O qalibiyyəti səsimlə qazanmışam

 

Aytən Məhərrəmova: Bir var, müvəqqəti tapşırılmaq, birvar, kənardan sənətini görsünlər və səni axtarsınlar

 

Gənclik qəzeti-nin bu həftəki qonağı 2011-ci ildə II Respublika Muğam Müsabiqəsinin qalibi olmuş Aytən Məhərrəmovadır. Aytən müsabiqədə qalib gəldikdən sonra öz üzərində çalışaraq ona göstərilən etimadı doğrultdubu gün Azərbaycanı beynəlxalq musiqi tədbirlərində layiqincə təmsil edir. Özümuğam müsabiqələrinin keçirilməsini müsbət qiymətləndirir.

 

Müsahibimizlə hazırda yeni başlayan muğam müsabiqəsindən və muğam ifaçılarının bu günkü fəaliyyətlərindən danışdıq.

 

- Hazırda Beşinci Muğam Televiziya Müsabiqəsi başlayıb. Sizmuğam müsabiqəsinin qalibi olmusunuz. İndi həmin müsabiqənin iştirakçılarını necə dəyərləndirirsiniz?

 

- Mən 10 il bundan qabaq müsabiqədə iştirak etmişəm. O zaman biz uşaq idik. İndiki iştirakçılar da azyaşlıdırlar. Yeni-yeni ifa etməyə başlayarkən ifamızda bəzi qüsurlar ortaya çıxırdı. Zamanında bizim ifamızda o tip qüsurlar olub. Onlar da vaxt keçdikcə öz üzərilərində işləyəcəklər daha da peşəkarlaşacaqlar. Muğam ifaçılarının sayının get-gedə çoxalması təqdirəlayiqdir. Bu müsabiqəni yüksək qiymətləndirirəm davamlı olmasını arzulayıram.

 

- Deyirlər ki, müsabiqənin münsiflər heyətinin bir qismi yerlipərəstlik edir öz tələbələrini daha çox tərifləyirlər. Siz bu fikirlərlə razılaşırsınızmı?

 

- Əsla, mən deyilən fikirlərlə razılaşmıram. Heç kim bunu ağlının ucundan belə keçirməsin. Mən İkinci Respublika Muğam Müsabiqəsinin qalibi olmuşam. O qalibiyyəti mən yalnız yalnız səsimlə qazanmışam. Orada mənim heç bir yerlim yox idi. Belə bir şey qətiyyən yoxdur.

 

- Deyirlər ki, yaxşı səslər gec-gec yetişir.

 

- Mən bu fikirlə heç razı deyiləm. Yaxşı səslər gec-gec yetişmir. Sadəcə olaraq zamanında yaxşı səsə malik olan ifaçılara dəstək az olub. Şükürlər olsun ki, bu gün bizim dövlətimiz, birinci xanımımız Mehriban Əliyeva, Heydər Əliyev Fondu, cənab prezidentimiz muğam sənətinə böyük qayğı göstərirlər. Bu qayğının nəticəsidir ki, bu gün Azərbaycanın muğam sənətində biri-birindən gözəl səslər görünməkdədir. Danılmaz faktdır ki, günümüzdə ən keyfiyyətli səslər önə çəkilir, diqqət mərkəzinə gətirilir.

 

- Siz özünüz bir müddət Beynəlxalq Muğam Müsabiqəsində iştirak etməyi düşünürdünüz. Bu istəyinizin üzərindən xətt çəkdiniz?

 

- Xeyr. Beynəlxalq Muğam Müsabiqəsi bu il keçiriləcək. Artıq məşqlərə başlamışam. Bu il həmin müsabiqədə iştirak etmək niyyətindəyəm. O demək deyil ki, mən qatılıramsa mütləq şəkildə qalib olmalıyam. Bu o deməkdir ki, 40 ölkədə sən öz mədəniyyətini, muğamımızın çalarlarını göstərirsən. Ola da bilər ki, sən orada yer tutmayasan. Keçən il Tacikistanda festivalda iştirak etdim. Məni orada necə qarşıladılarsa, buna özüm təəccübləndim. Beynəlxalq müsabiqədə iştirak edəndə xanəndə daha geniş miqyasda tanınır.

 

- Təsadüfi deyil ki, xaricdə Azərbaycanı şou nümayəndələri nadir hallarda təmsil edir. Daha çox xanəndələrimiz beynəlxalq tədbirlərdə müsabiqələrdə iştirak edirlər.

 

- Muğam sənəti çox çətin bir sənətdir. Biz orada özümüzü tək müşayiət edirik. Beynəlxalq müsabiqələrdə çox çətin şərtlər var. Sənətin gücü olmalıdır ki, o şərtlərə davam gətirsin. Hər şey kənardan göründüyü kimi asan deyil.

 

- Muğam sənəti həm janr, həm ifa baxımından çox çətindir. Bu sahədə ilk növbədə səs böyük rol oynayır. Sizcə, xanəndə kimi tanınmaq üçün səsdən başqa da cəhətlər rol oynayırmı?

 

- Əsas səsdir. Bildiyiniz kimi, mən Mənsum İbrahimovun tələbəsiyəm. Onun gözəl bir sözü var, deyir ki, əsl sənətdə əmioğlu, qardaş keçmir. Əgər səsin varsa, özün özünə bir cığır tapıb yol açacaqsan. Bu sənətdə, bu pillədə olmağımda göydə Allahıma, yerdə isə ustadım Mənsum İbrahimova borcluyam. O, nəinki mənə, eləcə bütün tələbələrinə lazım olan pilləyə qalxmaq üçün əlindən gələni əsirgəməyib. Özü necə, hansı cığırla irəli gedirsə, çalışır ki bizi o yolla aparsın. Onu tanımayan adamlar bəzən deyir ki, Mənsum müəllim nurlu insandır. Yaxşı-pis günümüzdə o bizim başımızın üstündədi, ağsaqqalımızdı. O ki qaldı tapşırılmaya, həmin tapşırıqlar müvəqqəti ola bilər. Ancaq daimi olaraq davam edə bilməz. Bir var, müvəqqəti tapşırmaq, bir var ki, onlar sənin sənətini görürlər səni axtarırlar.

 

- Gənc xanəndələrin efirə yol tapması bu gün müşkül məsələyə çevrilib. Nədənsə şou əhlini televiziya verilişlərində daha çox görürük. Xanəndələr özləri efirlərə biganə yanaşırlar, yoxsa onları dəvət edən olmur?

 

- Hər verilişə çıxmaq olmur. Muğam ifaçısı özü verilişlərə baxıb onu dəyərləndirir ki, hansı verilişə çıxmaq olar. Hər xanəndə öz ampluasına bələd olub ona uyğun hərəkət edir. Ola bilsin ki, o baxımdan muğam ifaçıları efirlərdə çox nadir hallarda görünür. Xanəndələr öz çəkilərini qorumaq üçün belə etməlidirlər. Deyirsiniz ki, efirlərə az-az çıxırıq. Axı biz televiziyalara müraciət etmirik ki, bizi çağırsınlar. Bizi axtarırlar, müraciət edirlər biz efirlərə çıxırıq. Mən bu gün televiziyalarımızdan heç narazı deyiləm. Əslində ekranda az da olsa, mərifətli verilişlərdə tamaşaçılar bizi görür.

 

- Əslində şou əhlinin ekspert kimi daha çox verilişlərə çıxarılması da qınaq obyektinə çevrilir. Xanəndələrimiz isə ekspert kimi çıxış etməkdən imtina edirlər.

 

- Onu düz deyirsiniz. Nəinki estrada ifaçısı, heç muğam ifaçılarının da ekspert kimi danışmağa ixtiyarı yoxdur. Onun üçün mütəxəssislər var ki, onlar bu sahə üzrə daha yaxşı danışa bilərlər. Əslində burada şou əhlini qınamaq düzgün deyil. Çünki onları verilişə danışmaq üçün dəvət edirlər. Burada onlarlıq da bir şey yoxdur.

 

Xəyalə Rəis

Kaspi.-2015.-27 fevral.-S.17.