Plastik cərrahiyyəyə yenilik gətirən gənc

 

Uzman doktor Vüqar Ələkbərov deyir ki, əsas şərt insanın özünü qüsursuz görə bilməsidir

 

Gənc yaşında bir çox uğurlara imza atmasına baxmayaraq, özünü uğurlu gənc hesab etmir. Düşünür ki, bu adı qazana bilmək üçün hələ çox yol getməlidir. Onun fikrincə, sağlam düşüncəli və düzgün yolda olduqdan sonra, uğur özü səni tapır. Müsahibimiz uzman həkim, Azərbaycanda və Türkiyədə estetik əməliyyatları ilə tanınan Vüqar Ələkbərovdur.

 

Uzman doktor Vüqar Ələkbərov 1984-cü ildə Bakıda anadan olub. 1999-cu ildə Nəsimi rayonu 47 saylı orta məktəbi qırmızı attestatla bitirib. Eyni ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə yüksək balla qəbul olub. 2005-ci ildə universiteti qırmızı diplomla bitirib. 2005-2006-cı illər Türkiyənin İzmir şəhərində Ege Universitetinə gedərək təhsilini davam etdirib. 2007-2012-ci illərdə yüksək balla Bursa şəhəri Uludağ Universitetinin Plastik Estetik və Rekonstruktiv cərrahiyyə bölümünə daxil olub və uzmanlıq təhsili alıb. Uzmanlıq təhsili müddətində Türkiyənin məşhur plastik cərrahları ilə birlikdə işləyib və böyük təcrübə qazanıb. 2500-dən çox beynəlxalq və ölkələrarası konqreslərdə yeni əməliyyat texnikalarını həmkarlarına anladıb. 2012-ci ildə uzmanlıq təhsilini bitirdikdən sonra özəl xəstəxanalarda estetik cərrahiyyə və lazer cərrahiyyəsi üzrə işləyib. 2014-cü ilin əvvəllərindən Respublika Yanıq Mərkəzində baş həkim vəzifəsində çalışıb. Hazırda əməliyyatlarını Türkiyədə və Azərbaycanda davam etdirir. Türkiyədə şəxsi klinikası var. Azərbaycanda da öz markası olan VAPS (Vugar Alakbarov Plastic Surgery) özəl cərrahiyə mərkəzində çalışmalarına davam etməkdədir.

 

- Vüqar bəy, necə oldu ki, həkim olmaq qərarına gəldiniz?

- Həkimlik sənətinə uşaqlıqdan bağlılığım olub. Bu sənət bizə ailədən gəlir. Atam beyin cərrahıdır. Ailəmizdə hər kəs həkim olduğu üçün məndə bu sahəyə maraq uşaqlıqdan yarandı. Bu sənət çox ülvidir. İnsanların inkişafında, sağlamlığında həkimlərin rolu danılmazdır. Həkimsiz həyatı təsəvvür etmək mümkün deyil.

 

- Tibb təhsilinizi Türkiyədə davam etdirmisiniz. Türkiyədə təhsil sizə verdi?

- Türkiyədə təhsil almaq ilk olaraq mənim dünyagörüşümü artırdı. Çünki yalnız təhsil almırdım. Təhsil almaqla yanaşı, bir çox dünya konqreslərində iştirak etdim, dünyanın məşhur həkimləri ilə işləmək şansı qazandım. Bu gün Türkiyəyə gedəndə beynəlxalq konqreslərə qatılıram. Məsələn, bu ay Amerikanın məşhur həkimlərindən biri ilə əməliyyata girdim. Hər zaman müəllimlərimlə ünsiyyətdə oluram. İnkişaf üçün xarici ölkələrdə təhsil almaq çox önəmlidir.

 

- Azərbaycanda estetik-plastik cərrahiyyənin vəziyyəti necədir?

- Hazırda estetik-plastik cərrahiyyənin vəziyyəti çox pisdir. Bu gün plastik cərrahiyə ilə əlaqələsi olmayan insanlar bu işlə məşğul olurlar. Bu səbəbdən fəsadlı xəstələr çoxalır. Mədə-bağırsaq həkimləri, diş həkimləri estetik əməliyyatlar edir. Hətta göz həkimləri var ki, burun əməliyyatı həyata keçirirlər. Gözəllik salonlarında kosmetoloqlar iynə ilə qanlı işləmlər həyata keçirirlər. Botoks, lazer edirlər, halbuki araşdırsaq, heç bir tibbi diploma sahib deyillər. Bu zaman ciddi fəsadlar yaranır. Ümid edirəm, belə halların qarşısı alınar vəziyyət dəyişər.

 

- Həm Türkiyədə, həm Azərbaycanda çalışırsınız? Çətin deyil ki?

- Plastik, Rekonstruktiv cərrahiyə təhsilimi 7 il müddətində Türkiyədə almışam. Bu ölkə ikinci vətənim sayılır. Türkiyədə klinikamda da işçilərim olduğu üçün ayın bəlli qismini orada, bir qismini Azərbaycanda oluram. Vətəndə işləməyi özümə vəfa borcu bilirəm. Burada doğulmuşam, buranın suyunu içmişəm. Amma orada da işləmək mənə çox şey qazandırır. Dünyada tibb sahəsində baş verən yenilikləri yaxından təqib etmək üçün Türkiyə daha əlverişlidir. Orada öyrəndiklərim yenilikləri ölkəmdə tətbiq etməyə çalışıram.

 

- Türk pasiyentlərlə bizimkilər arasında hansı fərqlər var?

- Elə böyük fərq olmur. Sadəcə Türkiyə Avropaya daha yaxın olduğuna görə oradakı insanların estetik cərrahiyə haqqında bilgiləri çoxdur bu məsələyə yumşaq yanaşırlar. Əməliyyat elətdirən insanların sayı da çoxdur. Bizim ölkədə isə sadəcə burun əməliyyatına məcbur qalınan bəlli əməliyyatlara görə cərraha müraciət edirlər. Türkiyədə isə daha çox kombinə əməliyyatlar, üzdartma əməliyyatı edilir. Yaşlanan hər qadın, demək olar, üz dartma əməliyyatı, süd vəzisinin estetikası, qarın estetikası üçün müraciət edir. Orada qadınların əksəriyyəti doğuşdan sonra qalan qarındakı sallamalar üçün müraciət edirlər. Bizimlə müqayisədə onlarda ailələrdəki qısqanclıq daha azdır. Kişilər qadınların estetik cərrahiyə üçün həkimə müraciət etmələrinə daha çox imkan verirlər. Bizdə estetik cərrahiyyənin qarşısını alan ən böyük problemlərdən biri kişilərdir. Əməliyyat elətdirənlərin 60-70 faizi, demək olar ki, yoldaşından gizli elətdirirlər.

 

- Gənc olmağınıza baxmayaraq, həm rəhbər vəzifədə çalışmısız, həm klinikanız var. Sizcə, bir gəncin rəhbər olması üçün lazımdır?

- Gənc doğru yolda olsa, qarşısına qoyduğu məqsədə doğru irəliləsə, beynindəki düşüncələr sağlam olsa, təbii ki, hər bir qurum istəyər ki, idarələri belə gənclər, beyinli insanlar tərəfindən idarə olunsun. Bunun üçün təkcə oxumaq kifayət deyil. Xarici ölkələrlə müəyyən əlaqələr qurulmalıdır. Gənclərin enerjisindən istifadə edə bilmək hər ölkə üçün lazımdır. Sağlam düşüncəli gənclər çox asanlıqla qabağa çəkilirlər. Mən xaricdən gəldiyim zaman plastik cərrahiyyədə mütəxəssis olduğumdan rəhbər vəzifəyə təyin olundum. Mən bura vəzifə üçün deyil, xidmət üçün gəlmişdim. Heç vaxt rəhbər olmaq üçün işə başlamamışam. Elə bir planım da olmayıb. Əsas məqsədim işimi doğru-düzgün həyata keçirmək faydalı olmaqdır.

 

- Plastik cərrahiyyədə hansı yeniliklərə imza atmısınız?

- Hər bir pasiyentin istəyi reallaşacaq əməliyyatın ağrısız keçməsi əməliyyatdan sonrakı dövrün eynən ağrısız ötüşməsidir. Mənim reallaşdırdığım burun əməliyyatlarından sonra burun göz ətrafında şiş, göyərmələr olmur. Bu, bir yenilikdir. Eləcə , süd vəzisində keçirdiyim əməliyyatlar zamanı süd axarlarının tamamən qorunmasına nail olmaq peşə xüsusiyyətimin göstəricilərindən biridir. Süd vəzisi əməliyyatında süd axarlarını zədələnmədən əməliyyatın reallaşması qadınların gələcək həyatlarının əsas təminatlarından sayılır. Belə ki, bu nəticə gələcəkdə qadınların üzləşə biləcəyi bir çox xəstəliklərin qarşısını almış olur. Ən əsası kombinə əməliyyatları edirəm. Yəni bir neçə saata 40 yaşlı qadını 25 yaşlı qadına çevirə bilirəm.

- Deyirlər, plastik cərrahlar hər insanda qüsur axtarır. Sizdə belədirmi?

- Xeyr. Mən bu fikirlə razı deyiləm. Xəstə əgər özündə qüsur görmürsə, demək, o xəstənin qüsuru yoxdur. Bir çox film ulduzları var ki, onların üzündəki sallanmalar, xətlər digərlərinə pis gələ bilər. Amma o, özünü belə qəbul edir, belə sevir. Ona pul da versələr, əməliyyat elətdirmək istəməz. Amma bəzi insanlar var ki, hər gün güzgünün qabağında dayanıb burnundakı bir milli metr əyriliyi, süd vəzisindəki assimetriyanı özünə dərd edir. O da böyrək sancısı kimi bir şeydir. Düzəlmədiyi müddətdə o xəstə həmişə narahat olacaq, ağlayacaq, yatmayacaq. Bir sözlə, əsas şərt insanın özünü qüsursuz görə bilməsidir. Bu zaman həkimlər qüsur axtarmayacaq.

 

- Uğurunuzun sirri nədir?

- Mənim elə bir uğurum yoxdur. Sadəcə doğru yolda olduğumun fərqindəyəm düşünürəm ki, önümdə çox uzun yol var. Gecə-gündüz işimi düşünürəm. Hər gün yeni şeylər kəşf etməyə, yeniliklər etməyə çalışıram. Azərbaycana yeni əməliyyatlar gətirməyi qarşıma məqsəd qoymuşam. Ən böyük planım burada da Türkiyədəki kimi hər bir şeyi öz daxilində olan klinika açmaqdır.

 

Aygün ƏZİZ

Kaspi.-2015.-6 fevral.-S.15.