Milli məfkurə və sağlam düşüncə formalaşdıran kanal

 

Müasir dövrdə Azərbaycanda xeyli sayda televiziyanın fəaliyyəti informasiya cəmiyyəti üçün nümunəvi göstəricidir. Vaxtilə mövcud olan cəmi bir televiziyamızdan, “sehrli qutudan biz nələri əxz eləməmişdik. Müxtəlif sahələrlə bağlı zəngin verilişlər epopeyası yaradan Azərbaycanın ilk televiziyası, keçmişindən üzü bəri misli bərabəri olmayan tarixi xidmətləri ilə 60 ilə yaxındır ki, milli dəyərlərimizi nümayiş etdirməklə məşğuldur...

 

Mavi ekran” xalqın güzgüsüdür. Unutmaq olmaz ki, bizi tək özümüzə deyil, bütün dünyaya göstərir və indiki dövrdə Azərbaycanı da izləmək olduqca asandır. Televiziyalarımız xalqımızın milli mənəvi dəyərlərinin dünyaya təqdimində, mədəniyyətin və incəsənətin təbliğində üzərinə düşən missiyanı layiqli yerinə yetirirmi? Məsələyə jurnalist kimi deyil, adi bir tamaşaçı kimi söz azadlığından, sərbəst fikir söyləmək hüququmdan istifadə edərək şəxsi mövqeyimi bildirəcəyəm.

Bu günün ziyalısını internetsiz, kompütersiz təsəvvür etmək mümkün deyil. Bəzilərindən fərqli olaraq ziyalılar texnologiyanın üstünlüklərindən ustalıqla bəhrələnir və internetlə “ovcunun içində olan dünyanı qısa zamanda dolaşandan sonra” özünə qayıdır. Zehni yorğunluqdan usananda rahat istirahət etmək qərarına gəlir. Pultu əlinə alıb, televizoru yandırır ki, zövqlü verilişlərə baxsın. Əvəzində nə görür? Kanalların birində göstərirlər ki, arvad ərindən şikayət üçün televiziyada oturub, qarasınca danışır. Ona dəyən bir şillənin heyfini milyonların önündə televiziya “silahı” ilə məmləkətdə biabır etməklə çıxır. Bu mövzunun televiziyada aktuallığı nədən ibarətdir, mən hələ ki onu anlamaqda çətinlik çəkirəm.

 

Əsəbiləşib kanalı dəyişəndə daha eybəcər ailə-məişət hadisəsinin şahidi olursan. Bacı ekrana çıxıb, qardaşın onu mülk üstündə küçəyə atdığını söyləyir, yaxud əksinə. Qulaqlarında əbədiləşən, nənələrimizdən eşitdiyimiz bacı-qardaş məhəbbətinə aid bayatılar bir andaca ucuzlaşır…

 

Digər bir televiziyanın düyməsini basırsan. Aha, bu dəfə ikisənətçi”nin davasına rast gəlirsən, sənətləri qalır bir kənarda, onların bir-biri ilə apardığı umu-küsü bütün elə yayılır.

 

Kanallarda aktual, tərbiyəvi, xüsusi peşəkarlıqla işlənən, zövqləri oxşayan, sırf milli-mənəvi dəyərlər aşılayan verilişlər olduqca azdır.

 

Hələ bir neçə il öncə hörmətli ağsaqqalımız, Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz MehdiyevinAzərbaycanın efir məkanı: problemlər vəzifələradlı məqaləsi illərlə ölkə mətbuatında müzakirə olundu bütün ziyalılar, eləcə televiziya rəhbərləri iradların haqlı olduğunu təsdiqlədilər. Ancaq hələ televiziyalarda ürəkaçan səviyyədə, tamaşaçını qane edən verilişlər az-az hazırlanır.

Ölkə televiziya məkanında yeganə olaraqinsanların maariflənməsi, mədəni irsin təbliği məqsədi ilə maraqlı verilişlər göstərən az saylı kanallardan biri Mədəniyyətkanalıdır. Milli mədəniyyətə, hətta dünya sənət nümunələrinə, incəsənətin rəngarəng sahələrinə aid teleproqramlar tamaşaçıya təqdim olunur. Gündəlik 14 saat efir vaxtı olan kanalda hazırda 27 adda veriliş hazırlanır. Hamısının da qayəsində milli məfkurənin, sağlam düşüncənin formalaşması üçün kifayət qədər söz ehtiyatı var.

Elm xadimləri ilə birbaşa diskussiya üzərində qurulanMühazirəelmi-kütləvi proqramda konkret mövzular elin başa düşdüyü, asan danışıq dilində izah olunur.

 

Birini misal çəkəcəyəm. Kimyaçı alimin mühazirəsi, professor Vaqif Abbasovun orqanizmin duz tələbatı haqqında rəvan danışığı, duzun vacib element kimi insan həyatı üçün əvəzedilməz olduğunu əsaslandıran faktları tamaşaçının diqqətini çəkmişdi. Zərərli olduğunu düşünərək qida rasionundan çıxaran immunitet zəifliyi tapan yüzlərlə insan maariflənərək, duzu yenidən süfrəsinə bərpa etdi. (Duzu tamamilə inkar edən yaxın rəfiqəm, sən deməqaş qayıran yerdə, vurub gözünü çıxarmışdı”. Allahın bu nemətinin insanlara xeyli faydalı olduğunu dərk edərək, orqanizmindəki zəifləmənin səbəbini anlamışdı.)

 

Ayda iki dəfə din mədəniyyət mövzusunda hazırlananNurdan damlalarverilişində islam dünyasının böyük alimi, akademik Vasim Məmmədəliyevin ibrətamiz söhbətləri bütün yaş təbəqələri üçün gərəklidir. Elmi şəkildə dini biliklərin artırılması üçün gənclərə istiqamət vermək, ali vərdişləri təlqin islami dəyərləri təbliğ etmək məqsədi ilə bu verilişin ölkə teleməkanında analoqu yoxdur.

 

Dəfələrlə şahidi olmuşam ki, ədəbiyyatımızda layiqli imzası olan insanları özəl kanallarda cızma-qara müəlliflərlə eyni masada diskussiyaya dəvət edir əsl yazıçının ideal düşüncələri auditoriyanın mənasız müdaxilələri ilə təhqir olunur. Ədəbiyyat nədir, həqiqətin mənəvi saflaşma məqsədi ilə bədii fonda təsviri, yoxsa bəzi gənc yazarların düşündüyü kimi real ilginc hadisələrin təbliği? Axı dünyada da belədir ki, oxucu sevgisini qazanan yazarların ədəbi nümunələrində insan həyatı üçün ibrətamiz fikirlər əsas yer tutur. Gənc yazıçılardan, şairlərdən kimləri tanıyırsınızdeyib şəhərə düşən telejurnalistlərin vaxtaşırı müraciət etdiyi bu mövzuda da günahkar, ədəbiyyatdan xəbərsiz qalmağımıza səbəb elə televiziyaların özüdür.

 

Niyə kanallar ədəbiyyata yeni gələn gəncləri təbliğ etmir, onların əsərlərini məşhurlaşdırmır, ən azışou-biznes müğənnilər”i qədər onlara dəyər vermir? Niyə əsl yazıçıların ədəbi irsi lazımı səviyyədə işıqlandırılmır? Bu yaxınlarda orta məktəbin 11-ci sinfində əlaçı olan bir qız Nəbi Xəzrinin adını eşidəndə etiraf etdi ki, “mən onu niyə tanımıram”? Ona görə ki, məktəbdə adını eşidib, televiziyalarda şeirlərinə rast gəlib s. Çünki Nəbi Xəzri poeziyasının lirikasından, eləcə bir çox yazarlarımızdan, bəlkə Nizami kimi hikmətlər müəllifinin nələrə qadir olduğundan kanal əməkdaşları da xəbərsizdirlər. Nəbi Xəzri kimi, yüzlərlə söz, sənət sahiblərini gənclərə kim tanıtmalıdır?

 

Azərbaycan TeleviziyasıMədəniyyətkanalı maarifləndirici verilişlərin sayını qədər çoxaltsa da, milli düşüncə təfəkkür uğrunda təkcə çarpışa bilməz. Atalar demişkəntək əldən səs çıxmaz yabir çiçəklə yaz olmaz”. Televiziyaların hamısı eyni ruha köklənməli, bir məqsədə xidmət etməlidir ki, şaxələnmiş auditoriyaya təsiri güclü olsun. Bunun üçünMədəniyyət kanalı”ndan ibrət götürməli, peşəkarlıq nöqteyi-nəzərdən verilişlərin hazırlanma səviyyəsini öyrənməlidirlər.

 

Ədəbi janrlar, incəsənətin müxtəlif növləri, etno-mədəni qaynaqlar haqqında bilgilər verənQobustan”, milli mədəniyyətin müxtəlif sahələrinə çağdaş baxışın Kitab köşkürubrikasının olduğuZəka nuru”, xaricdə yaşayan həmvətənlərimiz, ölkədəki əcnəbilər üçün öyrədici “Ana dili”, sözün kökü onun elmi-bədii mənalarının müqayisəli təhlilinə həsr edilənSözün sirri”, “Zaman Məkan”, “İdrakfəlsəfi-kulturoloji proqramlar, “Zamanın sorağında”, “Zamanla üz-üzə”, “Ekspressiya”, “Ədəbi abidələr”, “Poeziya”, “Sənətkar ömrü s. verilişlər milli əqidənin saflaşmasına xidmət edir.

 

yaxşı ki, görkəmli sənət adamları ilə səmimi ünsiyyət əsasında qurulanSərbəst söhbət”, teatr televiziya tamaşalarının təqdim olunduğuBir ünvan milyon mənzil”, rəssam heykəltəraşlar barədə film estetikasındaPalitraportretləri, qədim çağdaş mədəniyyətin palitrasını əks etdirənÇələng”, milli rəqslərimizin təhlili hərəkət prinsiplərini öyrədənRəqsin dili”, “Maraq dünyası”, “Nobel mükafatçıları”, “Keçmişdən gələcəyəadlı verilişlər hazırlanır.

 

Tamaşaçılar dünya kino xadimləri haqqında “Kino ulduzları”, Azərbaycan kinosunun tarixiniKinosalnaməproqramlarından öyrənir. Mühüm mədəniyyət hadisələrinin toplusu iləXəbər var”, “Butaverilişlərində tanış olur. “Daha bir görüş”, “Xatırlanan ömürlər”, “1001 sualintellektual oyun, Azərbaycan dünya xalqlarının nağılları əsasındaBəbək” - Televiziya Uşaq Teatrının hazırladığı kukla tamaşaları digər televiziyalardakı boşluğu doldurur.

 

Mədəniyyətkanalında hazırlanan verilişlərin səviyyəli olmasının əsas səbəblərindən biri televiziyaya alimlərin cəlb edilməsidir. Akademik Vasim Məmmədəliyev, professorlar, İlham Rəhimli, Kamal Abdulla, Fuad Məmmədov, kinoşünas alim Aydın Kazımzadə, fəlsəfə doktoru Akif Əli s. ziyalıların yaradıcı heyətdə təmsil olunması kanalın reytinqini artırır.

 

Mədəniyyətkanalının məhz Azərbaycan Televiziyasının nəzdində yaradılması, televiziyanın zənginQızıl fond”undan bəhrələnməsi, dünya standartlarına tam cavab verən yeni texnologiyadan istifadə edilməsi, Aztv-nin Televiziya Akademiyasında hazırlanan peşəkar kadr potensialına güvənməsi nəticəsində elmin, maarifçiliyin, Azərbaycan dilinin, tarixinin, mədəniyyət incəsənətinin əsl təbliğatçısına çevrilib.

Heydər Əliyev Fondunun dəstəyi Mədəniyyət Fondunun layihəsi əsasında reallaşan Muğam televiziya müsabiqəsində xalqımız hər dəfə yeni gənc istedadları kəşf edir. Peşəkar münsiflər heyətinin milyonlarla tamaşaçının qarşısına çıxaraq muğam təsniflərimizi özünəməxsus şəkildə ifa edən gənclərimiz ustadların layiqli qiymətini alaraq musiqi xəzinəmizi zənginləşdirirlər. Nəinki ölkəmizdə, xaricdə maraqla izlənilən, gündən–günə tamaşaçı auditoriyası artan bu müsabiqəMədəniyyətkanalı ilə canlı yayımlanır.

 

Hər bir millət, milli-mənəvi dəyərləri, mədəni irsi, intellektual səviyyəsi ilə diqqət çəkir. Dünyanın zəngin irs siyahısına bəşəri nümunələr bəxş edən Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının tanıdılması təbliği istiqamətində bütün televiziyalarımız milli kökə bağlı verilişlər uğrunda rəqabət aparmalıdırlar ki, gənclərimiz, vətəndaşlarımız sağlam düşüncəyə ən əsası, öz xalqını daha yaxından tanımağa müvəffəq olsunlar, milli mentalitetdən uzaq düşməsinlər.

 

Şəlalə Məhyəddinqızı

Kaspi.-2015.-28 fevral-2 mart.-S.6.