Azərbaycan Xalq Cümhuriyyəti dövründə prokurorluq orqanlarının təşkili və fəaliyyəti

 

Məhkəmə və hakimlər haqqında bəşəriyyətin qədim dövrlərdə məlumatları olsa da, prokurorluq haqqında bəşəriyyət məlumatı çox sonralar əldə etmişlər. Belə ki, prokurorluq orqanlarının əsası ilk dəfə XIV əsrin əvvəllərində Fransada qoyulmuşdur.

Fransız prokurorluğunun banisi IV Filpp hesab edilir. «Prokuror» termini isə Fransada yalnız XVIII əsrin əvvəllərində işləməyə başlamışdır, prokuror termini latın dilində olan «prokurare» sözündən götürülməklə, «qayğı göstərirəm» mənasını verir.

Rusiyada isə prokuror nəzarətinin, dövlət mexanizminin tərkib hissəsi kimi, formalaşması prosesi I Pyotrun çarlığı dövründə başlamışdır. Belə ki, Rusiyasında çar I Pyotrun 12 yanvar 1722-ci il tarixli Fərmanı ilə prokurorluq yaradılmış, onun əsas vəzifələri fəaliyyət prinsipləri «Baş prokuror vəzifəsi haqqında» 27 aprel 1922-ci il tarixli Fərmanla müəyyən edilmişdir.

Şimali  Azərbaycan XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən işğal edildikdən sonra, bütün dövlət orqanları kimi, prokurorluq orqanlarının təşkili fəaliyyəti Çar Rusiyasının qanunvericiliyi ilə müəyyən edilmişdir. Həmin dövrdə Azərbaycanda prokuror nəzarəti Bakı Yelizovetpol (Gəncə şəhəri-İ.A) quberniyalarındakı dairə məhkəmələrinin prokurorları onların müavinləri fəaliyyət göstərmiş, Azərbaycan məhkəmələri üçün apellasiya məhkəməsi rolu oynayan Tiflis Məhkəmə Palatasının prokuroru onun müavinləri prokuror nəzarətini həyata keçirmişlər. Həmin prokurorlar Çar Rusiyası Ədliyyə Nazirinin təqdimatı ilə Çar tərəfindən təyin edilməklə, Tiflis Məhkəmə Palatasının prokuroruna tabe idilər.

Aydın məsələdir ki, həmin dövrdə milli Azərbaycan prokurorluğunun mövcudluğundan söhbət gedə bilməzdi. Çünki bu təşkilat Çar Rusiyasının imperiya siyasətini müstəmləkə hüququ Azərbaycanda həyata keçirməklə, cəza aparatı rolunu oynayırdı.

Çar Rusiyasında 1917-ci ilin fevralında baş vermiş burjua-demokratik inqilabı nəticəsində əsrlərlə ömür sürmüş mütləqiyyət quruluşu devrilir. Zaqafqaziyada Dövlət dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilmiş bolşeviklərin oktyabr çevrilişindən sonra onda iştirak edə bilməyən nümayəndələr 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar.

Ümummilli lider Heydər Əliyev demişdir: «Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin». Ulu öndərin bu kəlamı isə məqalənin yazılmasına bir növ mənəvi stimul olmuşdur.

1917-ci ilin fevralında «xalqlar həbsxanası» Çar Rusiyasında baş verən burjua-demokratik inqilabının qələbəsindən sonra Zaqafqaziyada siyasi proseslər özünəməxsus inkişaf yolu ilə cərəyan edir.

1918-ci il may ayının 25-də Zaqafqaziya Seyminin son iclası keçirilir. Gürcüstan Zaqafqaziya Seymindən çıxaraq may ayının 26-da öz müstəqilliyini elan edir .

Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin bütün müsəlman nümayəndələri Tiflisdə toplanır. Hərtərəfli müzakirədən sonra onlar belə ağır bir zamanda Azərbaycanın idarə olunmasını öz üzərlərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli İslam Şurası elan edirlər.

1918-ci ilin may ayının 28-də Qafqaz canişinin iqamətgahında doktor Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli İslam Şurasının iclası keçirilir Azərbaycan Milli İslam Şurası «İstiqlal bəyannaməsi»ni qəbul edir.

Azərbaycan Milli İslam Şurasının 28 may 1918-ci il tarixli Qərarı ilə Fətəli Xan Xoyski Baş Nazir olmaqla, 9 nəfərdən ibarət müvəqqəti hökumət təşkil edilir.

Bu dövrdə isə Azərbaycanda məhkəmə sistemi dağınıq, pərakəndə iflic vəziyyətində idi.

Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan üçün çox mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başlayır. Bu vaxt, Bakıda, S.Şaumyan başda olmaqla, Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərirdi. S.Şaumyanın rəhbərliyi ilə 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada törədilən azərbaycanlı qırğınlarından sonra Bakı Kommunası azərbaycanlı əhali arasında öz nüfuzunu tamamilə itirmişdi. Onların hakimiyyəti Bakıdan kənara çıxa bilməmişdi. Azərbaycanın qəzalarında isə tam hakimiyyətsizlik idi hərc-mərclik hökm sürürdü.

Öz təsir dairəsini bütün Azərbaycan ərazisində yaymaq məqsədi ilə 1918-ci il iyunun 16-da Azərbaycan Milli İslam Şurası hökuməti Tiflisdən Gəncəyə köçür.

Milli İslam Şurası 17 iyun 1918-ci ildə Yelizavetapol (Gəncə – İ.A.) şəhərində Məmməd Əmin Rəsulzadənin sədrliyi ilə 28 may 1918-ci ildə Milli İslam Şurası tərəfindən təşkil edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin birinci müvəqqəti hökumətinin istefasını qəbul edir Fətəli Xan Xoyskinin sədrliyi ilə yenidən 12 nəfərdən ibarət tərkibdə ikinci müvəqqəti hökumət təşkil edir. Azərbaycan Xalq Cümhuriyyətinin Müvəqqəti hökumətinin hüquq vəzifələri haqqında qərarında göstərilirdi ki, Müvəqqəti hökumətin dövlət müstəqilliyini, mövcud siyasi azadlığı, aqrar digər vacib məsələləri dəyişmək hüququ yox idi. Həmin hökumət 6 aydan gec olmayaraq təsis yığıncağını çağırmalıydı.

Təəssüflər olsun ki, Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti öyrənilməmişdir. Belə ki, kommunist idealogiyası tərfindən bu məsələnin öyrənilməsinə faktiki qadağa qoyulmuş, hələ bu azmış kimi, əksinə, onun fəaliyyətinin, həyata keçirdiyi tədbirlərin o dövrün hadisələrinin mahiyyəti təhrif olunmuşdu. Qeyd etmək yerinə düşər ki, Sovetlər dönəmində Azərbaycan Xalq Cümhuriyyətinin «Milli İslam Şurası» orqanının adından «İslam» sözü mexaniki olaraq çıxarılmış həmin orqanın adı təhrif edilərək «Azərbaycan Milli Şurası» adlandırılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə müstəqil respublikanın ədliyyə, məhkəmə, polis prokurorluq orqanlarının yaradılmasına xüsusi əhəmiyyət vermişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsi onun tabeçiliyində prokurorluğun fəaliyyəti bərpa edilmiş, başqa sözlə prokurorluq orqanları yaradılmışdır. Təsadüfü deyildir ki, elə həmin tarix əsas götürülərək Azərbaycan Respublikasının Prezidenti ümumilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə hər ilin oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı kimi qeyd edilməsi qərara alınmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 14 noyabr 1918-ci il tarixli qərarı ilə «Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə» təstiq edilir. Əsasnamənin 5-ci maddəsinə əsasən Azərbaycan Məhkəmə Palatası yanında prokuroronun müəyyən sayda yoldaşı (müavini – İ.A) olur. Azərbaycan Məhkəmə Palatasının və onun yanındakı Prokuror Nəzarətinin predmet dairəsi Əsasnamənin 6-cı maddəsinə müvafiq olaraq, 1864-cü il Nizamnamələri və Müvəqqəti Hökumətin 1917-ci ildə verilən müvafiq qanunları ilə müəyyən olunurdu. Azərbaycan Məhkəmə Palatasının və onun yanındakı Prokuror Nəzarətinin hakimiyyəti Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilirdi.

Bütün bunlara baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə prokurorluq orqanları haqqında geniş və hərtərəfli müvafiq normativ hüquqi akt qəbul edilməmişdir. Səbəb ondan ibarət idi ki, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin kifayət qədər dövləti idarə etmək təcrübəsi yox idi. Digər tərəfdən, əsas səbəb ondan ibarət idi ki, Azərbaycan Xalq Cümhuriyyəti, nisbətən qısa müddət – cəmisi 23 ay yaşamışdır.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 23 iyun 1918-ci il tarixdə «RusiyaZaqafqaziya qanunlarının qüvvəsinin müvəqqəti saxlanılması haqqında» qərar qəbul etmişdir. Həmin qərara görə hazırda qüvvdə olan bütün idarəçilik və məhkəmə sahələrini əhatə edən qanunlar, nəzərdə tutulmuş qaydada, hökumət tərəfindən ləğv və ya dəyişilməyincə öz qüvvəsini saxlayır.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə prokurorluq məhkəmə orqanlarının tərkibində fəaliyyət göstərməklə, əsasən məhkəmədə dövlət ittihamı müdafiə etmək funksiyasını həyata keçirirdi. Ədliyyə nazirinin Bakı və Gəncə dairə məhkəmələrinin prokurorlarına ünvanlanan 8 dekabr 1918-ci il tarixli təmimnaməsi ilə prokuror müavinlərinə, habelə «ibtidai istintaqın aparılmasına faktiki göz qoyulması» vəzifəsi də həvalə edilirdi.

Azərbaycan Məhkəmə Palatası yanındakı Prokuror Nəzarəti cinayət prosesində ittihamı müdafiə və məhkəmə orqanlarında qanunların düzgün tətbiqinə nəzarət funksiyalarını həyata keçirirdi. Respublika Prokuror Nəzarətinə Baş prokuror rəhbərlik edirdi, o, habelə Ədliyyə naziri kimi, ali məhkəmə idarəçiliyi orqanlarının rəhbəri hesab edilirdi. Başqa sözlə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ədliyyə Naziri eyni zamanda Respublika prokuroru vəzifəsini yerinə yetirirdi.

X.Xasməmmədov, A.Səfikürdiski və T.Makinski Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə nazirləri, eyni zamanda Xalq Cümhuriyyətinin ilk Baş prokurorları olmuşlar.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 14 noyabr 1918-ci il tarixli qərarı ilə «Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə» təsdiq edilir. Əsasnamənin 5-ci maddəsinə əsasən Azərbaycan Məhkəmə Palatası yanında prokuroronun müəyyən sayda yoldaşı (müavini İ.A) olur. Azərbaycan Məhkəmə Palatasının və onun yanındakı Prokuror Nəzarətinin predmet dairəsi Əsasnamənin 6-cı maddəsinə müvafiq olaraq, 1864-cü il məhkəmə nizamnamələri və Müvəqqəti Hökumətin 1917-ci ildə verilən müvafiq qanunları ilə müəyyən olunurdu. Azərbaycan Məhkəmə Palatasının və onun yanındakı Prokuror Nəzarətinin hakimiyyəti Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilirdi.

Şərqdə yaradılmış ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelin 27-dən 28-nə keçən gecə bolşevik Rusiyasının XI Qızıl Ordusu tərəfindən süquta yetirilir.

Azərbaycan Xalq Cümhuriyyətinin özü kimi, onun prokurorluq orqanları, nisbətən qısa müddət yaşasa da, şərəfli bir yol keçmişonun hər səhifəsi xalqımızın yaddaşında əbədi olaraq qalacaqdır.

 

 

İlham Abbasov,

Ədliyyə Akademiyasının baş müəllimi,

hüquq üzrə fəlsəfə doktoru, baş ədliyyə müşaviri

 

Kaspi. - 2014.-  24 sentyabr.- S. 15.