Qəmər Almaszadə-100

Səhnəmizin şahzadəsi

 

Flora XƏLİLZADƏ,

əməkdar jurnalist

 

Ondan söhbət düşəndə sənət dostları səmimiyyətlə deyərdilər ki, qədəmi sayalıdır. Çünki xalq artistinin sənət bioqrafiyasında zəif partiya, zəif rəqs yoxdur. Qəmər Almaszadənin məharətli ifaçılığı sayəsində həmişə səhnədə əsil sənət inciləri doğulardı. Milli rəqslərimizin mahir ifaçısı, baletmeystr, pedaqoqilk azərbaycanlı ballerina Qəmər Almaszadənin anadan olmasının 100 illiyinin dövlət səviyyəsində keçirilməsilə bağlı Prezident İlham Əliyev bu yaxınlarda sərəncam imzalayıb. Xalq da, dövlət də həmişə Qəmər Almaszadəyə hörmət və məhəbbətlə yanaşıb. Yadımdadı on il öncə Qəmər xanımın 90 illik yubileyində cənab İlham Əliyev sənətkara ünvanladığı təbrik məktubunda öz rəğbət və ehtiramını belə bildirirdi: Avroparus klassiklərinin şah əsərlərində yaratdığınız rəngarəng, dolğun səhnə obrazları, öz təkrarolunmaz ifa tərzi və yüksək, peşəkarlıq səviyyəsinə görə əsil sənət inciləridir. Sizin milli balet əsərlərində ifa etdiyiniz partiyalar Azərbaycan xoreoqrafiya sənətinin misilsiz nailiyyətləri sırasındadır.

Qəmər Almaszadə 1915-ci ildə Bakıda anadan olub. Səhnə fəaliyyətinə 15 yaşından başlayan Qəmər xanım 1936-cı ildə Leninqrad Xoreoqrafiya Məktəbini bitirən ilk azərbaycanlı qadındır. Bu görkəmli sənətkarın bioqrafiyasını vərəqlədikcə heyrətə gəlirsən. O. ötən əsrin əvvəllərində, hələ qadının səhnədə görünməsinə yasaq qoyulduğu bir vaxtda bu qadağalardan sıyrılıb məhz opera balet səhnəsinə gəlmək, baletmeystr olmaq, eləcə 30-cu illərin ağır repressiyalarından qurtulub sənət fədaisinə, ulduzuna çevrilmək o qədər asan deyildi. Kim bilir, o məşəqqətli, ağır illərdə Qəmər Almaszadə hansı möhnəti, əzabı, sitəmi çəkib? Özü bu barədə danışmağı sevməzdi, amma sözlərinin, cümlələrinin ahəngində keçirdiyi ağır həyat yolunun hansı dolaylardan ötdüyünü anlamaq olurdu.

İncəsənətin müxtəlif sahələrində ilkin olmaq səadəti taleyinə yazılanlardan biri məhz Qəmər Almaszadə idi. O, 1936-cı ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera Balet Teatrının solisti olmuş, bir sıra tamaşalarda yadda qalan obrazlar yaratmışdır. Peşəkar milli baletin yaradılması inkişafında əhəmiyyətli rol oynayan, fədakarlıq göstərən ilk azərbaycanlı qadın- Qəmər Almaszadə həm müsəlman Şərqində ilk ballerina olub. Sənətşünaslar onun haqqında danışanda həmişə bir fikri təsdiqləyiblər ki, Qəmər Almaszadə yüksək ifaçılıq məharəti sayəsində klassik xoreoqrafiya ənənələri ilə Azərbaycan xalq rəqslərini ahəngdar şəkildə birləşdirərək səhnədə böyük nailiyyətlər yaradardı. Məhz onun təkrarolunmaz ifa tərzi, məharəti hesabına Azərbaycan mədəniyyətində əsil sənət nümunələri meydana çıxdı.

Qəmər xanımın böyük həvəslə yaratdığı rollar ifa tərzi, incəliyi ilə seçilərdi. Bu fikir dəfələrlə vurğulanıb ki, məhz Qəmər Almaszadə ilk dəfə olaraq Azərbaycan opera balet səhnəsinə təbiilik, gözəllik, cazibədarlıq məlahət gətirdi.

O, uzun illər Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının baş baletmeysteri olmuş, Soltan Hacıbəyovun Gülşən, R. Qlierin Qırmızı lalə, P.İ. Çaykovskinin Yatmış gözəl, s. baletlərini səhnəyə qoymuşdu. Qəmər Almaszadənin repertuarında Medora, Odetta, Odiliya, Maşa başqa partiyalar son dərəcə gözəl təsirli alınmışdı. Qəmər Almaszadə həm Azərbaycan Dövlət Filarmoniyasının rəqs ansamblının yaradıcılarından sayılırdı. O, 1937-1938-ci illərdə bu ansamblın bədii rəhbəri vəzifəsində çalışıb. Bir faktı da deyək ki, Qəmər xanım Əfrasiyab Bədəlbəylinin həyat yoldaşı olub. O, Əfrasiyab Bədəlbəylinin 1940-cı ildə yaratdığı ilk Azərbaycan baleti olan Qız qalasının tərtibatını verib. Qəmər xanım bu baletdə Gülyanaq partiyasının ilk ifaçısı kimi adını tarixə yazıb.

Qəmər Almaszadə Opera Balet səhnəsində Leyla Vəkilova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Çingiz Babayev kimi balet ustaları ilə birlikdə çalışmış, bu səhnədə böyük uğurlar qazanmışdır. Unudulmaz sənət fədaisi yalnız əsərlərə quruluş verib, balet tamaşalarında çıxış etməklə kifayətlənməmişdi. O, həm görkəmli pedaqoq idi. 1936-cı ildən ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində dərs deyərək milli xoreoqrafiya kadrlarının hazırlanmasında böyük əməyi olmuşdur. İfaçılıq fəaliyyətini pedaqoji sahəyə yönəldərək Azərbaycan səhnəsi üçün rəqqaslar yetişdirməklə məşğul olan Qəmər Almaszadənin dərs dediyi tələbələr arasında indi məşhur baletmeysterlər var. Təkrarolunmaz sənətini yüksək peşəkarlıq səviyyəsini yetirmələrinə ürəklə öyrədən Qəmər Almaszadənin sevimli tələbələrindən biri Leyla Vəkilova olub.

Şəxsi həyatında xiffətlər çəksə Qəmər Almaszadə bir sənətkar kimi xoşbəxt idi. Çünki onun yaşadığı sənət yolu parlaq şərəfli olmuşdur. Çəkdiyi zəhmət, göstərdiyi xidmət həmişə yüksək qiymətləndirilmişdir. Qəmər Almaszadəni yalnız öz vətənində deyil, dünyanın bir çox ölkələrində yaxşı tanıyır rəğbətlə qarşılayardılar. Bir fakt da maraqlıdır ki, o, 1970-1971-ci illərdə İraqda ilk peşəkar xalq rəqs ansamblını yaratmışdır. Onun Koroğlu operasında canlandırdığı Rəqqasə haqqında həmişə xoş sözlər yazıblar. Ümumiyyətlə, Qəmər Almaszadə hansı tamaşada olsaydı, o əsər mütləq uğur qazanardı.

Onu Azərbaycan səhnəsinin şahzadəsi adlandıranlar həqiqətən haqlı idilər. Bu sənətin ardıcılları çox oldu, özünün də bəyəndiyi, dəyərləndirdiyi az deyildi. Amma neyliyəsən ki, ulduzlar saysızdır, günəşlə ay təkdi. 91 yaşında dünyasını dəyişmış Qəmər Almaszadə bizim xəyalımızda bax elə bu şəkildəki kimi də qalmaqdadır...

 

Kaspi.-2015.-17 fevral.-S.13.