Mahir redaktor, tanınmış şair - Musa Ələkbərli

Rövşən Yerfi

İddiasızlar...

 

Musa Ələkbərli... Bu ad ilk dəfə yaddaşımda tələbə vaxtlarımda ən çox sevdiyim kitabxananın dəhlizindəki ədəbiyyat dərnəyi haqqındakı elandan qalmışdı. Həvəslənib elandakı tədbirlərin birinə də gəlmişdim. Mülayim xasiyyətli, mehriban, sadə bir insan olan Musa əllimi yaxından birinci dəfə o zaman görmüşdüm. Amma düzünü deyim, sonra növbəti tədbirlərə getmədim. Günahkarı özüm idim, artıq anlayırdım ki, məndən yaxşı şair alınmayacaq. Onun kimi istedadlı bir şairi tanımağım elə bil bu fikrimi daha da yəqinləşdirmişdi.

Gədəbəy rayonunda doğulan şair əmək fəaliyyətinə Sumqayıt şəhərindəki Boru-Prokat zavodunda fəhləliklə başlamışdır. O, 1974-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra iyimi ilə yaxınGəncliknəşriyyatında çalışmışdır. Nəşriyyatda əvvəlcə redaktor, sonra isə böyük redaktor işləmiş, mindən çox kitabın redaktoru, onlarla kitabın tərtibçisi, həmin kitablarda gedən ön sözlərin əllifi olmuşdur. Bu illər ərzində nəşriyyat sahəsində və ədəbi ictimaiyyətdə ən mahir redaktorlardan biri sayılmışdır.

Musa əllim gənc ədəbi qüvvələrin yetişməsində də həvəslə xidmət göstərmiş, Sabir adına Bakı mərkəzi şəhər kitabxanasının nəzdində yaradılanPərvanəədəbi birliyinə beş ildən çox rəhbərlik etmişdir.

Musa Ələkbərli ədəbi fəaliyyətə 1964-cü ildə Gədəbəy rayon qəzetində çıxanÜrəkdən soruşqoşması ilə başlamışdır. Tələbəlik illərindən dövrü mətbuatda müntəzəm çıxış etmişdir. 1977-ci ildə isəMəndən şeir istəadlı ilk kitabı çap olunmuşdur:

 

Tanrım məni başdan yarat,

Qoy gedim təzədən gəlim.

Gəl bu dəfə daşdan yarat,

Qoy gedim təzədən gəlim.

 

Şeirləri türk, rus, ukrayna, tacik, türkmən, belorus, özbək, qırğız və sair dillərə tərcümə edilmişdir. Şeirlərlə yanaşı poemalar yazan şairinMübarizlik dərsiadlanan son poeması Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunub.

Musa ƏləkbərliÜrəyimin işığında”, “Bəlkə bir də görüşdük”, “Gözlərim yol çəkir”, “Aydanım ay işığı”, “Sevgi bulağı”, “Gözümdə ağlayan bulud”, “Dünya sevgidən doğulub”, “Tanrı mənə söyləməsə, yazmaram”, “Mən sevgi görməmişəmadlı bir çox kitabların əllifidir:

 

Ehtiyac, mənimlə əkiz doğuldun,

Yer var ki, doğmayıq, yer var ki, yadıq.

Göz açdım, könlümə, gözümə doldun,

Nə könlü, nə gözü doyuranmadıq...

 

Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi kimi Musa Ələkbərli 1976-cı ildə Aşqabadda, 1977-ci ildə isə Düşənbədə keçirilən Ümumittifaq poeziya festivallarının iştirakçısı olmuş, respublikamızın gənc, ədəbi qüvvələrini ləyaqətlə təmsil etmişdir. O, 2001-ci ildəAzərbaycanjurnalında dərc olunan şeirlərinə görə ilin poeziya mükafatınaİsa İsmayılzadə adına mükafata layiq görülmüşdür. HazırdaŞurnəşriyyatının direktoru işləyən Musa əllim uzun illərdir yorulmaz fəaliyyəti ilə Azərbaycan mədəniyyətinin tərəqqisinə xidmət edir:

 

İçimdə boğsam sözümü,

Döyüküb döysəm gözümü,

Bu bazardan, bu alverdən

Məmnun saysam mən özümü,

Bu yerə də yer eləyər,

Göylər məni bağışlamaz!

 

Dağlarda böyüyüb boya-başa çatmış şair mənalı, gözəl şeirləri ilə poeziyamıza dağ havasını, bulaq saflığını gətirmişdir. Bu şeirlərə ürəkdən gələn sadəliyini və səmimiyyətini hopdurmuşdur. Qocalığının gəncliyini yaşayan, mehriban insan, istedadlı qələm sahibi Musa Ələkbərli şübhəsiz, hələ bundan sonra da əzm və qürurla, çağlayan ilhamla sənət uğurlarını dəyərli oxucuları ilə bölüşəcəkdir.

Kaspi.-2014.-18-20 yanvar.-S.14.