Mübarizə, alın təri, yuxusuz gecələr...

 

Akademik Teymur Bünyadov: “Xalam dedi ki, rəhmətlik qardaşımın paltosunu satıb buğda alım”

 

Canının, qanının mübarizə, zəhmət, alın təri, yuxusuz gecələr olduğunu və bunların hesabına istədiklərinə çatdığını deyir. Uşaqlıq və gənclik illərində qarşılaşdığı çətinliklərin onun zəhmətlə böyüməsi, həyat mübarizələrində daha inadkar olması ilə nəticələnir. Bu dəfə Azərbaycan Milli Elmlər Akademiyasının 87 yaşlı həqiqi üzvü, ArxeologiyaEtnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin rəhbəri, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Teymur Bünyadovun uşaqlıq və gənclik illərinə nəzər saldıq...

 

Heç kim deyə bilməzdi ki, sən yetimsən”

 

1928-ci il yanvarın 20-də Qazax bölgəsinin Şıxlı kəndində qulluqçu ailəsində dünyaya göz açıb. 7 yaşında anasını, 8 yaşında atasını itirib. 1937-ci ildə atası Əmiraslan xalq düşməni kimi repressiyaya məruz qalır və 1938-ci ilin əvvəllərində Qazaxda güllələnir. 19 il qorxu-hürküdə içərisində yaşayıb, bəzən “xalq düşməninin oğludur” deyə qəlbinə də dəyiblər. Valideynlərini və tək qardaşını itirən 8 yaşlı Teymuru əmisi və əmisinin həyat yoldaşı olan xalası saxlayır: “Əmim uşaqları bir yana idi, mən bir yana. Çünki bacı ilə, qardaşın yadigarı olmuşam. Onlar mənə övladlarına etmədiklərinin ediblər. Qabiliyyətim, bacarığım, işgüzarlığımla da bu hörməti qazanmışam. O qədər ötkəm adamam ki, heç kim mənə deyə bilməzdi ki, sən yetimsən”.

 

14 yaşından həm oxuyur, həm də evə pul gətirir

 

Birinci sinfə Şıxlı kənd orta məktəbində getsə də, valideynlərinin vəfatından sonra əmisigildə qaldığından təhsilini Ağstafa rayonunun Muğanlı kəndindəki orta məktəbdə davam etdirir. Müharibə başlayanda 14 yaşı olmasına baxmayaraq məktəbə gedə-gedə əmisinin ailəsinin dolanışığı da onun üzərinə düşür. Əmisi və böyük əmisi oğlu əsgər getdiyindən Teymur ailənin böyük oğlu sayılırdı: “Çox əziyyət çəkirdim, həm dərs oxuyur, həm də evi ərzaqla təmin etmək üçün dəridən-qabıqdan çıxırdım. Bizim kəndlə Qazaxın arası 35 km-dir. Qazaxa gedəndə pambıq aparırdım. Üstünə də doğradığım odunu qoyurdum. Qazaxda satıb əlimə düşəni alırdım. Özüo yollarda hərəkət etmək belə qorxulu idi, çünki yollar qaçaq-quldurla dolmuşdu. Bir dəfə də Salahlı kəndindən çıxanda, qarşımızı qaçaqlar kəsdi. 2-3 araba adam idik, hamımız arabadan düşdük. Üstümüzdəki arpadan bişirilmiş əl boyda çörəyi və balaca bankada üzü alınmış keçi südünü alıb bizi buraxdılar”.

 

“Rəhmətlik qardaşımın paltosuna buğda aldım”

 

Aclıq illərində qardaşının vəfat etdiyini deyən müsahibimiz qardaşından qalan «drab» paltonu xalasının məsləhəti ilə satmalı olur: “Xalam dedi ki, Astanbəyli kəndinə gedim, paltonu orada atamın dostu olan kolxoz sədri çopur Məmmədə verim, satsınlar, puluna da buğda alıb dəyirmanda üyüdüm. Elə də etdim. Mənə yaxşı hörmət etdilər, paltonu götürdülər və pula 4 put buğda aldım. Üyüdüb geri qayıdanda yolda xurcun uzunqulağın başından aşıb yerə düşdü. Bilmədim nə edim, qaldırmağa gücün çatmazdı. Axşam saat 6 idi, qaranlıq düşürdü, kəndə də 5 km yol qalmışdı. Əvvəlcə düşündüm ki, xurcunu burada qoyub kənddən adam çağırmağa gedim. Gecəni də orda qalmağa qorxdum ki, qaçaq-quldur gəlib unu əlimdən alacaq, özümü də öldürəcək. Birdən elə bil vəhy gəldi. Təpiklə uzunqulağın ayağından vurdum, yıxıldı. Xurcunu sürütləyə-sürütləyə belinə qoydum. Gələndə gördüm ki, qardaşımın paltosu evimizdədir. Mən buğdanı üyüdüb gətirənə qədər atamın dostu onu evimizə göndərmişdi”.

 

Məktəbi qızıl medalla bitirir

 

Ailənin yükü üzərində olmasına baxmayaraq, Teymur dərslərini də axsatmır. Məktəbi qızıl medalla bitirir və imtahansız indiki Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olur. Tələbəlik illəri də müharibədən sonraya təsadüf etdiyindən kasıbçılıqla keçir. Bakıda yataqxanada qalır. Hər kənddən gələndə xalası ona yavanlıq kimi 4-5 kq qovut hazırlayır, əriştə kəsib qurudub yollayır ki, suya töküb yesin: “Günüm-güzəranım yaxşı keçmirdi. Amma həmişə hansısa səs mənə deyirdi ki, arxayın ol, qorxma, mübariz ol, sən həmişə qalib gələcəksən. 87 yaşım var. Şükürlər olsun, yaşayıram, yaradıram, yazıram, nəvələrim, nəticələrim var”.

 

“Stalin gələndə özünü maşının altına at”

 

1951-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək Şirvanşahlar dövlət muzeyində işə başlayır. Sonra onu milli təhlükəsizlik orqanlarında işləmək üçün görüşə dəvət edirlər: “Mənimlə xeyli söhbət edəndən sonra dedim ki, atam xalq düşməni kimi güllələnib, siz məni buraya nahaq çağırırsınız. Onlar sözügedən orqanlarda işləmək üçün məhz mənim kimi adamın lazım olduğunu bildirdilər. Çox qorxdum. Atamı bu idarə güllələyib, indi məni işə dəvət edirlər. İşdən imtina etdim aspiranturada oxumaq üçün Moskvaya getdim”.

Moskvada oxuyanda Tomskdan məktub alır: “Tomskda yaşayan əmim oğlunun qızından məktub gəldi. Yazırdı ki, Kremlin qapısında durum, Stalin gələndə özümü maşınının altına atıb deyim ki, atamın, əmim oğlanlarının təqsiri yoxdur. Əmim nəvəsi bilmirdi ki, məni Stalinə yaxın buraxan kimdir. Qeyd edim ki, bizim nəsildən adam qalmamışdı, hamısını sürgün etmişdilər. Atam xalq düşməni olduğuna görə əmisi uşaqlarına 10-11 il vermişdilər”.

Moskvadan qayıdanda T.Bünyadov Bakıda kirayədə qalır: “Bakıda təhsil alan xalam uşaqları, qohum-əqrəba hamımız baş-ayaq yatırdıq. Əmimlə xalamın uşaqlarını mən oxudur, üstlərində dururdum. Onların hamısını oxutdum, evləndirdim, ərə verdim”.

 

Elmi fəaliyyəti

 

T.Bünyadov SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasında oxuyur. Məşhur Qafqazşünas alim, Lenin mükafatı laureatı Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alır. Müdafiədə iştirak edən Qafqazşünas alimlər dissertasiya işinə yüksək qiymət verir, bu mövzuda tədqiqat əsərinin təkcə Azərbaycanda deyil, hətta bütün Qafqazda ilk dəfə qələmə alındığını tarixşünaslıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayırlar.

Moskva həyatını başa vuran T.Bünyadov sonrakı elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Tarix, 1993-cü ildən isə Arxeologiya Etnoqrafiya İnstitutunda davam etdirir. 40 yaşında o, “Azərbaycanın qədim Orta əsrlərdə təsərrüfat həyatımövzusunda doktorluq dissertasiyası müdafiə edərək, arxeologiya etnoqrafiya elmləri sahəsində respublikada ilk tarix elmləri doktoru alimlik dərəcəsi alır, 1970-ci ildə isə professor adına layiq görülür. Taleyini elmə bağlayan zəhmətkeş alim 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilir.

Azərbaycan arxeologiya etnoqrafiya elminə aid 29 monoqrafiyanın, 1000-ə yaxın məqalənin müəllifi olan akademik T.Bünyadovun əsərləri təkcə respublikamızda deyil, onun hüdudlarından uzaqlarda - Türkiyə, İran, Rusiya, Ukrayna, Norveç kimi ölkələrdə çap edilib.

Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzən, topladığı etnoqrafik materialları özünəməxsus dəsti-xətlə yazıya gətirən xalqşünas akademikin “Ana Kürüm”, “Qızıl qaya”, “Mərd qalalar, sərt qayalar”, “Zirvəqalakimi əsərlərində vətənin müxtəlif guşələrinin tarixi, etnoqrafiyası öz əksini tapıb.

Akademik T.Ə.Bünyadov təkcə tarixçi-etnoqraf alim deyil, həm folklorşünas, nasir şairdir. Onun 1991-ci ildə yüksək tirajla nəşr edilənGöz yaşlarıromanı, “Xan çinar kölgəsində”, “Anam birdi, vətən tək”, “Başı çalmalı dağlaradlı üçcildlik bayatı kitabları oxucuların böyük sevgisi ilə qarşılanıb.

Müsahibimiz Azərbaycan türklərinin qəhrəmanlıq tarixindən bəhs edənQız var oğuldan qeyrətli”, “Cavanşir”, “Atropat”, “Babək”, “Şəmsəddin Eldəniz s. kimi elmi-populyar əsərlərinin müəllifidir.

 

Pedaqoji fəaliyyəti

 

T.Bünyadov təkcə elmi bədii yaradıcılıqla deyil, pedaqoji fəaliyyətlə məşğul olub. O, uzun illər Bakı Dövlət, Dövlət Pedaqoji, Bakı Slavyan universitetlərindəAzərbaycan tarixi”, “Qədim dünya tarixiArxeologiyafənlərindən mühazirələr oxuyub. Öz elmi məktəbini yaratmış xalqşünas alimin gənc kadrların hazırlanmasında da gərgin əməyi olub. Onun rəhbərliyi altında 10-a yaxın elmlər doktoru, 30-dan çox elmlər namizədi-fəlsəfə doktoru yetişib. Həmsöhbətimiz canının, qanının mübarizə, zəhmət, alın təri, yuxusuz gecələr olduğunu bunların hesabına istədiklərinə çatdığını deyir”.

 

Lalə MUSAQIZI

Kaspi.-2015.-23 yanvar.-S.21.