Memarlarımızın beynəlxalq qurumlarla sıx əlaqəsi şəhər fəlsəfəsini bərpa edəcək

 

Bu ilin oktyabrında yerli memarlıq fakültələrinin buraxılış diplom işlərinin Beynəlxalq baxış müsabiqəsi keçiriləcək və bu sərgiyə ABŞ -ın American İnstitute of Architectsin (AİA) Nyu-York bölməsinin icraçı direktoru Rik BellPrezidenti Lans Cey Broun gəlmək arzusundadır. Onların Bakıda olmasından istifadə edib AİA üzv olmaq çox asan olar. Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının baş müəllimi, Azərbaycan Memarlar İttifaqının üzvü İlqar Əliyevin fikrincə, həmin təşkilata üzv olan yerli memarların qapıları dünyanın hər yerinə acıq ola bilər.

İlqar müəllim cəmiyyətdə yaxşı tanınır. Xaricdə də nüfuza malik olan mütəxəssisdir. O, bir neçə dəfə üzvü olduğu Amerika İnşaat Dizayn İnstitutunun (AİDİ) “Amerika inşaat dizaynı mükafatları” (American Residential Design Awards) müsabiqəsinin qalibi (1997, 1998) və

ikincisi (2008, 2013) olub. “Bütün ailə üçün böyük ev” layihəsi hələlik onun sonuncu beynəlxalq uğurudur – adıçəkilən müsabiqədə “Konseptual dizayn” nominasiyasının qalibidir. Müəllif iki şərti adada yerləşərək körpü vasitəsilə birləşən fərdi evin lahiyəsilə geniş münsiflər heyətinə

böyük bir ailənin yaşlı və gənc üzvlərinin birlikdə yaşamasının mümkünlüyünü sübut edib.

Özünün dediyinə görə, layihə Şərq fəlsəfəsinin bəhrəsidir – bu konsepsiya həm də böyük ailədən uzaq düşən Qərb üçün nümunədir. İlqar müəllim qlobal miqyaslı müsabiqədə 1997-ci ildən iştirak edərək qarşısına Azərbaycanı dünyada tanıtmağı məqsəd qoymuşdur. Onun fikrincə,

Bakını ən cəzbedici, ən gözəl paytaxt etmək mümkündür. “Velosipedin ixtirası”na ehtiyac yoxdur – sadəcə memarlıq sənətinə və normativlərinə qiymət qoyulmalıdır. Nəinki beynəlxalq nailiyətləri, həm də sahədəki nüfuzu və hörməti onu dəyərli söz sahibi edir. Onunla müsahibəni diqqətinizə çatdırırıq.

- Bu il keçmiş Sovetski küçəsində evlər alınıb sökülməyə başladı. Bu barədə və ümumiyyətlə bu ərazi barədə memar kimi nə deyə bilərsiz?

- Xatırladaq ki, ora çox acınacaqlı və biabırçı vəziyyətdədi, bu ərazini ümumiyyətlə belə saxlaya bilmərik. Mənim konsepsiyama görə, o tikililəri tam yox, sovet dövründə tikilən və tarixə aidiyyəti olmayan tikililəri sökməklə həmin ərazini qədimləşdirmək olar. Hər məhəllənin içərisini yaşıllıqla bol etmək və bu əraziyə BAYIR ŞƏHƏR adı verməklə turistlər üçün gözəl, tarixi qədim olan bir məkana çevirmək mümkündür. Soruşacaqsınız - niyə “Bayır şəhər”? Azərbaycan Elmlər Akademiyasının ,,Memarlıq abidələrinin qorunması və bərpa problemləri, şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rahibə xanım Əliyevanın fikri ilə desək, bu ərazinin müasir memarlığında orta əsr tikililərinin çoxunu XIX-XX əsrin əvvəllərində inşa olmuş tikililər əvəz etsə də, məhəllələrin şəhərsalma quruluşu özünü saxlamışdı. Yəni bu ərazinin tarixi İÇƏRİ SƏHƏRDƏKİ Şirvanşahlarının dövrü ilə bağlılığı var. Bu barədə mən 2014 əvvəlində ABŞ Nyu-York şəhərində olanda Amerika Arxitektura İnstitutunun (The American Institute of Architects) qərargahında memarlıq doktoru Mark Xidekel ilə söbət etdimdünya praktikasında belə ərazilərin aqibəti haqda soruşdum. Mark Xidekel Sankt Peterburq şəhərində çox tarixi binalar və ərazilərin bərpa layihələrin müəllifi olmağına baxmayaraq, o Nyu-Yorkun Kolumbiya universitetinin professoru qədim şəhərlərin bərpası və saxnalılması üzrə aparıcı mütəxəssis Jorj Oteqo Paylosnan məsləhətləşərək bildirdi ki, Sovetskini turizm mərkəzi kimi saxlanması məsləhətdir, çünki bu ərazi gələcəkdə büdcəyə milyonlarla gəlir gətirəcək və bu sahədə yardım göstərməyə hazır olduqlarını bildirdilər. Mən də bu mövzuda başqa layihələrə alternativ variant kimi öz təklifimi vermişəm və gözləyirəm. İnşaallah, bəyənilər.

- Sizin Beynəlxalq müsabiqələrdə qalib olan işlərinizdə əsas hansı meyarlar nəzərə alınıb?

- Mənim işlərimdə əsasən Abşeron tərzi diqqətləri cəlb edib. Bakının xarakterik iqliminə məxsus layihələrim xaricdə daha çox maraqla qarşılanıb. Düşünürəm ki, Azərbaycan memarlığının özünün xüsusi cizgiləri varbu da başqa ölkələrdə seçilir, maraq doğurur.

- Hazırda yeni memarlıq layihələrində sizi qane etməyən məqamlar varmı?

- Əsas məsələlərdən biri bəzi layihələrdə əlillərin və yaşlı insanların nəzərə alınmamasıdır. Məsələn, böyük parkın tikilməsi hamıya sevinc gətirir. Nəzərə alsaq ki, parkda əsasən yaşlı təbəqə, uşaqlar, eləcə də əlillər istirahət edir, bu zaman parka daxil olmaq üçün rahat keçidlərin olması vacibdir. Parka keçidlərdə sıfırdan başlayan panduslar olmalıdır, yanı üstə qoyulmuş bordür daşı problemi həll etmir. İkinci məsələ isə yeni yaradılan memarlıq nümunələrinin təkcə paytaxtda deyil, bölgələr də layihələndirilməsidir. Çox istərdim ki, bölgələrimizdə gözəl müasir memarlıq nümunələri yaradılsın, bu sahə inkişaf etsin. Böyük memarlıq nümunəsi olan daha çox muzeybaşqa binalar tikilsin. Məsələn, Almaniyanın Essen şəhərində dünyanın tanınmış ingilis memarı Foster tərəfindən RED DOT böyük dizayn muzeyinin layihəsi verilib.

- Yeni layihələriniz, planlarınız haqqında nə deyərdiniz?

- Mən hündür mərtəbəli binaları layihələndirmirəm. Bu günə kimi 80-dən çox bir neçə mərtəbəli ev və 50-dən artıq interyer layihəsinə imza atmışam. Son böyük layihəm isə Ələt qəsəbəsində inşa olunacaq dəniz limanının sərnişinlər üçün nəzərdə tutulan vağzal hissənin eskizi olub. Fikrimcə, nəinki paytaxtın bütöv inşaat sektoru, hətta ayrı-ayrı tikililər vahid fəlsəfə konsepsiyanı ehtiva etməlidir. Təəssüf ki, Bakıda memarlıq mədəniyyətinə aidiyyatı olamayan evlər tikilməkdədir. Sifarişçilərin çox zaman memarlara müraciət etmədiyindən mərkəzdən kənardakı massivlər ümumi görüntünü ürəkaçan etmir. Lakin nikbin olmağa dəyər – meyyarlar yenidən dəbə minir, gələcəkdə qlobal sənətə çıxışı olan peşəkarların sayı artacaq. Belə ki, 2012-ci il Rusiyanın Krasnoyarsk şəhərində “Memarlıq təhsilinə yardım üzrə regionlararası ictimai təşkilatı”n keçirdiyi beynəlxalq müsabiqədə 17 azərbaycanlı tələbələrin 11-i birinci, 5-i ikinci, bir nəfərsə üçüncü yerə layiq görüldü. Müsabiqədə azərbaycanlı memar tələbələrin diplom işlərinin yüksək səviyyəli olduğu xüsusən qeyd olundu. Bu nailiyyətlərin əldə olunmasında universitetimizin rektoru, Milli Məclisin üzvü, professor Gülçöhrə Məmmədovanın memar kimi professionallığı və gözəl zövqü böyük rol oynayır. Dünya praktikasına üzümüzü tutsaq onu deyə bilərəm ki , memarın çox gördüyü işlə yox onun savadı ilə memarlıq sahəsində dünyada gedən proseslərdə nə dərəcədə qatılmış olan, və ən əsası sifarişçi memarın yüksək peşəkarlığını sübut edəcək sənədini görməlidi, yəni kimsə memara yüksək savadına zamin durmalıdı. Buna görə də yerli memarlar Beynəlxalq peşəkar birliklərə can atmalıdır.

- Azərbaycan Memarlar ittifaqı bu işi görə bilməzmi?

- Xeyr, görə bilməz, çünki bu ayrı-ayrı məqsəd daşıyan birliklərdi. Mən memarlar İttifaqının qurultayında qurumun nizamnaməsini dəyişərək dünyada qəbul olunmuş formada olmasını gündəmə gətirdim. Yəni, memarliq birliyinə fiziki şəxslərdən başqa memarlığa dəxli olan böyük korporasiyafirmalar üzv ola bilər. Onlar böyük üzvlük haqqı verirbunun hesabına memarlar sertifikatını qüvvədə saxlamaq üçün imtahanlar verirkateqoriyalar alırlar. Yəni, memarların biliyində fasiləsiz təhsil sistemi mövcud olur. Memar fəaliyyət göstərdiyi müddətdə ömrü boyu təhsil alır. Korporativ üzvlük nə deməkdir? Hər hansı şirkət istehsal etdiyi məhsul haqda onun tərkibinin təhlükəsizliyi haqda keyfiyət sertifikatı alırsa, bəs onun memarlığa yararlılığı gözəlliyi haqda sertifikatı hardan alsın (reklam kifayət etmir).

- Xarici ölkələrdən Azərbaycana memarlar dəvət etmək nə dərəcədə vacibdir?

- Məndə olan məlumata görə, Azərbaycanda əvvəllər də bacarıqlı memarlar olub, indi də fəxr ediləsi memarlarımız var, gələcəyimizə də nikbinliklə baxıram. Ancaq bir əmması var. İnkişaf rəqabət olan yerdə olur. Birincisi, dünyanın tanınmış memarı ölkəmizə gəlməsi ilə fəxr edib dünyaya bildirməliyik ki, bizim böyük varlı ölkələrlə ayaqlaşmaq imkanımızı nümayiş etdirməyə qadirik. İkincisi, həmin memarın yanında işləyib ondan lazım olan bilikləri öyrənməklə elə onun bir yerdə işləmək adı memarımıza dünyaya qapılar acacaq. Üçüncüsü, başqa memarın bazara girməsi bazarda canlanma yaradacaq ki, başqa memarlar özlərini ondan yaxşı olduğunu sübut etməyə başlayacaq. Əks halda yerimizdə sayacağıq. Mən həmişə dərs dediyim kafedrada tələbə memarları daha güclü savadı olmağa çağırıram və bacardığım qədər bilik verirəm ki, orta nəsil güclü gənc nəslin gəlməsini hiss etsinyerini itirməmək üçün o da irəli getməyə can atsın. Əks halda gənc nəsil onun yerini tutacaq.

- İlqar müəllim, ABŞ memarlarının adıçəkilən müsabiqəyə qatılmasını açıqlaya bilərsinizmi?

- Lazar Xidekel Fondunun yaradıcısı Mark Xidekel, inkişaf etmiş ölkələrdə muzey layihələrinin müəllifi, dünya miqyasında tanınmış memar Daniyel Libiskind, fondun digər üzvləri, o cümlədən, müsahibənin əvvəlində adlarını açıqladığım memarlar bu müsabiqədə iştirak edib ən yaxşı memarlıq işinə qiymət vermək, onun müəllifini fondun xüsusi mükafatı ilə təltif etmək üçün Bakıya gəlmək arzusundadılar. Fondun prezidenti Mark Xidekel universitetimizin rektoru Gülçöhrə Məmmədovanın adına məktubla müraciət edib. Hörmətli rektorumuz bu müraciəti müsbət qarşıladı və fondun münsiflər heyyətini Bakıya dəvət etdi. Sizə onu da deyim ki, Gülcöhrə xanım təkcə bu müsabiqə deyil, istənilən təhsilə xeyir verəcək ideyanı alqışlayır. İstər müəllim, istər tələbə tərəfindən verilən təklif səmərəli və təhsilin inkişafına xidmət edirsə, o maliyyə dəstəyi tapacaq və həmin ideyanın həyata keçməsinə yardım edəcək.

- Siz hər il beynəlxalq müsabiqəyə göndərirsiz, bu il hansı mövzuda göndərəcəksiz?

- Çox təəssüf edirəm ki, bu il müsabiqəyə göndərə bilməyəcəm, buna da səbəb Bakıda nəzərdə tutulan müsabiqədir. Mənə bu müsabiqədə koordinatorluq tapşırılıb. İndidən diplom işlərinin seçilməsi müddətində və bundan sonra tələbələrlə işləmək məcburiyyətində olğugum ücün müsabiqədə iştirak etməyə vaxtım yoxdu. Ancaq onu da deyim ki, bu ilin əvvəlində başqa bir beynəlxalq müsabiqəyə göndərmişəm. Bu analoqu olmayan qeyri ənənəvi memarlıq konstruksiyası olan mərtəbə anlayışı olmayan hündür mərtəbəli bostan layihəsidi.

- www.architecture.az saytına baxanda görürəm ki, ABŞ-da bir neçə dəfə şəhərsalma ilə bağlı universitetlərdə seminar məşğələlərdə olmusunuz. Həmin tədbirlərdə Azərbaycanda şəhərsalma ilə bağlı olan problemlərin həll olunmasında tətbiq ediləsi nəsə tapırsınızmı?

- Deyirlər, Bakıdakı problemlər avtomobillərin çoxluğundan qaynaqlanır. ABŞ elə şəhərlər var ki, orada ictimai nəqliyyat yoxdur, hamı öz avtomobilində hərəkət edir. Şəhərlər elə bölünüb ki, müxtəlif məqsədli avtomobillər ayrı yollarla hərəkət edir. Yəni, xəstəxanalar, ofislər, mağazalar (hətta profilinə görə də), təhsil müəssisələri xaotik şəkildə yox, biri birindən ayrı cəmləşməlidir ki, adamlar nəsə axtaranda şəhərin bu başından o başına yollanmasın. Nəticədə yol hərəkətinin intensivliyi azalır, tıxac yaranmasının qarşısı alınır.

Sadəcə, analiz etmək lazımdır ki, hansı obyektlərin yerini dəyişdirmək məqsədə uyğun olar. Bununla şəhər planlaşdırıcıları məşğul olmalıdı, bizdə isə belə bir sənət haqda anlayış yoxdur. Hesab edirəm, yollarda istiqamətlər biri birindən ayrılmasa, “Bakının başı uzun illər ağrıyacaq”. Bunun üçün xüsusi proqram lazımdır. Əlbəttə tikilən yolların enli olması, keçidlərin, körpülərin tikilməsini ancaq alqışlamaq olar. Lakin bunlar 2-3 ilə ancaq kifayət edər, ölkədə gedən iqtisadi inkişaf nəticəsində 2-3 ilə avtomobillərin sayı 2-3 dəfə artacaq. Bəs onda nə edəcəyik?

Düşünürəm ki, əgər ölkəmizdə turizm yüksək xətlə inkişaf etsə, yaxın gələcəkdə sahibkarlar ofis binalarını otelə çevirəcək. Bu halda həmin binalara gələn avtomobillərin sayı qat-qat azalacaq. Təzə yollar tikməklə yanaşı şəhər planlaşdırıcıları dəvət etmək lazımdır. Onu da deyim ki, bu ilin fevral ayında ABŞ Dövlət departamentinin dəvəti ilə bu ölkəyə səfər etməmişdən əvvəl də, sonra da ABŞ səfirliyində bizə bildirdilər ki, Azərbaycanda şəhərsalma və hər hansı memarlıqda qlobal problemlərlə bağlı ABŞ dövlətinin hesabına Azərbaycana istənilən mütəxəssisləri dəvət edə bilər.

 

Saleh Bayat

 

Kaspi. - 2014.- 9 sentyabr.- S. 15.