevginin yaranması üçün dünyanın ən yaxşı yeri müzakirə olunacaq.

 

Yeni mövsümə xeyriyyə layihəsi ilə

 

“28 Cinema” isə mövsüməDostuna kömək etxeyriyyə layihəsi ilə start verəcək. Dünəndən etibarən Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema”da xeyriyyə aksiyasına start verilib. Kinoteatr qarşıdan gələn yeni tədris ili ilə əlaqədar olaraqDostuna kömək et” layihəsi keçirir.

Xeyriyyə layihəsi çərçivəsində artıq hər kəs ehtiyacı olan uşaqlara yardım edə biləcək. Bunun üçün lazım olmayan məktəb ləvazimatlarını “28 Cinemaya gətirmək və bununla da ehtiyacı olan uşaqlara kömək etmək mümkün olacaq. Qeyd edək ki, “28 CinemaKorporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində ehtiyacı olan uşaqlara müxtəlif dəstək və xeyriyyə layihələrini davamlı olaraq keçirir.

“28 Cinema” kinoteatrında tezliklə nümayiş olunacaq filmlərin siyahısına nəzər yetirdikdə müxtəlif ölkələrin filmlərinə rast gəlmək mümkündür. Belə ki, kinoteatrda sentyabrın 11-dən “ZipZap və şüşəli şarlar Klubu” adlı macəra dolu komediya nümayiş olunacaq. İspaniya istehsalı olan filmin rejissoru Oskar Santos Qomesdir. Rollarda Xavyer Gutyerres, Raul Rivas, Deniel Tserezo, Klaudiya Veqa, Fran Qersiya iştirak edirlər.

Filmdə ZipZap qardaşlarını tərbiyəvi “Ümid” mərkəzinə göndərirlər. Mərkəzin direktoru təkgözlü Falkonnetidir. Az sonra qardaşlar anlayırlar ki, bura ümumiyyətlə oynamağa icazə verilməyən bir yerdir. Ona görə onlar şüşəli şarlar Klubu (İspaniyada uşaqlar üçün məşhur şarlar oyunudur) yaradırlar, bu isə uşaqların böyüklərin hakimiyyətinə qarşı müqavimət simvoluna çevrilir.

Sentyabrın 11-də “28 Cinemada “Ədviyyatlar və ehtirasfilmi nümayiş olunacaq. Elə həmin gün Avstraliya və ABŞ istehsalı olanRoverfilminin nümayişi gözlənilir. Filmin rejissoru Devid Mişodur. Obrazları Gay Pirs, Tavanda Maniymo, Skut MakNeyri, Devid Fild, Skott Perri canlandırırlar. Hər kəsin izləyə biləcəyi filmin baş qəhrəmanı vəhşi Avstraliya təbiəti boyunca avtomobilini oğurlayan dəstəni izləyir və özü də tələyə düşür.

Sentyabrın 11-dən 25-nə kimi uşaqlar üçünPoçtalyon Pet 3D“ filmi nümayiş olunacaq. Böyük Britaniyanın istehalı olan filmin rejissoru Maykl D’İsa-Hogandır. Rollarda isə Devid Tennant, Rupert Qrint, Cim Brodbent, Stefen Mengen, Greg Ellis çəkiliblər.

Kann film festivalı”nda əsas mükafatı qazanan Nuri Bilge Ceylanın “Qış yuxusuda repertuarda yer alıb. Sözügedən film sentyabrın 18-dən oktyabrın 2-nə kimi nümayiş olunacaq. Rollarda Haluk Bilginer, Melisa Sözen, Demet Akbağ iştirak edirlər.

Musiqisevərlərin diqqətinə çatdıraq ki, bu mövsüm Azərbaycan Dövlət Filarmoniyası onlar üçün rəngarəng proqram hazırlayıb. Filarmoniya bu mövsüm tamaşaçılara vaxtlarını asudə keçirmək üçün gözəl proqram təklif edir. Belə ki, sentyabrın 15-də Filarmoniyanın səhnəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbər və baş dirijoru Teymur Göyçayevin quruluşunda musiqi dinləyə biləcəklər. Yeni mövsümə musiqi festivalı ilə başlayan Filarmoniyada sentyabrın 18-də Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalının açılışı baş tutacaq. Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Rauf Abdullayevdir. Solist isə Hollandiya ifaçısı İlya Qrubertdir. Festival çərçivəsində baş dirijor Yevgeni Buşkovun timsalında Belorus Dövlət Kamera Orkestri musiqisevərlərə təqdim olunacaq.

 

Xəyalə Rəis

 

Kaspi. - 2014.- 9 sentyabr.- S. 12.